Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7707/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 3 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs X8 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Buxta küçəsinə yerləşən 3 saylı evin 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1999-cu il tarixdən iddiaçının mülkiyyətindədir. X3 xx.xx.2012-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduqları müddətdə qızı ailəsi ilə birlikdə Müşviq qəsəbəsində fərdi yaşayış evində yaşamışdır. Nikahdan sonra Etibar Məhərrəmovun atası iddiaçıdan oğlu Etibarın onun mənzilinə qeydiyyata düşməsi üçün razılıq verməsini xahiş etmişdir. O bildirmişdir ki, bu Etibara iş yeri üçün lazımdır. Həmin vaxt Etibar qızı Sevda ilə nikahda olduğu üçün o da buna razılıq vermişdir. Lakin kürəkəni E.Məhərrəmov heç vaxt onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilində yaşamamışdır. Daha sonra Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1620/2020 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən qızı Sevda Məhərrəmova ilə kürəkəni Etibar Məhərrəmov arasında xx.xx.2012-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Bu yaxınlarda isə iddiaçıya məlum olmuşdur ki, E.Məhərrəmov iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Hesab edir ki, E.Məhərrəmovun iddiaçının mənzilinə olan qeydiyyatı formal xarakter daşıdığı üçün, eyni zamanda mənzilə onun hər hansı istifadə hüququ yaranmadığı üçün onun həmin mənzilə olan qeydiyyatı ləğv edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, Buxta küçəsinə yerləşən 3 saylı evin 15 saylı mənzilinə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seryalı 033612 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında 1054-cu səhifədə 158294 saylı nömrə ilə 01 dekabr 1999-cu il tarixdə qeydiyyata alınmışdır. - Səbail Rayon Məhkəməsinin 2-(009)-670/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə X9 arasında xx.xx.2012-ci ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 23 yanvar 2012-ci il təvəllüdlü X5 və 29 iyul 2014-cü il təvəllüdlü X2 anası X6 yanında saxlanılması... qət edilmişdir. -Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 383639 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixli qətnamə əsasında pozulmuş, nikaha 30 dekabr 2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 29 may 2021-ci il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.1983-cü il tarixli X9 29 oktyabr 2003-cü il tarixdən İddiaçı məxsus ünvan 3 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 065-16270M-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dir sənədlər, həmçinin İddiaçı adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seryalı 033612 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 19 oktyabr 1999-cu il tarixli, 094358 saylı alqı-satqı müqavilədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 15 saylı mənzili X1 10.000.000 manat məbləğində vəsait ödəməklə satın almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 3 ünvanında yerləşən 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X8 iddiaçının keçmiş kürəkənidir. İddiaçının X3 ilə X8 arasında bağlanmış nikah 30 noyabr 2021-ci il tarixdə pozulmuş və nikaha 29 may 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X8 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 4ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7707/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7707/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver