Məhkəmə qərarları › İş №2-1(112)-7728/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7728/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7728/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 3 nömrəli xx.xx.1997-ci tarixli qərarından çıxarışa əsasən X10ma fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxeminin ləğv edilməsi və cavabdeh Bakı şəhəri Cavabdeh başçının birinci müavini tərəfindən imzalanan 19 yanvar 2024-cü il tarixli 5-18/2-Ə-569-113/2023 saylı məktubunun və Bakı şəhəri Cavabdeh Aparatının sənədlərlə və vətəndaşlarının müraciətləri ilə iş şöbəsinin müdiri tərəfindən imzalanan 25 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-38-112/2024 saylı məktubunun etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “19 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-569-113/2023 saylı məktubla Cavabdeh Maştağa qəsəbəsi üzrə X1 adına xx.xx.1997-ci il tarixli 511 saylı ümumi sahəsi 1200 kv.m torpaq sahəsinin ayrılması barədə qərardan Çıxarış əsasında hazırlanmış torpağın yerləşmə sxemi barədə məktubu qeyriqanuni və əsassız olduğu üçün ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Məhkəmənin 25 iyun 2024-cü il tarixli qərardadı ilə X8 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 3 nömrəli xx.xx.1997-ci tarixli qərarından çıxarışa əsasən X10ma fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxeminin ləğv edilməsi və cavabdeh Bakı şəhəri Cavabdeh başçının birinci müavini tərəfindən imzalanan 19 yanvar 2024-cü il tarixli 5-18/2-Ə-569- 113/2023 saylı məktubunun və Bakı şəhəri Cavabdeh Aparatının sənədlərlə və vətəndaşlarının müraciətləri ilə iş şöbəsinin müdiri tərəfindən imzalanan 25 yanvar 2024cü il tarixli 5- 18/2-Ə-38-112/2024 saylı məktubunun etibarsız hesab edilməsi”ni xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində X5 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 511 saylı sahədə olan tikinti materiallarının cavabdeh X4 vəsaiti hesabına çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi tələbinə dair mülkü iş var. X11 və digər şəxslər pandemiya dövründə fürsətdən istifadə edərək qanunsuz olaraq əvvəlki tarixə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 511 saylı torpaq sahəsinə dair saxta sənəd hazırlatmışdır. X11 mübahisəli torpaq sahəsinin yerləşmə sxeminin təsdiq olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, cavabdeh Bakı şəhəri Cavabdeh X6 müraciəti əsasında Cavabdeh başçısının birinci müavini tərəfindən imzalanan 19 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-569-113/2023 saylı məktubla Cavabdeh Maştağa Qəsəbəsi üzrə X1 adma qanunsuz hazırlanmış xx.xx.1997-ci tarixli 511 saylı ümumi sahəsi 1200 kv.m torpaq sahəsinin ayrılması barədə qərardan saxta Çıxarış əsasında həmin torpağın yerləşmə sxemi təsdiq olunmuşdur. İddiaçı Cavabdehnə müraciət edib 19 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-569-113/2023 saylı məktubun ləğv edilməsini xahiş etmişdir, cavabdeh şifahi olaraq mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə prosesinin olmağından xəbərsiz olduqlarını, əks təqdirdə həmin sxemi Kəmalə Əliyevaya verməzdilər bildirsə də, lakin rəsmi olaraq 22 fevral 2024-cü il tarixli məktubunda göstərmişdir ki, ərizədə qeyd edilən məsələ Rayon İcra Hakimiyyəti səlahiyyətlərinə aid olmadığından xahişin yerinə yetirilməsi imkan xaricindədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cаvаbdеh Cavabdeh İPM-nin 47-ci maddəsinə uyğun qaydada təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı tələbi əsassız olduğundan ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, vətəndaş X6 müraciəti “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanunnun tələbinə uyğun olaraq araşdırılmış, Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 nömrəli 17 iyun 1997-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivində ayrılmış 1200 kv.m torpaq sahəsinə yerləşmə sxemi təsdiq edilmişdir. Təsdiq edilmiş yerləşmə sxemi 19 yanvar 2024-cü il tarixli, 5-18/2-Ə-569-113/2023 saylı məktubla X7 göndərilmişdir. Hazırda iddiaçının ləğv edilməsini istədiyi 19 yanvar 2024- cü il tarixli müşaiət məktubu inzibati akt hesab edilə bilməz. Sözgedən məktub inzibati akt olmadığından onun ləğv edilməsi əsassızdır.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən

- 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdurlar. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının 11 nömrəli, 20 noyabr 1997-ci il tarixli “vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərardadı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üzrə həyətyanı torpaq fondu ayrılmasının nəzərə alınması və Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara (İddiaçı) fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Maştağa qəsəbəsinin Baş Planından çıxarış və Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahə 511 saylı torpaq sahəsinin (1200 kv.m) yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3451 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının xx.xx.1997-ci il tarixli, 3 №-li qərarı və xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarına əsasən ayrılmış torpaq sahələrinin yerləşmə sxemləri kameral şəraitdə müqayisələndirilən zaman həmin torpaq sahələrinin bir-birindən təqribən 230 metr məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunur. Plan-sxem rəyə əlavə edilmişdir. Naturada təqdim edilən torpaq sahəsinin hüdudları daxilində mişarlanmış əhəg daşlarının mövcud olduöu müəyyən olunur. Sabunçu RİHB-nın Aparatının 25 yanvar 2024-cü il tarixli, 5-18/2-Ə-38-112/2024 nömrəli məktubu ilə Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li 17 iyun 1997-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, ümumi sahədə ayrılmış 511 saylı 1200,00 kv.m torpaq sahəsinin yerləşmə sxemi və müşayiət məktubunun təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Sabunçu RİH-nin vətəndaş X7 ünvanladığı 19 yanvar 2024-cü il tarixli, 5-18/2-Ə-569-113/2023 nömrəli məktubundan görünür ki, Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li 17 iyun 1997-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, ümumi sahədə ayrılmış 511 saylı 1200,00 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq ona göndərilmişdir. Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li 17 iyun 1997-ci il tarixli qərarından çıxarışa əsasən vətəndaş X7 fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan y/m, ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi məktuba qoşma kimi əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 18/2-A-56-091/2024 nömrəli məktubunda göstərilmişdir ki, ərizədə qeyd etdiyi məsələ Rayon İcra Hakimiyyəti səlahiyyətlərinə aid olmadığından xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3 iyul 2024-cü il tarixli 3-48- 2F/2-1362/2024 saylı məktubundan görünür ki, Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli 11 saylı və xx.xx.1997-ci il tarixli 3 saylı qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli məktubu ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və qətnaməsi Bakı İnzibati Məhkəməsinə göndərilmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məktuba qoşma kimi əlavə edilmiş: - Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı və X2 qarşı “sahiblik və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki işi üzrə icraata xitam verilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı sahədə olan tikili materialları cavabdeh X6 vəsaiti hesabına çıxarılması, həmin torpaq sahəsindən istifadəyə yaradılan maneələr cavabdeh X7 qadağan edilməsi qət edilmişdir.

İV. Məhkəmənin mövqeyi

9. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir.

10. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən - 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; - 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

11. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinə əsasən: - 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; - 29. müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

12. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: - 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. - 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 65.4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. - 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. - 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. - 65. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. - 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

15. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir.

16. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının 11 nömrəli, 20 noyabr 1997-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” qərarı ilə sözügedən torpaq sahəsi ayrılmış və yerləşmə cizgisi verilmişdir. Lakin əlavə olaraq sözügedən torpaq sahəsinə yerləşmə cizgisi üçüncü şəxs X7 verilmişdir. Sözügedən torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair heç bir inzibati akt (qərar, sərəncam və s.) məhkəməyə təqdim edilməmişdir.

17. İş materiallarında olan ekspert rəyindən də məlum olur ki, yerləşmə sxemləri kameral şəraitdə müqayisələndirilən zaman həmin torpaq sahələrinin (üçüncü şəxsə və iddiaçıya məxsus torpaq sahələri) bir-birindən təqribən 230 metr məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

18. Əlavə olaraq, Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı və X2 qarşı “sahiblik və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki işi üzrə icraata xitam verilmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 511 saylı sahədə olan tikili materialları cavabdeh X6 vəsaiti hesabına çıxarılması, həmin torpaq sahəsindən istifadəyə yaradılan maneələr cavabdeh X7 qadağan edilməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsi iddiaçıya məxsusdur və onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair yerləşmə sxeminin başqa şəxsə verilməsi qanuni deyildir. Göründüyü kimi, sözügedən torpaq sahəsi üçüncü şəxs X7 məxsus deyil və məhkəmə qərarı ilə onun torpaq sahəsində olan tikili materialları həmin torpaq sahəsindən çıxarılmışdır. Ekspert rəyindən də göründüyü kimi iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələri bir-birindən aralıda yerləşir və üçüncü şəxsə verilmiş yerləşmə sxemi ona məxsus torpaq sahəsinə aid deyil. Belə olan halda iddiaçının öz torpağına dair üçüncü şəxsə verilmiş yerləşmə sxeminin ləğv edilməsi tələbinə dair iddiaçının müraciətlərinin təmin edilməsindən cavabdehin imtina edilməsi haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair üçüncü şəxsə verilmiş yerləşmə cizgisinin ləğv edilməsindən cavabdehin imtinаsı əsassız olduğundan, işin bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə(hərəkətsizliyə) yоl vеrilməsi sübutа yеtirildiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.

22. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən - 58.1.Sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7. Sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 3 nömrəli xx.xx.1997ci tarixli qərarından çıxarışa əsasən X10ma fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxeminin ləğv edilməsi cavabdeh Bakı şəhəri Cavabdeh başçının birinci müavini tərəfindən imzalanan 19 yanvar 2024-cü il tarixli 5-18/2-Ə-569-113/2023 saylı məktubu və Bakı şəhəri Cavabdeh Aparatının sənədlərlə və vətəndaşlarının müraciətləri ilə iş şöbəsinin müdiri tərəfindən imzalanan 25 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-38-112/2024 saylı məktubunun etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir.

24. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

25. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia təmin edilsin. Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 3 nömrəli xx.xx.1997-ci tarixli qərarından çıxarışa əsasən X10ma fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahədə ayrılmış 511 saylı 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxeminin ləğv edilməsi; cavabdeh Bakı şəhəri Cavabdeh başçının birinci müavini tərəfindən imzalanan 19 yanvar 2024-cü il tarixli 5-18/2-Ə-569-113/2023 saylı məktubunun və Bakı şəhəri Cavabdeh Aparatının sənədlərlə və vətəndaşlarının müraciətləri ilə iş şöbəsinin müdiri tərəfindən imzalanan 25 yanvar 2024-cü il tarixli 5- 18/2-Ə-38-112/2024 saylı məktubunun etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar