Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7745/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya kimi torpaq sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona kompesasiya kimi 8 sot torpağın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 30 noyabr 2007-ci il tarixdə, 1610a saylı müqaviləyə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin cənub hissəsində yerləşən 12 sot torpağı 10 (on) il müddətinə icarəyə götürmüş, daha sonra 2012-ci ildə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yuxarıda qeyd edilən torpaq layihə altına düşmüşdür. Layihəyə düşən torpağın üzərində yol tikiləndən sonra 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran- Kürdəxanı şosesi, 14-cü km., sol tərəf, “18” ünvanında 4 sot torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair RX seriyalı, ******* saylı çıxarış verilmişdir. O, 12 sot əvəzinə nə üçün 4 sot torpaq sahəsinin verilməsi ilə bağlı dəfələrlə Azərbaycan X4 Agentliyinə müraciət etmiş, 12 sot ölçüdə olan torpağın əvəzinə verilməmiş əlavə 8 sot torpağın verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq X4 Agentliyi 24 oktyabr 2019-cu il tarixdə, i-3/16-7992 saylı məktubla tələb etdiyi torpaq sahəsinin tikinti altına düşmədiyindən qeyd olunan torpaq sahəsinin verilməsindən imtina olunmuşdur. Bununla bağlı Bakı şəhəri Cavabdehnə ünvanlanmış müraciətə cavab olaraq 201 nömrəli, 28 sentyabr 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Kürdəxanı bələdiyyəsi ilə bağlanmış 30 noyabr 2007-ci il tarixdə, 1610a saylı müqaviləyə əlavə olunmuş sxemdə ayrılan 1200 kv.metr torpaq sahəsinin ərazisinin xəritəsinə istinadən nömrəsi və ölçüləri qeyd olunmalı olduğu göstərilmiş və bu səbəbdən həmin bağ sahəsinin harada yerləşməsi, torpaq sahəsinin plan-sxeminin tərtib olunmasının qeyri-mümkün olduğu bildirilmişdir. Göründüyü kimi, müqavilə üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə koordinatları ilə bağlı məlumatları əldə etmək imkanı məhdudlaşmışdır. Nəzərdə tutulan torpaq sahəsi əvəzinə ona yalnız 4 sot torpaq sahəsi verilməsi hüquqlarının və mənafelərinin pozulması ilə nəticələnmişdir. Verilməmiş 8 sot torpaq sahəsi üçün isə heç bir kompensasiya ödənilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi 0,08 ha torpaq sahəsinin verilməsi ilə bağlıdır ki, iddiaçının bu tələbi öhdəliyin icrası haqqında iddiadır. Yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə cavabdehə müraciəti 0,12 ha torpaq sahəsinin eskiz layihəsinin və sxem-planının tərtib olunması ilə bağlı olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehə müraciət etməsinə dair ərizəni təqdim etsə də, həmin ərizədən görünür ki, iddiaçı hazırkı tələblə məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı göstərilmiş hüquqi yardımdan sonra, məhkəmə icraatı gedişində, xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 6.1, 6.2 və 7-ci bəndlərinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli 1610a saylı qərardan görünür ki, Kürdəxanı qəsəbəsinin cənub hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinin X1 icarəsinə verilməsi və Kürdəxanı Bələdiyyəsi ilə X2 arasında icarə müqaviləsinin bağlanması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli 1610a saylı torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh xx.xx.2007-ci il tarixli 18 saylı protokol əsasında cənub hissədə yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçi X1 icarəsinə vermişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 282 saylı sərəncamından görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən S.Ş.Babayevaya məxsus 400.0 kv.m. torpaq sahəsinin əvəzləşdirilərək ona 400.0 kv.m. torpaq sahəsinin verilməsi, S.Ş.Babayevaya ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi və ayrılmış torpaq sahəsindən qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməsinə nəzarətin RİH-nin Təsərrüfat şöbəsinə və Kürdəxanı qəsəbə nümayəndəliyinə tapşırılması qərara alınmışdır. Həmin sərəncamda qeyd edilmişdir ki, Nazirlər Kabinetindən Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2014-cü il tarixli 25/3-36 saylı siyahıda S.Ş.Babayeva Kürdəxanı qəsəbəsi üzrə 6-cıdır və onun yolun tikintisi altına düşən torpaq sahəsi 400 kv.metrdir. Azərbaycan X4 Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Kürdəxanı-Pirşağı hissəsinin tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən və vətəndaşların istifadəsində olan torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növü üzrə məlumatların toplanması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən icra olunmuşdur. Qeyd olunan layihə çərçivəsində yolun tikintisi altına düşən və vətəndaşların istifadəsində olan torpaq sahələrinin ölçülərinin və sahiblərinin qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyən edilməsi və siyahıya alınması yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən həyata keçirilmişdir. Beləliklə, tərtib olunmuş siyahı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.2014 tarixli 274s saylı sərəncamı ilə plana düşmüş torpaq sahiblərinə Sabunçu rayonu ərazisində bağçılıq məqsədilə yol tikinti altına düşən ölçülərdə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq qurumlara göstəriş verilmişdir. Həmin Sərəncamın icrası ilə əlaqədar İddiaçı icarəsində olan və tikinti altına düşmüş 4 sot torpaq sahəsi əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Xidməti tərəfindən **********32 reyestr nömrəli 21 fevral 2018-ci il tarixli çıxarışla qeydiyyata alınmışdır. Azərbaycan X4 Agentliyinin Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyət göstərdiyi, İddiaçı istifadəsində olmuş torpaq sahəsinin əvəzləşdirmə qaydasında dövlət ehtiyacları üçün alındığı və vətəndaşlara torpaq sahələrinin ayrılması səlahiyyətinin Agentliyə aid olmamasından aidiyyəti sənədlər Agentlikdə mövcud deyildir. Beləliklə, istinad olunan sənədlərdən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yalnız 400 kv.metr hissəsi dövlət ehtiyacları üçün alınmışdır. Həmçinin bu zaman alan orqan qismində Cavabdeh çıxış etməmiş, torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı onun üzərinə hər hansı bir vəzifə qoyulmamışdır. Belə olan halda aydındır ki, iddiaçının ona ayrılmış torpaq sahəsinin alınmasına görə kompensasiya kimi əlavə torpaq sahəsinin verilməsi tələbinə münasibətdə Cavabdeh qismində çıxış edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7745/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7745/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver