Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7725/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçınun cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nəsimi rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı (mərhum həyat yoldaşı X7) sığınacaq qismində ayrılmış ünvan 2 evin 49 saylı mənzilinə dair öz adına daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Nəsimi rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə ünvan 2 evin 49 saylı mənzili sığınacaq kimi onlara verilmişdir. İddiaçı 32 ildir ki, həmin mənzildə yaşayır. İddiaçı sözügedən mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin qeyd olunan mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etsə də, cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə tələbə etiraz edilərək bildirilmişdir ki, Nəsimi rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 nömrəli qərarı ilə vətəndaş X5 Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 ünvandakı yaşayış evinin, yaşayış sahəsi 32 kv.metr olan iki otaqlı 49 saylı mənzili, mənzil növbəsi çatana qədər sığınacaq kimi verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu Kaveroçkin küçəsi, 21 nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatda olan vətəndaş İddiaçı Cavabdehnə 5- 15/1-B-86-068/2023 saylı, xx.xx.2023-cü qeydiyyat tarixli ərizə ilə müraciət edərək mərhum həyat yoldaşına (X5) sığınacaq kimi verilmiş mənzilə dair onunla daimi icarə müqaviləsi bağlanması üçün sərəncam verilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2-B-86-068/2023 nömrəli məktubu ilə ərizəçiyə cavab olaraq bildirilmişdir ki, mövcud qanunverilikdə vətəndaşlara sığınacaq kimi verilmiş mənzilə dair daimi icarə müqaviləsi bağlanması nəzərdə tutulmadığından iddiaçının xahişini təmin etməyin mümkün olmaması barədə vətəndaşa cavab verilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə vətəndaşa ünvanlanmışdır. İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin onun tərəfindən iddia qaldırması müddəti ötürülmüşdür. Belə ki, inzibati işin məhkəmə instansiyasında baxışı zamanı iddia ərizələri təqdim olunarkən iddianın müddətinin ötürülüb-ötürülməməsi məsələsi əsas müzakirə predmetindən biri olmalıdır. Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlərdir - iddia müddətləri daxilində mümkündür. Cavabdeh İddiaçı iddiası üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın mümkün sayılmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı hazırkı tələbi ilə arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə xahiş edir. Bununla bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilmədiyindən cavabdehə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh inzibati orqanın etirazdakı dəlillərinə münasibətdə qeyd edir ki, məcburetmə növündə iddia müddətlə bağlı şərtlərə tabe olsa da, İPM-in 38.2-ci maddəsindən göründüyü kimi bu növ iddialarda iddia müddətinin axımı arzulanan inzibati aktın qəbul edilməsindən imtina edilməsi barədə müvafiq inzibati aktın, yaxud bu barədə yazılı məlumatın maraqlı şəxsə verildiyi vaxtdan başlayır. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinası barədə məktubu almadığını bildirmiş, cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatlandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Odur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Nəsimi rayon XDS-in İcraiyyə Komitəsinin 07 iyun 1991-ci il tarixli 5/5 nömrəli qərarının arxiv çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən məhdud kommunal şəraitli 49 saylı mənzil X2 6 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı, 2 qızı, 2 oğlu) o mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. -“ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 15 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X9 23 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə 05 nömrəli akt qeydi aparılmışdır. -1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. Müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 17.3.1-ci mаddəsinə əsаsən-sоsiаl təyinаtlı mənzil fоndu - dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. Həmin Məcəllənin 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının onunla adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49 iddiaçının mərhum əri X2 yaşayış sahəsi ilə bağlı məsələsi həll edilənə qədər ailə üzvləri ilə birlikdə həmin vaxt dövlət mənzil fondunun idarə edən Nəsimi rayon X8 İcraiyyə Komitəsinin 07 iyun 1991-ci il tarixli 5/5 nömrəli qərarı ilə sığınacaq kimi verilmişdir. Həmin Qərardan o da qeyd edilmişdir ki, X6 1983-cü ildən yaşayış yeri üzrə mənzil qeydiyyatındadır. X6 2021-ci ildə ölmüşdür. Lakin ötən müddət ərzində X14, onun vəfat etməsindən sonrakı dövrdə isə ailə üzvlərinin mənzil növbəsinə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi barədə sübut təqdim edilməmiş, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlardan iddiaçının adına hər hansı daşınmaz əmlak olması müəyyən edilməmişdir. Mənzil ayrıldığı vaxtdan hal-hazıradək iddiaçı və onun ailə üzvləri həmin mənzildə fasiləsiz və etirazsız yaşayır, iddiaçı özü həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiаçının və onun ailə üzvlərinin 33 ildən artıq istifаdəsində оlаn mənzildən mаnеəsiz və etirazsız fаktiki istifаdə еtməsinə bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. İnzibаti оrqаn tərəfindən yаşаyış sаhəsinə dаir iddiаçının həmin mənzilə istifаdə hüququ rəsmiləşdirilməmişdir. Hаlbuki Аzərbаycаn SSR-in 08 iyul 1982-ci il tаriхli qаnunu ilə təsdiq оlunmuş (2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş) Аzərbаycаn SSR-in Mənzil Məcəlləsinin 51ci mаddəsindən göründüyü kimi, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edilə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49 iddiaçının mərhum əri X1 yaşayış sahəsi ilə çətinliyinin həll edilməsi məqsədi ilə həmin vaxt dövlət mənzil fondunu idarə edən səlahiyyətli qurum tərəfindən ayrıldığından və iddiaçı həmin mənzildə 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən etibarən fasiləsiz yaşadığından, mənzildə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin buna etirazı olmadığından, onun başqa yaşayış yerinin olması barədə əlavə məlumat təqdim edilmədiyindən, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir) cavabdeh Bakı şəhəri Cavabdeh “mənzilə dair kirayə müqaviləsinin bağlanması”dan imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Nəsimi rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı mərhum həyat yoldaşı X7 ayrılmış ünvan 2 ünvanda yerləşən 49 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. Nəsimi rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı mərhum həyat yoldaşı X4 ayrılmış ünvan 2 ünvanda yerləşən 49 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7725/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7725/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver