Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7724/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə “25 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2- 382137/2024 saylı qərarının ləğv edilməsinə dair ” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-382137/2024 nömrəli Qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olmaq üçün ********** saylı VÖEN açdırmış, lakin sonradan bu fəaliyyətlə məşğul olmamışdır. VÖEN üzrə demək olar ki, heç bir fəaliyyət göstərməmişdir. X30 Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin **********767300 saylı, 14 dekabr 2023-cü il tarixli məktubu ilə iddiaçının dövlət büdcəsinə 30580 manat borcunun yarandığı bildirilirdi. İddiaçı həmin borcun hansı əsasla yarandığını və əsassız olaraq şəxsi hesabından silinməsi barədə 22 dekabr 2023cü ildə vergi orqanına müraciət etmişdir. Lakin 2024-cü ilin fevral ayında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********686300 saylı 02 fevral 2024-cü il tarixli Qərar göndərildi. Bundan sonra iddiaçı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********636300 saylı 02 fevral 2024-cü il tarixli Qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət olundu. Məhkəmnin 12 fevral 2025ci il tarixli iclasında Vergi orqanının nümayəndəsi tərəfindən mübahisələndirilən Qərarın ləğv olunması və iş üzrə vergi orqanı tərəfindən yeni Qərar qəbul edildiyi bildirildi və həmin Qərar məhkəmədə iddiaçıya təqdim olundu. Lakin iddiaçı həmin qərarla razı deyil. Beləki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-382137/2024 saylı Qərarı tamamilə əsassızdır. Həmin Qərarda hal-hazırda iddiaçının ********** saylı VÖEN üzrə 5096,67 manat borcunun olduğu və şəxsi hesab vərəqəsində faizlərlə birlikdə vergi borcunun məbləğinin 8742,55 rnanat olduğu göstərilir. Məktubda göstərilir ki, iddiaçı tərəfindən 2022-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Əsas kimi göstərilir ki, iddiaçı tərəfindən 13 ədəd avtomobil satılıb və buna görə vergi borcu yaranıb. Doğrudur iddiaçı tərəfindən 13 (on üç) ədəd avtomobil satılıb. Lakin həmin avtomobillər ölkəyə onun tərəfindən gətirilməyib və ona məxsus olmayıb. Avtomobillərin mülkiyyətçiləri başqa şəxslər olublar. Avtomobillərin mülkiyyətçiləri onun adına etibarnamə verib. Avtomobillərin mülkiyyətçiləri ilə iddiaçı arasında xidməti müqavilələr bağlanıb və iddiaçı tərəfindən satılıb. Xidmət haqqı olaraq hər avtomobilin satılmasına görə ona mülkiyyətçilər tərəfindən 300 manat (üç yüz) haqq ödənilib. 13 ədəd avtomobilin satışından iddiaçının 3900 manat (üç min doqquz yüz) qazancı olub və həmin 3900 manata görə vergi ödəməyə hazırdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində 152900 manat dəyərində alış aktları ilə malların təqdim edilməsinə baxmayaraq, 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalarla əlaqədar xx.xx.2023-cü il tarixli **********394400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən müvafiq cari (dəqiqləşdirilmiş) bəyannamə və uyğunsuzluq barədə əsaslandırılmış izahat və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün gəlir vergi üzrə 30.580,0 manat vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********640000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən heç bir təsdiqedici sənəd və izahat vergi orqanına təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə hesablanmış vergi məbləği bərpa edilmişdir. xx.xx.2024-cü il tarixdə isə 152900 manat gəlir məbləğinə NK-nın 55 nömrəli Qərarına əsasən Vergi orqanı tərəfindən 127.416.66 manat xərc yaradılaraq vergi məbləği hesablanmış vergi məbləği 5.096.67 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Aparılan araşdırma zamanı İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə EAA seriyalı 486743 nömrəli elektron alış aktlarına əsasən 8700 manat olmaqla 1 ədəd KİO RİO markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 489342 nömrəli elektron alış aktlarına əsasən 13900 manat olmaqla 1 ədəd FORD FUSİON markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 490845 nömrəli elektron alış aktlarına əsasən 31000 manat olmaqla 1 ədəd TOYOTA LAND CRUSER markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 500623, 500688, 500560, 500701 nömrəli elektron alış aktlarına əsasən 38600 manat olmaqla 3 ədəd TOYOTA PRİUS markalı avtomobilləri və 10000 manat olmaqla 1 ədəd CHEVROLET CRUZE markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 502231 və 502236 nömrəli elektron alış aktlarına əsasən 13000 manat olmaqla 1 ədəd TAYOTA PRİUS markalı avtomobil və 15600 manat olmaqla 1 ədəd HUNDAİ SANATA markalı avtomobil, xx.xx.2022-ci il tarixdə tarixdə EAA seriyalı 506645 nömrəli elektron alış aktlarına əsasən 9400 manat olmaqla 1 ədəd TOYOTA PRİUS markalı avtomobil və xx.xx.2022-ci il tarixdə EAA seriyalı 508092 nömrəli elektron alış aktlarına əsasən 12700 manat olmaqla 1 ədəd TOYOTA PRİUS markalı avtomobil, ümumilikdə 152900,0 manat dəyərində təqdim edildiyi müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə “Gəlir Vergisi bəyannaməsində” 3900 manat məbləğində gəlir bəyan edilməsi müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia ərizəsində dəlil kimi qeyd edilmişdir ki, 13 ədəd avtomobilin iddiaçı tərəfindən satılması doğrudur, lakin avtomobillərin mülkiyyətçiləri başqa şəxslər olmuş, mülkiyyətçilərlə iddiaçı arasında xidməti müqavilələr bağlanılmışdır. Xidmət haqqı olaraq hər avtomobilin satılmasına görə ona mülkiyyətçilər tərəfindən 300 manat (üç yüz) haqq ödənilmiş, 13 ədəd avtomobilin satışından 3900 manat (üç min doqquz yüz) qazancı olmuşdur. Bu dəlilə münasibətdə bildirilir ki, bu dəlil o halda əsaslı sayıla bilərdi ki, avtomobillər iddiaçı tərəfindən elektron-qaimə faktura ilə satılmış olsun. Lakin avtomobillər elektron-qaimə faktura ilə deyil, alış aktları ilə təqdim edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq agent (komisyonçu) tərəfindən malların ,nirəlşi) xidmətlərin) alıcısına (subagentə) elektron qaimə-faktura təqdim edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. Əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda vergi ödəyicisi kimi vergi uçotuna alındığı yeri və cavabdeh vergi qurumunun ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izаhаtlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi əsassızdır.
Faktiki hallar və sübutlar.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-382137/2024 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə 5.096,67 manat vergi məbləği hesablanmışdır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, X4 tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi JTDKB20U277614339 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi X14, etibar edən Seidov Pasha XX tərəfindən tərəfindən “Chevrolet Cruze” minik markalı ban nömrəsi 1G1PJ5S98B7275462 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi X9, etibar edən Seidov Pasha XX tərəfindən tərəfindən “Chevrolet Cruze” minik markalı ban nömrəsi 1G1PJ5SC3C7168445 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. AD 668415 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” minik markalı ban nömrəsi 1G1PJ5SC3C7168445 nömrəli olan nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli 35458 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X7 tərəfindən “Kia Rio” minik markalı ban nömrəsi KNEDE**********00 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir AE 013394 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” minik markalı ban nömrəsi KNEDE**********00 nömrəli olan nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi X15, etibar edən Seidov Pasha XX tərəfindən tərəfindən “Ford Fusion” minik markalı ban nömrəsi 1FA6P0HDXG5125216 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir xx.xx.2022-ci il tarixli 2281 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X16 tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi İTDKB20U997854894 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. xx.xx.2020-ci il tarixli 9895 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X6 tərəfindən “Hyundaı Sonata” minik markalı ban nömrəsi 5NPEC4AB5EH946478 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. xx.xx.2022-ci il tarixli 653 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X17 tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi İTDKB20U987740814 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. xx.xx.2022-ci il tarixli 669 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X19 tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi JTDKN3DU5A0048281 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi X11, etibar edən X19 tərəfindən tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi JTDKB20U087816355 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. xx.xx.2022-ci il tarixli nömrəsiz “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X10 tərəfindən “Toyota Prius” minik markalı ban nömrəsi JTDKB20U797893872 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. xx.xx.2022-ci il tarixli 117560 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X8 tərəfindən “Chevrolet Cruze” minik markalı ban nömrəsi 1G1PF5SC2C7363180 nömrəli olan nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı verilmişdir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə xidməti müqavilələr, gəlir vergisi bəyannaməsi, gəlir vergisi bəyannaməsi əlavə № 1, № 2,№ 3 təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir, cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2022-ci il dövrü üzrə 5.096,67 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin qərarı əsassız hesab edərək inzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qərardan şikayət vermiş, lakin şikayət təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür
İşin faktiki hallarına əsasən İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə EAA seriyalı 486743 nömrəli elektron alış aktlarına əsasən 8700 manat olmaqla 1 ədəd KİO RİO markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 489342 nömrəli elektron alış aktlarına əsasən 13900 manat olmaqla 1 ədəd FORD FUSİON markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 490845 nömrəli elektron alış aktlarına əsasən 31000 manat olmaqla 1 ədəd TOYOTA LAND CRUSER markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 500623, 500688, 500560, 500701 nömrəli elektron alış aktlarına əsasən 38600 manat olmaqla 3 ədəd TOYOTA PRİUS markalı avtomobilləri və 10000 manat olmaqla 1 ədəd CHEVROLET CRUZE markalı avtomobil, xx.xx.2022-ci il tarixdə EAA seriyalı 502231 və 502236 nömrəli elektron alış aktlarına əsasən 13000 manat olmaqla 1 ədəd TAYOTA PRİUS markalı avtomobil və 15600 manat olmaqla 1 ədəd HUNDAİ SANATA markalı avtomobil, xx.xx.2022-ci il tarixdə tarixdə EAA seriyalı 506645 nömrəli elektron alış aktlarına əsasən 9400 manat olmaqla 1 ədəd TOYOTA PRİUS markalı avtomobil və xx.xx.2022-ci il tarixdə EAA seriyalı 508092 nömrəli elektron alış aktlarına əsasən 12700 manat olmaqla 1 ədəd TOYOTA PRİUS markalı avtomobil satılmış, lakin iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə “Gəlir Vergisi bəyannaməsində” 3900 manat məbləğində gəlir bəyan edilmişdir. Cavabdeh tərəfindən iddiaçının 5.096.67 manat məbləğində gəlir vergisinin ödənilməsinə dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə “25 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-382137/2024 saylı qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşin məhkəmə inzibati icraatında araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçi müqavilələr əsasında müvafiq xidmətlər göstərməsinə baxmayaraq. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə və qanunla təqdim edilməsi məcburi olan sənədləri (qaimə-fakturaları) vergi orqanına təqdim etməmişdir. Məhkəmə, iddiaçı tərəfindən 2022-ci il üzrə “Gəlir vergisi bəyannaməsində” 3900 manat məbləğində gəlirin bəyan edilməsi üçün əsas kimi təqdim etdiyi sənədləri: etibarnamələr və müqavilələr vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından, gəlir vergisinin müəyyən edilməsi üçün əsas hesab etmir və mötəbər sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə “25 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-382137/2024 saylı qərarının ləğv edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq
QƏRАRА АLDİ:
İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеlyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа