Məhkəmə qərarları › İş №2-1(112)-775/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-775/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-775/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən, yəni 21.03.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçı 01.09.1977-ci ildən 25.06.1980-cı ilə qədər 61 №-li Texniki Peşə məkətəbində təhsil almışdır. Daha sonra 07.08.1980-cı ildən 02.10.1980-cı ilə qədər Qaradağ Tikinti Materialları Kombinatında işləmişdir. Sonra isə 13.10.1980-cı ildən 21.10.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra 23.11.1982-ci ildən 20.08.2001-ci ilə qədər Qaradağ Tikinti Materialları Kombinatında maşinist, fəhlə, növbə ustası, sex rəisi, 01.09.2001-ci ildən 09.06.2005-ci ilə qədər daş kəsən maşın maşinisti, 01.07.2005-ci ildən 26.12.2005-ci ilə qədər X4 Stansiyasında kran drizun maşinisti vəzifəsində işləmişdir, 03.01.2006-cı ildən hazırkı vaxta qədər isə “Rəhimli” firmasında SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı tamamlandığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 30 il 9 ay 20 gün ümumi iş stajı, 14 il 10 ay 6 gün zərərli iş stajı tamamlanmışdır. Zərərli iş stajı təsdiq edən “Rəhimli” firması tərəfindən müvafiq arayış verilmişdir. İddiaçı 57 yaşının tamam olan tarixdən, yəni 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 28.12.2019-cu il tarixli **********7 №-li imtina məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd olunmuşdur. Halbuki, pensiya kapitalının nəzərə alınması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixdən sonrakı redaksiyasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh iddiaçının hazırkı iddiası ilə aşağıdakı səbəblərdən razı deyil. İddiaçı iddia edir ki, 01 yanvar 2006-cı il tarixədək 30 il 09 ay 20 gün ümumi, 14 il 10 ay 6 gün xüsusi/güzəştli iş stajı toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə əsasən ona əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 57 yaşdan, yəni 21 mart 2019-cu ildən təyin edilməlidir. İdarənin 28.12.2019-cu il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İdarənin imtinası ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12 il 6 ay müəyyən edilmişdir. Lakin idarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. ƏPQnin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyil. İdarənin imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 57 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQnin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 57 yaşının tamam olduğu 21.03.2019-cu ildə, 64 il olmuşdur. ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 228 aya (144 ay + 84 ay) bölünməlidir. 84 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 57 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 64 il ay arasındakı fərqdir (64 il - 57 il = 7 il ) Beləliklə, iddiaçıya aid fərdi hesabdakı məbləği 228 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan və minimum pensiya təyin edilməsinə imkan vermir. İddiaçı 21 may 1962-cı il təvəllüdlüdür; yəni ƏPQ-nin 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdı. İddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. Sonda cavabdehin nümayəndəsinin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı 11.03.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 29 dekabr 2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi 11 dekabr 2019-cu il tarixli güzəştli arayışlardan görünür ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001ci il). X4 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 12 №li 23.01.2007-ci il tarixli qərarına əsasən qeyd olunan peşədə şifrə 2010100a-13749, şifrə 20101006-24043, şifrə 20101006-24125 işləyənlər güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu hal-hazırda “Rəhimli” firmasında SM-89 markalı daş-kəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi 15 sentyabr 2019-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a-23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a-13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749). X4 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il) (şifrə 2010100a-13790). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il) (şifrə 2010100a-13749). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 320 nömrəli 21.06.1993-cü il tarixli qərarına əsasən qeyd olunan peşədə işləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu hal-hazırda “Rəhimli” firmasında SM-89 markalı daşkəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi güzəştli arayışdan görünür ki, iddiaçı 17.01.1985ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il) (şifrə 2010100a-13749). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il) (şifrə 2010100a). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a-23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a-13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749). X4 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il) (şifrə 2010100a-13749). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 320 nömrəli 21.06.1993-cü il tarixli qərarına əsasən qeyd olunan peşədə işləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu hal-hazırda “Rəhimli” firmasında SM-89 markalı daşkəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - İddiaçıya məxsus 10 oktyabr 1980-ci il tarixdə tərtib edilmiş HЗ seriyalı ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 oktyabr 1980-ci il tarixdən 28 oktyabr 1982-ci il tarixə qədər SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus olmaqla 30 avqust 1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı Qaradağ TMK ( Tikinti Materiallar Kombinatına) işə qəbul olunana qədər 01.09.1977-ci il tarixindən 25.07.80-ci il tarixə qədər 61 saylı ŞTPM-də oxuyub, 07.08.1980-ci il tarixli 61 saylı ŞTPM təyinatı üzrə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr No.61-k 7.08.80-ci il). 02.10.1980-ci Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilmişdir (Əmr No.80-k 2.10.80-ci ildən), 13.10.1980-cı ildən Sovet Ordusu sıralarında xidmət etmişdir (H/bilet H3 № 4238024). 23.11.1982-cü il tarixdən 4-cü dərəcəli ekskavator maşinist köməkçisi vəzifəsinə (Əmr No.85-k 23.11.82-ci ildən), 25.11.1982-ci il tarixdən 23.11.82-ci il tarixli 85-k saylı əmrin dəyişməsi ilə bağlı köməkçi təsərrüfatın inkubator sexinə 4-cü dərəcə üzrə operatoru qismində işə qəbul olunmuşdur. (Əmr 86/k 26.11.82-ci ildən), 18.10.1983-cü il tarixdən qaraja avtoyükləyici sürücüsü keçirilmişdir (Əmr 79/k 18.10.1983-cü ildən), 17.01.1985-ci il tarixdən 12 saylı dağ sexinə 4cü dərəcəli maşinist köməkçisi keçirilmişdir. (Əmr 4/k 17.01.85-ci ildən), 05.02.1985-ci il tarixdən 12 saylı sexdə 3-cü dərəcəli yol işçisi keçirilmişdir (Əmr 8/k 16.10.86-cı ildən), 16.10.1986-ci il tarixdən 2a saylı dağ sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (Əmr 82/k 16.10.1986-cı ildən), 01.03.1991-ci il tarixdən o, Vulkan Tikinti Materialları Kombinatının 1 saylı dağ-mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci il tarixdən o, 1 saylı dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci il tarixdən 1 saylı dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il). X4 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 03 03.01.2006-cı il). - “Rəhimli” firmasının İddiaçı “sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə” məlumatdan görünür ki, iddiaçı Qaradağ TMK (Tikinti Materiallar Kombinatına) işə qəbul olunana qədər 1.09.1977-ci il tarixindən 25.07.80-ci il tarixə qədər 61 saylı ŞTPM-də oxuyub, 07.08.1980-ci il tarixli 61 saylı ŞTPM təyinatı üzrə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr No.61-k 7.08.80-ci il). 02.10.1980-ci Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilmişdir (Əmr No.80-k 2.10.80-ci ildən), 13.10.1980-cı ildən Sovet Ordusu sıralarında xidmət etmişdir (H/bilet H3 № 4238024). 23.11.1982-cü il tarixdən 4-cü dərəcəli ekskavator maşinist köməkçisi vəzifəsinə (Əmr No.85-k 23.11.82-ci ildən), 25.11.1982-ci il tarixdən 23.11.82-ci il tarixli 85-k saylı əmrin dəyişilməsi ilə bağlı köməkçi təsərrüfatın inkubator sexinə 4-cü dərəcə üzrə operatoru qismində işə qəbul olunmuşdur. (Əmr 86/k 26.11.82-ci ildən), 18.10.1983-cü il tarixdən qaraja avtoyükləyici sürücüsü keçirilmişdir (Əmr 79/k 18.10.1983-cü ildən), 17.01.1985-ci il tarixdən 12 saylı dağ sexinə 4cü dərəcəli maşinist köməkçisi keçirilmişdir. (Əmr 4/k 17.01,85-ci ildən), 05.02.1985-ci il tarixdən 12 saylı sexdə 3-cü dərəcəli yol işçisi keçirilmişdir (Əmr 8/k 16.10.86-cı ildən), 16.10.1986-ci il tarixdən 2 a dağ sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (Əmr 82/k 16.10.1986-cı ildən), 01.03.1991-ci il tarixdən o, Vulkan Tikinti Materialları Kombinatının 1 saylı dağ-mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci il tarixdən o, 1 saylı dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci il tarixdən 1 saylı dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il). X4 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il) İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 06.04.2019-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu **********7 saylı 28.12.2019-cu il tarixli məktub ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı oğlu pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın İ. Dağmədən işləri (kod ********) bölməsinin 1-ci bəndinin (Açıqda dağ-mədən işləri və yer səthində işlər, kod ********) a yarımbəndində fəhlələr (kod 20101000a-11709), həmin yarımbənddə daşkəsən maşın maşinistləri (kod 2010100a—13749), həmin bəndin (Açıqda dağ-mədən işləri və yer səthində işlər) b yarımbəndində (rəhbərlər və mütəxəssislər, kod 2010100b) dağmədən ustaları (kod 2010100b—23227), sex (dağ-mədən) rəisləri, onların müavinləri (köməkçiləri) (kod 2010100b—24125) peşələri təsbit olunmuşdur. İddiaçı da məhz 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il) (şifrə 2010100a-13749). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il) (şifrə 2010100a-11709). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağmədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a-23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a- 13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749) və 26.12.2005-ci ilədək işləmiş, bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 12 il 6 aydan artıq (20 il 11 ay) güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək toplamış, onun 57 yaşı 21.03.2019-cu il tarixdə tamam olmuş, cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinin tətbiq etməli olduğu halda, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini tətbiq etmişdir. Buna görə də “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsininin tələblərinə əsasən, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün İddiaçı Əliağa oğlunun haqlı tələbini təmin etməmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinin tələbləri tətbiq edilməli idi. Həmin bəndin dispoziyasında nəzərdə tutulan şərtlər iddiaçıya münasibətdə ödənildiyi üçün, yəni iddiaçının 25 ildən artıq ümumi stajı olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıda nəzərdə tutulan güzəştli işlərdə işlərdə 12 il 6 aydan artıq müddətdə işlədiyi və 57 yaşı tamam olduğu üçün ona cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 21.03.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar