Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-771/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 10 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsisnin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 avqust 1959-cu il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 03 sentyabr 1977-ci il tarixdən 09 sentyabr 1979-cu il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 6 gün), 21 dekabr 1979-cu il tarixdən 10 aprel 1980-ci il tarixinədək (3 ay 19 gün)“Xəzərqazmaneftqazsənaye” İB- nin Tamponaj idarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, 28 may 1980-ci il tarixdən 06 may 1986-cı il tarixinədək (5 il 11 ay 8 gün) “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində(siyahı üzrə 35-ci paraqraf), 15 may 1986-cı il tarixdən 28 aprel 1989-cu il tarixinədək (2 il 11 ay 13 gün) “Aztransqaz” İB- də formaçı vəzifəsində, 03 may 1989-cu il tarixdən 01 fevral 1991-ci il tyarixinədək (1 il 8 ay 28 gün) “Aztransqaz” İB-nin “Betonçu kooperativində formaçı vəzifəsində, 01 yanvar 2002-ci il tarixdən 31 avqust 2010-cu il (8 il 8 ay)və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixinədək (3 il 7 ay 24 gün) “Rigblast Energy Service Ltd” şirkətində rəngsaz vəzifəsində(siyahı üzrə 35-ci paraqraf), 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014-cü il tarixinədək (2 ay 24 gün) “X1 SƏDƏF” MMC-də rəngsaz vəzifəsində(siyatıı üzrə 35-ci paraqraf), 17 sentyabr 2014-cü il tarixindən 10 iyun 2020-ci il tarixinədək (5 il 8 ay 23 gün) "xxxx" MMC-də rəngsaz vəzifəsində(siyahı üzrə 35-ci paraqraf) işləmişdir. Beləliklə, 60 yaşı tamam olduğu 10 avqust 2019-cu il tarixinə kimi ümumi iş stajı 28 il 8 ay 3 gün təşkil etmiş, həmin staj illərinin 20 il 11 ay 21 gün (12 il 6 aydan artıq) müddətini 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin 12 Ne-li 23 yanvar 2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da O, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 10 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya almaq hüququ yarandığı 10 avqust 2019-cu il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun mənə pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə müraciətinə cavabdeh tərəfindən 22 oktyabr 2021-ci il tarixli **********6 saylı məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi arayışlarda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bildirmişdir ki, həm “Rigblast Energy Service Ltd” (sonradadn adı dəyişdirilərək “X1” edilmişdir), həm də "xxxx" MMC şirkətləri üzən qazma qurğularına xidmətlə məşğul olmuş və o, hər iki şirkətdə eyni vəzifəni, rəngsaz vəzifəsini yerinə yetirərək eyni maddələrlə işləmişdir. Rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi barədə sənədləri ərizəsinə əlavə edərək cavabdehə yenidən müraciət etmiş və müraciətinə **********4 saylı 12 yanvar 2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması ilə bağlı müraciətinə 20 (iyirmi) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alnmadığı qeyd edilmişdir. Əlavə olaraq imtinada qeyd olunmuş məlumatlar müvafiq arayışda əks olunduğu təqdirdə mərkəzi filiala təqdim edildikdən sonra iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı ’nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Yəni, rəngsaz vəzifəsi o halda güzəştli staj hesab olunur ki, müvafiq vəzifəni icra edərkən tətbiq olunan zərərli maddələr qərarda göstərilmiş sinifdən aşağı olmasın. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş 29 noyabr 2017-ci il tarixli HR-LT-2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001-2017 nömrəli arayışlarda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı N İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Vətəndaşın stajı Qanunun 9.1-ci maddəsinin tələbini qarşılamadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının 12.01,2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu əsaslıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” məktubu; - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu; - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - xx.xx.1959-cu il təvəllüdlü İddiaçı məxsus olan AZE seriyalıA3763869 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - НЗ seriyalı ******* nömrəli İddiaçı məxsus olan hərbi biletin surəti; - İddiaçı iş stajını təsdiq edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti; - Stork Technical Services Sədəf MMC tərəfindən verimiş xx.xx.2017-ci il tarixli güzəştli arayış; - "xxxx" LLC tərəfindən verimiş xx.xx.2021-ci il tarixli arayış; - xx.xx.2022-ci il tarixli "xxxx" LLC tərəfindən məhkəməyə ünvanlanmış sorğusuna cavab məktubu və əlavə edilmiş sənədlər; - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə iddiaçıya 60 yaşının tamam olduğu 10 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İşin araşdırılan hallarından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdehin mübahisələdirdiyi hal iddiaçının tələb edilən güzəştli iş stajının olmamasıdır. Məhkəmə qeyd edir ki, 10 avqust 2019-cu il tarixində, (iddiaçının 60 yaşı tamam olduğu vaxt) güzəştli şərtlərlə pensiya çıxmaq üçün qanunvericilikdə 3 əsas şərt (tələb) nəzərdə tutulmuşdur: 1. Ümumi staj (25 il), 2. Güzəştli staj (12 il 6 ay), 3. Pensiya kapitalı. İddiaçının əmək kitabçasında qeyd edilənlərdən müəyyən olunur ki, həmin tarixə iddiaçının 25 il ümumi stajı, 12 il 6 ay stajı (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz), 88667,50 manat sığorta kapitalı mövcuddur.
1. Məhkəmə ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
2. Məhkəmə güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh orqan “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 8 ay 23 gün (xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə etiraz təqdim etmiş və xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamalıdır. Digər tərəfdən, “Stork Technical Services Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş 29 noyabr 2017-ci il tarixli HR-LT- 2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001-2017 nömrəli arayışlarda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş, işə götürən Stork Technical Services Sədəf MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir: İddiaçı həqiqətən xx.xx.2014 tarixindən (S-064 Nə-li xx.xx.2014 tarixli əmək müqaviləsi) xx.xx.2014 tarixinə kimi (0**-SO-***4 N2-İİ xx.xx.2014 tarixli əmr) "Stork Technical Services Sədəf' MMC-də rəngsaz vəzifəsində işləyib. İş stajı: 2 ay 26 gün MMC-nin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış "Rəngsazlar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services” MMC-də güzəştli əmək şəraitində iş stajı 2 ay 26 gün təşkil edir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli HR-LT-2017-013 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən (xx.xx.2002 tarixli 50037 Ns-li əmək müqaviləsi) xx.xx.2010-cu il tarixinə kimi "Rigblast Energy Services Ltd" Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 8 il 8 aydır. “Stork Technical Services Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixli, HR-LT-2018-003 nömrəli arayışda İddiaçı təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi (xx.xx.2014 tarixli STS-HR- 2014-012/4 Ns-li əmr) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 3 il 7 ay 26 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış '"Rəngsazlar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində güzəştli əmək şəraitində iş stajı 12 il 3 ay 26 gün təşkil edir. İş materiallarına əlavə edilmiş, "xxxx" LLG-nin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 17 sentyabr 2014-cü il tarixdən 10 iyun 2020-ci il tarixinə kimi rəngsaz vəzifəsində işləmişdir və onun şirkətdə 6 il 02 ay 23 gün stajı vardır. İddiaçı işlədiyi Rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" LLG-nin məhkəmənin sorğusuna cavab məktubunda İddiaçı 17 sentyabr 2014-cü il tarixdən 10 iyun 2020-ci il tarixinə kimi rəngsaz vəzifəsində işlədiyi və onun müəssisədə 5 il 09 ay iş stajı olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cü il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2017-ci il tarixdən -xx.xx.2020-ci il tarixədək müxtəlif müəssisələrdə rəngsaz peşəsində işləmişdir. Beləliklə yuxarıda qeyd edilənlərdən də aydın olur ki, iddiaçı N.N. Şuqverovun 10 avqust 2019-cu ilədək, yəni pensiya hüququ yarandığı tarixədək rəngsaz peşəsində 12 il 6 aydan artıq iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə rəngsaz peşəsində işlədiyi, işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş arayışlar və əmək kitabçası ilə öz təsdiqini tapır. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
3. Məhkəmə pensiya kapitalı ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış 09 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktubda iddiaçının pensiya kapitalının 88667,50 manat olduğu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə icasında cavabdeh inzibati orqanın nümayəndəsi iddiaçının pensiya kapitalının pensiya təyin etməyə imkan verdiyini və tələb olunan pensiya kapitalının mövcud olduğunu bildirmiş və kapital məsələsinin mübahisəli olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 iyul 2022-ci tarixli qərarında qeyd edilmişdir ki, “..... “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2019-cu il tarixində 60 yaşı tamam olduğundan və həmin tarixə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan, həmçinin pensiya kapitalının məbləği pensiya təyinatına imkan verdiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı iş stajı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı iş stajı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev