Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7712/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində hüquqlarımı pozan şəxslərin - qanunsuz imtina qərarını çıxrmış TSEK üzvlərinin, işin məhkəmələrdə əsassız uzadılmasına cavabeh olan şəxslərin müəyyən edilərək barələrində qanuna müvafiq tədbirin görülməsi və hüquqlarımın pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 6 944 (altı min doqquz yüz qırx dörd) manat və mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat olmaqla, cəmi vurulmuş zərərin əvəzi olaraq 16 944 (on altı min doqquz yüz qırx dörd) manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 04 aprel 2021-ci il tarixdə əlilliyin təyin olunmasının 5 illik müddəti bitdiyi üçün həkim müayinə və müalicəsindən keçərək 07 aprel 2021-ci il tarixində sahə həkiminin iştirakı ilə Gəncə şəhəri Kəpəz rayonu Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Komissiyada tərtib edilmiş 0452003AAJQ4 saylı forma 88 göndərişi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilib. Üzərindən iki ay keçdikdən sonra, 2021-ci ilin iyun ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində tamamilə qanunsuz və əsassız imtina qərarı çıxarılıb. İmtina qərarı onunla əsaslandırılıb ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Natamam doldurulma barədə açıqlamada isə ETTOİ-da ətraflı müayinə olunub tibbi arayış alınmasının məsləhət görüldüyü bildirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər. Göründüyü kimi qanunun tələbinə əsasən TSEK 10 iş günündən gec olmamaqla şəxsin əlilliyini qiymətləndirərək müvafiq qərar qəbul etməlidir. TSEK iddiaçı barəsində 10 iş günü ərzində baxmalı olduğu məsələnin qanuni həllini qanunsuz, əsassız və qərəzli olaraq iki il uzatmışdır. Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsas olmadan iddiaçının iki il sosial hüquqlarından məhrum etməklə ona maddi və mənəvi zərər vurmuşdur. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina cavabından məhkəməyə şikayət vermişdir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2- 1(112)-2389/2022 saylı qərarı ilə İddiaçı 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X14 da iştirak edərək ekspert rəyinin doğruluğunu təsdiq edib. TSEK-in imtina qərarının qanunsuz olmasına baxmayaraq iddiaçı imtinaya səbəb olan bəhanəni aradan qaldırmaq üçün 9 iyul 2021-ci il tarixdə X7 və Ortopediya İnstitutunda müayinədən keçmiş və müayinənin nəticəsi barədə arayışı məhkəməyə təqdim etmişdir. Oradakı müayinənin nəticəsi Gəncədəki xəstəxanada müayinənin nəticəsindən nəinki fərqlənməyib, əksinə daha ağır olub. Məhkəmə qərarının mübahisəsiz tam qanuni, əsaslı olmasına baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi növbəti qanun pozuntusuna yol verərək iddiadan imtina etməyəcəyi təqdirdə məhkəmə prosesini qəsdən uzadaraq apellyasiya və kassasiya şikayətləri verəcəklərini bildirmişdir. Halbuki qanunvericilik prosessual hüquqlardan sııi istifadəni yolverilməz hesab edir və işdə iştirak edən hər bir şəxs bu hüquqlardan vicdanla istifadə etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 11 may 2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən davamlı olaraq ona qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınması, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022- ci il tarixli, 2-1(112)- 2389/2022 saylı qərarını icra edərək pozulmuş hüquqlarının bərpa olunması və hüquqlarını pozan şəxslərin barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçının ərizəsi araşdırılması üçün qanunazidd olaraq hərəkətlərindən şikayət verilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının şikayətdə qaldırdığı məsələlərin heç birinə münasibət bildirmədən, pozulmuş hüquqlarını bərpa etmədən xx.xx.2022-ci il tarixdə 224301 90478 saylı cavab məktubu ilə şikayət ərizəsinə aid olmayan yayındırıcı cavab vermişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 05 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-2389/2022 saylı qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1949/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2389/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1949/2022 saylı qərarından kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il, 2-1(102)-1801 /2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (103)-1949/2022 saylı qərarı dəyişdirilmədən saxlanılıb. Azərbaycan Republikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1801/2022 saylı qərarının 35-ci bəndində bildirilir: “Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz”. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi ilə bağlı vətəndaşların müraciətlərinə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə baxaraq cavab verməli və bu sahədə vəzifələrini yerinə yetirərkən qanundan kənar heç bir hərəkət etməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən dövlət qulluğunun əsas vəzifələrindən biri Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsidir. Dövlətin adından çıxış edən, imkan və resursları ilə böyük gücə sahib olan və öz vətəndaşına ləyaqətli xidmət göstərmək öhdəliyini daşıyan dövlət orqanının xidmət göstərməli olduğu xəstə vətəndaşlarla haqsız və amansız rəqabəti ikrah doğurur. Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verdiyi imtina qərarının qanunsuz və əsassız olduğunu bilə-bilə, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətin öz vətəndaşına ləyaqətli xidmət göstərmək öhdəliyini unudaraq, özünün müqayisə olunmaz dərəcədə böyük inzibati resursları ilə qeyri bərabər çəkişmədə utanmadan, vicdansızcasına cəmiyyətin həssas təbəqəsini təmsil edən xəstə bir vətəndaşın həyatı ilə oynayaraq onu iki il məhkəmələrdə süründürmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan və icra olunması üçün göndərildikdən sonra, 27 mart 2023-cü il tarixdə məcburiyyət qarşısında mənim hüququmu bərpa edərək əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidmət etdiyi vətəndaşlara qarşı qanunsuz, vicdansız və amansız hərəkətlərə yol verən şəxslərin dövlət qulluğunda işləməsi yolverilməzdir. Mənim barəmdə qanunsuz qərarı çıxrmış TSEK üzvləri və işin məhkəmələrdə əsassız uzadılmasına cavabeh olan şəxslər müəyyən edilərək, başda Agentliyin hüquqşünası Günay Musayeva olmaqla qanunda nəzərdə tutlmuş qaydada cəzalandırılmalıdırlar. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iki il müddətində iddiaçının hüquqlarını qanunsuz məhdudlaşdırmaqla mənə aşağıda göstərilən miqdarda maddi və mənəvi zərər vurmuşdur:
1. Hüquqların bərpası ilə bağlı iki il ərzində ərizə, vəsatət və digər sənədlərin hazırlanması və poçtla göndərilməsi xərcləri - 200 manat;
2. Mübahisəyə məhkəmələrdə baxılması və həkim müayinələrindən keçilməsi ilə bağlı iki il ərzində 6 dəfə Bakı şəhərinə gəlmiş və hər dəfə 50 manat olmaqla çəkilən cəmi xərclər - 6 x 50 = 300 manat;
3. İddiaçının pensiyasının dayandırılması səbəbi ilə ailəyə təyin edilən 300 manat ünvanlı dövlət sosial yardımı da 2021-ci ilin sentyabr ayından dayandırılıb. Əgər iddiaçının əlillik təyinatı vaxtında bərpa olunsaydı, ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmazdı. Ünvanlı dövlət sosial yardımın dayandırılması ilə əlaqədar 2021-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan 18 ay müddətində vurulmuş zərər - 300 x 18 = 5 400 manat;
4. İddiaçının iki il ərzində almadığı pensiyanın infliyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərər. 2021-ci il yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 196 manat, 2022-ci il yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 210 manat, 2023-ci ilin yanvar ayından yaşayış minimumu indeksləşdirilərək 246 manat olub. 2023-cü ildə yaşayış minimumu 2021-ci ilə nəzərən 25%, 2022-ci ilə nəzərən 17.1% artırılıb. 2021- ci ildə almadığı 1960 manat 64 qəpik pensiyanın indeksasiyası: 1960 manat 64 qəpik x 25% = 490 manat; 2022-ci ildə almadığı 3239 manat 16 qəpik pensiyanın indeksasiyası: 3239 manat 16 qəpik x 17.1% = 554 manat Cəmi: 490 + 554 = 1044 manat;
5. İddiaçı iki il ərzində üzləşdiyi məhrumiyyətlər səbəbi ilə mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. 2021-ci ilin sentyabr ayında iddiaçı və ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşdur. Ailənin bütün gəlirlərinin dayandırılması, xəstəliklə əlaqədar evdən çıxmağın yasaqlanması və xəstəliyin ağırlaşması ilə bütün ailə üzvləri ilə birlikdə ölümə tərk edilmiş vəziyyətə düşmüşdür. Əgər iddiaçının aldığı pensiya və sosial yardım dayandırılmasaydı, iddiaçı həmin pul ilə ailənin zəruri xərclərini ödəyə bilərdi. İddiaçının keçirdiyi mənəvi sarsıntılar və iztirablarla əlaqədar vurulmuş mənəvi zərər - 10 000 manat. Vurulmuş maddi zərərin məbləği: 200 + 300 + 5400 + 1044 = 6 944 manat; Vurulmuş mənəvi zərərin məbləği: 10 000 manat; Vurulmuş maddi və mənəvi zərərin cəmi məbləği: 16 944 manat.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə X23 adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğanın "S'Vari əyriliyi. İV dərəcə kifoskolioz.Kəskin funksiya pozğunluğu. Ürəyin kifoskoliotik xəstəliyi. Əyilmə bucağı-54 dərəcə. Ürəyin kifoskoliotik xəstəliyi, Aorta və tac damarlarının ateorsklerozu. ÜİX.Gərginlik stenokardiyası İİİ f\s. Aorta və tac damarlarının ateorsklerozu.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü–dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik verilərək əlillik altsisteminə daxil edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin ozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Mənəvi zərərin nə olduğunu şəxsin keçirdiyi bəzi sarsıntı və iztirabları sadalayaraq daha aydın bir şəkildə göstərmək olar. 3 noyabr 2008-ci il “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur. Qeyd edilən haların iddiaçıda olmadığından iddia təmin edilməmlidir. İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər.
4. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavələrdə qeyd edilmişdir ki, iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 13 may 2021- ci il tarixdə iddiaya qarşı etirazını təqdim edib. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10 Rəşid Əsəd oğluna ünvanlı sosial yardımın ödənilməsi müddətləri və dayandırılması əsasları barədə məlumat təqdim olunub. Cavabdehin etirazında iddiada ona qarşı qaldırılan dəlillərə münasibət bildirilmədən ümumi qaydada əlilliyin təyin edilməsinin prosedurları sadalanmış və iddiaçıya xx.xx.2021ci il tarixli göndərişin əsasında əlilliyin təyin edildiyi bildirilib. Cavabdeh xx.xx.2021-ci il tarixli göndərişin əsasında əlilliyin müəyyən olunması barədə qərarı 10 iş günü müddətində verməli olduğu halda heç bir əsas olmadan iki ildən sonra 27 mart 2023-cü il tarixdə vermişdir. Cavabdehin etirazında əlilliyin müəyyən olunması barədə qərarın iki il uzadılmasının əsası və səbəbi barədə heç bir məlumat verilməyib. Qısa və ümumi şəkildə ifadə edərək bildirilir ki, cavabdeh xx.xx.2021-ci il tarixli göndərişin əsasında əlilliyin müəyyən olunmasından əsassız imtina qərarı vermiş və sonradan verdiyi qərarın əsassızlığı məhkəmə qaydasında sübuta yetirildikdən sonra belə qanunsuz hərəkətlərini dayandırmamış, işi Ali Məhkəməyədək uzadaraq dövlət orqanına yaraşmayan, tamamilə qərəzli hərəkətlərə yol vermişdir. Cavabdeh etirazında '‘Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarını yanlış şərh edərək iddia tələbini mənəvi zərərlə bağlı hissədə əsassız hesab etməyə çalışır. Ali Məhkəmə Plenumunun həmin qərarının 2-ci bəndinin 3-cü abzasında bildirilir: “Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Cavabdeh Ali Məhkəmə Plenumunun qərarının həmin bəndinə istinad etmiş, lakin həmin bəndin altından xətt çəkilən hisssəsini qəsdən göstərməmiş və bununla qeyd olunan halların guya iddiaçıda olmadığı qənaətinə gəlmişdir. Halbuki Ali Məhkəmə Plenumunun qərarının həmin bəndində şəxsə mənəvi zərər vurulması hallan sadalanarkən hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması halında da özünü büruzə verdiyi göstərilib. Cavabdeh iki il müddətində iddiaçının hüquqlarını məhdudlaşdırmış və iddiaçının üzləşdiyi məhrumiyyətlər səbəbi ilə mənəvi sarsıntı və iztirablara məruz qoymuşdur. 2021-ci ilin sentyabr ayında iddiaçı və ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşdur. Ailənin bütün gəlirlərinin dayandırılması, xəstəliklə əlaqədar evdən çıxmağın yasaqlanması və xəstəliyin ağırlaşması ilə bütün ailə üzvləri ilə birlikdə ölümə tərk edilmiş vəziyyətə düşmüşdür. Ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı vurulmuş zərərin araşdırılması zamanı həmin dövrdə və hazırda uşaqlarının əmək qəbiliyyətli yaşda olub-olmaması qeyrimüəyyən qaldığına görə bu barədə sənədləri qoşma şəkilində məhkəməyə təqdim edilmişdir. Böyük oğlu X15 04 avqust 2006-cı ildə anadan olub. 04 avqust 2021-ci ildə 15 yaşı tamam olub. Həmin vaxt orta məktəbdə təhsil alıb. 2023-cü ildə məktəbi bitirib. Kiçik oğlu X16 19 oktyabr 2008-ci ildə anadan olub. 19 oktyabr 2023-cü il tarixdə 15 yaşı tamam olub. Həmin vaxt orta məktəbdə təhsil alıb və hal-hazırda 11-ci sinifdə oxuyur. Uşaqlar 15 yaşı tamam olduqdan sonra məktəbdə təhsil aldıqlarına görə məktəbi bitirənədək onlardan iş yeri tələb edilə bilməzdi. 2023-cü ildə böyük oğlu məktəbi bitirdikdən sonra əmək qabiliyyətli olduğuna görə iş yeri tələb olunub. İddia tələbində iki il ərzində sənədlərin hazırlanması, poçtla göndəriməsi və yol xərcləri ilə bağlı vurulmuş zərər araşdırılarkən hakim bildirdi ki, həmin xərclər əvvəlki məhkəmə işinə baxılarkən də qalırıla bilərdi. İddiaçı hesab edir ki, əvvəlki məhkəmədə işə baxılarkən birinci instansiya məhkəməsində həmin xərcləri tam olaraq müəyyən etmək mümkün olmazdı. Çünki həmin xərclər birinci instansiyadan sonra ardıcıl olaraq Ali məhkəmədə işə baxılanadək davam edib. İki il ərzində almadığı pensiyanın infliyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərərlə bağlı məhkəmə araşdırmasında da anlaşılmazlıq yaranıb. Bu məsələyə münasibət Mülki Məcəllədə açıq və dəqiq ifadə olunub. Mülki Məcəllənin 1124.2-ci maddəsinə əsasən yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. O, əvvəlki məhkəmə qərarına əsasən itirilmiş qazancını - əvvəlki ayların pensiyasını hissə-hissə alır, amma həmin ödənişin miqdarının qanunda nəzərdə tutlmuş qaydada yaşayış minimumunun artımına mütənasib artımı müəyyən edilməyib və almayıb. Həmin artımın məbləği hazırki iddia tələbində yaşayış minimumunun artımına mütənasib dəqiq hesablanıb göstərilib.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarilxi 2-1(114)-420/2024-cü il nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 304/2024 nömrəli apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-420/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1949/2022 nömrəli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2389/2022 nömrəli qərarı dəyişdirimədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1949/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirimədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2021-ci il **********56902 nömrəli müraciətinə ÜDSY təyin olunmuşdur. İddiaçının əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu səbəbdən iddiaçının müraciətinə “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən xx.xx.2021-ci il tarixdən ÜDSY təyin olunmasından imtina edilmişdir. Əlillik dərəcəsi öz təsdiqini tapdıqdan sonra VEMTAS-a yenidən müraciət edilməsi tövsiyə olunmuşdur.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli Arayışa əsasən X1 Sistemində şəxsin (İddiaçı) sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyil.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi əlillik haqqında xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı ümumi xəstəlik səbəbi ilə onurğanın “S”vari əyriliyi. İV dərəcə kifoskolioz. Kəskin funksiya pozğunluğu. Ürəyin kifoskoliotik xəstəyi. Əyilmə bucağı-54 dərəcə. Ürəyin kifoskoliotik xəstəliyi, Aorta və tac damarlarının ateorsklerozu. ÜİX. Gərginlik stenokardiyası İİİ f/s. Aorta və tac damarlarının ateorsklerozu diaqnozu əsasında müddətsiz üçüncü dərəcə əlillik xx.xx.2021-ci il tarixdən təyin edilmişdir (təsdiqlənmə tarixi: xx.xx.2023-cü il).
13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər sakini İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2019cu il tarixli **********00302 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəyə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 224,84 manat məbləğində ÜDSY təyin edilmiş və ailə təyin olunan məbləği müddətin sonunadək almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli **********56902 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəyə xx.xx.2021-ci il tarixdən aylıq 301,91 manat məbləğində ÜDSY təyin edilmişdir. Daha sonra aparılan elektron yoxlama zamanı xx.xx.2021-ci il tarixindən İddiaçı əlillliyinin qiymətləndirilməsi nəticəsində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasından, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına və əldə etdiyi sosial müavinətin məbləği 220 manatdan 150 manata dəyişilmişdir. Ailənin gəlirlərində baş vermiş dəyişikliyin olması səbəbindən ailəyə təyin olunmuş ÜDSY xx.xx.2021-ci il tarixində VEMTAS tərəfindən dayandırılmışdır.
14. İş materiallarına əlavə olunmuş AZ-İ 837988 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X15 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r.
15. İş materiallarına əlavə olunmuş AZ-İİ 191271 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X16 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r.
16. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 76 nömrəli Arayışa əsasən X5 şəhəri 3 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinfini 2022/2023-cü tədris ilində bitirmiş və E № 603480 nömrəli tam orta təhsil haqqında şəhadətnamə almışdır.
17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 77 nömrəli Arayışa əsasən X6 şəhəri 3 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinif şagirdidir.
18. E-sosial elektron sistemdən çıxarışdan görünür ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən iddiaçının (İddiaçı) ailəsinin ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmadığı bildirilmişdir.
19. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
20. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
21. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia inzibati orqanın hərəkətlərinin qanunsuzluğunun müəyyən edilməsi və nəticədə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
23. Mübahisəyə münasibətdə düzgün iddia növünün seçilməsi və yalnız bundan sonra həmin iddia növünə münasibətdə mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, müəyyən etmə və tanınma haqqında iddia növünə münasibətdə iddiaçı tərəfindən inzibati orqana ilkin müraciətin edilməsi tələb olunmur və belə mümkünlük şərti nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, vurulmuş ziyanın ödənilməsi barədə tələb inzibati aktın qanunsuzluğunun tanınmasına bağlıdır və tanınma haqqında iddia qaldırmaqda iddiaçı həm də iqtisadi marağının təmin olunması, yəni vurulmuş ziyanın kompensasiya olunması məqsədini güdür.
24. Odur ki, iddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
25. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
26. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli Qərarı: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması.
27. AİHM qərarlarında qeyd edir ki: - Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X4rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X11rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
28. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh orqanın qanunsuz hərəkət(lər)i nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində əlillik təyinatının qeyd edilmədiyini, bunun nəticəsində xx.xx.2021-ci il tarixdən etibarən ünvanlı dövlət sosial yardımı almaq hüququndan məhrum qaldığını bildirmiş və 6944 manat məbləğində vurulmuş maddi zərərin, 10 000 manat məbləğində vurumuş mənəvi zərərin ödənilməsini tələb etmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0452003AAJQ4 saylı göndərişi əsasında baxılmış və “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğanın "S"vari əyriliyi.İV dərəcə kifoskolioz.Kəskin funksiya pozğunluğu.Ürəyin kifoskoliotik xəstəliyi.Əyilmə bucağı-54 dərəcə.Ürəyin kifoskoliotik xəstəliyi,Aorta və tac damarlarının ateorsklerozu. ÜİX.Gərginlik stenokardiyası İİİ As.Aorta və tac damarlarının ateorsklerozu.; Məzkəzə göndəriimənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETTOİ da ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 07 aprel 2021-ci il tarixli, 0452003AAJQ4 saylı forma 88-ə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edilməli olduğu 21 aprel 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1949/2022 nömrəli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2389/2022 nömrəli Qərarı qərarı dəyişdirimədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1949/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirimədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi əlillik haqqında xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı ümumi xəstəlik səbəbi ilə onurğanın “S”vari əyriliyi. İV dərəcə kifoskolioz. Kəskin funksiya pozğunluğu. Ürəyin kifoskoliotik xəstəyi. Əyilmə bucağı-54 dərəcə. Ürəyin kifoskoliotik xəstəliyi, Aorta və tac damarlarının ateorsklerozu. ÜİX. Gərginlik stenokardiyası İİİ f/s. Aorta və tac damarlarının ateorsklerozu diaqnozu əsasında müddətsiz üçüncü dərəcə əlillik xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş və xx.xx.2021-ci il tarixdən təyin edilmişdir.
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsipindən irəli gəlir”.
31. Qeyd edilənlərə əsasən məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində əlillik təyinatından məhrum olmuşdur.
32. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2021-ci il **********56902 nömrəli müraciətinə ÜDSY təyin olunmuşdur. İddiaçının əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu səbəbdən iddiaçının müraciətinə “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən xx.xx.2021-ci il tarixdən ÜDSY təyin olunmasından imtina edilmişdir.
33. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda elektron yoxlama zamanı xx.xx.2021-ci il tarixindən İddiaçı əlillliyinin qiymətləndirilməsi nəticəsində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasından, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına və əldə etdiyi sosial müavinətin məbləği 220 manatdan 150 manata dəyişildirildiyi və ailənin gəlirlərində baş vermiş dəyişikliyin olması səbəbindən ailəyə təyin olunmuş ÜDSY xx.xx.2021-ci il tarixində VEMTAS tərəfindən dayandırıldığı bildirilsə də, müvafiq məhkəmə aktlarından da görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya münasibətdə əlillik dərəcəsi dəyişdirilməmiş, əlillik təyinatı dayandırılmışdır. Odur ki, iddiaçıya həmin dövrdə əlilliyə görə sosial müavinətin ödənilməsi barədə məhkəməyə ünvanlanan məktub işin hallarına uyğun hesab edilə bilməz.
34. Odur ki, məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixdən İddiaçı ünvanlı dövlət sosial yardımın ödənilməsinin dayandırılması birbaşa olaraq şəxsə münasibətdə əlillik təyinatından imtina edilməsi (qanunsuz olaraq) nəticəsində baş vermişdir.
35. Məhkəmə digər tərəfdən qeyd edir ki, e-sosial elektron sistemdən çıxarışdan görünür ki, münasibətdə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən iddiaçının (İddiaçı) ailəsinin ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmadığı bildirilmişdir.
36. Bununla bağlı məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışlara əsasən iddiaçının oğlu X15 (xx.xx.2006-cı il təvəllüdlü) Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinfini 2022/2023-cü tədris ilində bitirmişdir (E № 603480 nömrəli tam orta təhsil haqqında şəhadətnamə almışdır); iddiaçının oğlu X16 isə (xx.xx.2008-ci il təvəllüdlü) Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinif şagirdidir. Odur ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə iddiaçının ailəsində 15 yaşına çatmış əmək qabiliyyətli oğulları onlardan asılı olmayan səbəblərdən (23 yaşınadək əyani təhsil alması) əmək fəaliyyəti ilə məşğul olmamışdırlar.
37. İş materiallarına əsasən müəyyən edilir ki, VEMTAS tərəfindən ailəyə xx.xx.2021-ci il tarixdən aylıq 301,91 manat məbləğində ÜDSY təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən (əlilliyin dayandırıldığı tarix) xx.xx.2023-cü il tarixədək (məhkəmə qərarının icra olunduğu tarix) olan dövr (18 ay) üzrə məhrum qaldığı ünvanlı dövlət sosial yardım nəzərə alınmaqla 5400 manat məbləğində maddi zərərin kompensasiya kimi ödənilməsi hissəsində iddia tələbi təmin edilməlidir.
38. İddia tələbinin məhkəmə xərcləri ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsində işə yazılı icraat qaydasında baxılmış olduğundan hər hansı məhkəmə xərcinin yaranması real deyil. Digər məhkəmə instansiyalarına münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin məhz yarandıqları məhkəmə icraatı daxilində tələb edilməsi mümkün olduğu təqdirdə, İddiaçı həmin məhkəmə icraat(lar)ı daxilində məhkəmə xərcləri ilə bağlı hər hansı müraciət etməmişdir. Digər tərəfdən məhkəmə xərcləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
39. İki il ərzində almadığı pensiyanın infliyasiya ilə bağlı öz dəyərini itirməsi nəticəsində yaranmış zərərə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası nəticəsində iddiaçı ötən dövr üzrə ödənilməmiş pensiyasını hissə-hissə, aylıq pensiyasının üzərinə əlavə edilməklə alır. Bu hal iddiaçı tərəfindən mübahisələndirilmir.
40. Mülki Məcəllədən: 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması 1124.2. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır.
41. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası ödənilərkən məhz qeyd edilən müddəa nəzərə alınmalı olduğundan cavabdehin vurduğu ziyan yoxdur. Qeyd edilən müddəa məhz pensiya ödənişini təmin edən (itirilmiş qazancın əvəzini ödəyən) fiskal qurum tərəfindən icra edilməlidir. Digər tərəfdən pulun dəyərdən düşməsində cavabdeh qurumun təqsirli hərəkəti yoxdur və məhkəmə qərarı qüvvəyə mindikdən (4 ay sonra) cavabdeh tərəfindən icra olunmuşdur (Məhkəmə qərarı icra olunan tarixədək ödənilməli olan ünvanlı dövlət sosial yardım yuxarıda qeyd edildiyi kimi zərərin əvəzi olaraq cavabdehdən tutulmuşdur). Lakin qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, pulun dəyərdən düşməsi zərər anlayışı ilə əhatə olunmur. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
42. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
43. Məhkəmə hesab edir ki, qeyd edilən dövrdə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində yeganə dolanaq mənbəyi olan əlilliyə görə əmək pensiyasından və əlilliyə görə əmək pensiyasının dayandırılması ilə əlaqədar ünvanlı dövlər sosial yardımdan məhrum olmuşdur. Belə ki, əlilliyə görə pensiyası dayandırıldığından labüddür ki, iddiaçı əmək qabiliyyətli hesab edilmiş və ünvanlı dövlər sosial yardım almaq hüququndan məhrum olmuşdur. Koronavirus pandemiyası dövründə (belə ki, əlilliyin dayandırıldğı qeyd edilən dövr pandemiya dövrünə təsadüf etmişdir) ailəsinin yeganə dolanacaq mənbəyindən məhrum olması və bunun iddiaçıya mənəvi sarsıntı və iztirab yaşatması məhkəmədə hər hansı şübhə doğurmur.
44. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, 5400 manat məbləğində maddi zərər və 600 manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 5400 manat məbləğində maddi zərərin və 600 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva