Məhkəmə qərarları › İş №2-1(112)-7685/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7685/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7685/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ümumi əmək stajının hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ümumi əmək stajının hesablanması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mübahisə predmeti barədə Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi əmək stajının hesablanması öhdəliyinə dair tələb üzrə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ərizəsini inzibati icraatda baxaraq 01 avqust 1984-cü il tarixdə doldurulmuş, İT-1 №1989383 seriyalı əmək kitabçası əsasında son iş yeri daxil olmaqla dövlət qulluqçusunun qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi əmək stajının hesablanaraq təyin edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə həvalə olunmasınına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı olaraq “Ümumi əmək stajı barədə” maraciətimə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 yanvar 2023-cü il tarixində daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə aaidiyyəti üzrə baxaraq bildirilmişdir ki, “....6 il 5 ay 9 gün (xx.xx.2001-xx.xx.2003-cü il və xx.xx.2003xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) və Ədliyyə orqanlarında qulluq stajınız 13 il 6 ay 15 gün (xx.xx.1998-xx.xx.1999-cu il və xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir” məzmunlu həqiqətə uyğun olmayan təhrifedici cavab verilmişdir. Həmin rəsmi cavabı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının direktor müavini cənab Elnur Qurbanov tərəfindən 10 fevral 2023-cü il tarixdə imzalayaraq (№3-17-1/2-R-27175/2023 ) iddiaçıya göndərilmişdir. İddiaçı hesab edir ki, aparılmış araşdırma və gəlinən nəticə qanunsuz və əsassızdır. Belə ki, o, aidiyyəti icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) bütün əmək fəaliyyəti və orada rəsmi möhürlə təsdiqini tapan əmək stajı il, ay və günləri əks etdirən 01 avqust 1984-cü il tarixdə doldurulmuş, İT-1 №1989383 seriyalı və hazırda sonuncu iş yerində (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan Resursları Baş İdarəsində qüvvədə olan və qorunan əmək kitabçasının təsdiqlənmiş surətini versə də, aidiyyəti idarə, yanlış hərəkətlər fonunda məsələnin həllindən bilə-bilə uzaqlaşmaqla işini bitirmişdir.İddiaçının 01 avqust 1984-cü il tarixli İT-1 №1989383 seriyalı rəsmi möhürlə təsdiqlənmiş əmək kitabçamın hər vərəqəsinin diqqətlə araşdırılması və yaxından təhlili onu aşkar edir ki, çoxsaylı dövlət idarə və orqanlarında əmək fəaliyyətini icra etmiş və hazırda da etməkdədir. Hərbi xidmət qulluğu keçmiş və tələbəlik illərini başa vurmuşdur. (universitet təhsili alıb.) Nədənsə, əmək kitabçası rəsmi dövlət sənədi hesab olunsa da, orada dairəvi möhürlə doldurulub təsdiqlənmiş əmrlər şübhə altına alınaraq ümumi əmək stajına daxil edilmir və iddiaçının qanuni əmək fəaliyyətim şübhə altına qoyularaq təhrifi irəli sürülür ki, belə bir qanunsuz qiymətləndirmə nəticəsi ilə razılaşa bilmir. Elə ona görə də müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini cənab Elnur Qurbanovun imzalamış olduğu (10 fevral 2023-cü il tarixli №3-17-1/2-R-27175/2023) rəsmi cavabla göstərilən hal və xüsusatlarla razılaşmayaraq İnzibati Məhkəmə müstəvisində iddia qaldırmaqla mübahisəni davam etdirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. (SS844412483AZ) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddia ərizəsinə əsasən iddiaçı 01 avqust 1984-cü il tarixdə doldurulmuş, İT- 1 №1989383 seriyalı əmək kitabçası əsasında son iş yeri daxil olmaqla dövlət qulluqçusunun qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi əmək stajının hesablanaraq təyin edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə həvalə olunmasınına dair qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı cavabdeh inzibati oraqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək dövlət qulluğu stajı barədə məlumatın verilməsini xahiş etmişdir. İddiaçı sonradan təkrarən xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ümumi əmək stajının hesablanaraq ona rəsmi məlumat verilməsi ilə bağlı olmuşdur. Ərizədə həmçinin qeyd edilmişdir ki, məlumatda əmək stajının kateqoriyalar üzrə (dövlət qulluğu, xüsusi dövlət qulluğu) təqdim edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filalı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ilə rəsmi cavab verilə verilərək, ümumi əmək stajı hesablanaraq bildirilmişdir ki, dövlət qulluğu stajınız 6 il 5 ay 9 gün (xx.xx.2001-xx.xx.2003-cü il və xx.xx.2003xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ) və ədliyyə orqanlarında qulluq stajınız 13 il 6 ay 15 gün (xx.xx.1998-xx.xx.1999-cu il və xx.xx.2009-17 02.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının cavabdeh inzibati orqana müraciəti və iddia ərizəsində qeyd etdiyi tələb üst-üstə düşmür. Belə ki, cavabdeh inzibati orqana etdiyi müraciət əmək stajı ilə bağlı məlumatın verilməsindən ibarət olmuş, məhkəməyə müraciət etdiyi tələb isə son iş yeri də daxil etməklə ümumi əmək stajının hesablanaraq təyin edilməsindən ibarət olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının inzibati orqana etdiyi müraciətə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə məktubla cavab verilərək, ümumi əmək stajının hesablanaraq dövlət qulluğu stajının 6 il 5 ay 9 gün (xx.xx.2001-xx.xx.2003cü il və xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) və ədliyyə orqanlarında qulluq stajının 13 il 6 ay 15 gün (xx.xx.1998-xx.xx.1999-cu il və xx.xx.2009-17 02.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət rəsmi qaydada cavablandırılmış və cavabdeh tərəfindən hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı eyni zamanda qeyd edir ki, iddiaçının qaldırdığı iddia tələbi dəqiq və aydın olmadığından iddia tələbinin əsasının nədən ibarət olması məhkəməyə tam olaraq aydın deyildir. Məhkəmə iddia tələbində qeyd edilənlərlə bağlı olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərindən hesab edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrindən hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta və sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə qanunvericiliyin tətbiqini təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində zəruri olan təlimatlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul etmək Nazirliyin vəzifələrinə aid edilmişdir. Belə ki, cavabdeh inzibati orqan əmək pensiyası təyin etmək və ya yenidən hesablamaq funksiyası olduğu halda iddiaçı cavabdeh inzibati orqandan əmək stajının təyin edilməsini tələb etmişdir. Lakin cavabdeh inzibati orqanın müvafiq qanunvericilikdə (Əsasnamə və Nizamnamədə) əmək stajının cavabdeh inzibati orqan tərəfindən təyin edilməsini müəyyən edən müddəa mövcud deyildir və cavabdeh orqanın belə bir funksiyası nəzərdə tutulmamışdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması, müvafiq müraciət olsa belə tələbinin dəqiq və aydın olmaması, cavabdeh inzibati orqanın qeyd edilən tələb üzrə hər hansı öhdəliyinin olmaması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət edə bilər, inzibati orqan hərəkətsizlik və imtina edərsə, yenidən məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar