Məhkəmə qərarları › İş №2-1(112)-7742/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7742/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7742/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş Ukrayna Respublikasının Kivev M.EJukovski adına Milli Aerokosmik Universiteti "X3" tərəfindən verilmiş В19 seriyalı 133499 nömrəli xx.xx.2019-cu il tarixli bakalavr diplomu üzrə "menecment" ixtisasının tanınması və ekvivalenti iyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-2019-cu illərdə Ukrayna Respublikasının Kiyev M.E.Jukovski adına Milli Aerokosmik Universiteti "X3”nda təhsil almış və qeyd olunan institutun tam kursunu bitirərək “menecment” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsi almışdır. 2023-cü ildə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentinin müəyyən edilməsini xahiş etmişdir. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 13 fevral 2023-cü il tarixli, NA000063İ8 nömrəli qərarı ilə müraciəti rədd olunmuşdur. Cavabdeh imtinasını ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilməməsi və ixtisası üzrə aldığı təhsilin müddətinin Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlməməsi ilə əsaslandırmışdır. Aşağıda qeyd olunanlara əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 13 fevral 2023-cü il tarixli, NA00006318 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. İlkin olaraq təhsil aldığı dövrdə təhsil proqramını mənimsəmiş və ona Ukrayna Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş В 19 seriyalı 133499 nömrəli xx.xx.2019-cu il tarixli diplom verilmişdir. Diploma əlavədən görünür ki, təhsil müddətində təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirərək təhsilini başa vurmuşdur. İşə əlavə olunmuş ümumvətəndaş pasportunun surətində qeyd olunmuş tarixlərdən aydın olduğu kimi 2015-2016-cı tədris ilində 13 gün, 2016-2017-ci tədris ilində 27 gün, 2017-2018-ci tədris ilində 26 gün, 2018-2019-cu tədris ilində 29 gün Ukrayna Respublikasında olmuşdur. Üzrlü səbəblərdən müəyyən günlərdə dərslərdə iştirak edə bilməmişdir. Belə ki, atası - X2 2013-cü ildən əziyyət çəkdiyi Hipertoniya xəstəliyi növbəli illərdə kəskinləşmişdir və övladı olaraq onun qayğısına qalmaq üçün tez-tez Azərbaycan Respublikasında olmuşdur. Atası xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 919-1Q nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Qeyd olunanlardan da aydın olduğu kimi cavabdehin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarfnın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır.

3. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanlanan 05 sentyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Ukrayna M.E.Jukovskiy adına Milli Aerokosmik Universiteti "X3" tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 133499 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar