Məhkəmə qərarları › İş №2-1(112)-775/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-775/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-775/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi-X5 iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat idarəsinə (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin imtina edilməsinin qeyriqanuni hesab edilərək, onun xx.xx.1977-xx.xx.1980, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə işlədiyi illəri əmək stajına daxil edilməklə ona 13 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün almadığı ayların birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya pensiya hüququ yarandığı 13 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1962-ci ildə Dəvəçi (indiki Şabran rayonu) rayonunun Eynibulaq kəndində doğulmuşdur. 57 yaşından yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinə təqdim etmişdir. “ASAN xidmət “mərkəzi ona pensiya təyin edilməsi üçün qəbul etdiyi sənədləri yeni yaradılmış DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi ona xx.xx.2019-cu il tarixdə **********7 nömrəli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. O, ilk əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdən Siyəzən üzümçülük sovxozunda başlamış və xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixdə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Şabran rayon Dövlət Arxivi tərəfindən xx.xx.2019-cu il tarixli 158 nömrəli arayış verilib. Ondan sonra xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xitmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə (xx.xx.1983 - xx.xx.1984, xx.xx.1984 - xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1984 - xx.xx.1985, xx.xx.1985-xx.xx.1985, xx.xx.1985 xx.xx.1986, xx.xx.1987- xx.xx.1987, xx.xx.1987- xx.xx.1988 ( arayış ) ,xx.xx.1988 xx.xx.2001, xx.xx.2001-xx.xx.2003 (xəstə oğluna qulluq), xx.xx.2003 - xx.xx.2004, xx.xx.2004 - xx.xx.2007, xx.xx.2008 - xx.xx.2008, xx.xx.2008- hal - hazıra kimi) işləmişdir. Bütün qeyd olunan iş stajlarını topladıqda xx.xx.2006-cı il tarixə kimi 26 il 09 ay 09 gün təşkil edir və bu da ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “ b ” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü i! tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüquq verir. xx.xx.2001 - xx.xx.2003-cü ilə kimi və xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixə kimi oğlu X6 xəstə olduğu üçün ona qulluq etmiş və həmin dövrlərdə işləməmişdir. Uşağa qulluq etdiyi dövrün (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa) əmək stajı sayılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü bəndində də qeyd olunmuşdur. Bundan başqa xx.xx.1988-xx.xx.1995-ci illərdə “Siyəzənneft “NQÇİ-də kran maşinisti və xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə kimi “Azneftlayihətikinti" Birliyinin Siyəzən Tikinti Quraşdırma Sahəsində 5-ci dərəcəli krançı vəzifələrində, xx.xx.2003-xx.xx.2003-cü illərdə "xxxx" ASC-də qazla metal kəsici, xx.xx.2003-xx.xx.2004-cü illərdə kran sürücü, xx.xx.2004-xx.xx.2007-ci illərdə X15 kran sürücü vəzifələrində işləmişdir. İşlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və 23 yanvar 2007-ci il 12 nömrəli qərarı üzrə təsdiq olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazlarında göstərmişdir ki, İddiaçı İdarəyə qarşı “güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dairiş yerinin arayışı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununu 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qazkondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) krançı, kran maşinisti vəzifələri nəzərdə tutulmamışdır, metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) isə kran maşinistləri (krançılar) və metallurgiya istehsalatının kran maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı idarəyə təqdim etdiyi “Siyəzənneft” NQÇİ-nin iddiaçıya dair xx.xx.2019-cu il tarixli AB-04/311 nömrəli müvafiq arayışında 27 05.1988-19.10 1995-ci il tarixləri arasındakı dövr ərzində kran maşinisti, SOCAR-ın Baş ofisinin xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00363 nömrəli arayışında isə 1995-cı ilin oktyabr ayından, 2000-ci ilin sentyabr ayınadək müvafiq olaraq maşinist-krançı, krançı, kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin vətəndaşın İT-10688020 nömrəli əmək kitabçasında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də körpülü kran maşinisti, xx.xx.2004-01.012006-cı il tarixləri arasındakı dövr ərzində isə “X17" MMC-də Təkrarqarametal Tədarükü sahəsində kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının “Siyəzənneft” NQÇİ-də işlədiyi vəzifələr, "xxxx" ASC-də və “X17” MMC-də isə işlədiyi sahə Siyahıda qeyd olunan vəzifə və sahəyə uyğun deyil. Həmçinin iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olur ki, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili QurbanovFərid Faiq oğlu məhkəmə iclasında verdiyi izahatında iddianı müafiə edərək, göstərdi ki, iddiaçının işlədiyi sahə, tikintidə xüsusi ilə də hündür mərtəbəli yaşayış binalarının tikintilərində istifadə olunan ağır yüklərin qaldırılmasında istifadə olunan kranların idarə olunmasıdır. Həmin texnikanın adına isə “Kopyor” deyilir. İddiaçının vəzifəsi də “Kopyor” maşinisti adlanır. Qeyd olunan Nazirlər Kabinetinin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təshizatı, bərpası və təmirinə aid 29-cu maddəsinin a) bəndində sıralanan zərərli sahələrdən olaraq kopyorçular, kopyor maşinistləri kimi fəaliyyət sahələri göstərilib. İddiaçının nümayəndəsi və vəkili qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianı təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-X10 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Dəvəçi rayonu Eynibulaq kəndində doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1982-ci ildə RHK-da qeydiyyata alınması tapşırılmışdır. Ukrayna SSR X2 zavodu tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı 02 sentyabr 1987-ci ildən 29 fevral 1988-ci il tarixindək X2 zavodunda kran sürücü vəzifəsində işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli 158 saylı arxiv çıxarışından və məhkəmənin müvafiq sorğusuna əsasən Şabran rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 04 № li məktubu ilə məhkəməyə göndərilmiş həmin arxiv çıxarışının verilməsinə əsas olmuş sənədlərdən müəyyən olunur ki, 1962-ci il təvəllüdlü İddiaçı ərizəsinə əsasən müvəqqəti olaraq xx.xx.1977-ci il tarixdən 8 saylı üzümçülük briqadasına fəhlə qəbul edilməsi və 26 oktyabr 1980-cı il tarixli 187 №-li əmr ilə 11 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı Sovet ordusu sıralarına çağrıldığı üçün iki həftəlik posobiya vermək şərti ilə 26 oktyabr 1980-cı il tarixdən işdən azad edilmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1983cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı Sovet ordusu sıralarında xx.xx.1980-cı ildən xx.xx.1982-ci il tarixədək qulluq etmişdir (H3 ******* №li hərbi bilet). xx.xx.1983-cü ildə “Kaspnefteqazflot İdarəsinə SİKP 50 illiyi TMS-də matros şagirdi kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə 2-ci sinif matros vəzifəsinə köçürülmüş, xx.xx.1984-cü ildə SSRİ-NİN ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Siyəzən Qazma İdarəsində 3 dərəcə qazma qurğularına xidmət vəzifəsində işləmiş; xx.xx.1984-cü il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə üçüncü dərəcəli takelajçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə Uralsk şəhərinə SSRİ-nın sənaye tikintisinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək müvəqqəti olaraq 4 dərəcəli bənna vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək TSMS trestinin Tikinti materialları və konstruksiyaları kombinatında 3-cü dərəcəli suvaqçı rəngsaz vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən TSBİ sexin 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmişdir, xx.xx.1986-cı il tarixdə JBİ sexinə 4-cü dərəcəli krançı vəzifəsinə köçürülmüş və xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Sovet rayonu Novorossiysk xüsusi təsərrüfatının avtomobil qarajında sürücü vəzifəsində işləmiş, xx.xx.1988-ci il tarixdə 4-cü dərəcəli krançı vəzifəsinə qəbul olunur, xx.xx.1991-ci il tarixdə 5-ci dərəcəli krançı ixtisası verilir, xx.xx.1995-ci il tarixdə “Azərneft” Layihə Tikinti Birliyinin tabeçiliyində yeni yaradılmış təsərrüfat hesablı Siyəzən TQS-yə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən “Azərneftlayihə” tikinti birliyinin Syəzən TQS köçürmə yolu ilə 5-ci dərəcəli krançı kimi işə qəbul olunmuş və xx.xx.2001-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-nin 2-ci sahəsi, səyyar briqadaya qazla metal kəsici; xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-nin Keşlə sexinə körpülü kran sürücüsü; xx.xx.2004cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Təkrarqarametaltədarükü” (X17) (Keşlə sahəsi və Yayma sexində) kran sürücüsü; xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-nin 1 saylı Metaləritmə sexində kran maşinisti; xx.xx.2008-ci il tarixdən “X16” Şirkəti Nəqliyyat sexinə buldozerçi vəzifəsinə işə qəbul olunub, xx.xx.2009-cu il tarixdə quyuların yeraltı və əsaslı təmir sexinə körpülü kran maşinisti vəzifəsinə keçirilib və hal hazırda işləyir. SOCAR“Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma İdarəsinin AB- 04/311 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 104/k nömrəli xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək “Siyəzənneft” NQÇİ-də kran maşinisti işində işləməklə iş stajı 07 il 04 ay 20 gün təşkil edir. 1988-ci ildə “Siyəzənneft” NQÇİ-nin Tikinti Quraşdırma Sahəsində sahə rəisi vəzifəsində işləmiş, X7, mühasib X1, çilingər X3 iştirakı ilə tərtib olunmuş və “Siyəzənneft” NQÇİ-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 1988-ci il 2001-ci il ərəfəsində İddiaçı yüksək mərtəbəli binalrın tikintisində qülləli kranda 5-ci dərəcəli krançı vəzifəsində işləmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququverən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi müraciətçinin ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanuun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ayartırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7,15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri(...) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərtnəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. Habelə, sosial sığorta stajına 1992-ci il yanvarın1- dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrünün də daxil edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 (iyirmi beş) il, 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: XXVİİ bölmə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi (kod 22900000 ), kopyorçular-kod 2290000a-13121 və kopyor maşinistləri kod 2290000a- 13783. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 13 (on üç) il, 11 (on bir) ay, 13 (on üç) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanuna uyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi ŞərtlərləTəyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar