Məhkəmə qərarları › İş №2-1(112)-7719/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7719/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7719/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X17, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezdentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar mərhumun adının hərbi qulluqçuların siyahısına əlavə olunaraq göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1ində xx.xx.1973-cü il tarixdə doğulmuş X12 N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Ağdərə istiqamətində gedən hərbi əməliyyatlar zamanı aldığı qəlpə yarasından xx.xx.1992-ci il tarixdə həlak olmasının müəyyən edilməsi və 2007-ci ildən ödənilməmiş qalan şəhid ailələrinə verilən müavinətlərın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə ünvan 1ində anadan olmuş X6 Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə döyüşlərində iştirak etmiş və döyüşlərdə aldığı qəlpə yaralarından xx.xx.1992-ci il tarixində Tərtər rayonunda həlak olmuşdur. Ələkbər Məmmədovun cənazəsi doğulduğu ünvan 1inə gətirilmiş, dəfn edilmişdir. Dəfndə hərbi hissənin zabitləri, rayonun rəhbərləri və digər məsul şəxslər iştirak etmiş və çıxışlar edilmişdir. Ona şəhid statusu verilmiş və adını əbədiləşdirmək məqsədilə bir vaxtlar oxuduğu Kakalos kənd 2 saylı məktəbin adı verilmişdir. Kakalos kənd 2 saylı məktəb 1993-cü ildə X12 adını daşıyır. Hər gün məktəbin yüzlərlə şagirdi məktəbin foyesində “Azərbaycan Dövlət himni” oxuyandan sonra şəhid X12 şəklinin qarşısında baş əyərək sinifə keçirlər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş hər bir Qarabağ müharibəsinin şəhidi bugünkü şagirdlər - gənc nəsil üçün örnəkdir. Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 31 saylı arayışından görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda ölmüşdü. Bu barədə xx.xx.1992ci il tarixdə ünvan 1ində 21 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi “beynin sol tərəfin ağır qəlpə yarası, bədənin çoxlu qəlpə yarası” qeyd edilmişdir. Hansı ki, X12 AZ-1 seriyalı 931336 nömrəli ölümü haqqında şəhadətnamə verilmişdir. Müvafiq orqanlar tərəfindən X18 şəhid və onlara isə şəhid ailəsi statusu verilmişdir. Qardaşı X2 qəbirstanlığında dəfn edilmiş, qəbrüstü abidə qoyulmuşdur. Astara şəhərində şəhidlərin xatirə kompleksində onun şəkli soldan 2-ci asılmışdır. X14 xx.xx.2004-cü il tarixdə “İnsult, hipetenziya, atersiteroz” xəstəliyindən, anası Məmmədova Zümrüd Hacı qızı isə “Hipertenziya, Atereskleroz” xəstəliyindən xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Sağlıqlarında atası və anasına ayrı-ayrılıqda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüquqları barədə X14na ******* saylı, anası Məmmədova Zümrüd Hacı qızına isə 005320 saylı vəsiqələr verilmişdir. Məhrum valideynləri güzəştlərdən və imtiyazlardan bəhrələnmişlər. Beləliklə, bütün sənədlərdə təsdiq olunur ki, X6 hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xx.xx.1992-ci il tarixdə “beynin sol tərəfin ağır qəlpə yarası və bədənin çoxlu qəlpə yarası aldığından şəhid olmuşdur”. N saylı hərbi hissəsinin hərbiçiləri tərəfindən X6nun cənazəsi Kakalos kəndinə gətirilmiş, İslam dini qaydalarına uyğun olaraq meyid yuyulmuş və kəfənə bükülmüşdür. Meyid yuyularkən iddiaçı və digər şəxslər iştirak etmişlər. Həmin şəxslər X34, X19, X23, X24, X21, X35, X9, X31 və X13 təsdiq edərlər ki, mərhum X12 “beynin sol tərəfində ağır qəlpə yarası və bədənində çoxlu qəlpə yaraları” var idi. Zəruriyyət yaranarsa, məhkəmə qərarı əsasında onların iştiraklarıyla meyitin qəbirdən çıxarılmasına (eksqumasiya) etiraz etmirlər və müvafiq tibb işçiləri tərəfindən təhqiqat aparıla bilər. Qeyd etdiklərinə baxmayaraq guya X6 hərbi əməliyyatlarda yox, xidməti vəzifəni yerinə yetirərkən avtoqəza nəticəsində həlak olmuşdur deyə onun “şəhid” statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəştlər və imtiyazların verilməsi xx.xx.2007-ci il tarixdən dayandırılmışdır. Həmin vaxtdan aidiyyəti orqanlara müraciət etsə də müsbət cavablar alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı X6nun şəhid hesab edilməsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1848/2019 nömrəli, 19 iyul 2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1848/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-195/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(086)-1848/2019 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-20/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “X6nun şəhid hesab edilməsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmiş, iddia tələbinə isə “xx.xx.1973-cü ildə doğulmuş X6nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-20/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.1973-cü ildə doğulmuş X6nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirlyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş məhkəməyə daxil olduqdan sonra cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-617 nömrəli məktubuna əsasən, sıravi X22 xx.xx.1992ci il tarixdə avtoqəza nəticəsində həlak olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 69 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində X12 N nömrəli hərbi hissədə xidmət keçərkən hansı mexaniki nəqliyyat vasitəsində qəzaya uğraması, qəzanın səbəbləri, qəza zamanı ölən şəxslərin kimliyi, digər ölən şəxslərə şəhidlik statusunun verilməsi, həmin vaxtda hərbi hissənin yerləşdiyi ərazi barədə sənəd və məlumatlar yoxdur. Göstərilən xüsusatlar nəzərə alınaraq bildirilir ki, mərhum X22 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda deyil, xidməti vəzifələrinin icrası zamanı avtoqəza nəticəsində vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli Qərarının 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Məhz bu səbəbdən X18 şəhid statusu verilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 5-ci bəndinə istinadən bildirilir ki, qərarda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi göstərilir. X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmadığını nəzərə alaraq, göstərilən tələbin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən icra edilməsi mümkünsüzdür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.1973-cü ildə doğulmuş X6nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-861/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8320/2021 saylı qərardadı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2606 nömrəli arayışda qeyd edilmişdir ki, X22 xx.xx.1973-cü ildə ünvan 1ində anadan olmuşdur. Bu barədə xx.xx.1973-cü il tarixdə 99 №-li Kakalos KİNdə doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 31 nömrəli arayışda qeyd edilmişdir ki, X22 xx.xx.1992-ci ildə Tərtər rayonunda ölmüşdür. Bu barədə 15 iyul 1992-ci il tarixdə Astara rayon Kakalos KİN-də 21 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Beynin sol tərəfin ağır qəlpə yarı. Bədənin çoxlu qəlpə yarası. İş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 931336 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.1992-ci ildə Tərtər rayonunda qəlpə yarası səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-cı ildə 21 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kakalos kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ № 117740 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X38 xx.xx.2004-cü ildə ünvan 1ində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 05 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kakalos kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ № 073529 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Məmmədova Zümrüd Hacı qızı xx.xx.2004-cü ildə ünvan 1ində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 18 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 005320 nömrəli vəsiqəyə əsasən Məmmədova Zümrüd Hacı qızının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində xx.xx.1994-cü il tarixdən etibarlıdır. İş materiallarına əlavə edilmiş Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş ******* nömrəli vəsiqəyə əsasən X25 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində xx.xx.1998-ci il tarixdən etibarlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X26 (surəti məlumat üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X1 Əlaqələr İdarəsinə göndərilməklə) ünvanladığı xx.xx.2019-cu il tarixli, Ə/750 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırılır ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar sizə Xidmətin Aparatı tərəfindən dəfələrlə ətraflı cavab verilmişdir. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Xidmətin Astara rayon şöbəsinin arxiv uçot sənədlərinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-617 nömrəli məktubuna əsasən telefonçu-rabitəçi, sıravi X22 xx.xx.1992-ci il tarixdə avtoqəza nəticəsində həlak olmuş, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 69 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Ölüm xidməti vəzifələrini yerinə yetirərkən baş vermişdir. Qeyd olunanları nəzərə alaraq, mərhum Ələkbər Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda yox, xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində həlak olduğundan, onun “Şəhid” statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi xx.xx.2007-ci ildə dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 834 nömrəli məktubunda bildirilmişdir ki, Astara rayon Kakalos kəndində anadan olmuş 1973-cü il təvəllüdlü X22 xx.xx.1992-ci ildə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19 dekabr 2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədi ilə 19 aprel 2007-ci ildə keçmiş Astara RHK-da şəhid statusu verilməsinə əsas verən sənədlərin qanunauyğunluğu təhlil edilərkən X12 avtomobil qəzasında həlak olması şəhid hesab edilməsinə əsas verməmişdir. Onun qardaşı İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ünvanına ərizə ilə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən m/594 saylı məktubla onun ərizəsinə cavab verilmişdir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, m/594 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin ünvanına daxil olmuş ərizənizə baxılmışdır. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Aparılan araşdırmaya və mövcud sənədlərə əsasən, mərhum qardaşınız X22 N saylı hərbi hissədə xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı yox, xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1992-ci il tarixdə avtoqəza nəticəsində (bədbəxt hadisə nəticəsində) həlak olmuşdur. Bu səbəbdən mərhum X12 şəhid statusu ləğv edilmiş, şəhid ailələri üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi xx.xx.2007-ci ildə dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 384-05/13 nömrəli məktubu ilə göndərilmiş Astara rayonu Kakalos kənd ərazi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 iyul 1992-ci il tarixli, 21 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.1973-cü il təvəllüdlü X22 xx.xx.1992-ci ildə Tərtər rayonunda Beynin sol tərəfin ağır qəlpə yarı. Bədənin çoxlu qəlpə yarası səbəbindən ölmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 9/2-10951 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1992-ci il tarixdə Astara RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü, ZADn 9-cu batareyasında radiotelefonçu-rabitəçi vəzifəsində xidmət edən, sıravi X27 12 iyul 1992-ci il tarixində öz hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 69 №-li əmrilə (əsas: paraqraf-1, səh-7, sıra-4) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Astara rayonunun Kakaluz kənd qəbirstanlığında dəfn olunmuşdur. Əmr olduğu kimi köçürülmüşdür, əmrdə adı “Ələkpər” yazılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 20/2788 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin qaytarılmaz itkilərinin adlı siyahısında əsgər X12 12 iyul 1992-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu, keçmiş Astara RHK-dan göndərilmiş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmuş astaralıların adlı siyahısı”nda əsgər X12 12 iyul 1992-ci ildə Ağdərə bölgəsində həlak olduğu, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin alınmış məlumatda əsgər X12 12 iyul 1992-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olduğu barədə məlumat vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, HP-7/1509 nömrəli məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində xidmət etmiş mərhum qardaşınız Ələkbər Məmmədova verilmiş “Şəhid” statusunun ləğv edilməsi və onun ölümü ilə bağlı cinayət işinin olub-olmaması barədə 7/1509 nömrəli müraciətiniz 05 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Məlumat üçün bildirilir ki, sizin əvvəlki müraciətinizə tərəfimizdən 28 fevral 2018-ci il tarixdə ətraflı cavab verilərək, “Şəhid” statusunun verilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək hüququnuzun olması ilə bağlı izah verilmişdir. Hazırkı müraciətinizdə həmçinin qardaşınız İddiaçı ölümü faktı üzrə cinayət işinin başlanılıbbaşlanılmaması, müsbət halda qəbul edilmiş müvafiq qərarın göndərilməsini xahiş etmisiniz. Bununla əlaqədar sizə izah olunur ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğu Silahlı Qüvvələrdə yalnız hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə məlumatlar əsasında yoxlamaların aparılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Ələkbər Məmmədovun hərbi xidmət əleyhinə və ya hərbi qulluqçu kimi digər cinayət əməlini törədib-törətməməsini müəyyən etmək məqsədi ilə tərəfimizdən Respublika Hərbi Prokurorluğunun arxivində saxlanılan 1992-ci ilin avqust-dekabr aylarına dair cinayət işlərinin hərəkəti cədvəlləri üzrə aparılmış axtarış zamanı N nömrəli hərbi hissənin hərbi qulluqçusu X12 avtoqəza və ya digər səbəbdən ölməsi faktı üzrə cinayət işinin başlanması barədə məlumatlar aşkar edilməmişdir. Odur ki, mərhum qardaşınız İddiaçı “Şəhid” statusunun bərpa edilməsi ilə bağlı aidiyyəti üzrə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək, adı çəkilən Xidmət tərəfindən qəbul ediləcək qərarla razılaşmadığınız halda isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1470 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-617 nömrəli məktubuna əsasən, sıravi X22 xx.xx.1992-ci il tarixdə avtoqəza nəticəsində həlak olmuşdur, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 69 nömrəli əmri ilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində X12 N nömrəli hərbi hissədə xidmət keçərkən hansı mexaniki nəqliyyat vasitəsində (minik maşını, hərbi maşın, yük maşını və s.) qəzaya uğraması, qəzanın səbəbləri, qəza zamanı ölən digər şəxslərin kimliyi, digər ölən şəxslərə şəhidlik statusunun verilməsi barədə sənəd və məlumatlar yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 11/1281 nömrəli məktubu ilə təqdim edilmiş Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsinin Təşkilati-ştat şöbəsinin xx.xx.2021-ci il tarixli, 20/1715 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin qaytarılmaz itkilərinin adlı siyahısında əsgər X12 12 iyul 1992-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu, keçmiş Astara RHK-dan göndərilmiş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmuş astaralıların adlı siyahısı”nda əsgər X12 12 iyul 1992-ci il tarixdə Ağdərə bölgəsində həlak olduğu, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış məlumatda əsgər X12 12 iyul 1992-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olduğu barədə məlumat vardır. Təşkilat-Səfərbərlik İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə X12 hansı şəraitdə həlak olması barədə başqa məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı təkrar müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, M/3653 nömrəli məktubda bildirilmişdir ki, şəhid və şəhid ailəsi statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydaların 1.2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-617 nömrəli məktubunda, telefonçu-rabitəçi sıravi X12 xx.xx.1992-ci il tarixdə avıoqəza nəticəsində həlak olması, N saylı hərbi hissə komandirinin xx.xx.1992-cı il tarixli 69 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması eləcə də ölümünün xidməti vəzifələrini yerinə yetirərkən baş verməsi qeyd olunsa da ölümünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarla bilavasitə əlaqəli olması göstərilməmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11000 (on bir min) manat sığorta məbləği verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mərhum qardaşınız X12 şəhid statusunun bərpa edilməsi və adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 141 nömrəli arayışında qeyd olunmuşdur ki, Astara rayonu Kakalos kənd 2 saylı tam orta məktəbi 1992-ci ildən 2017-ci ilədək Kakalos kənd sakini, şəhid X12 adını daşımışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxinin xx.xx.2022-ci il tarixli, 26/6 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, rayonun Kakalos kənd 2 saylı orta məktəbin pedoqoji kollektivi rayonun XDS-nə müraciət edərək Qarabağ bölgəsində erməni quldurlarına qarşı müharibədə qəhrəmancasına həlak olmuş həmyerlimizin adını əbədiləşdirmək üçün əvvəllər oxuduğu ümumtəhsil məktəbin onun adına verilməsini xahiş etmişlər. Rayonun Kakalos kənd 2 saylı orta məktəbin pedoqoji şurasının 31 avqust 1992-ci il tarixli iclasında Kakalos kənd 2 saylı orta məktəbinin cəsur döyüşçüsü, məktəbin məzunu X15 adına verilməsi barədə qərar qəbul etmiş, bununla əlaqədar Astara rayon XDS-i qarşısında vəsatət qaldırılmışdır. Verilmiş təklifləri nəzərə alaraq Qarabağ bölgəsində gedən döyüşlərdə qəhrəmancasına həlak olan döyüşçümüzün adını əbədiləşdirmək üçün əvvəllər təhsil aldığı məktəbin adının verilməsi məqsədə müvafiqdir. Astara şəhər XDS-nin Rəyasət heyəti Astara rayonunun Kakalos kənd 2 saylı orta məktəbin pedoqoji şurasının 31 avqust 1992-ci il tarixli iclas qərarı nəzərə alınaraq Kakalos kənd 2 saylı orta məktəbinə X15 adına verilməsini qərara almışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 769 nömrəli məktubu ilə göndərilmiş xx.xx.1973-cü il təvəllüdlü X12 şəhid statusunun qüvvədən düşməsinə əsas vermiş sənədlərin sırasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı (yuxarıda məzmunu qeyd edilmiş) xx.xx.2018-ci il tarixli, m/594 nömrəli məktub göndərilmişdir. Eyni zamanda həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-617 nömrəli məktubunda bildirilmişdir ki, telefonçu-rabitəçi, sıravi X22 xx.xx.1992-ci il tarixdə avtoqəza nəticəsində həlak olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 69 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Ölüm xidməti vəzifələrini yerinə yetirərkən baş vermişdir. 1973-cü il təvəllüdlü X22 xx.xx.1992-ci il tarixində Astara RHK-dan çağırılmış və Astara rayonunun Kakaluz kəndində dəfn edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, X3 Sisteminin Sosial ödənişlər altsistemində X30 və Məmmədova Zümrüd Hacı qızına sosial ödəniş təyin edilməsi barədə məlumat aşkar edilməmişdir Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, X38 və Məmmədova Zümrüd Hacı qızı filialdan heç bir növ pensiya, müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edimişdir ki, xx.xx.1992-ci il tarixində vəfat etmiş X12 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhuma məxsus olmuş bütün əmlak və hüquqlardan ibarətdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçının qardaşı xx.xx.1973-cü il təvəllüdlü X22 xx.xx.1992-ci ildə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci ildə həlk olmuş, ona şəhid statusu, ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. Mərhumun atası və anasına sağlıqlarında bu barədə müvafiq vəsiqələr, şəhid ailəsi statusundan irəli gələn güzəşt və imtiyazlar verilmişdir. Daha sonra X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda deyil, xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində həlak olduğu əsas götürülərək şəhid statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi xx.xx.2007-ci ildə dayandırılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı X6nun şəhid hesab edilməsinə dair arayışın verilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra iddia tələbini dəyişdirərək X6nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirlyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən X12 adının Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətə cavab olaraq inzibati orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda X12 N saylı hərbi hissədə xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı yox, xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1992-ci il tarixdə avtoqəza nəticəsində (bədbəxt hadisə nəticəsində) həlak olduğu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum X12 qanun üzrə vərəsəsi olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən aşağıdakılar qərara alınmışdır: -1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. -2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. -3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. -5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. -5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. -6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 6.1. birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; 6.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; 6.3. birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; 6.4. müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; 6.5. birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 6.6. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin. -8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. Beləliklə, hazırkı iddia üzrə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına görə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Qeyd edilən birdəfəlik ödəmənin yalnız o şəxslərə (vərəsələrə) ödənilməsi nəzərdə tutulmuşdur ki, hərbi qulluqçunun adı bilavasitə həmin Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş siyahıda qeyd edilmiş olsun. Adıçəkilən hərbi qulluqçların siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş siyahı 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular barəsində tərtib olunur. Hazırkı iş üzrə məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadını ləğv edərkən apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, “birinci instansiya məhkəməsinin istinad etdiyi hallar (Hazırkı iş üzrə iddiaçının ilkin iddia tələbi (şəhid adının verilməsi ilə bağlı arayışın verilməsi) və sonradan dəyişdirdiyi iddia tələbi (Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilmə) ilə bağlı cavabdeh orqanlar tərəfindən müraciətin təminindən imtinalarda və etirazlarda eyni hüquqi hala - X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmadığına istinad edilmişdir) iddianın mümkünlüyünə dair deyil, iddianın əsaslılığına dair məsələnin həllinə aiddir Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum qardaşının şəhidlik statusu ləğv olunmadığı halda, Fərmanın tələbinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin tərtib olunmuş siyahısına salınması üçün əsasların (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması) olub-olmaması yoxlanılmalı və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir”. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə apelyasiya instansiyası məhkəməsinin mövqeyini, iddiaçının hüquqi marağını və iddia tələbinin hüquqi əsasını təşkil edən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərini nəzərə alaraq hesab edir ki, mərhum X12 hazırkı halda şəhid statusunun olub-olmaması və yaxud bu statusun ləğv edilib-edilməməsi mərhumun adının Fərmnla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi məsələsinin hüquqi həllinə birbaşa təsir etmir. Belə ki, 3 sentyabr 1993-cü il tarixində qəbul edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: -1.1-ci bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Göründüyü kimi şəhid həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxsdir. Şəxsin şəhid olması bilavasitə ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında müəyyən olunur. Qanunvericilikdə şəhid ailələri üçün davamlı verilməsi nəzərdə tutulan bir sıra hüquq, imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 2-ci bəndində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri Qanunda və bu Qaydalarda nəzərdə tutulan güzəştlərin, təminatların və digər xərclərin ödənilməsi üçün vəsait ayırılması tapşırılmış, Qaydaların 3-cü bəndində şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları sadalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının preambulasında göstərilmişdir ki, “Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzilməişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə” adı çəkilən Fərman qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın qəbul edilməsində məqsəd 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən öncə həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların sosial sığorta ödənişi almamış vərəsələrinə müvafiq sığorta ödənişinin verilməsi ilə əlaqədar olmuşdur. Fərmanda ödənilməsi nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişi şəhid ailəsi üçün nəzərdə tutulmuş imtiyazlar kimi davamlı, ardıcıl təminat kimi deyil, birdəfəlik ödəməni nəzərdə tutur. Üstəlik Fərmanda qeyd edilən məbləğdə birdəfəlik ödəmənin məhz şəxsin şəhid hesab edilməsinə görə və yaxud məhz şəhid ailəsi üzvü statusuna malik olanlara verilməli olması barədə imperativ göstəriş yoxdur. Başqa sözlə, şəhid adının və şəhid ailəsi statusunun verilməsi, eləcə də şəhid ailəsinə verilməsi nəzərdə tutulan imtiyaz və güzəştlər ayrıca olaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” ilə tənzimlənir. Qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı isə şəhid adının verilməsi ilə bilavasitə əlaqələndirilmədən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəslərinə birdəfəlik ödəməni tənzimləyir. Odur ki, hazırkı iddiaya mahiyyəti üzrə baxarkən məhkəmə mərhum İddiaçı şəhid adı və statusunun qüvvədə olub-olmaması meyarı əsasında deyil, sonuncunun 1997-ci il avqustun 2-dək həlak olması faktı ilə bağlı əldə olunmuş sübutlar əsasında qiymətləndirmə aparır və nəticə etibarı ilə şəhid hesab edilməsinə dair arayışın verilməsi hazırkı mübahisənin predmetini təşkil etmədiyi kimi, bu qərarla mərhum Ə.Əskərovun adının Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilməsi məsələsinə verilən hüquqi qiymət də şəhid statusu barədə müvafiq sənədin verilməsi ilə bağlı məsələnin tənzimlənməsinə təsir etmir. Yuxarıda sadalanan iş üzrə əldə edilmiş çoxsaylı sübutların ümumi təhlili əsasında məhkəmənin diqqət çəkdiyi məqamlar aşağıdakılardan ibarətdir: - 1973-cü il təvəllüdlü X22 xx.xx.1992-ci ildə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə ZADn 9-cu batareyasında radiotelefonçurabitəçi vəzifəsində xidmət etmiş, hərbi xidmət vaxtı 12 iyul 1992-ci il tarixdə həlak olmuş, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin alınmış məlumatda əsgər X12 xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olduğu barədə məlumat olsa da xx.xx.1992ci il tarixli, 21 nömrəli ölüm haqqında akt qeydində X12 ölüm səbəbi kimi “beynin sol tərəfinin ağır qəlpə yeri, bədənin çoxlu qəlpə yarası” göstərilmişdir. 11 oktyabr 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə İddiaçı ölümünün səbəbi qəlpə yarası qeyd edilmişdir. Eyni zamanda müəyyən olunur ki, N nömrəli hərbi hissənin qaytarılmaz itkilərinin adlı siyahısında, keçmiş Astara RHK-dan göndərilmiş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmuş astaralıların adlı siyahısı”nda əsgər X12 12 iyul 1992-ci ildə Ağdərə bölgəsində həlak olduğu barədə məlumat qeyd edilmişdir. Respublika Hərbi Prokurorluğunun arxivində saxlanılan 1992-ci ilin avqust-dekabr aylarına dair cinayət işlərinin hərəkəti cədvəlləri üzrə aparılmış axtarış zamanı N nömrəli hərbi hissənin hərbi qulluqçusu X12 avtoqəza və ya digər səbəbdən ölməsi faktı üzrə cinayət işinin başlanması barədə məlumatlar aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində X12 N nömrəli hərbi hissədə xidmət keçərkən hansı mexaniki nəqliyyat vasitəsində (minik maşını, hərbi maşın, yük maşını və s.) qəzaya uğraması, qəzanın səbəbləri, qəza zamanı ölən digər şəxslərin kimliyi, digər ölən şəxslərə şəhidlik statusunun verilməsi barədə sənəd və məlumatlar yoxdur. Astara rayonu Kakalos kənd 2 saylı tam orta məktəbi 1992-ci ildən 2017-ci ilədək Kakalos kənd sakini, şəhid X12 adını daşımışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş yuxarıda sadalanan hallar, eləcə də ən azı X12 xidmət etdiyi müddətdə həlak olması, həlak olduğu yerin Ağdərə bölgəsi olması, ölüm haqqında akt qeydində ölümün səbəbi kimi qəlpə yarası qeydi X12 adının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsinə əsas verir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü X12 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X12 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar