Məhkəmə qərarları › İş №2-1(112)-7689/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7689/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7689/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi VVəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 01.02.2019-cu il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu 01.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu il təvəllüdlüdür, 1974-1977-ci illərdə 80 nömrəli Peşə Texniki Məktəbində oxumuş, çilingər-təmirçi ixtisasına uyğun zərərli işlərdə çalışmış, ümumilikdə 26 il sığorta stajı var (peşə məktəbində oxuduğu illər nəzərə alınarsa 29 il), bunlardan ən azı 14 il müddətində zərərli işdə çalışmışdır. Belə ki, 04.09.1989-03.02.2003-cü illərdə Bakı Soyuducular Zavodunda zərərli işdə “kürəçi” (objiqalşik) vəzifəsində işləmişdir. İddiaçının pensiya təminatı barədə müraciətinə cavabdeh 21.04.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubu ilə imtina etmiş, imtinanın səbəbi kimi 01.01.1998-31.01.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə oldugu, bununla da 25 ildən az stajının oldugu (cəmi 19 il 7 ay 14 gün) qeyd olunmuşdur. Cavabdehin bu uydurma əsaslarla iddiaçıya qanuni pensiya təminatından məhrum etməsi onun konstitusiya hüquqlarının kobud səkildə pozulmasına gətirib-çıxartmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, cavabdeh iddia ərizəsini qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçıya həm hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı qanunvericiliklə müəyyən edilmiş 25 ildən az yəni 19 il 07 ay 14 gün, güzəştli iş stajı isə 12 il 06 aydan az, yəni 08 il 03 ay 27 gündən azdı. Həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsində, həm də “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində məzuniyyətdə olduğu müddətin işçinin əmək stajına daxil edildiyi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. "xxxx" ASC-nin 14.01.2021-ci il tarixli 02 nömrəli arayışdan onun 01.01.1998-31.01.2003-cü il tarixləri dövr arasındakı müddət ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuş, məhz bu səbəbdən qeyd edilən dövr iddiaçının nə ümumi, nə də ki, güzəştli iş stajı kimi qəbul edilə bilməz. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifai məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayənədəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sabunçu RPİ tərəfindən 04.03.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı 22.10.1978-ci il tarixdən 13.12.1980-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbavcan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 saylı 18.01.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Bakı Soyuducullar Zavodu”na 20.04.1982-ci il tarixdə 178/k saylı əmrlə Yığma sexinə yığıcı-çilingər peşəsinə işə qəbul edilmişdir. 04.09.1989-cu il tarixdən 321/U saylı əmrlə 31.01.2003-cü il tarixədək Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir. SSRİ Nazirlər Kabinetinin 25.05.1974-cü il tarixli 43 nömrəli qərarı ilə Bakı Soyuducular Zavodunun bazasında “Bakelektropribor” İstehsalat Birliyi yaranmışdır. “Bakelektropribor” İstehsalat Birliyinin tərkibində olan “Bakı Elektrik Soyuducuları Zavodu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.1991-ci il tarixli 10 nömrəli qərarı ilə “Çinar” İstehsalat Birliyi adlandırılmışdır. Bakı Soyuducular Zavodu “Çinar” İB-nin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin 28.02.2002 tarixli 83 saylı sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Arayış forma T-2 şəxsi vərəqinə, əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış 21.04.2021-ci il tarixli **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zorərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığoıta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 14 yanvar 2021-ci il tarixli 02 nömrəli arayışında 01.01.1996 -31.01.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu ümumilikdə 5 il 1 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 27 gün) təşkil edir. Bundan başqa ümümi iş stajı da 25 ildən az (19 il 7 ay 14 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - İddiçıya məxsus ИТ seriyalı ******* saylı 13.03.1981-ci il tarixdə doldurulmuş əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilmiş təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 08.08.1977-22.10.1978-ci illərdə Bakı şəhəri 3 No-li AMTT-da 3-cü (üçüncü) dərəcəli təmirçi - çilingər (Əmr № 147/ok 03.08.1977-ci il), 26.03.1981-ci il tarixdən 20 №-İi Filialda 3-cü dərəcəli təmirçi çilingər (Əmr №N71/ok 25.03.1981-ci il), 13.08.1981-10.11.1981-ci illərdə 6 №-li Filialda 3-cü dərəcəli təmirçi-çilingər (Əmr №198/ok 13.07.1981-ci il), 20.04.1982-ci ildən Bakı Soyuducu Zavodunda yığma sexində birinci dərəcəli yığıcı çilingər (Əmr №178/k 21.04.1982-cı il), 04.09.1989- 31.01.2003-cü illərdə BEİ-də 3-cü dərəcəli kürəçi (Əmr № 321 /k 04.09.1989-cu il) vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 saylı 02.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı vaxtilə həmin müəssisədə işləmiş, 01.01.1983 - 31.01.2003-cü illər üzrə əmək stajı, əmək haqqı və müəssisənin adının dəyişdirilməsi barədə arayış "xxxx" ASC-də hazırlanmışdır. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 saylı 02.08.2021-ci il və 26 saylı 16.09.2021-ci il tarixli eyniməzmunlu arayışlarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Bakı Soyuducular Zavodu”na 20.04.1982-ci il tarixdə 178/k saylı əmrlə Yığma sexinə yığıcı-çilingər peşəsinə işə qəbul edilmişdir. 04.09.1989-cu il tarixdən 321/k saylı əmrlə 31.01.2003-cü il tarixədək Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı; Bölmə 11. Metal emalı; 11.9. Qaynar üsulla metalın üzlənməsi; a) fəhlələr: -emal yandırıcıları öz əksini tapmışdır. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuş və 01.10.1997-ci il tarixdən 31.01.2003-cü il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. SSRİ Nazirlər Kabinetinin 25.05.1974-cü il tarixli 43 nömrəli qərarı ilə Bakı Soyuducular Zavodunun bazasında “Bakelektropribor” İstehsalat Birliyi yaranmışdır. “Bakelektropribor” İstehsalat Birliyinin tərkibində olan “Bakı Elektrik Soyuducuları Zavodu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.1991-ci il tarixli 10 nömrəli qərarı ilə “Çinar” İstehsalat Birliyi adlandırılmışdır. Bakı Soyuducular Zavodu “Çinar” İB-nin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin 28.02.2002 tarixli 83 saylı sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Arayış forma T-2 şəxsi vərəqinə, əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.08.2004-cü il tarixli 57/k saylı əmrindən görünür ki, iddiaçı müəssisənin 44 saylı 18.06.2004-cü il tarixli əmri ilə ödənişsiz məzuniyyətdən geri çağırılmış və 12.03.2004-cü il tarixdən iş günü hesab edilmişdir. Lakin üzrlü səbəb olmadan işə çıxmadıgından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” bəndinə müvafiq) 26.08.2004-cü il tarixdən işdən azad edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 saylı 29.09.2021-ci il tarixli və 24 saylı 29.09.2021-ci il tarixli arayışlarından görünür ki, iddiaçı 1996-cı ilin sentyabr – dekabr aylarında, 1997-ildə, 1998-ci ilin yanvar - aprel, iyun, avqust, dekabr aylarında, 1999-cu ilin yanvar – sentyabr, 2000-ci ilin fevral – may, iyul – dekabr, 2001-ci ilin yanvar, mart – dekabr, 2002-ci ildə, 2003-cü ildə, 2004-cü ildə əmək haqqı almamışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının xüsusi və ümumi iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67- ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 01.02.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (21.1.) 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74.-cü maddəsinə əsasən əmək haqqı saxlanılmadan məzuniyyət ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Əmək Məcəlləsi: Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun məzmunu yuxarıda göstərilmiş 1.0.2-ci maddəsinin tələbinə görə iş və digər fəaliyyət dövrlərinin sosial sığorta stajı dövrü kimi sayılmasının mütləq şərti isə şəxsin əmək haqqı alması və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasıdır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Beləliklə, iş materiallarına əsasən iddiaçı Qanunda tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, işdə olan əmək kitabçasına əsasən iddiaçının 04.09.1989-31.01.2003-cü illərdə “Bakı Soyuducular Zavodu”nun Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 saylı 02.08.2021-ci il və 26 saylı 16.09.2021-ci il tarixli eyniməzmunlu arayışlarından görünür ki, iddiaçı 01.10.1997-ci il tarixdən 31.01.2003-cü il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Müəssisədən alınan əmək haqqı cədvəllərindən isə görünür ki, iddiaçı cəmi 11 ay əmək haqqı almışdır. Belə olan halda, iddiaçının 01.10.1997- 31.01.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. İddiaçının çalışmış oldugu vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 21507000 7. Qaynar üsulla metalın üzlənməsi Bölməsində 2150700a a) fəhlələr yarımbölməsində 2150700a—15201 emal yandırıcıları vəzifəsinə uygun gəlsə də, iddiaçı tələb olunan 12 il 6 aydan az, cəmi 7 il 10 ay 28 gün güzəştli iş stajı toplamışdır. Bundan başqa, iddiaçının 01.10.1997-31.01.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət ümumi iş stajına da daxil edilə bilməz. Belə ki, iddiaçının təhsil dövrü – 3 il , hərbi xidmət dövrü - 2 il 1 ay 16 gün, əmək kitabçasına əsasən (01.10.1996-cı il tarixə qədər olan dövr) əmək stajı 16 il 3 ay 12 gün olmaqla, 21 il 4 ay 28 gün ümumi stajı var. Həmin dövrə iddiaçının 01.10.1996-cı il tarixdən 31.01.2003-cü il tarixə qədər əmək haqqı aldığı (1996-cı ilin sentyabr – dekabr aylarında, 1997-ildə, 1998-ci ilin yanvar- aprel, iyun, avqust, dekabr aylarında, 1999-cu ilin yanvar - sentyabr, 2000-ci ilin fevral - may, iyul – dekabr, 2001-ci ilin yanvar, mart – dekabr) 11 aylıq dövrü də, iddiaçının ümumi stajına hesablansa belə, iddiaçının ümumi stajı 25 ildən az, cəmi 22 il 03 ay 28 gün təşkil edir. Beləliklə, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas yoxdur. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət etməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına malik olmadığından 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 57 yaşının tamam olduğu 01.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar