Məhkəmə qərarları › İş №2-1(112)-77/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-77/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-77/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC ” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dəqiqləşmə verilərək cavabdehin 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmiş,ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 18571,55 manat vergi borcu hesablanmışdır. 2015-ci il üzrə iddiaçının zərəri sonrakı dövrlər ərzində Cəmiyyətin əldə etdiyi mənfəət hesabına VM-nin 121.1-ci maddəsinə əsasən kompensasiya edilmişdir. Vergi orqanı tərəfindən aparılan hesablamaya əsasən 2020-ci il üçün 2015-ci il fəaliyyəti üzrə kompensasiya edilməyən məbləğ 64.661,00 manat və 2016-cı il üzrə 141.632,49 manatlıq kompensasiya edilməyən məbləğin Cəmiyyətin 2015 və 2016-cı illərdə baş vermiş olan devalvasiyası nəticəsində yaranmış olduğunu, həmin məbləğin də bilavasitə cəmiyyətin fəaliyyəti ilə bağlı olmadığı və VM-nin tələbinə əsasən növbəti illərin kompensasiya edilməli olduğunu bildirsək də, vergi orqanı tərəfindən buna məhəl qoyulmamışdır. Bu isə, qeyd edilən 206.632,49 manat məbləğin vergi orqanı tərəfindən hesablanması zamanı vergitutma obyektinin nə olduğu sualını haqlı olaraq ortaya çıxarmaqdadır. 2019-cu ildə 2015 və 2016-cı il tarixlərində yaranmış olan zərərin məbləğinin 2017-2019-cu illərdə əldə edilmiş mənfəət hesabına edilə bilməməsi, 2020-ci ildə vergi ilinin mənfəət ilə həmin zərər məbləğinin kompensasiya edilməsi və 2020-ci ildə əldə edilən mənfəətdən sahibkarlara edilmiş 75 faiz güzəştlə vergi borcu Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Hesab edir ki, vergi orqanı tərəfindən 2019-cu il üçün Cəmiyyət tərəfindən zərərlə başa vurulduğu halda kameral vergi yoxlaması aparılaraq vergi borcunun hesablanması barədə qərar qəbul edilməsinin əsası yoxdur. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş 2019-cu il cari mənfəət vergisi bəyannaməsinin 240-cı sətrdinə 2015-ci il ürə zərər məbləği 618911,15 manat, 2016-cı il üzrə 141971,49 manat qeyd edildiyi, lakin vergi ödəyicisi tərəfindən 2015-ci ilə aid zərərin 216513,53 manat hissəsi 2017-ci il üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsində, 223105,41 manat hissəsinin isə 2018-ci il üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsində istifadə edildiyi müəyyən edilmişdir. Uyğunsuzluq məktubu göndərilmiş, dəqiqləşdirilmiş bəyannamə və təsdiqedici sənədlər tələb edilmiş, lakin təqdim edilməmişdir. Bu səbəbdən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 18571,55 manat əlavə vergi hesablanmışdır. Bundan əlavə, 31 mart 2022-ci il tarixində müvafiqə dövr üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilərək 240 –cı sətrdə 2015-ci ilə aid zərər 123035,47 manat düzəliş edilməsinə baxmayaraq dövriyyə azaldılaraq qeyd edilmişdir. 2019-cu il dəqiqləşdirilmiş bəynannamədə dövriyyə azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 23 may 2022-ci il tarixli qərarından görünür ki, 18.571,55 manat 2019-cu ilin mənfəət vergi üzrə vergi borcu hesablanmışdır. Cavabdehin 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, əvvəlki qərar ləğv edilmiş, 2832,19 manat məbləğində vergi borcunun hesablanması qərara alınmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, bəyannamələrin təhlili zamanı müəyyən edildi ki, iddiaçı 2015-ci il üzrə müəssisənin zərərini sonrakı dövrlər üzrə (2017,2018,2019) cəmiyyətin mənfəəti hesabına VM-nin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, müəssisənin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat təşkil edir. Zərərin məbləğinin 618.911,15 manatlıq məbləği 2015-ci ilin zərəri kimi, 141.971,49 manatlıq məbləği isə 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində müəssisəninn fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği isə 124.631,13 manat olduğu hazırkı tətqiqatla müəyyən edildi. Beləliklə müəssisənin 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760,882,64 manat, 2017-2019-cu illər üçün mənfəəti isə ümumilikdə 554.250,16 manat təşkil edir. Bundan əlavə, vergi ödəyicisinin dövriyyəsinin 2.125,634,05 manat göstərilməklə vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləğinin vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil etdiyi müəyyən edildi. Əlavə hesablanmış məbləğin düzgünlüyü müəyyən edilməmişdir. Rəyə mülahizədə etiraza uyğun dəlillər göstərilərək ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Vergi Məcəlləsinin: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. İşin faktiki hallarından da aydın olur ki, hazırkı inzibati mübahisə iddiaçıya mənfəət vergisi üzrə 2019-cu il dövrü ilə əlaqədar 2832,19 manat əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş cavabdehin qərarının düzgün olub-olmaması ilə əlaqədardır. Qeyd olunur ki, mübahisələndirmə növündə olan hazırkı iddia üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən həmin faktiki şərtlərin mövcudluğu sübut edilmir. Əksinə iş materiallarında olan sənədlər, eləcə də ekspert rəyi ilə qərarın qanunsuz və əsassızlığı müəyyən edilməkdədir. Belə ki, işin faktiki hallarından və buna dair iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı 2015-ci il üzrə müəssisənin zərərini sonrakı dövrlər üzrə (2017,2018,2019) cəmiyyətin mənfəəti hesabına VM-nin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, müəssisənin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat təşkil edir. Zərərin məbləğinin 618.911,15 manatlıq məbləği 2015-ci ilin zərəri kimi, 141.971,49 manatlıq məbləği isə 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində müəssisəninn fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği isə 124.631,13 manat olduğu müəyyən edilir.. Beləliklə müəssisənin 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760,882,64 manat, 2017-2019-cu illər üçün mənfəəti isə ümumilikdə 554.250,16 manat təşkil edir. Həmçinin, vergi ödəyicisinin dövriyyəsinin 2.125,634,05 manat göstərilməklə vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləğinin vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil etdiyi müəyyən edildi. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə vergi hesablamasının düzgün olmaması müəyyən edilmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyin nəticəsinə görə iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisinin düzgün hesablanması halı öz təsdiqini tapmamışdır. Həmin rəyin mötəbərliyinə də hər hansı şübhə mövcud deyildir. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbi təmin olunduğundan, ekspertiza xərci cavabdeh ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaçı barəsində qəbul edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli **********564500 saylı “vergilərin, sosial sığorta və işsizlik sığorta haqqlarının hesablanması haqqında” Qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (yüz manat) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar