Məhkəmə qərarları › İş №2-1(112)-7686/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7686/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7686/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Nümayəndə işə cəlb edilməklə cavabdehlərin hərəkətlərinin və imtinalarının qanunsuz hesab edilməsi, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə şəhadətnamənin və həmin şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatların ləğv edilməsi, zirzəminin təyinatına uyğun istifadəyə qaytarılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Nümayəndə işə cəlb edilməklə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və imtinalarının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında (yeni qaydalara əsasən 109.M1) yerləşən yaşayış binasının zirzəmisinin X2 adına özəlləşdirilməsinə əsas vermiş, dövlət əmlakının hüquqi və fiziki şəxslərlə satılmasına dair 004413 saylı 14 aprel 2009-cu il tarixli şəhadətnamə ləğv edilmiş və həmin şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatların ləğv edilməsi, zirzəminin təyinatına uyğun istifadəyə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan mənzilin yerləşdiyi binanın zirzəmi hissəsi, yəni mənzilinin altı, binanın texniki sahəsinə aid olan zirzəmi hissə cavabdehlərin qanunsuz sənədləri əsasında X2 adına özəlləşdirilib və onun adına mülkiyyəti olaraq dövlət reyestrində qeydiyyata alınıb. Binanın əsas divarı dağıdılaraq, bina sakinlərinin təhlükəsizliyi pozulmaqla zirzəmiyə qapı açılıb. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə görə icarə müqaviləsinin predmeti torpaq sahələri, binalar, daşlar, əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 senyabr tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş, şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması “Qaydaları”-na görə isə ümumi istifadə sahələrinin, xüsusi ilə də zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunmasına, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Cavabdehlərdən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 14 dekabr 2021-ci il tarixli məktubla onlara bildirilmişdir ki, zirzəmi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004413 saylı, 14 aprel 2009-cu il tarixli şəhadətnamə əsasında X2 adına qeydiyyata alınıb və bu barədə onun adına RX saylı ******* nömrəli, 31 oktyabr 2012-ci il tarixli çıxarış tərtib olunmuşdur. Qeydiyyatın qanunsuz olduğu və ləğv edilməsi tələbini cavabdeh DƏDRX özünün 18 iyul 2022-ci il tarixli məktubu ilə belə cavablandırıb ki, tələbləri ilə əlaqəli məsələlər, mübahisəli hallar məhkəmə qaydasında həll olunur.Eləcə də digər cavabdeh ƏMDX-dən verilmiş 26 yanvar 2023-cü il tarixli məktubla da tələbi ilə əlaqəli məsələlərin məhkəmə qaydasında həll olunduğu bildirilib. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 3 ünvanında (yeni qaydalara görə binanın nömrəsi 109, M1) yerləşən yaşayış binasının zirzəmisinin mülkiyyət hüququ üzrə X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyat alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 3a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004413 saylı, xx.xx.2009cu il tarixli şəhadətnamə əsasında X2 adına qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış tərtib olunmuşdur. Hazırda qeyri- yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia ərizəsinə qarşı hərhansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, digər cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisəli qeyri-yaşayış binasının hüquqi və fiziki şəxslərə satılmasında dair şəhadətnamənin verilməsinə əsas Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 69 nömrəli 06 mart 2009-cu il tarixli sərəncam olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək iş üzrə iddia tələbinin dəqiqləşdirilərək iddiaçının mübahisələndirdiyi şəhadətnamənin verilməsinə əsas olmuş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 69 nömrəli 06 mart 2009-cu il tarixli sərəncamının mübahisələndirilməsi təklif olunmuş və həmin ərizə təqdim olunmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə əsasən iddia tələbinin dəqiqləşdirilməsindən imtina edilərək öz iddia tələbinə olduğu kimi baxılaraq müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bu barədə yazılı ərizəsini də, təqdim etmişdir. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırki iş üzrə iddia tələbindən göründüyü kimi, iddiaçının mövcud iddianı qaldırmaqda hüquqi marağı mübahisəli zirzəminin 3-cü şəxsə satılmasına və sonradan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş bütün sənədlərin ləğv edilməsinə, bununla da, zirzəminin hüquqi vəziyyətinin ilkin vəziyyətə qaytarılmasına nail olmaqdır. İddiaçının bu məqsədinə nail olması isə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 69 nömrəli 06 mart 2009-cu il tarixli sərəncamının mübahisələndirilməsi nəticəsində mümkün ola bilərdi ki, iddiaçı bu hüququnun realizəsindən imtina edərək mövcud iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbinə mövcud vəziyyətdə baxılması mümkün olmadığından onun iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi baxımından mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar