Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4461/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (tələbkar) İddiaçı Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (tələbkar) İddiaçı Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Yasamal rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Yasamal rayonu İcra və Probasiya Şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə həmin icra sənədinin icra edilməsi barədə tapşırığın verilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizəçi (tələbkar) sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Yasamal rayonu İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə ərizəyə baxılması iddia icraatı qaydasında baxılmağa başlanılsa da, lakin sonradan məhkəmə araşdırması zamanı Ərizəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli Qərarının tələbləri baxımından müvafiq icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının əvvəlki inzibati işin bilavasitə davamı hesab olunduğunu və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalı olduğunu nəzərə alaraq məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olduğunu müəyyən etmişdir. Ərizə (şikayət) onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsi tərəfindən 2- 1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi verilmişdir ki, həmin icra sənədinə əsasən ünvan 1 ünvanında qanunsuz olaraq yerləşdirilmiş köşk Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həmin yerdən götürülüb aparılsın. Lakin sözügedən köşk hal-hazıradək qanunsuz olaraq qoyulduğu adıçəkilən ünvanda qalmaqdadır, yəni məhkəmənin verdiyi icra sənədi icra edilməmişdir. Buna baxmayaraq, Yasamal rayonu İcra və Probasiya şöbəsinin 18.12.2020-ci il tarixli qərarı ilə Yasamal rayonu İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli, guya icra sənədinin artıq icra edilməsi barədə həqiqətə uyğun olmayan məktubuna istinad edərək icra sənədi üzrə icra icraatına xitam vermişdir. Yasamal rayonu İcra və Probasiya Şöbəsinin bu hərəkətləri aşkar şəkildə qanunsuz olmaqla ərizəçinin hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəyə və ərizə üzrə verilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin (tələbkarın) nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli İcra Vərəqəsindən görünür ki, iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2338/2019 saylı, 13.11.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddianın təmin olunması, ünvan 3 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli İcra Vərəqəsi üzrə açılan icra işi üzrə materiallar sorğu əsasında Yasamal rayon İcra və Probasiya Şöbəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq təqdim olunan icra işinə əlavə edilmiş 02.09.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. 02.09.2020-ci il tarixli, 132545/2020-1 №li tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra məmuru İlyas Cəfərov tərəfindən Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanan bildirişdə 02.09.2020-ci il tarixli qərarla icraata başlanılanm Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədində ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyinin borclu Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulduğu qeyd olunaraq, göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan 16.10.2020-ci il tarixli məktubda rayon icra hakimiyyəti tərəfindən Məcidov küçəsi 44/46 ünvanında qeyri-yaşayış sahəsinin qarşısındakı dəmir köşkün ərazidən sökülərək digər məntəqəyə yerləşdirildiyi bildirilmişdir. 18.12.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubuna istinad olunaraq icra sənədində göstərilən tələb təmin olunduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Hal-hazırda ərizəçi İddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, ərizəçi Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qanunsuz olaraq yerləşdirilmiş köşkün Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həmin yerdən götürülüb aparılmasının təmin edilmədiyi, köşkün hal-hazıradək ünvanda qaldığı, icra sənədinin icra edilməməsidir. Qeyd olunanlara əsasən ərizəçi Yasamal rayonu İcra və Probasiya şöbəsinin 18.12.2020-ci il tarixli qərarı ilə Yasamal rayonu İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli icra sənədinin artıq icra edilməsi barədə məktubuna istinad etməsini əsassız hesab edir və buna əsasən icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18 dekabr 2020-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və borclu öldükdə; ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İşin faktiki hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, 02.09.2020-ci il tarixli, 132545/2020-1 №li tələbin könüllü icrası haqqında bildirişə əsasən icra məmuru İlyas Cəfərov tərəfindən Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanan 02.09.2020-ci il tarixli qərarla icraata başlanıldığı, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədində ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyinin borclu Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulduğu qeyd olunaraq, göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmiş, 18.12.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubuna istinad olunaraq Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru aslan Aslanbəyli tərəfindən 06.05.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərar ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 367/2020 nömrəli, 07.08.2020-cu il tarixli icra sənədinə xitam verilmişdir. İcra materiallarına əlavə edilmiş köşkün fotoşəklindən də müəyyən edilir ki, köşk əvvəlki yerindən sökülərək ərizəçiyə (tələbkara) aid olmayan, təmamilə başqa səmtdə quraşdırılmışdır. Ərizədə qeyd olunan məqamların araşdırılması məqsədilə Məhkəmə tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi əsasında ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşk (butkanın) sökülərək tələbkara aid olmayan binanın digər küncündə yerləşən sahədə quraşdırılmıdır. Köşkün quraşdırıldığı sahəyə dair tələbkarın hüquqlarının olması araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan köşkün yerləşdiyi sahəyə tələbkarın hər hansı mülkiyyət hüquqları mövcud deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçinin (tələbkarın) mülkiyyət hüququ olmayan sahəyə dair sözügedən tələblə çıxış etməsi yolverilməzdir və ərizəçi Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraata xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi tələbində haqlı deyildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) qaldığı yerdən götürülməsi üçün icra məmuru tərəfindən lazımı qanunamüvafiq icra hərəkətləri ardıcıllıqla aparılmış və bu səbəbdən icra edilməsi həvalə edilən məsələnin Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubu nəzərə alınmaqla Yasamal rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarı əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Beləliklə, Məhkəmə hesab edir ki, Ərizəçi İddiaçı Yasamal rayonu İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Yasamal rayonu İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7717/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7717/2022
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver