Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7693/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair rəyin tərtib edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib etməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli **********51 reyestr nömrəli 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə zərurət yaranmışdır. Ona görə ki, xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ailəsi ilə yaşamaq üçün ev tikmək niyyəti ilə torpaq sahəsi almışdır. Torpaq sahəsini alanda orada bir neçə tikili villalar, fərdi yaşayış evləri var idi və satıcı bildirmişdir ki, bu massiv sırf yaşayış evləri üçün nəzərdə tutulub. Torpağa dair çıxarış alanda isə təyinat qrafasında «digər təyinatlı torpaqlar» yazılması onda inam yaratdı ki, həqiqətən də satıcı doğru deyir və gördüyü kimi, bu massivdə artıq ondan əvvəl bir neçə ailə villa və evlər tikərək yaşayırlar. Sonradan həmin torpaq sahəsində evin tikintisinə başlamaq istədikdə isə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evini tikmək üçün icazə verilmədi. Bildirildi ki, fərdi yaşayış evinin tikintisi üçün ilk əvvəl torpağın kateqoriyası dəyişdirilməlidir. O, xx.xx.2021-ci il tarixdə torpaqğın kateqoriyasının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırmışdır. Ona bu müraciət əsasında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»na uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin razılığı (rəyi), dəyişdirilməsinin əsaslandırılması, situasiya planı və ya layihələndirilən ərazinin baş planı, torpaqların istifadəsi ilə bağlı fəaliyyətin X1sının müsbət rəyi, torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və sifarişçinin vəsaiti hesabına tərtib edilmiş yerquruluşu planı təqdim edilməklə, torpaq mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırıldığı və həmin qaydaların 3.3-cü yarımbəndinə əsasən, müvafiq tapşırıq daxil olduğu təqdirdə məsələyə mövcud qanunvericiliyə uyğun cavab veriləcəkdir. Müvafiq olaraq ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun X1 Agentliyindən müsbət rəy ala bilmişdir. Bakı şəhər İcra Hakimiyyətinə razılıq (rəy) verməsi üçün 4 dəfə müraciət ünvanlamışdır. Müraciətinin tam hüquqi əsası vardır. Lakin müraciətləri cavabdeh tərəfindən araşdırılmamış, qanunauyğun cavablar verilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi, hər dəfə müraciətini əsassız olaraq gecikdirməyi onun xüsusi mülkiyyətində olan torpaq sahəsində ev tikməsinin qarşısını alır. Halbuki müvafiq qanunvericilik aktına uyğun olaraq birinci - dövlət orqanlarının rəyləri toplanmalı, sonra Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır. Cavabdehin məktublarında heç bir səbəb, hüquqi əsas göstərilməməsi cavabdehin vətəndaş müraciətinə olan laqeyd yanaşmasıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (elektron) görünür ki, ünvan ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsi 0.06 ha, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalarına aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»na əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinə münasibətdə müvafiq dövlət qurumları və təşkilatların, habelə mənafeyinə toxunduqda qonşu torpaq sahələrinin sahiblərinin mövqeyi nəzərə alınmaqla torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə torpaq mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qaldırdığınız məsələyə sözügedən torpaq sahəsinə dair müvafiq sənədlər toplusu və aidiyyəti qurumların rəyləri Bakı şəhər İcra Hakimiyyətinə daxil olduqdan sonra yenidən baxıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. 2.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardan ibarətdir: 2.1.13. xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri. 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.2-ci bəndinə əsasən qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: 3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi; 3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin X1sının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. 3.2.3-cü bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır, torpaq sahəsi 0.06 ha, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51. İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilərək həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən müraciət araşdırılmamış və iddiaçıya müraciətinə uyğun cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında inzibati icraat aparılmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair müvafiq rəyin verilməsi ilə bağlı müraciəti cavabdeh tərəfindən araşdırılmalı və buna uyğun olaraq müvafiq cavab verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7693/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7693/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver