Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7733/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarının işçisi kimi pensiyanın təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 may 2021-ci il tlrixli **********5 saylı məktubunun əsassız hesab edilməsinə, prokurorluq orqanlarının işçisi kimi yaşa görə pensiya təyin olunmasının mümkün hesab edilməsinə və həmin pensiyanın ləyin edilməsi öhdəliyiyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 17.01.1973-cü il tarixdən başlayıb, 13 fevral 1989-cu il tarixdən 16 sentyabr 2001-ci il tarixə kimi Azərbaycan Respublikasının prokurorluq orqanlarında cəmi 12 il 7 ay 3 gün, o cümlədən DQMV-nin prokurorunun 13.02.1989-cu il tarixli 06 saylı əmri ilə Şuşa raym prokurorluğunda prokuror köməkçisinin stajoru, DQMV-nin prokurorunun 14.02.1990-cı il tarixli 10 saylı əmri ilə Şuşa rayon prokurorunun köməkçisi, DQMV-nin prokurorunun 01.06.1990-cı il tarixli 45 saylı əmri ilə Mardakert (indiki Ağdərə) rayon prokurorunun köməkçisi, Baş prokurorun 18.11.1992-cı il tarixli 1123 saylı əmri ilə Tərtər rayon prokurorunun köməkçisi, Baş prokurorun 23.05.1994-cü il tarixli 413 saylı əmri ilə Tərtər rayon prokurorunun müavini, Baş prokurorun 23.11.1995-ci il tarixli 698 saylı əmri ilə Zəngilan rayon prokurorunun köməkçisi, Baş prokurorun 08.11.1996-cı il tarixli 430 saylı əmri ilə Ağcabədi rayon prokurorunun köməkçisi vəzifələrində işləyib. Baş prokurorun 13.07.2001-ci il tarixli 03/671-k saylı əmri ilə aparılmış struktur dəyişiklərlə əlaqədar tutduğu vəzifədən azad olunub. Bundan sonra əmək fəaliyyətini Bərdə rayon İcra Hakimiyyətində 01.10.2001-ci il tarixdən hüquq şöbəsinin hüquqşünası, 28.10.2011-ci il tarixdən isə hal- hazıra kimi həmin şöbənin müdiri vəzifəsində işləməklə davam etdirir. xx.xx.1955-ci ildə anadan olduğuna görə onun prokurorluq orqanlarında yaşa görə pensiyaya çıxmaq hüququ 20.09.2015-ci il tarixdə yaranmışdır. Ona görə də o 25.01.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlix inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına münciət edib, cavabdeh vaxtında müraciətinə cavab vermədiyi üçün ona 2-ci dəfə 15.04.2021-ci il tarixdə müraciət edib. 20 may 2021-ci il tarixdə cavabdeh 04 may 2021-ci il tarixli **********5 saylı məktubu göndərib bildirib ki, “Əmək pensiyaları haqqında'" Azəbaycan Respublikası Qanununun 20.8.1. və 20.8.2- ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir, onun isə stajı 15 ildən az (12 il 7 ay 3 gün) təşkil etdiyi üçün mənə prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablanması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh ona göndərdiyi məktubla onun pensiya almaq hüquqlarını pozub və həmin məktubda gəlirilən dəlillər tam əsassızdır. Belə ki, ona pensiya təyin olunmalı andan, yəni 20.09.2015-ci il tarixdən 2 il keçdikdən sonra qəbul edilmiş 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (‘‘Azərbaycan" qəzeti, 3 may 2017-ci il. № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2017-ci il. № 5, maddə 676) ilə ləğv edilmiş, lakin pensiya hüququ yaranan vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.3-cü maddəsi ilə isə aşağıda müəyyən edilmiş qaydada pensiya təyin olunmalıdır: - prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında. 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orU aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla ləyin edilən əmək pensiyasının məbləği arasında <ı fərq qədər əlavə ödənilir; Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində imperativ qaydada göstərilir ki, fiziki və hüquqi şəxslərin hi qııqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1. və 7.3-cü maddələrinə görə də, Azərbaycan Respublikası Konslitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qürəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikasımı Əmək Məcəlləsin 317-ci maddəsinin 2-ci hissəsinə görə Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olun nasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir; “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan hallarda və qanun normalarından görünür ki, prokurorluq orqanlarının işçisi kimi 10 ildən artıq qulluq stajı olduğuna görə və 60 yaşı 20.09.2015-ci il tarixdə tamam olduğuna görə pensiya hüququ yaranıb. Bununla əlaqədar o cavabdehə müraciət edib. Cavabdeh isə yaranmış pensiya hüquqlarına ziyan vuran və vəziyyətini pisləşdirən pensiyanın təyin olunmasından imtina etməsinə dair ona əsassız məktub göndərmişdir. Halbuki 2015-ci ildə qüvvədə olmuş qanun normalarına əsasən cavabdeh ona pensiya təmin etməlidir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona pensiya təyin olunmasından imtina etməsinə dair 04 may 2021ci il tarixli **********5 №-li məktubu əsassız sayılmalıdır və “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 2015-ci ildə qüvvədə olmuş 20.8.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdın..
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 04.05.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.1- ci və 20.8.2-ci maddələrinə əsasən p okurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sərədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin prokurorluq orqanlarında stajınız 15 ildən az (12 il 7 ay 3 gün) təşkil edir. Bu səbəbdən də ona prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı verilmiş 30.04.2020-ci il tarixli arayışa əsasən, o, həqiqətən o 15 fevral 1989-cu ildən 14 fevral 1990-cı il tarixə kini Şuşa rayon prokurorluğunun stajoru, 14 fevral 1990-cı ildən 01 iyun 1990-cı il tarixə dmi Şuşa rayon prokurorunun köməkçisi, 01 iyun 1990-cı ildən 18 noyabr 1992-ci il tarixə kimi Mardakert rayon prokurorunun köməkçisi işləmiş, 18 noyabr 1992-ci ildən 23 m<ıy 1994cü il tarixə kimi Tərtər rayon prokurorunun köməkçisi, 23 may 1994-cü ildən '5 sentyabr 1995-ci il tarixə kimi Tərtər rayon prokurorunun müavini, 15 sentyabr 1995-ci ildən 23 noyabr 1995-ci il tarixə kimi sərəncamda, 23 noyabr 1995-ci ildər 08 noyabr 1996-cı il tarixə kimi Zəngilan rayon prokurorunun köməkçisi işləyərkən 200% əmək haqqı (vəzifə maaşı, xidmət ilinə görə əlavə) almışdır, 08 noyabr 1996-cı ikən 13 iyul 2001-ci il tarixə kimi Ağcabədi rayon prokurorunun köməkçisi vəzifələrində işləmiş, 13 iyul 2001-ci ildən 16 sentyabr 2001-ci il tarixə kimi sərəncamda olmuş, illər üzrə mükafatlar və maddi yardımlar almışdır.
5. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci yarımbəndinə əsasən İddiaçı 20.03.2020-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi üçün pensiya işi və ya pensiyaçının uçot vərəqi olmadığından məhkəmə sorğusunun icra edilməsi mümkün hesab edilmir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının ali təhsil müəssisəsində təhsil aldığı dövr onun xidmətə daxil edilməlidir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, prokurorluq orqanlarının işçisi kimi pensiya təyinatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsi ilə tənzimlənir və iddiaçının müvafiq stajı olmadığı üçün ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi mümkün hesab edilməmiş, həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, iddiaçıya 20.03.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. İddiaçıya pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
22. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.4.1-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə əvəz edilmişdir, 9.4.2-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilmişdir. Həmin qanun 2017-ci il iyulun 1dən qüvvəyə minmişdir.
23. Məhkəmə araşdırmasının predmeti iddiaçının prokurorluq orqanının işçisi kimi 01 iyul 2017-ci il tarixinə prokurorluq orqanlarında 25 il qulluq stajının mövcudluğunun; və ya həmin tarixə yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmişsə 25 il ümumi iş stajının və bu stajın azı 12 il 6 ayının prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi olduğunun müəyyənləşdirilməsidir.
24. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, prokurorluq orqanlarında stajı 12 il 7 ay 3 gün, ümumi stajı əmək kitabçasına əsasən 25 ildən çoxdur. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, 16.09.2001-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), prokurorluq orqanlarından xaric edilmişdir.
25. İddiaçının prokurorluq orqanlarında stajı qanunun 01.07.2017-ci ilə qədər olan redaksiyasına əsasən 25 ildən az olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci maddəsinin iddiaçıya şamil edilməsini mümkün hesab etmir.
26. Həmin Qanunun 9.4.2-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunun 01.07.2017-ci ilə qədər olan redaksiyasına əsasən prokurorluq işçisi kimi pensiya təyinatı üçün üç şərtin eyni vaxtda olması önəmlidir: - prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilməli; - 25 il və daha çox ümumi iş staj olmalı; - bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş olmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçının 25 il və daha çox ümumi stajı var, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş olsa da, prokurorluq orqanlarından işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xaric olunduğundan həmin maddənin iddiaçıya tətbiqini məhkəmə mümkün hesab etmir.
28. Məhkəmə qeyd edilən fərqli rəftarın ağlabatan əsaslandırılması olduğunu (məhz prokurorluq orqanlarında xidmətin son yaş həddinə çatma əsası ilə prokurorluq orqanlarında qulluğa xitam verilmə prokurorluq işçisi kimi pensiya təyinini əsaslandırır) hesab etdiyindən digər əsasla prokurorluq orqanlarından xaric edilən şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verildiyi qənaətinə gəlmir.
29. X3 Presedent hüququna əsasən: - Konvensiyanın 14-cü maddəsinin məqsədləri üçün rəftar fərqi “obyektiv və ağlabatan əsaslara malik olmadıqda”, yəni “qanuni məqsəd” güdmürsə və ya istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik xarakteri daşıyır (bax: X2rşı iş § 135). - İqtisadi və ya sosial strategiyanın ümumi tədbirlərinə gəldikdə, adətən Konvensiyaya uyğun olaraq dövlətə geniş qiymətləndirmə sərbəstliyinə icazə verilir. Öz cəmiyyətləri və onun ehtiyacları haqqında bilavasitə məlumatlarına görə, milli hakimiyyət orqanları sosial və ya iqtisadi əsaslarla ictimai maraqlara uyğun olanı qiymətləndirmək üçün prinsipcə beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər və Məhkəmə qanunverici orqanın siyasət seçiminə “açıq-aşkar ağlabatan əsassız” deyilsə hörmətlə yanaşacaq. Daha ümumi dillə desək, Məhkəmə belə hesab etmişdir ki, Konvensiyanın müddəaları Razılığa gələn Dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya və ya şəxslər qrupuna digərlərindən fərqli münasibət göstərən ümumi siyasət sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunla müəyyən edilmiş kateqoriya və ya qrupun hüquqlarına müdaxilə Konvensiyaya əsasən əsaslandırıla bilər (bax: Andrejeva Latviyaya qarşı [GC], № 55707/00, § 83, AİHM 2009 və JD və A Birləşmiş Krallıqa qarşı, n. 32949/17 və 34614/17, § 88, 24 oktyabr 2019-cu il və orada göstərilən hallar). - məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (bax: Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). - “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (bax: Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
30. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının prokurorluq işçisi kimi pensiya təyininə “qanuni gözləntisi” olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
31. Məhkəmə qeyd edilən qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
32. Məhkəməiddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə istinadına münasibətdə qeyd edir ki, həmin maddə qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydasını müəyyən edir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva