Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7718/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona və ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və həyat yoldaşı bir neçə aydır ki, işləyirlər. Ailəsi 5 nəfərdən ibarətdir. Ailəsinin gəlir yeri onun 250 manat, həyat yoldaşının aylıq əmək haqqı isə 300 manatdan ibarətdir. Adambaşına düşən aylıq gəlir minimum həddən çox aşağıdır. Hal-hazırda ailəsinin maddi vəziyyəti çox pisdir. İddiaçı ünvanlı dövlət sosial yardımı proqramından yararlanmaq, ünvanlı dövlət sosial yardımı almaq üçün təmsilçi ərizəsi alaraq ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə elektron müraciət etmişdir. Onun ailəsi bundan əvvəl də ünvanlı dövlət sosial yardımı alıb. İddiaçının ərizəsi onların sistemi tərəfindən yoxlanılaraq heç bir kənarlaşma olmamışdır. Maddi məişət şəraitinin yoxlanması məqsədi ilə nümayəndə gəlib ailəsinin maddi məişət vəziyyətini yoxlayıb. Maddi vəziyyətlərini görüb müsbət rəy yazıb. İddiaçıya ünvanlı sosial yardım düşür deyib gediblər, onlardan 3-4 gün sonra ona ÜDSY-dan imtina veriblər. Ərizədə göstərilənlərdən heç bir kənarlaşma yoxdur. Buna baxmayaraq iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilib. İddiaçı yenidən ərizə ilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə Ünvanlı Dövlət Sosial Yardım almaq üçün elektron müraciət etmişdir. Beləliklə, 3 dəfə müraciət etmişdir, hər dəfə də imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8045/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1353-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. 2021-ci il üçün isə bu məbləğ 170 manat təşkil edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuşdur. Həmin Qaydaların 3.3-cü maddəsində qeyd edilir ki, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Yuxarıda qeyd olunan Qaydaların 3.4.2-ci maddəsində qeyd edilir ki, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Ünvanlı dövlət sosial yardım” almaq üçün elektron qaydada X14 və X21 müraciət etmiş və onun həmin tarixli **********69004 nömrəli müraciətinə “aa82e0b01e5b4582a96186d942d803f5” nömrəli bildirişlə imtina edilmişdir. Sosia! yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilib: Abonent kodu barədə məlumatın gizlədilməsi, Maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması. Qaydaların məzmunundan da göründüyü kimi ünvanlı dövlət sosial yardımın təyin olunmasının 2 prosedur qaydası mövcuddur: 1) ərizəbəyannamə 2) maddi-məişət şəraitinin müayinəsi. Bu iki prosedur qaydalara uyğun tamamlandıqdan sonra vətəndaşa ünvanlı dövlət sosial yardım təyin oluna bilər. Maddiməişətin müayinəsi mərhələsində vətəndaş müayinənin aparılması zamanı səlahiyyətli şəxsə öz vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə maneə olmamalı və zəruri hallarda yardım göstərməlidir. İmtina məktubunda qeyd olunduğu kimi iddiaçı abonent kodunu : gizlətmiş və baxış keçirilməsinə şərait yaratmamışdır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X14 və X26 (VEMTAS) yaradılmışdır. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3~cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda adıçəkilən Qaydaların 5-ci hissəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası göstərilmişdir. Həmin hissənin 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM. Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1700-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Qanunun 8.1-ci maddəsinə və Qaydaların 3.5-ci bəndində əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxanda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddələrinin tələblərini tutaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8045/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-529/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8045/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 17700300 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü X12 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ № 467685 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 249 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Söhrabov, arvada Söhrabova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ № 756803 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 3483 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ № 756804 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 3484 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 060480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 975 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən TT-İTB MMC, işçi İddiaçı, vəzifəsinin adı usta, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021, əmək haqqı 250 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Osman kiçik müəssisəsi, işçi X12, vəzifəsinin adı yükləyici traktor, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022, əmək haqqı 300 manatdır. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 531 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında yaşayır. Ailə tərkibi: X12 - həyat yoldaşı, X4 - qızı xx.xx.2010, X5 - qızı xx.xx.2011, X7 oğlu xx.xx.2013. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Sukanal İdarəsi ilə X10 arasında Salahov küçəsi, ev 7/A ünvanına dair Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2016-cı il tarixli, 33360489 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Sukanal İdarəsi ilə X12 arasında Salahov küçəsi, ev 7/B ünvanına dair Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2016-cı il tarixli, 33678832 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli hesab fakturasına əsasən müqavilə №: 33678832, abonent kodu: **********000, abonent: X12, ünvan: Q.Salahov küçəsi, ev 7/B-dir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC Sabunçu ESİ-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən ödəyici-xidmət istifadəçisi: Nurbala Zəhrab, qeydiyyat kodu: **********70001, xidmətin adı: elektrik enerjisinin istehlak haqqı. İş materiallarına əlavə edilmiş əsasən xx.xx.2022-ci il tarixli, 2762 nömrəli; xx.xx.2022-ci il tarixli, 918 nömrəli; xx.xx.2022-ci il tarixli, 10573 nömrəli; xx.xx.2022-ci il tarixli, 14870 nömrəli; xx.xx.2022-ci il tarixli, 27989 nömrəli qəbzlərə Azərişıq smartkart ilə müştəri Leyla Zöhrabova tərəfindən ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş Balaxanı qəsəbəsi, Salahov küçəsi, ev 7 ünvanına dair Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” "xxxx" MMC ilə abunəçi X10 arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Balaxanı qəsəbəsi, Salahov küçəsi, ev 7 ünvanına dair Telekommunikasiya xidmətlərindən istifadə haqqında “Telekommunikasiya operatoru” "xxxx" MMC ilə abunəçi İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 12993 nömrəli mədaxil qəbzinə əsasən ödəyən/göndərən X10, alan Sabunçu telefon qovşağı. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X01105 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Q.Salahov küçəsi, ev 7 ünanına dair abonentin saldolarına əsasən Smart G4 İTRON DİAFRAQMA tipli sayğacların abonent kodları **********10000, **********00000, **********30000, **********20000-dır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/14262 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.1999-cu il tarixdə 28984001 nömrəli müqavilə bağlanaraq Söhrab Hadırın adına **********000 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində toplu ləğv edilmiş, bundan əlavə sözügedən ünvana xx.xx.2006-cı il tarixdə 29587091 nömrəli müqavilə bağlanaraq Söhrab Nurbalanın adına **********001 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində toplu ləğv edilmiş, eyni zamanda xx.xx.1999-cu il tarixdə 29200926 nömrəli müqavilə bağlanaraq Ə.Sejranın adına **********002 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində passiv edilmişdir. Hal-hazırda Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2016-cı il tarixdə 33329960 nömrəli müqavilə bağlanaraq İradə Məmmədovanın adına açılmış **********003 saylı abonent kodu aktivdir və su xətti üzərində quraşdırılmış SMART CSS markalı 81034 nömrəli smart kart tipli su sayğacının göstəricisinə əsasən hesabat aparılır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xxxx/6479 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında **********70002 nömrəli abunə kodu ilə X8, **********70004 nömrəli abunə kodu ilə X9, **********70004 nömrəli abunə kodu ilə X13 abonent olaraq qeydiyyata alınmışdır. İddaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, müraciətlər aşağıdakı məzmunda cavablandırılmışdır: -xx.xx.2021-ci il tarixli müraciət-ailə üzvü X3 adına əmək müqaviləsi və ya əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, -xx.xx.2021-ci il tarixli müraciət-başqa şəxsə aid abonent kodunun bəyan edilməsi, -xx.xx.2021-ci il tarixli müraciət –ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumun 15 faizinə bərabər və ya ondan yuxarı olması, xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 2 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - h.y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X4 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2013-cü il təvəllüdlü X7 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbala Səhrab oğlu, ümumi sahəsi x 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********30001- **********7000, təbii qazdan istifadə: **********30000, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Yaşayış yerindən arayış təqdim olunmadı. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Sənəd təqdim olundu. İşığın abonent kodu ƏİB-də yanlış qeyd olunub. Qaz sayğacı var, istifadə olunmadığı bildirildi. Suyun abonent kodu doğrudur. Ailənin gəlirləri: təmsilçinin həyat yoldaşı TT İT MMC-də mühəndis kimi işləyir, aylıq 300 AZN ə/h alır. Təmsilçi TT-İTB-də usta kimi çalışır, aylıq 250 manat ə/h alır, 2021-ci il aprel ayından. Əlavə gəlirlər almadığı bildirildi. xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 2 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, əv 12 ay 12 işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - işləyir; xx.xx.2010-cu il təvəllüdlü X4; xx.xx.2011-ci il təvəllüdlü X5; xx.xx.2013-cü il təvəllüdlü X7. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbala Səhrab oğlu, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Ünvan yaşayış yerindən arayışla təsdiqləndi. Ev 2 mərtəbədən ibarətdir. Aşağı mərtəbədə təmsilçi və ailəsi, yuxarı mərtəbədə isə təmsilçinin qayınanası yaşayır. İşıq sayğacı ayrı, qaz sayğacı ümumidir, lakin işlək deyil. Yuxarı mərtəbənin su sayğacını müşahidə etmək mümkün olmadı. Qapı bağlı olduğu üçün. Su və işıq abonent kodu doğrudur. Qazın abonent kodu isə işlək olmadığı üçün Ə/B-da qeyd olunmayıb. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı TT-İTE MMC-də usta kimi çalışaraq: təmsilçi son 2 aydır çaışır, aylıq 250 AZN ə-haqqı alır. Təmsilçinin həyat yoldaşı bir ildir ki, çalışaraq aylıq 300 AZN əmək haqqı alır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İddiaçı (ailə təmsilçisinin SAA) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə təqdim edilmiş ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 11e3e0efaf**********71a9b416c3e8 nömrəli bildirişə əsasən sizin xx.xx.2021-ci il tarixli, **********69004 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: 1. abonent kodu barədə məlumatın gizlədilməsi, 2. maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı. Müraciətin qeydiyyata alınma tarixi xx.xx.2021. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı əri X12, övladları- xx.xx.2010-cu il tarixli X4, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il tarixli X7 olmaqla ünvan 3 ünvanında yaşayır. İddiaçı TT-İTB MMC-də işləməklə aylıq əmək haqqı 250 manat, əri X12 “Osman” kiçik müəssisəsində işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun -1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. -1.0.2-ci maddəsinə görə ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. -1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. -1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. -1.0.6-cı maddəsinə görə ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. -3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -4.2.1-ci maddəsinə əsasən sosial yardımının əsasprinsiplərindən biri ünvanlılıq sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; -6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı xx.xx.2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: -2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. -2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. -3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. -3.4-cü bəndinə əsasən bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. -3.4.1-ci bəndinə əsasən VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. -3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Beləliklə, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Qaydaların tələblərinə əsasən ünvanlı sosial yardımın təyin olunmasıın iki qaydası mövcuddur: ərizə bəyannamə və maddi məişət şəraitinin müayinəsi. İddaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh ünvanlı sosial yardımın təyin olunmasından iki halla istinad etməklə imtina etmişdir: -abonent kodu barədə məlumatın gizlədilməsi; -maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması. Hazırkı məhkəmə icraatı gedişində məhkəmənin 2-1(112)-7718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciətinə əsasən “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 (otuz) gün müddətin təyin edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 2 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - h/y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X4 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2013-cü il təvəllüdlü X7 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi sənədsiz, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Maddi-məişət şəraitinin müayinəsi məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvana baxış keçirildi. Evin ailəyə məxsus olduğu, evin sənədsiz olduğu bildirildi. Su abonent kodu doğrudur. Təmsilçi hal-hazırda qaz sayğacının olmadığını, əvvəl qayınatasıgilin qaz sayğacından istifadə olunduğu bildirildi. Ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədə təmsilçinin qayınanası və qayınatasının yaşadığı qeyd olundu. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı son 1 ildə “TT-İTE” şirkətində usta kimi işləyiblər, təmsilçi 250 AZN, həyat yoldaşı isə 300 AZN əmək haqqı alıb. Əlavə gəlirlərinin olmadığı qeyd olundu. Təmsilçi bildirdi ki, evin 2-ci mərtəbəsi ilə təsərrüfatları ayrıdır. Göründüyü kimi maddi məişət şəraitinin yoxlanılması zamanı iddiaçının yaşadığı evin iddiaçının əri X3 babası Nurbala Söhrab oğluna məxsus olduğu, evin iki mərtəbədən ibarət olduğu, aşağı mərtəbədə iddiaçının öz ailəsi ilə, ikinci mərtəbədə isə iddiaçının ailə üzvü olmayan qayınanası X2 yaşadığı müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, evin ikinci mərtəbəsində yaşayanların iddiaçının ailə üzvü olmadığı, onların birgə təsərrüfat aparmadıqları istər maddi-məişət şəraitinin yoxlanılması zamanı, istərsə də hər iki mərtəbədə quraşdırılmış işıq, su sayğaclarının, eləcə də telefon nömrələrinin ayrı olması ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının yaşadığı birinci mərtəbənin sudan istifadə ilə bağlı abunə kodu **********000 olmaqla müqavilə iddiaçının əri X12 ilə bağlanmışdır. İddiaçının ailəsi Nurbala Zöhrab oğlunun adına olan **********70001 nömrəli abunə kodu üzrə elektrik enerjisindən istifadə edir. İddiaçı Bakı Telefon Rabitəsi” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında ***-***-**-** telefon xidmətindən istifadə edir. Həmin ünvan üzrə qazdan istifadə ilə bağlı Nurbala Zöhrab oğlunun adına **********3000 abunə kodu müəyyən olunsa da, iddiaçının ailəsinin istifadəsində aktiv qaz sayğacının olduğu müəyyən olunmamış, bu hal maddi-məişət yoxlaması zamanı cavabdehin mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Beləliklə, hazıkı iş üzrə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə (əri, üç yetkinlik yaşına çatmayan övladı) ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas gətirdiyi hallar-abunə kodunun gizlədilməsi halı öz təsdiqini tapmamış, maddi məişət şəraitinin yoxlanılması təmin edilmiş, yoxlama zamanı ünvanlı sosial yardımın təyininə imkan verməyən hal cavabdehin mütəxəssisləri tərəfindən qeyd edilməmiş, beləliklə, ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas olacaq hər hansı hal hazırkı iş üzrə müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçı barəsində ünvanlı sosial yardımın təyin edilməsi barədə əliverişli inzibati aktın qəbul ediıməsini istisna edəcək şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7718/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7718/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver