Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-771/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin 15 avqust 1996-cı il tarixli, 1178 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 199 nömrəli BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsinin sahəsinin xx.xx.2008-ci il tarixində X3 adına mülkiyyət hüququna dair dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri İcra Hakimiyyətinin 15 avqust 1996-cı il tarixli 1178 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 199 nömrəli BTKnın nəzdində 0,12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsi ayrılmışdır. Bu barədə Bağlar Təssərüfatı İdarəsi tərəfindən 17 nömrəli Order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X5 və X6 Bələdiyyəsinə təqdim olunmaq üçün verilmiş xx.xx.2007ci il tarixli 294 saylı arayışından da görünür ki, Ləhiş ərazisində həqiqətən də 902 saylı bağ sahəsi vardır. İddiaçı xx.xx.2010-cu il tarixində həmin bağ sahəsinin özəlləşdirilməsi üçün tələb olunan bütün sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə müraciət etmişdir. Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 04/25565 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Sabunçu rayonu, Ləhiş qəsəbəsində istifadənizə ayrılmış 902 saylı bağ sahəsinə dair müvafiq cizginin alınması ilə əlaqədar İdarəyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli 1904 saylı ərizəyə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 902 saylı bağ sahəsi kənar şəxslər tərəfindən özəlləşdirilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. İddiaçı həmin 902 saylı bağ sahəsinin kimin mülkiyyətində olması ilə bağlı Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinə müraciət etmişdir. Kürdəxanı bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 173 saylı cavab məktubunda bildirilmişdir ki, ləhiş Bağlar ərazisindəki 902 saylı bağ sahəsi halhazırda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mülkiyyətindədir. Məlumat almaq üçün həmin təşkilata müraciət etməli olduğumu bildirmişdirlər. DƏDRX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə iddiaçının sənədləri özümə qaytarılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixli 22/18 saylı vəkil sorğusu ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 902 saylı bağ sahəsinin kim tərəfindən, nə vaxt, hansı əsasla (hüquq müəyyən edən sənədlərin surətləri əlavə olunmaqla) özəlləşdirilməsi (sahibliyinə verilməsi) barədə məlumat verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli **********82 saylı cavab məktubu ilə bildirilmişdir ki, baza məlumatlarına əsasən Ləhiş bağ sahəsi 902 bağ nömrəsi **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən 1000/902 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,25 hektar torpaq sahəsi keçmiş Bağlar Təsərüfatı İdarəsi ilə bağlanmış xx.xx.1984-cü il tarixli 17865 nömrəli müqavilə ilə X4 icarəyə verilmişdir. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında bağ sahəsi xx.xx.2008-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və xx.xx.2009-cu il tarixdə özgəninkiləşdirilmişdir. Cavabdeh orqan sənəd surətlərinin isə müvafiq məhkəmə qərarına əsasən verilə biləcəyini bildirərək sənəd surətlərini verməkdən imtina etmişdir. Göründüyü kimi həmin bağ sahəsinin inzibati orqan tərəfindən xx.xx.2008-ci il tarixində X3 adına daşınmaz əmlakın dövlət reystrində qeydə alınması və xx.xx.2009-cu il tarixində isə özgəninkiləşdirilməsi əsassız və mübahisəlidir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 15 avqust 1996-cı il tarixli 1178 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 199 nömrəli BTK-nın nəzdində 0.12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsinin xx.xx.2008-ci il tarixində X3 adına mülkiyyət hüququna dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirilir ki, Ləhiş bağ sahəsi 1000/902 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi keçmiş Bağlar Təsərüfatı İdarəsi ilə bağlanılmış xx.xx.1984-cü il tarixli, 17865 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında bağ sahəsi xx.xx.2008-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və daha sonra özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRXdə qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 902 saylı bağ sahəsi kənar şəxslər tərəfindən özəlləşdirilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır.
5. Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ərizədə qeyd edilən Ləhiş bağlar ərazisindəki 902 saylı bağ sahəsi hal-hazırda DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin mülkiyyətindədir. İddiaçı istədiyi məlumatı almaq üçün həmin təşkilata müraciət etməlidir.
6. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, baza məlumatlarına əsasən Ləhiş bağ sahəsi, 902 bağ nömrəsi **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən 1000/902 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,25 hektar torpaq sahəsi keçmiş Bağlar Təsərüfatı İdarəsi ilə bağlanılmış xx.xx.1984-cü il tarixli 17865 nömrəli müqavilə ilə X4 icarəyə verilmişdir. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında bağ sahəsi xx.xx.2008-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və xx.xx.2009-cu il tarixdə özgəninkiləşdirilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı qeyd olunan torpaq sahəsinin yerini tanımadığı üçün mütəxəssislər tərəfindən texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır, (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində yerləşən 902 nömrəli torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının ıdarəçiliyindəkı bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, əhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. X28 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,17 ha torpaq sahəsini satmaq istəyərkən notariat orqanında ona təqdim edilmiş elektron qaydada əldə edilmiş arayışla tanışıq zamanı aydın olmuşdur ki, əmlakı üzərində 2-1(112)- 6301/2023 saylı iş üzrə qəbul edilmiş olduğu qərardada əsasən qadağa qoyulmuşdur. Hal-hazırda, həmin işin mahiyyəti və qərardadın hansı səbəbdən qəbul edilməsi aydın deyildir. Ərizəçi hesab edir ki, məhkəmənin icraatında olan həmin iş maraqlarına toxunur və buna görə də 3-cü şəxs qismində işə cəlb edilməyi xahiş edir. Əlavə olaraq, qeyd edilmişdir ki, həmin 0,17 ha torpaq sahəsi ərizəçiyə anasından bağışlama yolu ilə keçib, ərizəçinin anasına isə vərəsəlik qaydasında öz anası X1.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X28 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Üçüncü şəxs X19 nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd edilmişdir ki, 2-1(112)-6301/2023 nömrəli iş məhkəmənin icraatına qəbul edildikdən sonra iddia tələbinin xarakteri nəzərə alınaraq, xx.xx.2023-cü il tarixli qərardadla X8 zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadla isə X28 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinin dəlilləri ilə razı deyildir və iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Buna görə də iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Sözügedən torpaq sahəsi X17 dədə-baba mülküdür, artıq 50 ildən çoxdur ki, onların istifadəsində olmuşdur və hal-hazırda da bir hissəsi istifadələrindədir. 1) X17 mülkiyyətində olan 0,17 ha torpaq sahəsi əvvəllər 0,25 ha olmuşdur. Belə ki, Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 12 saylı Protokolu ilə 0,25 ha (2500kv.m./25 sot) ölçüdə torpaq sahəsi 1000/902 saylı bağ evi tikintisi üçün X17 nənəsi X4 ayrılmışdır. Bu, ləğv edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin sonuncu şəxsin adına tərtib etdiyi 2008-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"sənədindən (seriya/nömrə - A № 074812 ) də aşkar görünür. Belə ki, sonuncu sənəd məhz həmin 1969-cu il tarixli 12 saylı Protokol əsasında tərtib edilmişdir. 2008-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən torpaq sahəsinin baş plan üzrə yerləşmə yeri, döngə nöqtələri və koordinatları həmin tarixdə təyin edilərək sənəddə əks olunmuş, torpaq sahəsi ilə bağlı məlumatlar X25 kitabının xx.xx.2008-ci il tarixində 9295 nömrəsi ilə uçota alınmışdır. 2) Həmçinin Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 12 saylı Protokolu ilə X4 ayrılmış 0,25 ha ölçüdə torpaq sahəsi ilə bağlı sonuncu ilə Bakı şəhər XDS İK-nin müvafiq orqanı arasında xx.xx.1984-cü il tarixində 17865 nömrəli icarə müqaviləsi də bağlanmışdır. Həmin müqavilə 1 saylı Bakı Ərazi İdarəsinin arxivində vardır. Həmin icarə müqaviləsi ilə qeyd edilən 0,25 ha torpaq sahəsi X3 icarəsinə verilmişdir. (Bu fakt 1 saylı BƏİ-nin xx.xx.2018-ci il tarixdə iddiaçının vəkilinin sorğusuna verdiyi cavab məktubu ilə də təsdiq olunur) Mülki Məcəllənin 139-cu maddəsinə və "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə əsasən,bağ sahələri ilə bağlı vətəndaşlarla müvafiq səlahiyyətli orqanlar tərəfindən bağlanmış icarə müqavilələri bağ torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.Məhz həmin müqavilə əsas tutulmaqla X3 hüququ 2008-ci ildə qeydiyyata alınmış və tanınmışdır. 3) Məhz xx.xx.1984-cü il tarixli 17865 nömrəli icarə müqaviləsi və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin tərtib etdiyi xx.xx.2008-ci il tarixli 9295 nömrəli plan-cizgi sənədi torpaq sahəsi ilə bağlı X3 adına plan-ölçü sənədinin tərtibinə və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, bu sənədin tərtibi üçün əsaslar xx.xx.1984-cü il tarixində 17865 nömrəli icarə müqaviləsi və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin tərtib etdiyi xx.xx.2008-ci il tarixli 9295 nömrəli plan-cizgi sənədi olmuşdur. Həmin texniki sənəddən görünür ki, bu, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivi 1000/902 saylı bağ sahəsi ilə bağlı olaraq X3 adına tərtib olunmuşur. 4) Məhkəməyə təqdim edilmiş - DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrindən verdiyi, X3 adına tərtib olunmuş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışdan (Çıxarış - Seriya MH, № 0154158) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsi(massivi), 1000/902 saylı bağ sahəsi 0,25 ölçüdə olub X11ma mülkiyyət hüququ ilə məxsusdur. 5) X3 vəfatından sonra vərəsəlik yolu ilə həmin torpaq sahəsi vərəsəsi X9 adına keçmişdir. 2015-ci il tarixdə X13 ilə X18 arasında bölgü sxemi tərtib olunmuş, 0,08 ha torpaq sahəsi Əbilova Səməngülün adında saxlanmaqla, yerdə qalan 0,17 ha torpaq sahəsi X20 bağışlanmışdır. 0,08 ha torpaq sahəsi Əbilova Səməngül tərəfindən kənar şəxsə satılmışdır. 0,17 ha torpaq sahəsi isə X18 mülkiyyətinə keçirilmişdir. Bunun 4.5 sotu kənar şəxsə satılmış, yerdə qalan 12,5 sot hissəsi isə indi də X18 mülkiyyətindədir. 6) Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 12 saylı Protokolu ilə X11ma ayrılmış 0,25 ha ölçülü torpaq sahəsi üzərində bağ evi tikilmiş və həmin bağ sahibi ailəsi ilə birlikdə həmin bağ sahəsindən on illər ərzində faktiki olaraq istifadə edib buraya sahiblik etmişdir. Hüquqi sənədlərlə faktiki sahiblikdə və istifadədə olan bir torpaq sahəsinin kənar bir şəxsə, eləcə də, iddia etdiyi kimi iddiaçıya ayrılması mümkün deyildir. Həmin torpaq sahəsi ardıcıl olaraq və davamlı surətdə X4 və ailə üzvlərinə, vəfatından sonra isə vərəsələrinə məxsus olmuşdur. Buna görə də həmin torpaq sahəsinin hansısa kənar şəxsə məxsus olması mümkün deyil. 7) 1 saylı BƏİ-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cu tarixli imtina məktubunda göstərilir ki, "qeyd olunan torpaq sahəsinin yerini tanımadığınız üçün mütəxəssislər tərəfindən texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır (torpaq sahəsi iddiaçının istifadəsində deyil.) Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində yerləşən 902 nömrəli torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir". 1 saylı BƏİ-nin cavab məktubundan göründüyü kimi iddiaçı heç öz yerini belə tanımamışdır (tanımır). Bundan əlavə, torpaq sahəsi onun faktiki istifadəsində də deyildir və idarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində yerləşən 902 nömrəli torpaq sahəsi digər şəxsin (X3 və digərlərinin) adına daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alınmışdır. Onun orderinin isə arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, 3-cü şəxsə məxsus olan torpaq sahəsi ilə bağlı iddiaçının tələbləri əsassızdır, iddiaçının həmin torpaq sahəsi ilə bağlı subyektiv hüququ yoxdur. İddiaçı ona təqdim edilmiş hüquqi sənədlərə əsasən ona başqa yerdən verilməli olan torpaq sahəsini təhvil almamış, oradan istifadə etməmiş, oraya sahiblik etməmişdir. İddiaçı vəziyyətdən istifadə edərək və X17 torpaq sahəsinin boş olduğunu görərək həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilməsini istəyir. Halbuki, bu mümkünsüzdür, çünki X17 arxiv və kök sənədləri vardır, iddiaçıdan əvvəl həmin torpaq sahəsi on illərlə onun və xələflərinin sahiblik və istifadəsində olub. Buna görə də iddiaçının tələbləri mümkünsüzdür, məhkəmədə baxıla bilməz. Onun tələbinin obyekti X21 məxsus olan torpaq sahəsidir, o, iddiasının obyektini düzgün müəyyənləşdirməyib, yəni ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi kimlər tərəfindənsə zəbt olunan torpaq sahəsi deyildir, bu torpaq sahəsinin sahibləri və mülkiyyətçisi vardır. Üçüncü şəxs hesab edir ki, iddia tələbi mümkünsüzdür, hazırki məhkəmədə bu tələbə baxıla bilməz.
12. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 12 saylı Protokolu əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kv.m sahəsi olan 1000/902 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X3 adına xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, X25 kitabında 9295 nömrə ilə uçota alınıb.
13. ünvan 4nə dair X3 adına xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir (reyestr nömrəsi: **********23).
14. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 4 (0,25 ha) X3 adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
15. ünvan 4nə dair X10 adına xx.xx.2009-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir (reyestr nömrəsi: **********23).
16. Reyestrdə 4Ə-89 nömrə ilə qeyd olunan xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X14 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.17 ha hissəni hədiyyə alan X17 mülkiyyətinə vermişdir.
17. Reyestrdə 3M-93 nömrə ilə qeyd olunan xx.xx.2015-ci il tarixli Bölgü Sxemi sazişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1000/902 saylı ünvanda yerləşən torpaq sahəsinin X10 0.08 ha, X17 0.17 ha torpaq sahəsinin bölgü sxemində mülkiyyətçilərin tərəflər arasında əmlakın konkret hissələrindən istifadə qaydası sxemdə göstərildiyi kimi razılaşdırılmışdır.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 902H saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X22 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
19. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən “Bağ sahələrinin ayrılması, ada keçiriləsi, bölünməsinə dair” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1118 №-li sərəncamından çıxarış məhkəməyə təqdim edilmişdir. “Bağ sahələrinin ayrılması, ada keçiriləsi, bölünməsinə dair” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1118 №-li sərəncamından çıxarışa əsasən Ləhicdəki 902 №-li bağ 199 №-li BTK tərkibində İddiaçı (sənəddə olduğu kimi) istifadəsinə verilmişdir. Əsas: fond – 478, siyahı – 1, saxlama vahidi – 289.
20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 199 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 902 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
21. Məhkəmə tərəfindən cavabdeh orqana sorğu ünvanlanaraq, iddiaçının iddia etdiyi Ləhiş bağlar ərazisində 199 nömrəli BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsinin üçüncü şəxs X17 adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 902H saylı bağ sahəsi ilə üst-üstə düşübdüşməməsi barədə, üst-üstə düşmədiyi təqdirdə iddiaçının iddia etdiyi bağ sahəsinin həqiqi ərazisi barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
22. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təhqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Belə ki, iddiaçı bağ sahəsinin yerini tanımır.
23. Məhkəmə iclasında tərəflər iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
25. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
26. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Torpaq sahəsi faktiki sahibliyində olmasa da, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) təqdim edilmişdir, odur ki, iddia mümkündür.
III.Məhkəmənin mövqeyi
28. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
29. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
34. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
35. X24 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
36. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
37. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
38. X29 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
40. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
41. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı Ləhiş bağlar sahəsində 199 nömrəli BTKnın nəzdində 0,12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsinin ona məxsus olduğu bildirmiş və həmin bağ sahəsinin X3 adına qeydiyyata alınmasını təsdiq edən xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etmişdir.
42. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi üzərində digər şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Belə ki, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 12 saylı Protokolu əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kv.m sahəsi olan 1000/902 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X3 adına tərtib edilmişdir. xx.xx.2008-ci il tarixdə ünvan 4nə dair X3 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, xx.xx.2008-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin bağ sahəsi (0.25 ha) X3 adına qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixdə qeyd olunan bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi X10 adına tərtib edilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.17 ha hissəni X17 mülkiyyətinə vermişdir. xx.xx.2015-ci il tarixli Bölgü Sxemi sazişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1000/902 saylı ünvanda yerləşən torpaq sahəsindən 0.08 ha torpaq sahəsinin X12, 0.17 ha torpaq sahəsinin isə X21 məxsusluğu müəyyən edilmiş və xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 902H saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
43. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqana sorğu ünvanlanaraq, iddiaçının iddia etdiyi Ləhiş bağlar ərazisində 199 nömrəli BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 902 nömrəli bağ sahəsinin üçüncü şəxs X17 adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 902H saylı bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə, üst-üstə düşmədiyi təqdirdə iddiaçının iddia etdiyi bağ sahəsinin həqiqi ərazisi barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb olunsa da, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda təhqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmadığı qeyd olunmuş və səbəb olaraq isə iddiaçının bağ sahəsinin yerini tanımadığı bildirilmişdir.
44. Məhkəmə iş üzrə təqdim edilən sübutları məcmu halında qiymətləndirərək müəyyən edir ki, “Bağ sahələrinin ayrılması, ada keçiriləsi, bölünməsinə dair” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1118 №-li sərəncamından çıxarışa əsasən Ləhicdəki 902 №-li bağın 199 №-li BTK tərkibində İddiaçı (sənəddə olduğu kimi) istifadəsinə verildiyi qeyd olunsa da, iddiaçı torpaq sahəsinin yerini tanımır, mübahisələndirilən bağ sahəsi iddiaçının faktiki və qanuni istifadəsində deyil. Sözügedən bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X3 adına (0,25 ha torpaq sahəsi) qeydə alınmış, daha sonra isə müvafiq olaraq X10 (0.08 ha torpaq sahəsi) və X17 (0.17 ha torpaq sahəsi) adına özgəninkişlədirilmişdir və hazırda torpaq sahəsinə X28 tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Ləhiş bağ massivində yerləşən 902 saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Ləhiş bağ massivində yerləşən 902 saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasını və üçüncü şəxslərin qeyd olunan bağ sahəsi üzərində hüquqlarının ləğvini tələb etməsi üçün “qanuni gözləntisi” yoxdur.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva