Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-770/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Cavabdeh1 cəlb olunmaqla) «iddiaçının fərdi yaşayış evinin evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh1 qarşı «iddiaçının fərdi yaşayış evinin evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddiaçı X1 cavabdeh Niftullayeva (Quliyeva) Hülya Saleh qizına qarşı «ümumi mülkiyyətdə pay artırılmaqla, mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilməsi» barədə iddia tələbinə baxaraq, iddia tələbinin təmin edilməməsi barədə 2(006)-4191/2021 saylı qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qərardadın nəticə hissəsində iddiaçıya zah edilmişdir ki, “iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda, həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsiziyindən) inzibati qaydada və ya aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər”. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin bu qərardadına uyğun olaraq ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “Bakı şəhəri, Nəsimi rayonu A.D.Qurbanov küçəsi ev 65 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə inşa edilən 2-ci mərtəbədə (21,7 + 12,1 + 9,8 + 13,0 + 4,20 + 2.5 + 2.3 kv. m.) = 65.6 kv.m ümumi sahə və 82.6 kv.m mansard həcmində ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsinin, 204,58 kv.m ümumi sahəsinin üzərində mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq reyestrdən çıxarış və texniki pasportla rəsmiləşdirilməsi”ni xahiş etmişdir. Həmin İdarənin 13 yanvar 2022-ci il tarixli məktubunda qeyd olunur ki, fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan evə artırılmış hissələrinin onun (ərizəçi İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və evin faktiki vəziyyətinə məlumatladırma, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət edilməsi məqsədəmüvafiqdir.” Mübahisənin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evinin 1/2 hissəsi onun (iddiaçının), qalan 1/2 hissəsi isə onun əmsi Abdul Qurban oğlunun xüsusi mülkiyyətimdə olmuş, 14 mart 2003-cü ildə əmsi özünə məxsus 1/2 hissədən ibarət payını Niftullayeva (Quliyeva) Hülya Saleh qızına satmış, ona görə də hazırda bu ev üzərində onların hər birinin 1/2 hissədən ibarət payı vardır. İddiaçı 16 sentyabr 2016-cı il tarixdə Nəsimi RİH-ə müraciət edərək bildirmişdir ki, ev bir mərtəbədən ibarətdir, hazırda o, arvadı, iki övladı və iki bacısı burada yaşayırlar. Onlara məxsus ev yaşayış sahəsi 35.5 kv olan iki otaqdan ibarətdir. Ailənin sosial qayğılarının artması səbəbindən həmin evin birinci mərtəbəsinin üstündə, yəni ikinci mərtəbəsində yaşayış sahəsi tikmək istəyir. Evin layihəsi hazırlanaraq RİH-nə göndərilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, evin ikinci mərtəbəsində tikiləcək bu yaşayış otaqlarının layihəsi Nəsimi RİH-ə göndərilməklə qurum məlumatlandırılmışdır. Nəsimi RİH tərəfindən tikinti ilə bağlı heç bir etiraz daxil olmamıış, ona görə də evin birinci mərtəbəsinin üstündə həmin tikilinin inşasına başlanmışdır. 28 mart 2017-ci il tarixdə yenidən ərizə ilə Nəsimi RİH-ə müraciət olunraq tikintinin başa çatdırıldığı və bu barədə rəsmiləşmənin aparılmasının vacibliyi bildirilmişdir. Bundan sonra Nəsimi RİH-in, Fövqəladə Hallar Nazirliyinin və Bakı ŞİH-in əməkdaşları tikinti sahəsinə baxmış və etiraz olmadığından, 28 mart 2017-ci il tarixdə tikintinin başa çatması ilə bağlı ərazi üzrə 59 saylı MİS tərəfindən bu sahənin faktiki sxemi çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 65 saylı fərdi yaşayış evi 30/4936 saylı 14 mart 2003-cü il tarixli “qeydiyyat vəsiqəsi”nə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m yaşayış sahəsindən, 109.7 kv.m ümumi sahədən ibarətdir. Həmin mülkün 1/2 hissəsi İddiaçı məxsusdur. Yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan sahə faktiki olarq 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 161.18 kv.m ümumi sahədən ibarətdir. Eyni zamanda bu aktla birlikdə həm də 59 saylı MİS tərəfindən evin istifadədə olan faktiki sahəsinin plan-sxemi də çəkilmişdir. Tikintinin başa çatmasına dair adıçəkilən akt və plansxem məlumat üçün Nəsimi RİH-ə göndərilmişdir. Lakin qeyd olunmalıdır ki, aktda birinci mərtəbədə yerləşən təsərrüfat otaqları və qaraj göstəriləmədiyndən ümumi sahə 161.18 kv.m ölçüdə əks olunmuş, 59 saylı MİS tərəfindən çəkilmiş plan-sxemdə isə ümumi sahə 204,58 kv.m göstərilmişdir. 2017-ci ildə Cavabdeh1 hazırkı iddiaçıya qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verərək evin bölünməsini tələb etmişdir. Məhkəmənin 2(006)- 3396/22017 saylı 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2016-cı ildə evin özünə məxsus olan və yaşadığı 1/2 hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün həmin şəxsə müraciət etmiş, sonuncu isə heç bir etiraz bildirməmiş və özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək fikrində olduğunu qeyd etmişdir. 1 aprel 2019-cu il tarixdə iddiaçı həmin sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət etmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa etdiyi yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Həmin qurumdan evin paylı mülkiyyətdə olduğu və digər paylı mülkiyyətçinin də razılıq ərizəsinin verilməsinin zəruriliyi bildirilmişdir. İddiaçı bundan sonra Cavabdeh1 müraciət edərək belə razılıq ərizəsi verməsini xahiş etsə də, sonuncu müxtəlif bəhanələr gətirmiş (istifadə etdiyi В tikilisi olan mətbəxin, həyətdəki sanitar qovşağın ona verilməsini istəmiş), yenə də razılıq ərizəsi verməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon məhkəməyə müraciət etməyə məcbur olmuşdir. Rayon Məhkəməsi iddia tələbinin təmin edilməməsini qətnamədə belə izah etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etmədən cavabdehə aparılmış tikinti işləri barədə qabaqcadan məlumat verməmiş, onun razılığı alınmamış və digər payçının da payına düşən hissədən (rəsmi çıxarışla müəyyən edilmiş sahədən 50% daha çox sahə) tam istifadə edərək iddiaçı ümumi əmlakdan sahənin artırılmasını həyata keçirmişdir. Rayon Məhkəməsinin bu qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam ləğv edildyindən onun üzərində dayanamağa ehtiyac yoxdur. Lakin işin bu halı ilə bağlı qeud olunmalıdır ki, Azərbaycan Respublikaıs Mülki Məcəlləsinin 214.2-ci maddəsi paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə yenidənqurma və ya artırılma işlərinin aparılmasını nəzərdə tutur ki, bununla bağlı Cavabdeh1 belə razılığının olması, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır. Belə ki, 2016-cı ildə evin iddiaçıya məxsus 1/2 hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün ona müraciət edilmiş və o, razılığını qeyd etmiş, özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək istəyinin olduğunu bildirmişdir. Cavabdehin bu razılığını təsdiq edən qanuni qüvvədə olan aşağıdakı məhkəmə qətnamələri bu faktı təsdiq edir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qətnaməsində qeyd olunur ki, “bundan əlavə, işə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ailəsi bəzi tikililərin inşasında cavabdehə köməklik göstərmiş, bu da iddiaçının cavabdehin bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bitər". Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29 noyabr 2018-cil il tarixli qətnaməsində də qeyd olunur ki, “digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ailəsinin bəzi tikililərin inşasnda İddiaçı köməkilik göstrədikləri müəyyən edilmiş ki, bu xüsusatlar da onun İddiaçı bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər”. Cavabdeh inzibati orqanın 13 yanvar 2022-ci il tarixli imtina məktubunda evin paylı mülkiyyətdə olması səbəbindən artırılmış hissələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tələb edilir. İddiaçı hazırda belə razılq ərizəsini təqdim edə bilmir, lakin nəzərə alınmalıdır ki, sadalanan məhkəmə qətnamələri ilə Cavabdeh1 belə razılıq verməsi faktı təsdiq edilmişdir. Qətnamələr cavabdeh inzibati orqana təqdim edilmiş, onlara istinad edilmiş, lakin reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina olunmuşdur. Vətəndaş qanunverciliyin adıçəkilən normalarına uyğun olaraq, apardığı tikinti və quruculuq işlərinin nəticəsi olaraq yekunda bu işləri rəsmiləşdirməli, müvafiq dövlət orqanında onu reyestrdə qeydə aldırmalı, özünün mülkiyyət hüququnu tanıtmalıdır. Göstərilənlərə və Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 214.3-cü maddəsinə, MPM-nin 82.3-cü maddəsinə, İPM-in 25 – 27, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu A.D.Qurbanov küçəsi ev 65 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə iddiaçının inşa etdiyi (21,7 + 12,1 + 9,8 + 13,0 + 4,20 + 2.5 + 2.3 kv. m.) = 65.6 kv.m ümumi sahədən və 82.6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsinin, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun rəsmiləşdirilməsi (verilməsi) öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbuıl edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (maddə 28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (maddə 28.2). Məhkəmənin qərardadı ilə Cavabdeh1 hazırkı inzibati məhkəmə icraatına cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 19 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 7 yanvar 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya ünvanlanmış **********59 saylı 13 yanvar 2021-ci il tarixli məktubda fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan evə artırılmış hissələrinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər payçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və evin faktiki vəziyyətinə məlumatlandırma, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət edilməli olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmin Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Həmin Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və İPM-in 35-ci maddəsi rəhbər tutularaq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh1 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, ünvan 4 ünvanında yerləşən əmlak 1/2 payda onun (Cavabdeh1) paylı mülkiyyətindədir.İddiaçı oglu mütəmadi olaraq onun etirazına məhəl qoymur, Cavabdeh1 orada olmamasından istifadə edərək həyətdə və evin üzərində qeyri-qanuni tikililər aparır, mülkiyyət toxunulmazlığı hüququnu kobud şəkildə pozur, həyəti zəbt edərək qeyri-qanuni şəkildə Cavabdeh1 evinə birləşdirir. Reyestrdən çıxarış alınması arzulanan qanunsuz təlükəli tikiliyə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən baxış keçirilmişdir. Tikilinin Cavabdeh1 mənzilinin üzərinə ucacagı və hər an facıyəyə səbəb ola biləcəyi qənaətinə gələrək təcili tədbir görülməsi ücün akt tərtib edilmiş və Nəsimi RİH başçısına göndərilmışdir. İddiaçı paylı mülkiyyətçidən icazəsiz və qeyri-qanuni tikilmiş tikiliyə reyestrdən cıxarışın verilməsi, ümumi mülkiyyət hüququnda payının artırılması, mülkiyyət hüququnun tanınması və s tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Azərbaycan Respublikasının qanunlarına zidd olduğu ücün təmin edilməmişdir. İddiaçı oglu Apellyasiya instansiyası məhkəməsinə də eyni tələbi irəli sürmüş və paylı mülkiyyətçidən icazəsiz özbaşınalıq edərək təhlükəli tikinti apardığı və sökülməli olduğu bir daha sübuta yetirildiyi ücün təmin edilməmişdir. Tikililərlə əlaqədar İddiaçı oglu ilə onun (Cavabdeh1) ailəsi arasında dəfələrlə münaqişə yaranmışdır. Həyətdəki həmin tikililər icazəsiz və cox təhlükəli olduğundan, aidiyyəti orqanlara müraciət olunmuşdur və yaxın günlərdə tikililər söküləcəkdir. İddiaçı oglu paylı mülkiyyətçinin hüququnu pozmaqla qeyri-qanuni, təhlükəli və gələcəkdə sökülməli tikiliyə «reyestrdən çıxarışın verilməsi, ümumi mülkiyyət hüququnda payının artırılması, mülkiyyət hüququnun tanınması və s» tələbini fərqli formada söz yığınından istifadə etməklə, gələcəkdə dövlətdən vəsait tələb etmək məqsədilə irəli sürmüşdür. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən eyni pedmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu ücün təkrar mübahisələndirilə bilməz. Sözügedən tikiliyə mülkiyyətin paylı sahibi kimi cıxarışın verilməsi, ümumi mülkiyyət hüququnda payının artırılması, mülkiyyət hüququnun tanınması və s tələbinə, o cümlədən hansısa formada qanuni və hüquqi qüvvəyə malik istənilən sənədin verilməsinə etiraz olunur və məhkəmədən xahiş edilir ki, iddiası təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 təmsil etdiyi şəxsin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin ediməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Macəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Ümumi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, iddiaçının müvafiq daşınmaz əmlakla bağlı subyektiv hüququ olduğundan, inzibati orqan müvafiq səlahiyyətə malik olduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd olunanları, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mülki qanunvericilik normaları paylı mülkiyyətdə olan daşınmaz əşyaya dair sərəncam verilməsini bütün payçıların razılaşması ilə şərtləndirir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, həmin əşyaya dair sərəncam verilməsində payçılardan birinin digərinə münasibətdə hər hansı üstünlüyü istisnadır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik normaları («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2013-cü il yanvarın 1-dən sonra inşa edilən və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə birgə şəkildə aşağıdakı sənədləri bu əsaslar sırasınada nəzərdə tutmuşdur: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Hazırkı məhkəmə icraatında işdə olan və tədqiq edilmiş sənədlərdən (qeydiyyat vəsiqəsi, layihə, imtina məktubu, məhkəmə aktları və s.) məlum olur ki, ünvan 5 ünvanındakı fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla İddiaçı və üçüncü şəxs Cavabdeh1 məxsusdur. İddiaçı özünə məxsus payı orada əlavə tikililər aparılmaqla artımaq niyyəti ilə Nəsimi RİH-ə müraciət etmiş və müvafiq sənədləri, o cümlədən tikintinin layihəsini həmin quruma təqdim etmişdr. Bundan sonra RİH-dən müvafiq müddət ərzində layihəyə dair irad bildirilmədiyindən, o, sifarişçi tikinti işlərinə başlamışdır. İddiaçının paylı mülkiyyət olan payını artıqmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatda dəyişiklik olunması ilə bağlı inzibati orqana müraciətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, həmin müraciət üzrə aparılan inzibati icraata marağına toxunulan şəxs kimi əmlakın digər payçısı Cavabdeh1 cəlb olunmasa da, evdə əlavə tikinti işlərinin aparılmasına qabaqcadan onun yazılı razılığı alınmamış, hətta onlar arasında mübahisəli hal da yaranmışdır. Belə hal, əlavə tikililərə bağlı məlumatlandırma icraatının tam aparılmaması qənaəti yaradır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən hal kimi Cavabdeh1 razılıq ifadə etməsinə gəldikdə isə (bu, həm də iddiaçı tərəfin dəlili qismində çıxış edir), məhkəmə bu xüsusatı məlumatlandırma icraatı üzrə razılıq ifadəsi kimi qəbulunu məğbul saymır. Nəzərə alınmalıdır ki, müvafiq fərdi yaşayış evinin altındakı torpaq sahəsi də payçılara münasibətdə ayrı-ayrılıqda bölünməmişdir. Həmçinin, rvdə əlavə tikinti işləri başa çatdırıldıqdan sonra, sifarişçi kimi hazırkı iddiaçı tərəfindən tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd də hazırkı məhkəmə icraatında təqdim olunmamış, habelə onun inzibati icraatda cavabdeh inzibati orqana verilməsi də təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyin, o cümlədən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11.1, 16, 17, 24.1-ci maddələrinin tələblərinə zidd qiymətləndirilmir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Cavabdeh1 cəlb olunmaqla) «iddiaçının fərdi yaşayış evinin evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Cavabdeh1 cəlb olunmaqla) «iddiaçının fərdi yaşayış evinin evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-770/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-770/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver