Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7733/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli qərarının Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarın 2.2. və 2.4-cü bəndin b və ç yarim bəndinə müvafiq olaraq 3 illik pul təminatı məbləğində hesablanaraq birdəfəlik ödənilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Araz oğluna xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsi mümkünsüzlüyü nəzərə alınmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə 27 il 4 ay 7 gün müddətdə xidmət etmişdir. 18 dekabr 2019-cu il tarixli müfaviq əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliklə əlaqədar (Əsas: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi DSX-nin X1 xx.xx.2019-cu il tarixli, 1820 №-li şəhadətnaməsi) X4 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Məhz həmin səlahiyyəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilmişdir. Bu qərara əsasən qərarın icrası ilə bağlı vəsaiti olan tələbat dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Yuxarıda qeyd olunanlara və həmin Qərarın 2.2-ci maddəsinə (xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödəilir.) əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün ərizə ilə tərəfindən 3 halda xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Birinci müracəti Maliyyə Plan İdarəsinin rəisi Ceyhun Mirzəyev tərəfındən (DSX-nin xx.xx.2020-ci il tarixli 10/137№-İi, ünvanına çatma xx.xx.2020.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət Maliyyə Plan İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətiniz aidiyyatı üzrə araşdırılır. Hüququnuz olduğunuz təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır.” Daha sonra ikinci yazdığı müraciət DSX-nin komissiyasının katibi P.Muradova tərəfindən (DSX-nin xx.xx.2021-ci il tarixli 5/208 №-İi, ünvanına çatma xx.xx.2021.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət tərəfimizdən baxılmışdır. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət almağınızla əlaqədar sağlamlığınıza dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.” Göründüyü kimi DSX-nin komissiyası tərəfindən ərizəsi imtina ilə cavablandınlmış lakin imtinanın hüquqi əsasları barədə ona izahlı məlumat verilməmişdir. Bununla bağlı 3-cü yazdığı müraciətindən imtina edilərək DSX-nin Maliyyə Plan İdarəsinin rəisi Ceyhun Mirzəyev tərəfindən (DSX-nin xx.xx.2022-ci il tarixli 10/G- 22№-İi, ünvanına çatma xx.xx.2022.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət almağınızla əlaqədar sağlamlığınıza dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.” Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət keçərkən maliyyə bölməsinin 1-ci dərəcəli məsul icraçısı gizir X3 ilə Dövlət Sərhəd Xidməti Akademiyasında xidmət edən hərbi qulluqçuların dekabr ayı üçün pul təminatının kartlara köçürülməsi üçün Səbail rayonu, Xəqani küçəsi 36-da yerləşən 9 saylı xəzinadarlıq idarəsinin qarşısında yolu keçərkən yıxılaraq xəsarət almış, onunla birlikdə olan gizir X3 onu yerdən qaldıraraq taksi avtomobilinə əyləşdirərək Dövlət Sərhəd Xidməti Poliklinikasına aparmışdır. Dövlət Sərhəd Xidməti Poliklinikasında müayinə etdikdən sonra “Sağ topuğun oynaq yarığı səviyyəsində yer dəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. xx.xx.2010-cu ildə əməliyat olunmuş, sonradan dəfələrlə bununla bağlı Dövlər Sərhəd Xidmətinin Hərbi Hospitalında uzun müddət müalicə almışdır. Sağlamlığında yaranmış vəziyətlə bağlı xidmət etməsində çətinliklər yaranmış, bununla bağlı tərxis olunması ilə əlaqədar müraciət etmiş, iki halda sıradan kənar xidmətə yararlı hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1820 №-li XƏSTƏLİK ŞƏHADƏTNAMƏSİ Hərbi Həkim komisiyasının qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1) 13 “b”, 35, 12, “c”,2) 65 “c” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. 1) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 2) Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır. Göründüyü kimi hərbi xidmətdən tərxis olunma səbəblərindən biri də xidmət zamanı hərbi travma alınması göstərilir. İnzibati orqanın müraciətindən imtina etməsini əsassız hesab edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verildiyini, məhz həmin səlahiyyəti həyata keçirmək məqsədi ilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq olunduğunu və həmin qərarın 2.2-ci maddəsinə əsasən (xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir) nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsini göstərmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına qeyd olunan qanun şamil olunur. Lakin İddiaçı öz iddia ərizəsində qeyd etdiyi travmanı xx.xx.2010-cu il tarixdə DSX Akamademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən almışdır. DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edən hərbi qulluqçular kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları sayılmır. Bu səbəbdən də həmin ödəniş ona şamil oluna bilməz. Həmçinin İddiaçı 2021-ci il tarixdə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları“nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarını rəhbər tutaraq DSX rəisinin xx.xx.2018-ci il tarixli 0305 nömrəli əmri ilə yaradılmış komissiyaya müraciət etmişdir. Komissiyanın katibi polkovnik Pərvanə Muradova tərəfindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarının 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrinin icrası zamanı xəsarət almağı ilə əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmadığı bildirilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə yaradılmış komissiyanın rəyi olmadığı üçün ödəniş olunmamışdır. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiasının əsassız olmasını hesab edirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Şəmkir rayonunda doğulmuşdur. - İddiaçı aid xidmət dəftərçəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.1993-xx.xx.1997-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində müdavim, xx.xx.1997-xx.xx.1997-ci ildə Azərbaycan Respublikası MYN X2 sərəncamında, xx.xx.1997-xx.xx.1999-cu ildə Azərbaycan Respublikası MTN SQBİ 5-i sərhəd dəstəsində maliyyə xidmətinin zabiti, xx.xx.1999xx.xx.2001-ci ildə MTN SQBİ “Gəncə” ƏMBM-də maliyyə xidmətinin rəisi, xx.xx.2001xx.xx.2003-cü ildə MTN SQBİ 6-cı s/d-də (2015 saylı h\h) maliyyə xidmətinin rəisi, xx.xx.2003-xx.xx.2008-ci ildə DSX SQ 7-ci s/d-də (2007 saylı h/h) maliyyə bölməsini baş zabiti, xx.xx.2008-xx.xx.2011-ci ildə DSX Akademiyasında (2022 saylı h/h) maliyyə bölməsinin baş zabiti, xx.xx.2011-xx.xx.2011-ci ildə DSX Akademiyasında (2022 saylı h/h) maliyyə bölməsinin rəisi, xx.xx.2011-xx.xx.2014-cü ildə DSX SQ 8-ci SD-də (2008 saylı h/h) maliyyə bölməsinin rəisi, xx.xx.2014-xx.xx.2016-cı ildə DSX Aparatında Maliyyə-Plan İdarəsinin pul təminatı şöbəsinin rəisi, xx.xx.2016-xx.xx.2017-ci ildə DSX Aparatında (2000 h/h) Maliyyə-Plan İdarəsinin təftiş şöbəsinin rəisi, xx.xx.2017-xx.xx.2017-də sərəncamda, xx.xx.2017-xx.xx.2019-cu ildə DSX Aparatında (2000 h/h) Maliyyə-Plan İdarəsi rəisinin müavini- təftiş şöbəsinin rəisi işləmiş,Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1560e/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Silahlı Qüvvələrin ehtiyatında olan polkovnik İddiaçı xidmətdə olarkən sonuncu pul təminatının ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixə MPİ İdarə rəisinin müavini TŞ-nin rəisi İddiaçı 22 il 2 ay 6 gün xidmət ili, 30% olmaqla vəzifə maaşı 1065,0 manat, rütbə maaşı 159,00 manat, xidmətə görə əlavə faiz 367,20 manat, SM xidmətə görə əlavə 10% 106,50 manat, məxfiçilik 213,00 manat, KƏK f.g % əlavəsi 426.00 manat, məharət dərəcəsi 266.25 manat, ərzaq kompensasiyası 64.00 manat, cəmi 2666.95 manat ödənilmişdir. - Dövlət Səhrəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı DSX Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il tarixli, 533 №-li göndərişinə əsasən xx.xx.2019-ci il tarixdə şəhadətləndirilmişdir. Diaqnozu: 1) Funksiyaların mülayim dərəcədə pozulması ilə şəkərli diabet, ikinci tip, orta ağır gedişli, subkompensasiya mərhələsi. OD-Dərəcəsi 1,5 D olan sadə miopik astiqmatizm. OS-Dərəcəsi 2,0 D olan, ümumi ametropiyası 0,75 D olan mürəkkəb miopik astiqmatizm. OU-Görmə itiliyi 0,3 korreksiya ilə = 0,8. OU-Qeyri proliferativ diabetik retinopatiya. Düyünlü eutireoid ur. Etmoidit. Xroniki qeyri-spesifik uretrit. Qaraciyərin piy disirofiyası. 2) Funksiyaların cüzi dərəcədə pozulması ilə sağ aşıqbaldır oynağının artrozu. Hərbi həkim komissiyasının qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1)13 “b”, 35, 12 “c”, 49 “c”, 2) 65 “c" maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kəşfiyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərin əməkdaşlarına kompensasiya təyin edən komissiyaya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ona kompensasiya verilməsi məsələsinə baxılması üçün aidiyyatı üzrə komissiyaya göstəriş verilməsini xahiş etmişdir. - Kompensasiyanın təyin edilməsi üzrə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0305 nömrəli əmri ilə yaradılmış komissiyanın 207 nömrəli, xx.xx.2021-ci il tarixli iclas protokolunun surətindən görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayucan Respublikası Qanununun və “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarını rəhbər tutaraq, əməkdaş (vətəndaş) ehtiyatda olan polkovnik İddiaçı ərizəsinə baxılmışdır. DSX MHHK xx.xx.2019-cu il tarixli, 1820N-li xəstəlik şəhadətnaməsinə əsasən ehtiyatda olan polkovnik İddiaçı A NK-nın 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “xəstəliklər cədvəlinin” 13 “b”, 35, 12 “c”, 49 “c” və 65”c” maddələrinin İİİ qrafaına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Komissiya qərara almışdır ki, ehtiyatda olan polkovnik İddiaçı aldığı xəstəlik və bunun nəticəsində xidmətdən təxris olunması onun xidməti vəzifələrinin icrası ilə əlaqəlidir. Lakin ehtiyatda olan polkovnik İddiaçı şəhadətləndirilən xəstəliklər Azərbaycan Respublikası NK-nın 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci maddəsində qeyd edilən bəndlərə şamil edilmir və kompensasiyanın ödənilməsi üçün əsas sayıla bilməz. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 5/208 №-li, xx.xx.2022-ci il tarixli, 10/9-22 №-li məktubların surətlərindən görünür ki, Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrinin icrası zamanı xəsarət almağı ilə əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır. - Maliyyə-Plan İdarəsinin rəisi tərəfindən İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xidmət məktubdan görünür ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında maliyyə bölməsinin hər hansı bir vəzifəsi üzrə kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olması barədə Dövlət Sərhəd Xidməti rəisinin əmri mövcud deyil. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1997-ci il tarixdən Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. O, xx.xx.2010-cu il tarixdə DSX Akamademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən xəsarət – travma almışdır. xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsi ilə şəhadətləndirilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, travmanın hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması təsdiq edilmişdir. İddiaçının kəşfiyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar ona kompensasiya verilməsi ilə bağlı cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Cavabdeh inzibati orqanda yaradılmış müvafiq komissiyanın 207 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı şəhadətləndirilən xəstəliklərin Azərbaycan Respublikası NK-nın 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci maddəsində qeyd edilən bəndlərə şamil edilməməsi əsas gətirilərək kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Hazırda iddiaçı xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: - 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. - 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. - 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. - 20.12-cı maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. - 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. - 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. - 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövürdə kəşfiyyat və əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götrülmüş zaman. - 3.1-ci bəndinə əsasən kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə İddiaçı xidmətdən ehtiyata buraxılan zaman kəşfiyyat və əkskəşfiyyat subyekti olsa da xx.xx.2010-cu il tarixdə xəsarət alan zaman kəşfiyyat və əkskəşfiyyat subyekti olmamış, o cümlədən xidmətdən buraxılan zaman şəhadətnaməsində qeyd edildiyi kimi onda “funksiyaların mülayim dərəcədə pozulması ilə şəkərli diabet, ikinci tip, orta ağır gedişli, subkompensasiya mərhələsi. OD-Dərəcəsi 1,5 D olan sadə miopik astiqmatizm. OS-Dərəcəsi 2,0 D olan, ümumi ametropiyası 0,75 D olan mürəkkəb miopik astiqmatizm. OU-Görmə itiliyi 0,3 korreksiya ilə = 0,8. OU-Qeyri proliferativ diabetik retinopatiya. Düyünlü eutireoid ur. Etmoidit. Xroniki qeyri-spesifik uretrit. Qaraciyərin piy disirofiyası. funksiyaların cüzi dərəcədə pozulması ilə sağ aşıq-baldır oynağının artrozu” diaqnozlu xəstəliklər müəyyən edilmişdir ki, bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci bəndində nəzərdə tutulan hallara aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına uyğun kompensasiyanın ödənilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7733/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7733/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver