Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7693/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün sorğu göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürən “Azərbaycan X21” Qapalı Səhmdar Cəmiyyəti X24 Donanmasına sorğu göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi bardə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 mart 2014-cü il tarixdə iş yerində əmək funksiyalarını yerinə yetirərəkən bədbəxt hadisə nəticəsində səhhəti pozulmuşdur. xx.xx.2015-ci il tarixdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar TSEK-də ilkin müayinə zamanı ona istehsalatda baş vermiş bədbəxt hadisə barədə heç bir sənəd olmadığı üçün əlillik səbəbi ümumi əsaslarla təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə birinci dərəcə əlillik müddətsiz uzadılmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zədə almağı barədə hüquqi sənəd Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2018-ci il tarixli qərarı əsasında verilmişdir. Məhkəmə qərarına əsasən 19 noyabr 2018-ci il tarixdə X12 haqqında “İZ” formalı ak işəgötürən tərəfindən tərtib edilərək, zərərçəkənə təqdim edilmişdir. Məhkəmə qərarı ilə “İZ” formalı akt istehsalat zədəsi nəticəsində əmək qabiliyyəti itirmə faizinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. TSEK-nın xx.xx.2022-ci il tarixli göndərişinə əsasən 1 saylı X15 baş beyin KT müayinəsindən əmək zədəsi diaqnozu ilə müayinədən keçmişdir. Onun istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı aldığı 28 mart 2014-cü il tarixdə əmək zədəsi nəticəsində əmək qabiliyyətinin itirilmə faizini neçə faiz müəyyən edilməsinə bütün sənədlər qaydasındadır. Sadəcə olaraq Azərbaycan Respublikasının Nazilər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 3, 3.1.1 bəndinə əsasən əlillik müəyyən olunduğu halda bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəblər müəyyən edilir. Cavabdeh isə həmin qaydalara riayət etmək istəmir və iddiaçıya əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənə yazılı sorğu göndərməkdən süni şəkildə boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti “Azərbaycan X21” QSC X20 xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik “X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25-Ürəyin işemik xəstəlikləri => İ24-Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => 124.8-Ürəyin kəskin işemik xəstəliyinin digər f... Diaqnozun mətni: sol oksipital .temporal, sol PCA Hövzəsi, X23, PSH hövzəsində keçirilmiş işemik tip lakuna insultdan sonrakı vəziyyət. hipertaniya xəstəliyi İİİ m. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.1 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 195- 199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => 197 - Başqa rubrikalarda təsnif edilməyən, tibbi proseduralardan sonra qan... Diaqnozun mətni: baş beyin qan dövranının kəskin pozğunluğu işemik insult.sol tərəfli hemiporez Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. “Azərbaycan X21” QSC Sosial İnkişaf İdarəsinin 1 saylı Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ63-Beyin infarktı => İ63.2 - Beyinönü arteriyanın dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində t... Diaqnozun mətni: Ü.İ.X.Qərginlik Stenokardiyası İİİ F.S. Hipertoniya Xəstəliyi İİ Mər” X25 X7 əlillik => DİGƏR: Ü.İ.X.Gərginlik Stenokardiyası İİİ F.S. Hipertoniya Xəs-yİ İİ MƏR. X25 X7 X14. Sol Tərəf...” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir. xx.xx.2017-cı ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri =>İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.2 - Beyinönü arteriyanın dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində t... Diaqnozun mətni: Ü.İ.X.Gərginlik Stenokardiyası İİİ F.S. Hipertoniya Xəs-Yİ İİ MƏR. X25 X7 X14. X18. Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər: Ü.İ.X.Gərginlik Stenokardiyası İİİ F.S. Hipertoniya Xəs-Yİ İİ MƏR. X25 X7 X14. SOL TƏRƏFL...” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının müxtəlif vaxtlarda Agentliyə ünvanladığı sorğular və onlara verilən cavablardan da görünür ki, sorğuya əlavə edilmiş AR X21 QSC-nin səhhətində əvvəldən mövcud olan xəstəliklə əlaqədar olub istehsalat xarakterli hesab edilmir. Göründüyü kimi iddiaçının tələbi ilkin əlilliyin qiymətləndirilməsi deyil, təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən də əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi üçün işəgötürənin yazılı sorğusu zərurəti vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.10-cu bəndinə əsasən İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi- X10 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Həmin qərarın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilə bilər. Həmin qərarın 3.2-ci bəndinə əsasən Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-Kollegiyasının 2-1(103)-1109/18 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 7 saylı region üzrə X11 məsləhətçi-əmək müfəttişi təhqiqat komissiyasının sədri Samir Məmmədova qarşı “Azərbaycan X21” QSC istehsalatda “Abşeron 19” kçik həcmli gəmidə iş vaxtı səhhətinin pozulması ilə əlaqədar yaradılmış təhqiat komissiyasının 12 may 2017-ci il tarixdən 07 iyun 2017-ci il tarixədək aparılan təhqiqat aktının etibarsız hesab olunaraq, onun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan X21” QSC-nin X24 Doananmasının sabiq işçisi İddiaçı səhhətinin pozulması halını istehsalatda əlaqəliyinin müəyyən edilməsi barədə rəyin verilməməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-386/2018 saylı iş üzrə 13 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-Kollegiyasının 2-1(103)-1109/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-386/2018 saylı iş üzrə 13 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddianın təmin edilməsi, “Azərbaycan X21” QSC-nin X24 Donanmasının sabiq işçisi İddiaçı səhhətinin pozulması halını istehsalatda əlaqəliyinin müəyyən edilməsi barədə rəyin verilməməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən verilmiş **********0 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X16 Xidmətinin 12 may 2017-ci il tarixli 47-T nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası məhkəmə qərarının icrası olaraq, 07 iyun 2017-ci il tarixli əmri ilə yaradılmış təhqiqat komissiyası məhkəmə qərarının icrası olaraq 07 iyun 2017-ci il tarixli təhqiqat aktını 14 noyabr 2018-ci il tarixdə yenidən tərtib etmiş və İddiaçı səhhətinin pozulması halının “Azərbaycan X21” QSC-nin “Xəzərdənizneftdonanma” İdarəsi tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı akt”la rəsmiləşdirilməsi və uçota alınması barədə rəy vermişdir. “Azərbaycan X21” QSC-nin X24 Donanmasının sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2017-ci il 15 mart tarixli 2-1(102)-343/17 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının 6-cı bəndində- Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyində qeyd olunmuşdur ki, təhqiqat komissiyası İddiaçı səhhətinin pozulması halında “Azərbaycan X21” QSC-nin X24 Donanmasının vəzifəli şəxslərinin cavabdehliyini müəyyən etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2018-ci il tarixli 2-1 (103)-1109/18 nömrəli qərarı ilə İddiaçı səhhətinin pozulması halının istehsalatla əlaqəliliyinin müəyyən edilməsi barədə rəyin verilməməsi hərəkətsizliyinin qanunsuz hesab edildiyini və İddiaçı səhhətinin pozulması halında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndində qeyd olunan halların müəyyən edilmədiyini nəzərə alaraq, “Azərbaycan X21” QSC-nin X24 Donanması tərəfindən onunla baş vermiş hadisənin “İZ” formalı aktla rəsmiləşdirilməsi və uçota alınması təmin edilməlidir. “İZ” formalı aktın bir nüsxəsinin İddiaçı verilməsi “Azərbaycan X21” QSC-nin X24 Donanması rəhbərliyi tərəfindən təmin edilsin. “Azərbaycan X21” QSC-nin X24 Donanması tərəfində tərtib olunmuş “X12 Haqqında” 02 №-li “İZ” formasından (aktdan) müəyyən olunur ki, xx.xx.1995-ci ildən “Azərbaycan X21” QSC X24 Donanmasında işləyən 1966-cı il təvəllüdlü İddiaçı barəsində 19 noyabr 2018-ci ildə bədbəxt hadisənin şahidi kapitan X13 iştirakı ilə akt tərtib olunmuşdur. “İZ” formasının (aktın) 14.2-ci bəndində qeyd olunmuşdur ki, əmək qabiliyyətini itirməsi barədə xəstəlik vərəqəsi yaxud müalicə idarəsinin arayışı üzrə baş beyin qan dövranının kəskin pozğunluğu, İşemik insult. Sol occiptal sol temporal pay. Ponsun sağ hissəsində lokunar infrakt, sol tərəfli hemipares. Hipertaniya xəstəliyi 3-cü mərhələ Ü.İ.X Aferosklerotik kardlioskleroz xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək işdən azad edilmişdir. Əmək qabiliyyətini müvəqqəti itirmə müddəti 300 gün, Əmək qabiliyyətini itirmə vərəqəsi üzrə 7919,23 manat müavinət ödənilmişdir (14.3-cü bənd) Bədbəxt hadisənin son nəticəsi: xəstəliklə əlaqədar əlillik (14.4-cü bənd). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1676/2019cu il tarixli xx.xx.2019-cu il tarixli qərardadın surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə qarşı (üçüncü şəxslər İddiaçı və “Azərbaycan X21 QSC-nin X6maqla) iddia ərzəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 12 may 2017-ci il tarixli 47-T saylı əmri ilə yaradılmış təhqiqat komissiyasının 14 noyabr 2018-ci il tarixli təhqiqat aktı qanuna zidd olduğundan həmin inzibati aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-973/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1676/2019-cu il tarixli xx.xx.2019cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-973/2019 saylı, 16 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-343/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı 08 iyun 2015-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 28 mart 2014-cü il tarixdə 00:30 və 06:50 radələrində istehsalatda, “Abşeron 19” kiçik həcmli gəmisində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması vəzifəsinin cavabdehin üzərinə komissiya yaradılması öhdəliyinin qoyulması və cavabdehin yaratdığı komissiya tərəfindən aparılan təhqiqatın iddiaçı və nümayəndəsinin iştirakı ilə aparılmasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin 02 iyul 2015-ci il tarixli qərardadı ilə qeyd olunan iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3753/15 saylı, 14 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 fevral 2016-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 09 iyun 2016-cı il tarixli qərarı ilə idiaçının kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi 28 mart 2014-cü il tarixdə 00:30 və 06:50 radələrində istehsalatda, “Abşeron 19” kiçik həcmli gəmisində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmiş, iddia qalan hissədə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-343/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasınpın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-19103)-1844/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Əlillik haqqında ********** №-li, xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəliklə birinci dərəcə əlillik təyin edilmişdir. “Azərbaycan X21” Qapalı Səhmdar Cəmiyyəti” X24 Donanması tərəfindən İddiaçı ünvanlanmış 02/03/T-428-176 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ona 2017-ci il tarixində ümumi xəstəliklə əlaqədar (əmək zədəsi ilə əlaqədar deyil) birinci qrup əlillik təyin edilmişdir. Təqdim etdiyi “İZ” aktının surətində də Donanmanın cavabdehiliyi olmadan ümumi xəstəlikdən birinci qrup əlil olmağı müəyən edilmişdir. Əlilliyi ümumi xəstəliklə bağlı olduğundan (istehsalatda əmək zədəsi ilə bağlı olmadığı üçün) əmək qabiliyyətinin itirilmə faizinin müəyyənləşdirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Müvafiq qurumun bununla bağlı hər hansı sorğusu olarsa, işəgötürən tərəfindən cavablandırıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosiall Ekspertiza və X3 Namiq Hacıbala oğluna ünvanladığı **********3 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə tərəflərindən baxılmışdır. Əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlilliyin səbəbinin əmək zədəsinə dəyişdirilməsi üçün “İZ” formalı akt, istehsalat müəssisəsinin əmək qabiliyyətinin itirilmə faizinin təyini barədə sorğu məktubu və ya məhkəmə qərarı ilə həftənin 4-cü günləri saat 10.00-13.00 arası Agentliyə müraciət etməlidir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın 3-17-4/2-T- 2831/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə uyğun olaraq İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını Agentliyə təqdim etməlidir. Tələb olunan sənədlər tərəflərindən təqdim olunduğu təqdirdə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi aparılacaqdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası”.
1. Ümumi müddəalar. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 №li Fərmanı ilə təsdiq olunmuş “Dövlət Tibbi- Sosial Ekspertiza və X1” nin “Agentliyin vəzifələri və hüquqları” adlanan 3-cü bəndində göstərilmişdir ki: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.1.4. tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X5 tərtib etmək və onun icrasına nəzarət etmək; 3.1.5. X12lər və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilmə faizini, habelə X12lər və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək; 3.1.6. əlilliyi olan şəxsin müayinə və müalicə məqsədilə tibb və ya reabilitasiya müəssisəsinə göndərilməsi barədə qərar qəbul etmək; 3.1.7. X12lər və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd edilən hadisələrlə əlaqəsinin tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyənləşdirilməsini təmin etmək.
Məhkəmənin mövqeyi.
İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi X12lər və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilmə faizini tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürən “Azərbaycan X21” Qapalı Səhmdar Cəmiyyəti X24 Donanmasına sorğu göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev