Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7733/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinasının qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2025-ci il tarixli iclasında qəbul edilmiş qərarın ləğv edilməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona 2ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar “müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan 44 günlük döyüşlər zamanı Müdafiə Nazirliyinin Maddi - Texniki təminat idarəsinin sifarişilə Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən dəvət olunaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək, cəbhə bölgəsində Cəbrayıl rayonunun Daşkəsən kəndində N saylı hərbi hissədə şəxsi heyətin keyfiyyətli qidalanması məqsədilə Aşpaz kimi ezam edilmişdir. Eyni vaxta buna sübut olaraq hərbi biletdə iştirakla bağlı xüsusi qeydlərin və arayışın olmasını və xx.xx.2022-ci il komisiya tətəfindən tərtib olunan aktı əsas gətirmək olar. 706-saylı hərbi hissənin komandirinin təlimatı ilə cəbhə bölgəsində səyyar açıq tipli əsgərlərin daha yaxşı qidalanmasını təmin etmək məqsədiylə xidmətə başlamışdır. Daha sonra N saylı hərbi hissənin təminat rəisi onu özüylə xx.xx.2020-ci il tarixində Cəbrayilin Daşkəsən kəndinə apardı. Həmin ərəfələrdə Hadrut, Xocavənd, Qırmızı bazar, və daşaltı ərazilərində təminat növləri üzrə tapşırıqları xx.xx.2020-ci il tarixinə dək yerinə yetirmişdir. Xidməti vaxtı 191saylı keçmiş erməni hərbi hissəsində xx.xx.2020-ci il tarixi saat 19-40 radələrində düşmənin su-25 tipli qırıcısı tərəfindən hücuma məruz qalaraq, olduğu məntəqə düşmən tərəfindən məhv edildi. xx.xx.2020-ci il Tuğ ərazisinə 702-saylı hərbi hissəyə kamaz markalı miniklə maddi təminat apararkən, Hadrut ərazisində düşmən tərəfindən hücuma məruz qalaraq, getdiyimiz yol mina atanlarla vuruldu. Çətin vəziyyətə düşmələrinə baxmayaraq, verilən tapşırığı yerinə yetirmişdir. Müdafiə Nazirliyi yanında veteran adlarının verilməsi üçün təyin olunan komissiyaya müraciət etsə də, döyüş haqqında arayış və əmri əsas tələb olaraq irəli sürərək imtina verilmişdir. Daha sonra üzvü olduğu Azərbaycan Vətən Müharibəsi X2 gənclər şöbəsinin müdiri Həsən Əliyevin dəstəyi ilə N saylı hərbi hissəyə məktub ünvanlamışdılar. Məktuba cavab olaraq arayış və döyüş əmrinə qoşma sənəd ünvanına göndərilmişdir. Göndərilən sənədləri Müdafiə nazirliyinə təqdim etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, ona müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair yazılı mülahizəsi (etirazı) və xx.xx.2025-ci il tarixdə yazılı etiraza əlavə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): İddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnamənin istinad olunan normasına əsasən, İkinci Qarabağ müharibəsi dövründə müvafiq ərazilərə ezam olunmuş mülki şəxslərə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aşağıdakı meyarlar mövcud olmalıdır: Ərazi meyarına uyğun olmalıdır (yuxarıda ərazilər sadalanmışdır); Həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirilməlidir; Ezamiyyət vəsiqələri və əmrlərdən çıxarışlar mövcud olmalıdır. Göründüyü kimi, Əsasnaməyə görə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi o halda verilə bilər ki, həmin şəxs müvafiq ərazilərdə bütün təminat növləri üzrə tapşırıqları icra etsin (Əsasnamədə qeyd edilmişdir ki, bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur). Hazırkı halda isə iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 325 nömrəli arayışından da görünür ki, Füzuli rayonunun Aşağı və Yuxarı Əbdülrəhmanlı, Qorqan, Aşağı və Yuxarı Seyidəhmədli kəndləri istiqamətində iddiaçının vəzifəsi xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə məhz aşpaz (maddi-texniki təminat) olmuşdur - Odur ki, Əsasnamədə qeyd edilən “bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi” meyarı iddiaçıya münasibətdə mövcud deyildir. Oxşar işlə bağlı Ali Məhkəmənin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1 (102)-1819/2024 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və ədalətli hesab edilərək göstərilmişdir ki, 44 günlük Vətən Müharibəsində iddiaçı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə könüllü olaraq yaralı hərbi qulluqçuların və şəhidlərin təxliyə edilməsində, onlara maddi-texniki dəstək göstərməkdə fəallıq göstərilmişdir. Əsasnamənin tələbinə görə 44 günlük Vətən Müharibəsi dövründə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün əsas və ilkin şərtlərdən biri də şəxsin həqiqi hərbi xidmətdə olması və hərbi xidmət keçməsidir; Mülki şəxslərə münasibətdə isə qanunvericilikdə təsbit edilmiş bütün təminat növləri yerinə yetirilməlidir; İddiaçı tərəfindən mülki şəxs olaraq Vətən müharibəsi dövründə göstərdiyi maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Digər tərəfdən, Əsasnamənin yuxarıda istinad olunan tələbinə əsasən, müvafiq mülki şəxs ezamiyyət vəsiqələrinə də malik olmalıdır. Lakin iddiaçı ezamiyyət vəsiqələrinə malik deyildir (bununla bağlı hər hansı sübut təqdim etməmişdir). Analoji işlə bağlı Ali Məhkəmənin mövqeyinə diqqət yetirək: Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)- 722/2025 nömrəli qərarında qeyd olunmuşdur ki, bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün müvafiq ərazilərə ezam olunma faktı hərbi biletlər, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu hal mövcud deyildir; birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi N saylı hərbi hissə komandirinin “iddiaçının ezam olunması ilə bağlı” tərtib etdiyi akt mötəbər qəbul edilməməli və ezamiyyət vəsiqəsi əsas götürülməlidir. Göründüyü kimi, Ali Məhkəmənin mövqeyinə əsasən, ezam olunma faktı hərbi hissə komandirinin tərtib etdiyi və müvafiq şəxslərin təsdiq etdiyi akt ilə deyil, ezamiyyət vəsiqəsi və əlaqədar sənədlərlə təsdiq olunmalıdır. Lakin iddiaçı bu sənədlərə də malik deyildir. Eyni zamanda N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, “Füzuli rayonunun Aşağı və Yuxarı Əbdülrəhmanlı, Qorqan, Aşağı və Yuxarı Seyidəhmədli kəndləri istiqamətində” iddiaçı aşpaz olaraq maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Halbuki Əsasnamədə konkret ərazi adları qeyd edilərək “həmin ərazilərin istiqamətində” deyil, məhz “bu ərazilərdə gedən döyüş əməliyyatlarında iştirak” nəzərdə tutulmuşdur. Beləliklə, bu nöqteyi-nəzərdən də iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün hüquqi əsas mövcud olmadığı aşkardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddia ərizəsinə dair etiraza əlavə onunla əsaslandırılmışdır ki, müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması mümkündür. Əsasnamənin istinad olunan normasından göründüyü kimi, tələb olunan sənədlər qismində ezamiyyət vəsiqəsi də çıxış edir və bu vəsiqəni həmin şəxsi ezam edən orqan (müəssisə, təşikat) təqdim etməlidir. İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdursa, buna dair ezamiyyət vəsiqəsi olmalı və bu sənəd iddiaçının əmək (xidməti) münasibətdə olduğu Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən verilməli idi. Hazırda isə iddiaçı ümumiyyətlə ezamiyyət vəsiqəsinə malik deyildir. İddiaçının hansı əsasla N nömrəli hərbi hissəyə getdiyi (göndərildiyi) sənədlərlə müəyyən olunmur. Azərbaycan Milli Kulinariya Assosiasiyasının iddiaçının Cəbrayıl rayonunun Daşkəsən kəndində N saylı hərbi hissəyə ezam edilməsi ilə bağlı xx.xx.2024- cü il tarixli arayışı ilə bağlı isə bildiririk ki, həmin sənəd “arayış” qismində verilmişdir, tərtib olunma tarixi xx.xx.2024-cü ildir, bu da həmin sənədin “faktı təsdiq etmə” niyyəti ilə sonradan tərtib olunduğunu göstərir. Arayışın ezamiyyət vəsiqəsi ilə eynilik təşkil etmədiyini və ezamiyyət vəsiqəsinin xüsusi formasının mövcud olduğunu məhkəmənin diqqətinə çatdırmaq istərdik. İş materiallarında mövcud olan N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli aktına münasibətdə bildiririk ki, hərbi hissənin hansı mövcud sənədlər əsasında “İddiaçı N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu”nu qeyd etməsi aydın deyildir. İş materiallarında mövcud olan N nömrəli hərbi hissənin arayışı ilə əlaqədar qeyd edirik ki (arayışda tarix də göstərilməmişdir), tərtib olunan sənədin yeganə əsaslı-mötəbər mənbə olaraq qəbul edilməsi mümkün deyildir. Belə ki, arayışda İddiaçı ..döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etməsi göstərilmişdir. Aşpaz olaraq fəaliyyət göstərən iddiaçının döyüş əməliyyatlarında iştirakının mümkün olmadığı məlumdur. Hərbi hissənin tərtib etdiyi aktın yeganə mötəbər sübut olaraq qəbul edilməli olmaması ilə baqlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(102)-722/2025 nömrəli qərarına nəzər salaq: Qərarda göstərilmişdir ki, bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün müvafiq ərazilərə ezam olunma faktı hərbi biletlər, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu hal mövcud deyildir; birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin istinad etdiyi N saylı hərbi hissə komandirinin “iddiaçının ezam olunması ilə bağlı” tərtyib etdiyi akt mötəbər qəbul edilməməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: xx.xx.1996-cı il tarixdə Bakı şəhəri Xətai rayonu Hərbi komissarlığı tərəfindən İddiaçı verilmiş AO seriyalı ******* №li Hərbi biletdə olan N saylı hərbi hissənin komandiri tərəfindən aparılmış və hərbi hissənin möhürü ilə təsdiq olunmuş qeydlərə əsasən o, N nömrəli hərbi hissədə Vətən müharibəsi dövründə könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə qədər Şəxsi heyətin keyfiyyətli qidalanması məqsədilə aşpaz kimi fəaliyyət göstərmişdir. N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək vətən müharibəsi zamanı onun hərbi hissədə hər hansı qeydiyyatı olmadığı müəyyənləşdirildiyi üçün arayış verilməsi mümkün deyil. N nömrəli hərbi hissə tərəfndən İddiaçı verilmiş xx.xx.2024-cü il 325 №li arayışda göstərilmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında Akt № 14478 qeydiyyatında olan N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aşpaz vəzifəsində maddi-teniki təminat üzrə tapşırıqları yerinə yetirməklə Füzuli rayonunun Aşağı və Yuxarı Əbdürrəhmanlı, Qorqan, Aşağı və Yuxarı Seyidəhmədli kəndləri istiqamətində döyüş tapşırıqları yerinə yetirilməsində iştirak etmişdir. Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 24/2/24.2 №li arayışda göstərilmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlər zamanı Müdafiə Nazirliyinin Maddi-Texniki təminat idarəsinin sifarişiylə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, cəbhə bölgəsində Cəbrayıl rayonunun Daşkəsən kəndində N saylı hərbi hissədə şəxsi heyətin keyfiyyətli qidalanması məqsədilə aşpaz kimi ezam olunmuşdur. İddiaçının hazırkı tələbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirirlər ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən N saylı hərbi hissənin nizami hissə üzrə əmrinə qeydiyyata düşmədiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. … Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə (2024-cü il 28 fevral tarixli, №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi ilə bağlıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 9 və 10- cu abzaslarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Eyni zamanda müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı verilir. Qeyd olunanları ümumiləşdirdikdə, Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Həmçinin həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən təqdim edlmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə ezamiyyətdə olmuşdur və N №-li hərbi hissəsinin şəxsi heyətinin döyüş əməliyyatları zamanı aşpaz kimi maddi-texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməklə, Füzuli rayonun Aşağı və Yuxarı Əbdürrəhmanlı, Qorqan, Aşağı və Yuxarı Seyidəhmədli kəndləri istiqamətində döyüş tapşırıqlarının yerin yetirilməsində iştirak etmişdir. İddiaçıya məxsus hərbi biletdəki qeydlər, N №-li hərbi hissə və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən verilmiş arayışlar onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissənin tərkibində şəxsi heyətinin döyüş əməliyyatları zamanı aşpaz kimi maddi-texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsini sübut edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə arayışda İddiaçı N №-li hərbi hissənin xx.xx.2020ci il tarixli, N №-li əmrilə hərbi hissəyə daxil olduğu və xx.xx.2020-ci il tarixli, N №-li əmri ilə hərbi hissədən getdiyi öz təsdiqini tapır. Doğrudur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissəyə ezam olmasına baxmayaraq onun nizami hissə əmrlərində qeydiyyata aparılmamışdır, lakin N №-li hərbi hissənin tərəfindən tərtib olunmuş və komandiri tərəfindən təsdiq olunmuş aktından İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə ezamiyyətdə olmuşdur və N №-li hərbi hissəsinin şəxsi heyətinin döyüş əməliyyatları zamanı aşpaz kimi maddi-texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsini öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçının aşpaz kimi döyüş bölgələrinə ezam olunması Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən verilmiş arayışlarla da təsdiq olunur. Belə olduqda məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və maddi-texniki təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur. Məhkəmə maddi-texniki təminatla onu qeyd etməyi zəruri hesab edir ki, sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu səbəbdən, döyüş təminatı ilə bağlı tapşırıqlar yalnız əməliyyat təminatı kimi təfsir oluna bilməz. Belə ki, döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Bununla bağlı isə qeyd edilməlidir ki, iddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə münasibətdə isə onun aşbaz kimi fəaliyyət göstərməsi döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirməsini ehtiva edir. Çünki, maddi-texniki təminat, əməliyyat zamanı şəxsi heyətin geyim forması, silah və sursat, xüsusi müdafiə vasitələri, kriminalistik texnika, xüsusi rabitə avadanlığı, nəqliyyat vasitələri, onların təmiri, onların yanacaq və sürtkü materialları ilə təmin edilməsi və digər bu kimi təsərrüfattəchizat məsələlərini nəzərdə tutur, hansı ki, iddiaçı da məhz döyüş əməliyyatlarını həyata keçirən hərbi hissədə aşbaz kimi ön cəbhədə müharibə bitənə kimi əsgərlərin keyfiyyətli qidalanmasını həyata keçirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən cavabdehin iddiacıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1977-ci il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev