Məhkəmə qərarları › İş №2-1(112)-7680/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7680/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7680/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), cavabdehin nümayəndəsi X1 (Cəlilabad rayonunda qeydiyyatdadır, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil illərinin, xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək ərizində təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli attestat, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçaları, H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən 37 ilə yaxın stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı sənədlərini qeydiyyatda olduğu Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. İmtina məktubu onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı, attestatdakı və hərbi biletdəki göstərilən illər üzrə 23 il, 08 ay 15 gün iş stajım vardır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il, 02 ay, 15 gün sığorta stajına uyğun olaraq 17685,67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək -128,87 manat olmaqla, ümumilikdə 18114,54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Araşdırma zamanı məlum olub ki, Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli monitorinqin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixdən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlər sığorta stajına əlavə edilməyib. Hesab edir ki, cavabdehin imtinası və qevd etdiyi səbəblər əsassızdır. Belə ki, imtina məktubunda istinad olunan iş stajının 25 ildən az olması və buna müvafiq olaraq fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı əsaslar onun iradəsindən asılı deyildir. xx.xx.1996-cı il tarixdən işdən xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğuna görə həmin dövrlərin sığorta stajına əlavə edilməməsi hissəsi ilə razı deyil. Belə ki, sözügedən dövr üzrə əmək funksiyalarını yerinə yetirməsə belə, həmin dövr sosial sığorta stajına əlavə edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı 15 mart 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə ARƏƏSMN tabeliyində Dayanıqlı və X3 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçının pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçası, atestat (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər) və hərbi biletin surətlərinə ( xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək hərbi xidmətdə olduğu dövr) əsasən sığorta stajı 23 il 8 ay 15 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyqun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixdən 01,08.2021-ci il tarixədək 428.87 manat olmaqla, ümumilikdə 18114,54 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən işdən azad olunan (xx.xx.1997-ci il) tarixədək öz hesabına məzuniyyətdə olduğu aşkar edildiyindən, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajına daxil edilmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X2 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli sığorta stajının hesablanması haqqında məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Suraxanı Maşınqayırma zavodunda olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubuna əsasən təqdim edilən xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 23 il 8 ay 15 gün təşkil edir. Eyni zamanda xx.xx.2000-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixindən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Azərbaycan Dövlət Sənaye İdarəsi “Xəzərbalıq” balıq konserv zavodunda 2-ci dərəcəli balıq təmizləyici qismində, Azərbaycan SSR, DOSAAF MK TTİ-də xx.xx.1980-ci ildən 1-ci dərəcəli fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 2-ci dərəcəli fəhlə vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən, o, “Dzerjinski adına maşınqayırma zavodu”nda xx.xx.1973-cü ildən xarrat şagirdi, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər 2-ci dərəcəli xarat qismində işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977ci ilə qədər Sovet orudusunda xidmət etmiş, xx.xx.1977-ci ildən zavodun ştatında 2-ci dərəcəli xarrat, xx.xx.1980-ci ildən 3-cü dərəcəli xarrat, xx.xx.1981-ci ildən 4-cü dərəcəli xarrat, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilə qədər 6-cı sexdə 5-ci dərəcəli xarrat işləmiş, Azərbaycan Respublikası Nazirlər Sovetinin 90 nömrəli xx.xx.1992-ci tarixli qərarına əsasən F.Dzerjinsjki adına maşınqayırma zavodunun adı dəyişdirilərək Suraxanı maşınqayırma zavodu adlandırılmış, xx.xx.1993-cü ildə xarrat peşəsinin 6-cı dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə F.Dzerjinski adına maşınqayırma zavodu 1986-cı il 3-cü rübdə 1-ci yer tutduğuna 25 rubl məbləğində mükafat verilmişdir. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 08 may 1975-ci ildən 03 may 1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur Məhkəmənin sorğusuna əsasən, "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 08/130 nömrəli məktubu ilə bildirmişdir ki, X5 xx.xx.1996-cı il tarixindən, xx.xx.1997-ci il tarixinədək öz ərizəsi əsasında əmək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Bu müddət ərzində ona əmək haqqı hesablanmamışdır. "xxxx" Dövlət Şirkəti "xxxx" ASC-nin İddiaçı (sex № 6 tornaçı) barədə əmrlərində qeyd olunmuşdur: Bakı şəhəri, 04 iyun 1996-cı il tarixli № 153/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 04 iyul 1996cı il tarixli № 187/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 05 avqust 1996-cı il tarixli № 231/k əmr xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 04 iyun 1996-cı il tarixli № 153/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 03 sentyabr 1996-cı il tarixli № 277/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 08 oktyabr 1996-cı il tarixli № 303/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 13 noyabr 1996-cı il tarixli № 321/k əmr - xx.xx.1996. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 10 yanvar 1997-ci il tarixli № 11/k əmr - xx.xx.1997. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 10 fevral 1997-ci il tarixli № 28/k əmr - xx.xx.1997. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 08 aprel 1997-ci il tarixli № 68/k əmr - xx.xx.1997. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin. "xxxx" ASC-nin əmək haqqı və gəlirlər haqqında xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı 1996-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 1997-ci ilin yanvar, fevral, mart, aprel, may aylarında öz hesabına məzuniyyətdə olmuşdur. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə **********2 nömrəli məktubu ilə İddiaçı müraciəti ilə bağlı inzibati icraat materiallarının surətlərini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli 11318 nömrəli qərarına əsasən İddiaçı yaşa görə müavinət xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 130 manat məbləğində, xx.xx.2022ci ildən xx.xx.2022-ci ilədək 180 manat məbləğində təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Tələb olunan staja malik olmadığından pensiya təyin etmək mümkün hesab edilməmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisləri Kərimov N.Ş., Qədimov H.F. və "xxxx" ASC-nin baş mühasibi X4 olmaqla, İddiaçı 1977-1997-ci illərdə "xxxx" ASC-də işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.1977-ci ildə (28 nömrəli əmr) "xxxx" ASC-də (köhnə Dzerjinski adına maşınqayırma zavodu) işə qəbul olunmuş, xx.xx.1997-ci ildə (138 nömrəli əmr) işdən azad edilmişdir. Suraxanı maşınqayırma zavodu” ASC-nin arxiv sənədlərinə baxış keçirilən zaman İddiaçı xx.xx.1996-cı ilədək fasiləsiz olaraq əmək haqqı alması öz əksini tapmış, eyni zamanda xx.xx.1996-cı ildən işdən çıxdığı tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olması arxiv sənədlərinə əsasən müəyyən olunmuş, araşdırma Y-2 uçot kartına, əmrlər kitablarına və əmək haqqı cədvəllərinə əsasən aparılmışdır. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-ci il təvəllüdlüdür, cavabdehə müraciət edərək 25 ildən artıq sığorta stajının olması və qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar və araşdırmalar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə iddiaçının "xxxx" ASC-də (keçmiş Drejinski adına maşınqayırma zavodu) xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müddətin sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının həmin illərdə işləməsi əmək kitabçasında göstərilsə də, "xxxx" ASC-nin iddiaçının əmək haqqı barədə təqdim etdiyi arxiv arayışında iddiaçının 1996-cı ilin iyun ayından sonra əmək haqqı almaması təsdiq olunmuşdur, həm də cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı 1977-1997-ci illərdə "xxxx" ASC-də işləməsinin faktiki yerində qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-cı ildə həmin müəssisədə işdən azad olunmuş, iddiaçıya həmin müəssisədə xx.xx.1996-cı ilə qədər əmək haqqı hesablanmış, xx.xx.1996-cı ildən işdən çıxdığı tarixədək iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının 1996-ci ilin iyun ayından xx.xx.1997-ci ilə qədər əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamə”nin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 853/2020 nömrəli inzibati iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən də qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə iş materiallarını tədqiq edərək, iş üzrə toplanılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təmin edilməsindən imtinası əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixləri ərizində təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar