Məhkəmə qərarları › İş №2-1(112)-7729/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7729/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7729/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçid, ev 1B ünvanında yerləşən (yeni ünvan: ünvan 1v.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasının adına qeydiyyata alınmasına, bununla bağlı mərhum atasının adına dövlət reyestrindən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında (yeni ünvan: ünvan 4ləşən fərdi yaşayış evi 115,5 kv.m. torpaq sahəsi ilə birlikdə mərhum atası X3 ona miras qalıb. Evin sənədi keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mərhum atasının adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Texniki Pasportdur. Hal-hazırda torpaq sahəsi ilə birlikdə həmin fərdi yaşayış evi faktiki sahibliyində və qanuni istifadəsindədir. xx.xx.1993-cü il tarixində vəfat etmiş atasının ölümü ilə bağlı 12 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır və o, tək vərəsə kimi tanınmışdır, bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi üçün ona müvafiq arayış verilmişdir. Bir müddət əvvəl həmin ev və torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyatı alınması üçün ASAN xidmətdə olan müvafiq şöbəyə müraciət etmişdir. Ona bildiriblər ki, məsələ araşdırılacaq, sonra sənədlərin qəbul olunubolunmamasına baxılacaqdır. Bir neçə gündən sonra şifahi olaraq bildiriblər ki, guya sənədin arxivdə surəti yoxdur, bu üzdən, sənədlərin qeydiyyata alına bilməyəcəyi və məhkəməyə müraciət etmək lazım olduğu söylənilib. Sənədlərin qəbul olunmasından imtina olunmasını qanunsuz hesab edərək, ilk öncə, cavabdeh orqana yazılı müraciət etmək qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında cavabdeh orqana ərizə ilə müraciət edərək, ünvan 5 ünvan: ünvan 6aq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasının adına qeydiyyata alınmasında, bununla bağlı müvafiq arayışın (yaxud çıxarışın) və texniki sənədin alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bildirmişdir ki, sözügedən ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə artıq 50-60 ildən çoxdur ki, ailəsinin sahiblik və istifadəsindədir. Qanuni sahibliyindən və istifadəsində təsdiq edən sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" Texniki Pasportdur. Üstündən bir aydan çox keçməsinə baxmayaraq cavabdeh orqan ərizəsini təmin etməmiş, müraciətini cavablandırmamış, öz hərəkətsizliyi ilə ərizəsinin təmin olunmasından imtina etmişdir. Ərizənin cavablandırılmaması, hüququnun tanınmaması və müvafiq şəkildə qeydiyyata alınmaması üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə qaydasında hüquqi mənafeləri təmin edilməli və qanuni maraqları qorunmalıdır. Məlumdur ki, qüvvədə olan qanunvericilik və qanunvericiliyin keşiyində dayanmış dövlətimiz şəxsin daşınmaz əmlakla bağlı hüquqlarına tam təminat verir. Aşağıda qeyd edəcəyi hüquqi dəlillər imtinanın əsassızlığı və qanunsuzluğunu tam təsdiq etməkdədir. Göründüyü kimi, müstəqillik əldə edilənə kimi və müstəqillik əldə edildikdən sonra ölkədə torpaq islahatlarına başlanılana kimi sözügedən torpaq sahəsinin torpağı və tikilisi onların qanuni istifadəsində olmuşdur. Faktiki/hüquqi sahibliyinin və qanuni istifadəsi heç vaxt hər hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, qanunun qeyd edilən normasının mənasına görə, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında olan torpaq və həyətyanı sahə əvəzsiz olaraq mərhum atasının və varisi olaraq onun mülkiyyətinə keçmişdir. Qeyd etmək istəyir ki, torpaq sahəsi qanuni istifadəsində, daha sonra mülkiyyətində olduğu halda, arxivdən hansısa sənədin çıxmaması onun hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Belə ki, həmin torpaq sahəsi ilə bağlı onun buradan istifadəsinin qanuniliyini təsdiq edən sənədi - qanuni əsaslarla tərtib olunmuş və qanunvericiliyin tələblərinə cavab verən Texniki Pasportu vardır. Göründüyü kimi, torpaq sahəsi torpağından istifadəsini təsdiq edən sənəd - Texniki Pasport kifayət edir ki, hüququ daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanında qeydiyyata alınsın və ona çıxarış verilsin. Lakin cavabdeh orqan hərəkətsizlik edərək qanunu pozur. Bildirir ki, onların torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən sənədin - Texniki Pasportu vardır və torpaq sahəsi də faktiki sahibliyindədir/istifasindədir. Faktiki sahibliyində, istifadəsində indiyə kimi 60 il ərzində heç kim və ya hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda, sözügedən torpaq sahəsi ilə bağlı hüquqlarının tanınmalı və qeydiyyata alınmalı idi, lakin, cavabdeh inzibatı orqan hərəkətsizlik etmiş, üzərinə düşən vəzifəni icra etməmişdir. Bu üzdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qanuni sahibliyimizdə olan torpaq sahəsi ilə bağlı Texniki Pasportun mövcudluğu nəzərə alınmadığı üçün məsələyə məhkəmədə baxılmalı, cavabdeh orqanın üzərinə bununla bağlı məhkəmə qaydasında müvafiq vəzifə/öhdəlik qoyulmalıdır. Çünki, cavabdeh orqan məsələni tənzimləyən normaları tətbiq etməməklə inzibati hərəkətsizlik edir. Göründüyü kimi, daşınmaz əmlak üzərində 1967-ci ildən 1993-cü ilədək atasının sahiblik və istifadə hüququ, 1993-cü ildən isə onun vərəsəlik üzrə qanuni istifadə hüququ, 1996-cı ildən isə dövlət qanunvericilik aktı ilə müəyyən edilən mülkiyyət hüququ olmuşdur. Mərhum atası həmin əmlak barədə məlumat dövlət reyestrinə daxil edilmədən və o, əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etmişdir. Həmçinin, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun qanun üzrə vərəsə olmağı notariat orqanı tərəfindən müəyyən edilmişdir. Bu üzdən mərhum atasının adına müvafiq arayış tərtib edilməli və ona təqdim edilməli idi.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilmiş texniki pasportun nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirlən zaman texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiyada ciddi fərqlər olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

4. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən Koroğlu küçəsi 2-ci keçid ev 1B ünvanında yerləşən 115,5 kv.metr torpaq sahəsinə dair X4 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” notarial qaydada təsdiq edilmiş Pasport iş materiallarına əlavə edilmişdir.

5. 12 saylı Notariat ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli 1533 nömrəli məktubunda qeyd edilmişdir, X5 miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında “02” aprel 1993-cü ildə ölmüş atası - X4 adına vərəsəlik işi açılmışdır. X6 məxsus olmuş ünvan 8 ünvan: ünvan 9əşən fərdi yaşayış evinə dair məhrumun adına hüquqmüəyyənedici sənəd (arayış) verməyiniz və sorğu təqdim etmiş şəxs vasitəsi ilə notariat ofisinə göndərməyiniz xahiş olunur.

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 10 ünvanında (yeni ünvan: ünvan 12rləşən fərdi yaşayış evi 115,5 kv.m. torpaq sahəsi ilə birlikdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X4 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Texniki Pasport tərtib edilmişdir, həmin şəxs isə xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. 12 saylı Notariat Ofisinin cavabdehə ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

12. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

15. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

16. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

22. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

23. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ünvan 10 ünvanında yerləşən (yeni ünvan: ünvan 13.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X6 məxsus olmasına dair arayışın verilməsini cavabdehdən xahiş edir.

24. Cavabdehin dəlili ondan ibarətdir ki, təqdim edilmiş texniki pasportun nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirlən zaman texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiyada ciddi fərqlər mövcuddur.

25. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən Koroğlu küçəsi 2-ci keçid ev 1B ünvanında yerləşən 115,5 kv.metr torpaq sahəsinə dair X4 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport mövcuddur (Texniki pasportun əsli iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən texniki pasportun əslinə baxış keçirilmişdir). Texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 115,5 kv.metr olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur. İmtinaya digər əsas hal kimi göstərilən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiyada mövcud olan fərqlərin nədən ibarət olması cavabdeh tərəfindən dəqiq göstərilməyərək həmin ziddiyyət sübut edilməmişdir.

26. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə iddiaçının mərhum atasının hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

28. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 10 ünvanında (yeni ünvan: ünvan 1v.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar