Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7713/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi-19, M7, mənzil-3) ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ******* saylı çıxarışa əsasən o, ünvan 6 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğuna görə İddiaçı və onu ailə üzvləri bu mənzildə yaşamaqla onun hüquqlarını pozur və bu baxımdan həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Hazırda bu mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. O və onun ailə üzvləri həmin mənzildən 18 ildən çoxdur ki, istifadə edir və bu mənzil onun və ailə üzvlərinin yaşayış yeridir. Həmin mənzilin bütün kommunal xərcələri də onun tərəfindən ödənilir. Həmçinin ünvan 6 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi-19, M7, mənzil-3) ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdehdən xahiş etsə də, onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən ünvan 6 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi-19, M7, mənzil-3) ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İdarə tərəfindən İddiaçı ünvanlanan **********93 qeydiyyat nömrəli 21.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri,Binəqədi rayonu,Əcəmi Naxçivani küçəsi-19, M7, mənzil-3) ünvanında yerləşən mənzil "xxxx" MTK üzvlərinin 11 may 2018-ci il tarixli ümumi iclasının protokolundan çıxarış və maliyyə arayışı əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (14.06.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış). “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X5 izahatında bildirdi ki, iddiaçının üçüncü şəxsin adına qeydiyyata alınmış çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 29.07.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 X3 adına ilkin qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 (yeni qaydalarla: ünvan 5 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X3 adına 14.06.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" MTK üzvlərinin 11 may 2018-ci il tarixli ümumi iclasının protokolundan çıxarışının surətindən görünür ki, X6 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Ə.Naxçıvani küçəsi, ev 14 kooperativ yaşayış binasında 1 giriş, 7 mərtəbə, yaşayış sahəsi 122,9 kv.m, ümumi sahəsi 215,11 kv.m olan 5 otaqlı 23 saylı mənzil verilmiş və çıxarışa 1 nəfər ailə tərkibində özü X6 daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı ünvan 6 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan mənzil X3 adına ilkin qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir. İddiaçı qeyd olunan ünvana dair hər hansı hüquqa malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı çıxarışın ləğv edilməsini tələb edir. Lakin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat isə (RX serialı ******* nömrəli, 14.06.2018-ci il tarixli ********** qeydiyyat nömrəli) "xxxx" MTK üzvlərinin 11 may 2018-ci il tarixli ümumi iclasının protokolundan çıxarış əsasında X6 adına aparılmışdır. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş protokol mübahisələndirilməlidir. Həmin məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7713/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7713/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver