Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7712/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, X3 iştirakı ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 41 saylı notariat ofisinin notariusu X16 qarşı “notariat haqqında şəhadətnamə verilməsi və ya kompensasiya tələbi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Nəsimi rayonunun 41-ci notarial ofisinin notariusu X11 21 fevral 2022-ci il tarixli 31 nöməli aktının qanunsuz və qüvvəsini itirmiş hesab edilməsi; 41 saylı notarial ofisin notariusunun üzərinə X5 adına ünvan 1 ünvanında yerıəşən mənzil üzrə 1/2 payın vərəsəlik hüquu haqqında şəhadətnaməsinin İddiaçı verilməsi və X17 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ya notariat haqqında Qanuna əsasən notarius X7 63.800 manat həcmində (hər kvadrat metri üçün 4000 manat) pulun tutulması; Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş hesab edilməsi; Bakı İnzibati Məhkəməsinin qərarı ilə birlikdə təqdimat üzrə inzibati xətalar haqqında inzibati işin materialları X8 və X13 nikahı haqqında sübutların saxtalaşdırılması və dələduzluq faktları üzrə cinayət işinin qaldırılması və bu barədə qəsdən yalan məlumatların qərara daxil edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi tələbi irəli sürülmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə 2(006)-3719/2022 saylı iş üzrə ünvan 2 ünvanında yerləşən X20 məxsus olan mənzilin vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və əmlakın 1/2 hissəsinin iddiaçıya ayrılması barədə iddinın rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəməyə daxil olan sənədlərdən görünür ki, X30 (T.A.Dadaşovun arvadı) xx.xx.2015-ci il tarixində etibarnaməyə əsasən mənzilin 1/2 payını 2(007)-4785/2015 saylı 05 noyabr 2015-ci il tarixli iş üzrə Nizami rayon məhkəməsində X5 ölmüş hesab edilməsinə qədər, X12 iştirakı olmadan öz qızı X20 vermişdir. xx.xx.2022-ci il tarixində ekspress poçt vasitəsilə ərizəçi İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakın (bir otaqlı mənzilin) 1/2 hissəsi üçün notariat haqqında qanunun 19-cu maddəsinin 3-cü bənsinə müvafiq olaraq X4 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında ərizə və sənədlərin surəti 41-ci notarial ofisinin notariusu X16 göndərilmişdir. xx.xx.2022-ci il tarixində notarius İddiaçı ərizəsinin təmin edilməsinin qeyrimümkünlüyü haqqında cavab məktubunu Nümayəndə əlbəəl vermişdir. X1 ərizədə İddiaçı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla cəzalandırılan əməllərin törədilməsi və maraqlı şəxs X21 əlbirliyi ilə cəzalandırılan əməllərin törədilməsi, ərizəçi İddiaçı sağlamlığına ağır zərərin vurulması və bütün Fominlər ailəsinin qətlə yetirilməsi və zorlanması təhdidləri faktları təsvir etmişdir. Ərizəçi İddiaçı müntəzəm olaraq 2006-cı ildən 2023-cü ilə qədər bir otaqlı mənzilin 1/2 payına görə ödəniş etmişdir, 1/2 payı qanuna əsasən faktiki qəbul etmişdir. “Notariat haqqında” Qanunun 9-cu maddəsin əsasən Notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Notariat haqqında” Qanunun 11-ci maddəsinə əsasən, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. 28 aprel 2015-ci il tarixində Səbail rayon Məhkəməsi tərəfindən 2(009)- 1083/2015 №-li mülki iş üzrə vətəndaşlıq vəziyyəti aktlarına müvafiq olmayan qərar qəbul edilmişdir. Qərarın birinci səhifəsində Nadejda İvanovnanın soyadı göstərilmədən X14 arvadı kimi qeyd edilmişdir, yəni sübutlar saxtalaşdırılmışdır (AR CM 294.1, 295.1, 313-ci maddələri) və Səbail rayon Məhkəməsinin qərarı üzrə əmlakın /2 payı X18 verilmişdir, hansı ki, sonradan xx.xx.2017-ci il tarixindəİsrail dövlətinin vətəndaşı kimi İsrail Dövlətində vəfat etmişdir (şəxsiyyət vəsiqəsi № 3********). Açılmış 2V-475 №li notarialişə əsasən İddiaçı Nizami rayon Məhkəməsinin 2(007)- 4785/2015 №-li xx.xx.2015-ci i tarixli xüsusi icraat işi üzrə ölmüş hesab edilən X6 vərəsəsi hesab edilmişdir, həmin işdə sübutlar saxtalaşdırılaraq X24 (X5 atası) X8 arvadı göstərilmişdir, və bu İddiaçı əmlakının özgəninkiləşdirilməsinə səbəb olmuşdur: ünvan 3 ünvanında yerləşən üçotaqlı mənzil (1/2 pay) ünvan 4 ünvanında yerləşən texniki qeyri-yaşayış sahəsi (1/2 pay) ünvan 1 ünvanında yerləşən birotaqlı mənzil. 2015-ci ildə X23 varis İddiaçı haqqında bilərək bağışlama müqaviləsinə əsasən həmin payı X15 ölmüş hesab edilənə qədər öz doğma qızı D.T.Dadaşovaya vermişdir. 2006-cı ildə X15 öz atası 14 yanvar 2006-cı il tarixində fəfat etmiş X9 varisi olaraq, 41ci notarial kontorun notariusuna müraciət etmiş və mirası tam həcmdə qəbul etmişdir: Bakı şəhəri Səbail rayonunda yerləşən birotaqlı mənzili Bakı şəhəri Yasamal rayonunda yerləşən texniki qeyri-yaşayış sahəni. Ərizəçi İddiaçı hesab edir ki, X10 və sonradan onun varislərini məlumatlandırmadan notarius X11 qəsdən hərəkətsizliyi küllu əmlak zərərinə səbəb olmuşdur. “Notariat haqqında” Qanunun 42-ci maddəsinə əsasən, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir. Notariusun hərəkətsizliyi davam edir. T.A.Dadaşovun faktiki ölümü ilə əlaqədar 38-ci notarial kontorda Qanunun kobud pozulması ilə V-20 №-li vərəsəlik işi açılmışdır. V-20 №li vərəsəlik işi notarius tərəfindən imzalanmamışdır, həmçinin notarius İkram Xəlilovun möhürü yoxdur. 2(103)-3851 /2017 №-li mülki işdə sübutlar saxtalaşdırılaraq, X25 öz atasının hüquqi varisi hesab edilmişdir. V-20 №-li vərəsəlik işində aşağıdakı sənədlər yoxdur: İsrail Dövlətinin vətəndaşı T. A.Dadaşovun ölümü haqqında tibbi rəy T.A.Dadaşovun ********* №-li şəxsiyyət vəsiqəsinin surəti M.C.Dadaşovamn ********* №-li şəxsiyyət vəsiqəsinin surəti X27 Dövlətinin Ədliyyə Nazirliyinin Tsav Yeruşa və ya vəziyyətnamə üzrə X44 vərəsəlik orderləri. X2 olmaması ilə əlaqədar öz atasının nə qanun üzrə, nə də vəsiyyətnamə üzrə vərəsəsi ola bilməz. X36 Yeruşa orderi olmadan X26 X19 eyrinə imtinası heç bir hüquqi qüvvəyə malik deyildir. Bakı şəhəri “ASAN-xidmət” № 4 Mərkəzinin notariusu Sidqi Həbibbəylinin xx.xx.2016cı il tarixli 1381 №-li arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Мülki Мəcəlləsinin 1159.4-cü maddəsinə əsasən V.V.Qolubevin vərəsəsidir. Alınan 221 №-li 18 mart 2019-cu il tarixli cavaba əsasən T.A.Dadaşovun hüquqi vsrisi 38-ci notarial kontorda vərəsəlik hüququ haqqında şəhadətnaməni almamışdır. Bakı şəhəri “ASAN-xidmət” № 4 Mərkəzinin xx.xx.2021-ci il tarixli 2123 №-li cavabına əsasən T.A.Dadaşovun hüquqi varisi vərəsəlik hüququ haqqında şəhadətnaməni almamışdır. xx.xx.2017-ci il tarixində İsrail Dövlətində vəfat etmiş T.A.Dadaşov vətəndaşlıq vəziyyəti aktlarında ölmüş kimi tapılmamışdır. Şəhər Prokurorluğunun 27 avqust 2021-ci il tarixli 21-0090-xx-xx-061619 №-li cavabından görünür ki, vəsatət üzrə apellyasina instansiası məhkəməsinə qarşı xüsusi icraat işi üzrə Prokurorluq AR MPM 265.4 və 357.1-ci maddələrinə istinad edir. 2019-cu ilin dekabr ayında Nümayəndə Nizami metro stansiyasının yanında polisin dayaq məntəqəsinin yanında X15 fotoşəklini aşkar etmişdir. Fotoşəkildən görünürdü ki, V.V.Qolubev öldürülmüşdür və həyati təhlükəsi olan çoxsaylı zərbələr nəticəsində ölmüşdür. Hal-hazırda öldürlmüş V.V.Qolubevin fotoşəkli axtarılanlar lövhəsindən çıxarılmışdır. İddiaçı və onun nümayəndələri qeyd edirlər ki, V.V.Qolubevin valideynləri vəfat etdikdən sonra onu vərəsəlikdən məhrum ediblər, sonra təhdid ediblər və sonra qətlə yetiriblər. 2019-u ilin əvvəlindən başlayaraq, mülki iş üzrə dələduzluq və sübutların saxtalaşdırılması üzrə açılan hallarla əlaqədar Dadaşova D.T., Dadaşova M.C. İddiaçınm keçmiş nümayəndəsi etibarnamə üzrə İddiaçınm bütün işlərini aparan X31 ilə birləşərək, Fominlər ailəsini ölümlə və zorlama ilə təhdid edirlər.
3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçının nümayəndəsi iştirak edir. İddiaçının nümayəndəsi (oğlu) iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin olduğu kimi təmin olunmasını xahiş edir.
II. İddianın mümkünlüyü
4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ...9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər... Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
6. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarı; 8-ci bənd)
7. Odur ki, iddiaçıya hüquqi marağına uyğun olaraq notariusun hərəkətlərindən şikayət qaydasında ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur.
8. Notariusa qarşı kompensasiya tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasına müəyyən edilmişdir ki, həmin kompensasiya tələbi ilə bağlı iddiaçının inzibati orqana müraciəti yoxdur. Odur ki, hazırkı mərhələdə iddia tələbinin dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əsaslandırılmış ərizə ilə ilk əvvəl notariusa müraciət etmək hüququ izah olunur.
9. İddia tələbi qalan hissədə vəsatət xarakterli olduğundan iddia mümkün sayılmadığından məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək həmin hissəyə münasibət bildirməyi zəruri hesab etmir.
10. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X28rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X29rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
11. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva