Məhkəmə qərarları › İş №2-1(112)-7728/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7728/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7728/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “məlumat vərəqəsinin verilməsi “ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsinə həmin Xidmət rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə İdarə statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq Xidmətin Qaradağ rayon idarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı idarə rəisi vəzifəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1994-cü il tarixdə, polkovnik rütbəsində, Bakı şəhərinin Qaradağ rayon hərbi komissarı vəzifəsindən ordu sıralarından xidmət müddətinin başa çatması ilə əlaqədar tərxis edilmiş və həmin vaxtdan da təqaüddə olmaqla pensiya alır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-1VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmış, eləcə də bu Dövlət Xidmətinin Əsasnaməsi təsdiq olunmuş və digər normativ hüquqi aktların "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının üç ay müddətində təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 601 nömrəli Fərmanı ilə Xidmətin strukturu (yerli idarə, şöbə və bölmələrdən ibarət) təsdiq edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı Xidmətin Bakı şəhəri Qaradağ rayon idarəsi kimi təsdiq edilmişdir. Yeni struktur yaradıldıqdan sonra ona ödənilən pensiya məbləği Xidmətin Qaradağ rayon şöbə rəisinin vəzifə maaşına uyğun hesablanmaqla ödənilməkdədir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1 maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.11 maddəsinə əsasən, bu Qanunun 9.5 maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qeyd olunan Qanunun 20.14.1 maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi- sistemində xidmət edən şəxslər üzrə isə - 3 faiz) miqdarında əlavə olunmaqla, əmək pensiyasına əlavələr, təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla, müəyyən edilir. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.5 maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən - pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Beləliklə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsinə Xidmət rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə "İdarə" statusu verilməsi nəzərə alınaraq, ödənilən pensiya məbləği Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılmalı olduğu halda, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən ona 13 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsi rəisinin maaşına uyğun pensiya məbləği hesablanaraq ödənilmişdir. Pensiya məbləğinin Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılması haqqında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə etmiş olduğu müraciətə verilmiş 03 avqust 2017-ci il tarixli 191 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığının tabeliyindəki hərbi komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və bu Xidmətin tabeliyində olan strukturlarda mövcud olmuş hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmasına müvafiq əlavələr edilmişdir və həmin qərar 2013-cü il martın 1- dən qüvvəyə minmişdir. Müraciətinə baxmayaraq, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən iddiaçıya yenə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsi rəisinin maaşına uyğun pensiya məbləği hesablanaraq ödənilməkdədir. Həmin Qanunun 20.1.11 maddəsinə əsasən, bu Qanunun 9.5 maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qeyd olunan Qanunun 20.14.1 maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşma və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə - 3 faiz) miqdarında əlavə olunmaqla, əmək pensiyasına əlavələr, təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla, müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5 maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Beləliklə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsinə Xidmət rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə "İdarə" statusu verilməsi nəzərə alınaraq, ödənilən pensiya məbləği Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılmalı olduğu halda, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən ona bütün son 13 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ - rayon şöbəsi rəisinin maaşına uyğun pensiya məbləği hesablanaraq ödənilmişdir. Pensiya məbləğinin Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılması haqqında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə etmiş olduğu müraciətə verilmiş 03 avqust 2017-ci il tarixli 191 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığının tabeliyindəki hərbi komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və bu Xidmətin tabeliyində olan strukturlarda mövcud olmuş hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmasına müvafiq əlavələr edilmişdir və həmin qərar 2013-cü il martın 1- dən qüvvəyə minmişdir. Onun müraciətinə baxmayaraq, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən ona yenə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsi rəisinin maaşına uyğun pensiya məbləği hesablanaraq ödənilməkdədir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsinə həmin Xidmət rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə "İdarə" statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsi barədə Göstəriş verilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin iddiaya etirazı ounla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7728/2025 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi “İddiaçı idarə rəisi vəzifəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - Məcəllə) 47.2ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2.-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam veriiməsi barədə məhkəmə qərardad çıxarır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə) qarşı Bakı şəhəri Qaradağ rayon şöbəsinə həmin Xidmətin rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə “İdarə” statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, xidmətin Qaradağ rayon idarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1 (102)-571/2020 nömrəli qərarına əsasən, iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (103)-2182/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (surəti əlavə olunur). Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş olunur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır

11. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2182/2019 nömrəli qərarına əsasən iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (üçüncü şəxs hazırkı cavabdeh) arasında eyni predmetlə bağlı ərizə üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli 2-1(102)-571/2020 nömrəli qərarına əsasən, iddiaçının kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (103)-2182/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırda tələb yuxarıda qeyd olunan inzibati işdən fərqli cavabdehə yönəlsə də, həmin iş eyni predmet barəsində olmaqla eyni əsaslar üzrə baxılmışdır.

13. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar