Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7687/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə aldığı son haqq-hesab məbləğinin dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi haqqında qaydaların tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin və iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində təzminatın tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələbləri tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü olmaqla 20 fevral 2006-cı ildən 9 il 02 ay iş stajı ilə 3-cü dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası alır. 01 yanvar 2022-ci ildən pensiyanın məbləği heç bir əsas olmadan azaldılmışdır. İddiaçı 24 yanvar 2022-ci ildə pensiyanın hansı səbəbdən azaldılmasına aydınlıq gətirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdehin 24 fevral 2022-ci il tarixli **********8 saylı cavab məktubunda pensiya məbləğinin yenidən hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə ödənilmiş son haqq-hesab məbləğinin düzgün hesablanmadıgı bildirilmişdir. İnzibati orqan istifadə olunmamış məzuniyyətlərə görə hesablanmış son haqq-hesab məbləğini səhvən ya qəsdən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması” haqqında 07 fevral 2005-ci il tarixli 194 saylı qaydaların tələblərinə zidd olaraq “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablamaqla yanaşı, aylıq vəzifə maaşının artırılması zamanı yeni aylıq maaşına uyğunlaşdırılmayaraq sabit olaraq saxlamışdır. Ona görə də hesab edir ki pensiyanın hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə aldığı son haqq-hesab məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun deyil, “Dövlət qulluqçularına əmək pensiyasının təyin ediməsi” haqqında Qaydaların tələblərinə uyğun düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı 25 yanvar 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, pensiyanın məbləğinin hesablanması qaydası barədə ona rəsmi açıqlama verilməsi və buraxılmış səhvin düzəldilərək dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməmiş ayın fərq məbləği ilə birlikdə ödənilməsini xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 20 fevral 2006cı il tarixindən İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 20 fevral 2006-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 76,00 manat, qulluq stajına görə vəzifə maaşın 10 faizi miqdarında əlavə 7,60 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,24 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 151,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (151,08 manat) 53 faizi - 80,07 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşın 93,00 manat, qulluq stajına görə vəzifə maaşın 10 faizi miqdarında əlavə 9,30 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 32,11 manat, son haqqhesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 175,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,65 manat) 53 faizi-93,09 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 177,00 manat, qulluq stajına görə vəzifə maaşı 10 faizi miqdarında əlavə 17,70 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 61,11 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 297,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqın (297,05 manat) 53 faizi-157,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşı 10 faizi miqdarında əlavə 29,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 101,85 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 486,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (486,59 manat) 53 faizi-257,89 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 2 ay 26 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 32,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 112,20 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 529,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (486,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (529,94 manat) arasındakı fərq məbləğinin (43,35 manat) 30,56 faizi - 13,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (257,89 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 271,14 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 49,00 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 169,17 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 768,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (529,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (768,41 manat) arasındakı fərq məbləğinin (238,47 manat) 30,56 faizi - 72,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (271,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 344,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40387,46 manat pul vəsaiti ödənilməli olduğu halda, 53904,62 manat ödənildiyindən nəticədə ümumilikdə 13517,16 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13517,16 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddia tələbində qeyd olunan vurulmuş maddi və mənəvi ziyana görə 6500 manat məbləğində təzminatın tutularaq ona ödənilməsi ilə bağlı isə bildirilmişdir ki, həmin tələblə bağlı müraciət olunmamışdır. Vurulmuş maddi və mənəvi ziyana görə 6500 manat məbləğində təzminatın tutularaq ona ödənilməsi hissəsində isə iddianın mümkün sayılmaması, qalan hissədə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 20 fevral 2006-cı il tarixindən İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 20 fevral 2006-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 76,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 7,60 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,24 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 151,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (151,08 manat) 53 faizi - 80,07 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 93,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 9,30 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 32,11 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 175,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,65 manat) 53 faizi - 93,09 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 177,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 17,70 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 61,11 manat, son haqqhesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 297,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (297,05 manat) 53 faizi - 157,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 29,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 101,85 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 486,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (486,59 manat) 53 faizi-257,89 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 2 ay 26 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 32,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 112,20 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 529,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (486,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (529,94 manat) arasındakı fərq məbləğinin (43,35 manat) 30,56 faizi - 13,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (257,89 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 271,14 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 49,00 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 169,17 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 768,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (529,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (768,41 manat) arasındakı fərq məbləğinin (238,47 manat) 30,56 faizi- 72,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (271,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 344,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40387,46 manat pul vəsaiti ödənilməli olduğu halda, 53904,62 manat ödənildiyindən nəticədə ümumilikdə 13517,16 manat manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13517,16 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən əmək pensiyası 344,02 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Məktuba əlavə edilmiş xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay ödənilmiş pul vəsaitləri və ödənilməli olan pensiya məbləğləri haqqında cədvəldə iddiaçıya 2006-cı ildən 2022-ci ilə qədər 13517,16 manat məbləğində artıq pensiya ödənildiyi əks olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1677 saylı məktubu iddiaçıya bildirilmişdir ki, Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 121 nömrəli əmri ilə xx.xx.1995-ci il tarixdən pensiyamüavinət şöbəsinin müfəttişi vəzifəsinə təyin edilmişdir. "Azərbaycan Respublikasında Dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 908 saylı Fərmanı ilə pensiyaların yə pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi ilə əlaqədar olaraq, Nərimanov rayon ƏSMM-nin 31 nömrəli əmri ilə xx.xx.2003-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad olunmaqla əlaqədar olaraq xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 1829057,02 manat (köhnə AZN) məbləğində son haqq-hesab hesablanmışdır. Azərbaycan Respublikası ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli arayışda 1829057,02 manat (köhnə AZN) məbləğ əvəzinə mexaniki səhv olaraq 521778,21 manat (köhnə AZM) yazılmışdır. - Pensiya işində olan sənədlərdə: - Nərimanov 2 saylı Zona Tibbi – Sosial Ekspert Komissiyasının SER TSE – 01 saylı №004850 saylı TSEk-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.2006-cı il tarixdən iddiaçıya 3 qrup müddətsiz əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 142000 saylı pensiyaçının uçot vərəqindən və 501 saylı xx.xx.2006-cı il tarixli qərarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2006-cı il tarixdə dövlət qulluqçusu kimi 3 qrup əlilliyə görə ömürlük pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli xx/xx-1093 saylı arayışdan görünür ki, Babayev X1 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 121 nömrəli əmri ilə xx.xx.1995-ci il tarixdən pensiya-müavinət şöbəsinin müfəttişi vəzifəsinə təyin edilmişdir. “Azərbaycan Respublikasında Dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 908 saylı Fərmanı ilə pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi ilə əlaqədar olaraq, Nərimanov rayon ƏSMMnin 31 nömrəli əmri ilə xx.xx.2003-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad olunması ilə əlaqədar olaraq xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 521778,21 manat (köhnə AZM) məbləğində son haqq-hesab hesablanmışdır. Müvafiq qərar və sərəncamlarla: 20 fevral 2006-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 76,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 7,60 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,24 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 151,08 manat, bununla əlaqədar əmək pensiyası 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (151,08 manat) 53 faizi - 80,07 manat məbləğində hesablanmışdır. 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 93,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 9,30 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 32,11 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 175,65 manat, bununla əlaqədar əmək pensiyası orta aylıq əmək haqqının (175,65 manat) 53 faizi - 93,09 manat məbləğində hesablanmışdır. 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 177,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 17,70 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 61,11 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 297,05 manat, bununla əlaqədar əmək pensiyası qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (297,05 manat) 53 faizi - 157,43 manat məbləğində hesablanmışdır. 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 29,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 101,85 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 486,59 manat, bununla əlaqədar əmək pensiyası qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (486,59 manat) 53 faizi - 257,89 manat məbləğində hesablanmışdır. 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 32,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 112,20 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqısı 529,94 manat təşkil etmişdir. 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (486,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (529,94 manat) arasındakı fərq məbləğinin (43,35 manat) 30,56 faizi - 13,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (257,89 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 271,14 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 49,00 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 169,17 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 768,41 manat təşkil etmişdir. 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (529,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (768,41 manat) arasındakı fərq məbləğinin (238,47 manat) 30,56 faizi- 72,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (271,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********7 saylı qərarı ilə 344,02 manat məbləğində hesablanmışdır. - Cavabdehin xx.xx.2019-ci il tarixli 00523 saylı qərarından görünür ki, iddiaçıya 483,5 manat məbləğində yenidən hesablanmış pensiya təyin edilmişdir. - DSMF-nun Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 saylı attestatından görünür ki, iddiaçıya təyin edilmiş pensiya xx.xx.2019-cu il tarixdən dayandırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsi: Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası (...)
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.
9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” qaydaları:
2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.
3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.
4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.
5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası”na əsasən: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:
Orta aylıq əmək haqqı = (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN N
Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi; ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi; Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları; N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı. Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır. Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 20 fevral 2006-cı il tarixindən İİİ dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, məzuniyyət dövründə aldığı məzuniyyət haqqı “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası”na uyğun olaraq əmsallaşdırılmamışdır. Məhkəmə qeyd edir ki, dövlət qulluqçularının pensiyasının hesablanması hal - hazıra kimi qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il 194 saylı Fərmanı ilə təsdiq olunmuş Qaydalara əsasən aparılır. Həmin Qaydaların 1 saylı əlavəsinin 9-cu bəndinə əsasən sığorta ayırmalarına cəlb olunmuş digər gəlirlər də nəzərə alınır. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyalar sığorta ayırmalarına cəlb olunur. Həmin Qaydaların 2 saylı əlavəsinin 3-cü bəndində qeyd edilir ki, fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz olaraq qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) Prezidentin müvafiq Fərmanı ilə müəyyən edilir və ona görə də aylıq məvacib artırılanda o artırılmır (əmsallaşdırılmır). “Məzuniyyətlər haqqında” Qanunun 27-ci maddəsinə görə məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi və hal-hazırda qüvvədə olan 23 avqust 1999-cu il 137 nömrəli qərarı ilə təsdiq olinmuş Qaydaların 2 saylı əlavəsində də məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası göstərilmişdir. Buna uygun olaraq iddiaçıya ilk dəfə 20 fevral 2006-cı ildən pensiya təyin olunan vaxta orta aylıq məvacibin (əmək haqqının) hesablanması belə olmuşdur: aylıq vəzifə maaşı - 76 manat, iş stajına (qulluq stajına) görə əlavə 10 faiz - 7.6 manat, mükafat 8.286 dəfə (828.6 faiz) - 26.24 manat, ixtisas dərəcəsinə görə - 26 manat, aylıq məvacib (aylıq maaş ) -135.84 manat. Bu zaman aylıq məvacib həmin dövrdə inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Lakin istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) isə düzgün hesablandığı halda sonradan başqa qaydada hesablanaraq azaldılmışdır. Belə ki, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya aşagıdakı kimi hesablanmalı idi: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarına əsasən mükafatın ödənilməsi aylıq vəzifə maaşı həcmində nəzərdə tutulduğu üçün son 24 və ya istənilən 60 ay ərzində ödənilmiş faktiki ödənilmiş mükafatlar aylıq vəzifə maaşına bölünərək nisbət tapılmaqla hesablanaraq inzibati orqan mükafatı düzgün hesablayaraq 8.286 dəfə (828.6 faiz) qəbul etmişdir. Daha sonra istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab isə aylıq məvacibdən (aylıq maaşdan) hesablandığı üçün son ayın məvacibinə bölünərək nisbət tapılmaqla hesablanmalı idi. Müvafiq olaraq istifadə olunmamış məzuniyyətlərə görə ödənilən kompensasiyanın (son haqq-hesab) nisbət tapılması qaydası - 1.829.057,02 (cəmi ödənilən kompensasiya): 175000 (son aylıq məvacib) = 10.45 dəfə, tapılmış nisbət aylıq məvacibə vurularaq 24 aya bölünüb aylıq məvacibin üzərinə əlavə edilməklə pensiya hesablanması üçün orta aylıq məvacib tapılmalı idi: 135.84 manat (aylıq məvacib)x10.45 dəfə (nisbət): 24 (pensiya hesablanması üçün götürülən ay) = 59.15 manat. Buradan da pensiya hesablanması üçün orta aylıq məvacib (əmək haqqı): 135.84(aylıq məvacib) +59.15 (kompensasiya) = 194.99 manat. İnzibati orqanın da təsdiq etdiyi 09 il 02 ay iş stajına görə mövcud qanunvericiliyə əsasən orta aylıq məvacibin (əmək haqqının) 53 faizi qədər pensiya hesablanırdı. 20 fevral 2006-ci il tarixə pensiyanin məbləği 194.99 (o.a.m) x 0.53 ( faiz) = 103.34 manat olmalı, aylıq məvacibin sonradan artırılması zamanı hesablama bu qaydada davam etməli idi. Lakin iddiaçının pensiya işinin hazırkı işə əlavə edilmiş materiallarından və cavabdehin etirazlarından məlum olur ki, iddiaçıya pensiya hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələbləri nəzərə alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələbləri tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələbləri tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva