Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7749/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı dövlət qulluğu stajının tanınması və müsahibəyə buraxılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi və bununla bağlı olaraq onun Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibəyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 sentyabr 2007-ci il tarixində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Baş mütəxəssis vəzifəsinə təyin olunmuş, daha sonra isə 07 yanvar 2008-ci il tarixindən aparıcı məsləhətçi vəzifəsinə keçirilərək orada işini davam etdirmişdir. 07 yanvar 2008-ci il tarixində o, yeni inzibati vəzifəyə təyin olunan zamanı təyinat və onun müvafiq məlumatları X9 üzrə Komissiyaya göndərilmiş və Komissiya onun təyinatı ilə bağlı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə heç bir narazılığını bildirməmişdir. Bundan sonra isə 21 iyul 2014-cü ilədək çalışdığı müddət ərzində dövlət qulluğu üzrə 2-ci dərəcə dövlət qulluqçusu (19 mart 2008-ci il tarixli) və 1-ci dərəcə dövlət qulluqçusu (12 oktyabr 2011-ci il tarixli) ixtisas dərəcələri almış, həmçinin qeyd olunan müddət ərzində dövlət qulluqçusuna verilməli olan bütün imkanlardan (vəzifə maaşı, mükafat, müavinət, məzuniyyət və s) istifadə etmişdir. O, dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə 21 iyul 2014-cü il tarixindən həmin təşkilatda sektor müdiri vəzifəsinə təyin olunmuşdur. Sonuncu vəzifədə 18 dekabr 2017-ci il tarixinədək çalışmış, eyni zamanda dövlət qulluğunun kiçik müşaviri (15 oktyabr 2014-cü il tarixli) ixtisas dərəcəsi almışdır. O, 19 dekabr 2017-ci il tarixindən 2 il müddətində, yəni 19 dekabr 2019-cu il tarixinədək dövlət qulluqçularının ehtiyat kadrları siyahısında (Dövlət başçısının Fərmanına əsasən dövlət orqanının ləğvi ilə əlaqədar olaraq) olmuş və qeyd olunan müddət ərzində dəfələrlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarından aidiyyəti təsnifat üzrə vəzifəyə təyinatla bağlı təkliflər almışdır. Qeyd olunmalıdır ki, hər zaman tərəfindən dim.gov.az internet portalından istifadə zamanı X1 üzrə elektron xidmətlər bölməsindən “Dövlət qulluqçularından reyestrdən məlumatların verilməsi” alt bölməsində onun dövlət qulluğu staj müddəti 10 il 3 ay 0 gün (18 Sentyabr 2007-18 dekabr 2017) qeyd olunduğunu görmüşdür. Sonuncu dəfə Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibə üzrə iştirakı ilə bağlı aidiyyəti üzrə sənədlərini cavabdehə təqdim etsə də, sonuncu tərəfindən ümumi müsahibədə iştirak istəyinə 16 mart 2022-ci il tarixli elektron məktubla imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir (ümumi müsahibədə iştirakla bağlı ən azı 5 il dövlət qulluğunun olması qeyd olunmuşdur). Xüsusilə vurğulanmalıdır ki, X11 tərəfindən onun dövlət qulluğunda staj müddətini cəmi 3 il 4 ay 27 gün, yəni yalnız sonuncu vəzifə üzrə təyin olunmanı və azad olmanı (21 iyul 2014 - 18 dekabr 2017) staj müddəti kimi nəzərə almışdır. Qeyd olunan hallardan da göründüyü kimi X11 yalnız dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçdikdən sonra onun dövlət qulluğunda stajını dövlət qulluğu stajına hesablamışdır. Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçməzdən əvvəlki dövrdə dövlət qulluğunda onun çalışmasını isə dövlət qulluğu stajına hesablamamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci il tarixində qəbul olunsa da, həmin Qanun işləməmişdir. X9 üzrə Komissiya 2007-ci ildə fəaliyyət göstərsə də, bu bütün sahələri əhatə etməmişdir və o dövlət qulluğuna bütünlüklə qəbulu həyata keçirmək üçün resursa malik olmamışdır. O, 18 sentyabr 2007-ci il və 07 yanvar 2008-ci il tarixlərində dövlət qulluğuna ərizə və əmr əsasında qəbul olunmuşdur. O, 21 iyul 2014-cü il tarixində Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə sektor müdiri vəzifəsində fəaliyyətini 18 dekabr 2017-ci il tarixinə qədər davam etdirmişdir. O, Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə dövlət qulluğunda çalışmaq üçün ümumi müsahibə üzrə iştirakı ilə bağlı sənədlərini X10 təqdim etsə də, sonuncu tərəfindən onun ümumi müsahibədə iştirak istəyinə imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir. Halbuki, cavabdehin mübahisələndirdiyi onun dövlət qulluğuna qəbulu heç bir halda nə etibarsız hesab edilmiş, nə də ləğv edilmişdir, nə də o vəzifəyə təyin olunduqda bundan xəbəri olsa da, ona etirazını bildirməmişdir. Aşağıda qeyd olunan hallara görə cavabdehin qeyd olunan mövqeyini əsaslı və qanuni hesab etmir. Əvvələn o qeyd olunmalıdır ki, münasibətləri tənzimləyən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci il tarixində qəbul olunsa da, həmin qanunun icrası (ilkin müsabiqənin keçirilməsi) yalnız X9 üzrə Komissiya tərəfindən 2007-cı ildən yerinə yetirilməyə başlamışdır. Bu sözləri milli.az (https://news.milli.az/society/240759.html) saytında müsahibəsi dərc olunmuş X9 üzrə Komissiyanın həmin dövrkü rəhbəri Bəhram Xəlilov bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, “Dövlət Qulluğuna qəbulla bağlı bu bizim ilk təcrübəmiz idi və bu günə kimi 15 müsabiqə keçirmişik”. Dövlət strukturunda aparılmış dəyişikliklərə əlaqədar X9 üzrə Komissiyanın hüquqi varisi hazırkı iddiada cavabdeh olan X8. Bu hallardan isə görsənir ki, hazırkı iddia üzrə cavabdeh təsdiq edir ki, onun istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2007-ci ilədək işləməmişdir. Hətta 2007-ci ildən sonra belə tam işləməmişdir. Bu hal isə təbiidir, çünki yeni qurulmuş və dövlətçilik ənənəsi yavaş- yavaş yaranan Respublikamızda 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 22 il ərzində 80 dəfə dəyişiklik olmuşdur. Bu isə qeyd olunan Qanunun 2007-ci ildə tam şəkildə işləməsinin mümkün olmamasına bir daha sübutdur. Yuxarıda qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunsa da, müəyyən obyektiv hallara görə işləməmiş, hətta onun işə qəbul olunduğu 2007-ci ildə belə, həmin Qanunun icrasını təmin edən orqan formalaşmağa başlasa da o, kifayət qədər resursa malik ola bilməmişdir ki, Azərbaycan Respublikasında olan bütün dövlət orqanlarını dövlət qulluğu üzrə işə qəbul etmək üçün müsabiqə və müsahibə keçirsin. Bu baxımdan da Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həmin vaxt öz fəaliyyətini normal qaydada təmin etmək üçün onu dövlət qulluğuna qəbul etməsi tam qanuni idi. Çünki “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində göstərilir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin o, vəzifəyə təyin olunan zamanı təyinat və onun müvafiq məlumatları X9 üzrə Komissiyaya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən göndərilmiş, cavabdeh isə onun təyinatı ilə bağlı heç bir narazılığını bildirməmişdir. Onu 18 sentyabr 2007-ci il tarixində dövlət qulluğuna qəbul edən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həmin vaxt öz fəaliyyətini normal qaydada təmin etmək üçün X9 üzrə Komissiyanın öz fəliyyətini tam gücü ilə bərpa etməsini və daha mühüm dövlət orqanlarını dövlət qulluqçusu ilə təmin etmək üçün müsabiqə və müsahibə keçirməsini gözləmək, sonra isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini işçi ilə təmin etmək imkanı yox idi. Hətta gözləsə belə, bu məntiqi addım olmazdı və Azərbaycan Respublikasının dövlət və ictimai maraqlarına zidd olardı. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə bağlı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Dövlət qulluğuna dair qanunvericiliyə əsasən aşağıdakı şəxslər ümumi müsahibədə iştirak etmək hüququna malikdirlər: - həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün hazırda dövlət orqanında inzibati dövlət qulluğu vəzifəsində qulluq keçməklə inzibati vəzifə üzrə ixtisas dərəcəsinə malik olmalıdırlar. -azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olmalıdırlar. prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün hazırda qeyd edilən dövlət orqanlarında qulluq (xidmət) keçməklə xüsusi (hərbi, diplomatik) rütbəyə malik olmalıdırlar. - prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün qeyd edilən dövlət orqanlarında xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə azı 5 il qulluq (xidmət) stajına malik olmalıdırlar. İddiaçı ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olma tələbinə cavab verməlidir. Bununla bağlı bildirilir ki, dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində inzibati vəzifələrin 5-ci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X11 tərəfindən aparılan məlumat bazalarında İddiaçı həmin tarixdə dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmişdir. Beləliklə İddiaçı 2008-2014-cü illərdə çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. İddiaçı 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə-təsərrüfat şöbəsində Maliyyə-mühasibat sektorunun müdiri vəzifəsinə təyinatı aparılarkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmiş, iddiaçı müsabiqədə iştirak edərək həmin vəzifəyə təyin edilmişdir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə dövlət qulluqçusu statusunu 2014-cü ildə əldə etmişdir, onun dövlət qulluğuna 2017-ci ildə xitam verilmişdir. İddiaçı dövlət orqanında inzibati vəzifədə qulluq stajı hesablanarkən məhz qeyd edilən müddət nəzərə alınır. Bu müddət (cəmi 3 il 4 ay 28 gün) isə ümumi müsahibədə iştirak etmək üçün tələb edilən dövlət orqanında inzibati vəzifədə 5 il qulluq stajına malik olma tələbini ödəmədiyinə görə İddiaçı ümumi müsahibədə iştirak etmək hüququna malik deyil. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü - yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Dövlət qulluğuna dair qanunvericiliyə əsasən aşağıdakı şəxslər daxili müsahibədə iştirak etmək hüququna malikdirlər: 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması ilə bağlı elan edilən daxili müsahibələrdə Azərbaycan Respublikasının vətəndaşları; 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü - yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması ilə bağlı elan edilən daxili müsahibələrdə həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları; ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq elan edilən daxili müsahibələrdə həmin dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər. İddiaçı E.M.Məmmədov hazırda dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçusu və dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs statusuna malik olmadığından, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı elan edilən daxili müsahibələr (həmin vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verdiyi halda) istisna olmaqla, daxili müsahibələrdə iştirak etmək hüququna malik deyil. Əlavə olaraq bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qanundan da göründüyü kimi qanunverici şəxsin (dövlət qulluqçusunun) dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş olmasını vurğulamaqla,“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda artıq qeyd olunduğu kimi İddiaçı 2008-ci ildə dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən həyata keçirilmişdir. İddiaçının dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edilməsi məsələsinə X11 tərəfindən münasibət bildirilməməsi haqqında iddiasını əsassız hesab edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. "Azərbaycan Respublikasının X11 publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X11 publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikasının X11 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikasının X11 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X11 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar X11 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu hallarını müəyyən etmiş və bu pozuntu hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Eyni zamanda Nizamnaməsinə uyğun olaraq yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermişdir. Qeyd edilən araşdırmalar aparılarkən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi artıq dövlət orqanı statusunda fəaliyyət göstərmirdi. Belə ki, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılmışdır. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X3 vakant inzibati vəzifələrin tutulması üçün xx.xx.2022-ci il tarixdə elan edilmiş ümumi müsahibədə iştirakla bağlı müraciət etdiyi vaxt ümumi müsahibədə iştirak etmək hüququna malik olubolmamasının müəyyənləşdirilməsi məqsədilə sənədləri araşdırılarkən məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq İddiaçı “müsahibəyə buraxılma” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın “müsahibəyə buraxılma” hissəsinin rədd olunması barədə qərar, iddianın “07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi” hissəsində isə cavabdehlik daşımadıqlarından mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7749/2022 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi “onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.2007-ci il tarixli, ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu idarəsində İnformasiya texnologiyaları və elmi tədqiqatlar şöbəsinin Tarixi və arxeoloji tədqiqatlar sektorunda baş mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə İnformasiya texnologiyaları və elmi tədqiqatlar şöbəsinin İqtisadiyyat, mülkiyyətin idarə olunması və maliyyə şöbəsinin maliyyə-mühasibat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə ona 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu idarəsinin 2009-cu il 22 aprel tarixli, 39 nömrəli əmri ilə idarə aparatının yeni sturukturunun və ştat cədvəlinin təsdiq edildiyini nəzərə alaraq İqtisadiyyat, mülkiyyətin idarə olunması və maliyyə şöbəsinin maliyyə-mühasibat sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilərək Maliyyə-mühasibat sektorunun aparıcı məsləhətçisi təyin edilmiş, xx.xx.2011-ci ildə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2014-cü ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.6-cı maddəsinə uyğun olaraq Maliyyə təsərrüfat şöbəsinin Maliyyə-mühasibat sektorunun müdiri təyin edilmiş, xx.xx.2014-cü ildə “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmiş, xx.xx.2017ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin ləğvi ilə əlaqədar Maliyyə-Təsərrüfat şöbəsinin Maliyyəmühasibat sektorunun müdiri vəzifəsində dövlət qulluğuna xitam verilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli, 157-3 nömrəli Fərmanına müvafiq olaraq xx.xx.2017-ci il tarixdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdir müavini-baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən 3 (üç) ay müddətinə Azərbaycan Respublikası KTN yanında Aqrar Xidmətin Agentliyinin Maliyyə və təsərrüfat şöbəsinin Təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərşəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisi tərəfindən verilmiş 18 sentyabr 2007-ci il tarixli, 49 nömrəli əmrin surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı 18 sentyabr 2007-ci il tarixdən İnformasiya texnologiyaları və elmi-tədqiqatlar şöbəsinin Tarixi və arxeoloji tədqiqatlar sektoruna baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərşəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisi tərəfindən verilmiş 07 yanvar 2008-ci il tarixli, 03 nömrəli əmrin surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı 07 yanvar 2008-ci il tarixdən İnformasiya texnologiyaları və elmi-tədqiqatlar şöbəsinin Tarixi və arxeoloji tədqiqatlar sektorunun baş mütəxəssisi vəzifəsindən azad edilərək həmin tarixdən İqtisadiyyat, mülkiyyətin idarə olunması və maliyyə şöbəsinin Maliyyə-mühasibat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərşəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 01/xx-xx/1226 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər'’ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 01 və 23 aprel 2014-cü il tarixlərdə elan edilmiş müsabiqədə iştirak edərək vakant dövlət qulluğu vəzifələrinə uyğun hesab edilmiş namizədlərin sənədlərini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən İdarəyə təqdim edilir. Xahiş edilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq on iş günü ərzində müsabiqədə vakant dövlət qulluğu vəzifələrinə uyğun hesab edilmiş namizədlərin təyinatlarına dair qəbul edilmiş qərar barədə Komissiyaya məlumat verilsin (əmrin surəti ilə birlikdə). - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiyanın test imtahan nəticələri haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə (vəzifə kodu 148009) keçirilmiş test imtahanında iştirak etmiş, 77 yekun bal ilə iddia etdiyi 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamış, müsahibə mərhələsinə buraxılmışdır. - Həmin məktuba əlavə edilmiş 01 və 13 aprel 2014-cü il tarixdə elan edilmiş müsabiqədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə vakant dövlət qulluğu vəzifələrinə uyğun hesab edilmiş namizədlərin siyahısından görünür ki, İddiaçı 77 test imtahan balı, 16 müsahibə balı ilə Maliyyə-təsərrüfat şöbəsi, Maliyyə-mühasibat sektoru, sektor müdiri vəzifəsinə uyğun hesab edilmişdir. - Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında X9 üzrə Komissiyaya ünvanlanmış 04/13/506 nömrəli, xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında X9 üzrə Komissiyas tərəfindən keçirilən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd Məmmədov X5 2014-cü il 21 iyul tarixli 142 nömrəli əmrinə əsasən vakant olan vəzifəyə təyin edilmişdir. - xx.xx.2022-ci il tarixdə X7 rəsmi saytından çıxarılmış dövlət qulluqçusunun anketindən görünür ki, iddiaçının xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu İdarəsi/ Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu İdarəsinin aparatında baş mütəxəssis işlədiyi dövr, xx.xx.2008-xx.xx.2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu İdarəsində aparıcı məsləhətçi işlədiyi dövr, xx.xx.2014cü ildən xx.xx.2017-ci ilə kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu İdarəsi/ Nazirlər Kabineti yanında “İçərişəhər” X13 Qoruğu İdarəsinin aparatı/Maliyyə Təsərrüfatı şöbəsi/Maliyyə mühasibət sektorunda sktor müdiri işlədiyi dövr dövlət qulluğu stajına daxil edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə kimi “İçərişəhər” X13 Qoruğu İdarəsində şöbə müdiri müavini işlədiyi dövr və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi / Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi/ Maliyyə və təsərrüfat şöbəsi/ Təsərrüfat sektorunda sektor müdiri işlədiyi dövr dövlət qulluğu stajına daxil edilməmişdir. - Həmçinin həmin anketdən görünür ki, İddiaçı xx.xx.2008-ci ildə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2011-ci ildə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi və xx.xx.2014-cü ildə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. - xx.xx.2022-ci il tarixdə X7 rəsmi saytından çıxarılmış xx.xx.2022-ci il tarixdə elan olunmuş Dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanlarında iştirak etmək üçün edilmiş müraciətlərin siyahısından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Maliyyə və təsərrüfat şöbəsi Təsərrüfat sektorunda sektor müdiri vəzifəsi üzrə ümumi müsahibədə iştirak etmək üçün müraciət etmiş, ona Dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməsi səbəbindən müraciətinə imtina edilmişdir. - Azərbaycan Respublikası X11 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-1012 nömrəli məktubdan görünür ki, X11 “Dövlət qulluqçularının Reyestri” informasiya sistemini ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiyadan 2017-ci ilin fevral ayında təhvil almışdır. Müəyyən edilmişdir ki, həmin dövrdə təhvil alınmış Reyestrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən sistemə ilk dəfə daxil edilmə tarixlərinin qeydiyyatı mövcud olmamışdır. Bu səbəbdən İddiaçı haqqında məlumatların çalışdığı dövlət orqanı tərəfindən "Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə ilk dəfə daxil edilməsinin tarixi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. - “İçərişəhər” X13 Qoruğu İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 04/13/272 nömrəli məktubdan görünür ki, İddiaçı (FİN 201J0VR) dair Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində müvafiq məlumatların ilk dəfə nə vaxt daxil edilməsi barədə sənədlər və məlumatlar İdarədə mövcud deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. - 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. - 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. - 28.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. - 28.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. - 28.4-ci maddəsinə əsasən müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. - 28.5-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. - 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olubolmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. - 28.8-1-ci maddəsinə əsasən bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir. - 28.9-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. - 28.10-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. - 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1–5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. 1–5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü – yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın: - 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. - 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. - 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Qeyd olunan normalardan göründüyü kimi İddiaçı ümumi müsahibədə iştirak etmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olması tələb olunur. Hazırki iş üzrə İddiaçı xx.xx.2008-ci ildə dövlət qulluğuna "Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla qəbul edilməsi, xx.xx.2014-cu ildə isə "Dövlət qulluğu haqqında” Qanunun tələblərinə riayət edilməklə dövlət qulluğuna qəbul edilməsi və həmin vaxtdan dövlət qulluqçusu statusu alması, həmin statusa xx.xx.2017-ci ildə xitam verilməsi müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyi dövlət qulluqçusu kimi qulluq stajı müddət isə tələb olunan 5 il qulluq stajından az olmaqla 3 il 4 ay 28 gün təşkil edir. Belə olan halda İddiaçı dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçusu və dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs statusuna, həmçinin 5 il qulluq stajına malik olmadığından cavabdeh inzibati orqan tərəfindən müsahibəyə buraxılması qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7749/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7749/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver