Məhkəmə qərarları › İş №2-1(112)-7716/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7716/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7716/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx/xx/2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 300.00 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev və B.Nuriyev küçələrinin kəsişməsi yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 300.00 manat olan 1 ədəd “Çin” istehsalı olan Yamata adlı tikiş maşını olmaqla, ümumilikdə 300.00 manat məbləğində əmlakı ticarət şəbəkəsində satılması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 2615.16 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev və B.Nuriyev küçələrinin kəsişməsi yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 300.00 manat olan 1 ədəd “Çin” istehsalı olan Yamata adlı tikiş maşını olmaqla, ümumilikdə 300.00 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022-ci il tarixli **********8 saylı Protokoll tərtib edilmişdir. Protokolla siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc DSMF-na ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 300.00 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə tələb edilən ödənilməmiş borcunu ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il il tarixli, **********9 saylı bildirişdən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixə ümumilikdə 2615,16 manat o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1911,16 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 604 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 300 manat dəyərində daşınar əmlakı siyahıya alınmışdır. Siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilmişdir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, imza edərək əmlakı təhvil almışdır. İş materiallarına əlavə edilmiş Ekspresspay ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən Cavabdeh 980191 təsnifat koduna, ödənişin təyinatı digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar üzrə 300,00 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş X2 vasitəsilə Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən ödəyici Cavabdeh 12134000 büdcə təsnifat koduna 500,00 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş X2 vasitəsilə Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən ödəyici Cavabdeh 12134000 büdcə təsnifat koduna 500,00 manat ödəniş etmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İşin hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 300.00 manat borcuna görə vergi orqanı xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokolu ilə 300.00 manat məbləğində daşınar əşyasını siyahıya almış və hazırkı iddiasında sözügedən borcun ödənilməsinin təmini məqsədilə həmin dəyərdə olan əşyanın ticarət şəbəkəsində satılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə icraatı gedişində cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna olan borcla bağlı ümumilikdə 1000 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi tələb edilən 300 manat borcu cavabdehin ödədiyi 1000 manat ödənişlə əhatə olunduğundan hazırkı iddia üzrə xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokolu ilə tələb edilən daşınar əşyanın satılmasına zərurət aradan qalxmışdır. Başqa sözlə, inzibati iş üzrə cavabdeh ondan xx.xx.2022-ci il tarixə tələb edilən 300 manat ödənilməmiş borcunu ödədiyindən, bununla da hazırki iddia ilə tələb edilən dövr üzrə Dövlət Sosial Müdafiə Fonduna borcu qalmadığından xx.xx.2022-ci il tarixli **********8 nömrəli protokolla tələb edilən daşınar əşyanın satılması ilə bağlı iddiaçı ilə cavabdeh arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair 2-1(112)-7716/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar