Məhkəmə qərarları › İş №2-1(112)-7728/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7728/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7728/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – kapitan, işləmir), cavabdehin nümayəndəsi Nümayəndə2 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 11.000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi bаrədə ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 11.000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının 1979-cu il təvəllüdlü oğlu X9 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan qüllədən yaralanmış və atdığı qüllə yarasından həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında “AR Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı Qərarına əlavələr edilməsi barədə 5 mart 1999-cu il tarixli 35 saylı Qərarına əsasən, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli xx.xx.2010-cu il tarixli Sərəncamı ilə X2 xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yarasından həlak olduğu üçün “Şəhid” hesab olunmuşdur. Ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Dövlət tərəfindən “Şəhid ailəsi”nə müxtəlif imtiyazlar verilsədə 11.000 manat birdəfəlik müavinət bu günə kimi verilməmiş, cavabdehə müraciət etməsinə baxmayaraq, iddiaçı heç bir müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı oğlu X7 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Mərhum şəhidin anası X8 xx.xx.2007-ci il tarixdə “şəhid ailəsi” kimi 002671 №-li, mərhum şəhidin atası İddiaçı 002670 №-li vəsiqə verilmişdir. İddiaçı Prezident təqaüdünün verilməsi ilə bağlı müraciətinə baxılmış və **********1 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. 11000 manat məbləğində sığorta ödənişi xx.xx.1997-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xx.xx.1997 - xx.xx.2022-ci illər ərzində Dövlət Sığorta Kommersiya Şirkəti və xx.xx.2022-ci il tarixdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sığortaolunanlara, habelə sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə ödənilməlidir. İddiaçı mərhum oğlu X5 xx.xx.2000-ci il tarixdə şəhid olduğundan onun vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə müvafiq qurumlara lazımi sorğular ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2022-cı il tarixli xx/xx-6002/7 №lı cavab məktubunda X1 qalmış sığorta puluna dair atası İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixdə 2-B/11 reyestr nömrəsi ilə şəhadətnamənin verildiyi, həmçinin mərhum X2 digər vərəsələri anası X6 miras qalan paydan ərinin xeyrinə imtina ərizəsinin, miras qoyanın yetkinlik yaşına çatmamış bacılarının doğum haqqında şəhadətnamələrinin işə əlavə edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci ıl tarixli 06/02-144 №-lı cavab məktubunda Şirkətin elektron informasiya bazasının məlumatlarına əsasən mərhum X2 varisinə xx.xx.2002-ci il tarixdə ******* AZM manat sığorta ödənişinin ödənildiyi bildirilmişdir. Qeyd edilən məlumatlarla İddiaçı mərhum X2 vərəsəsi kimi müəyyən edildiyi, həmçinin ona sığorta ödənişinin ödənildiyi müəyyən edilir. Belə olan halda İddiaçı “şəhid hərbi qulluqçusu olmuş oğluna görə 11000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən əsaslıdır. İş üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə sübut qismində ******* nömrəli hərbi biletinin, 338087 nömrəli doğum haqqında şəhadətnamənin, 022949 nömrəli ölüm haqqında şəhadətnamənin, 002670 və 002671 nömrəli şəhid ailəsi üzvünün vəsiqələrinin, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədrinə ünvanlanmış məktubunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13 sentyabr 2022ci il tarixli, **********7 nömrəli Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisinə ünvanlanmış məktubunun, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07 oktyabr 2022-ci il tarixli, 06/02-144 nömrəli məktubunun, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli. xx/xx-6002/7 nömrəli məktubunun surətləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 mart 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 03 oktyabr 2022-ci il tarixli, 05/1971 nömrəli məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 03 oktyabr 2022-ci il tarixli, 05/1971 nömrəli məktbuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən mərhumun varisinə 03 aprel 2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 manat sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən X4 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyrimümkündür. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun (Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi) 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində göstərilmişdir:” Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;...” Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4-1.1.maddəsinə əsasən, sığortaolunanın aşağıdakı hüquqları vardır:4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4- 1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə görə sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — sığorta hadisəsi hesab edilir və sığorta ödənişi bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 100 faiz nisbətlərində verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. İddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi quluqçudur. Yuxarıda qeyd olunmuş hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında qanun normalarına əsasən, iddiaçının həlak olmuş hərbi qulluqçunun vərəsəsi kimi qanunla müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişinin verilməsini tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı oğlu- şəhid X2 vərəsəsi kimi müəyyən edilmiş, ona 03 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5 500 000 manat, yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 manat sığorta ödənişi ödənilmişdir. Lakin ödənilmiş məbləğ hal-hazırda qanunla müəyyən edilmiş sığorta ödənişi məbləğindən(11000 manat) azdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sığorta ödənişinin verilməməsi “Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə zidd hesab edir və iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 620 nömrəli, 25 iyul 1997-ci il tarixli Fərmanının 2.5-ci bəndinə görə həmin Qanunun 4-1.2.1-ci, 4-1.2.2ci, 4-2.1.2-ci, 4-2.1.4-cü, 4-2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8- 2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulması müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh qanunun tələblərinə riayət etməmiş, iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə hesab edir ki cavabdeh tərəfindən iddiaçıya Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi (1100 manat) nəzərə alınmaqla sığorta ödənişinin qalan hissəsi (11000-1100) 9900 manat məbləği ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki,iddia tələbi qismən təmin edilməli, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 9.900 manat sığorta ödənişinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş oğlu X3 ailəsinə 9.900 manat sığorta ödənişinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar