Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7754/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər oğlunun sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən, lakin cavabdeh orqan tərəfindən nəzərə alınmayan xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan sığorta stajları da nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən 64 yaş 6 ayı tamam olduğuna görə həmin tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən indiyə kimi yığılan pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu ilə ona imtina edilərək sığorta stajının ümumilikdə 23 il 11 ay təşkil etdiyindən qanunvericilikdə tələb olunan 25 il müddətdən az oldugu, əlavə olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək işlədiyi “X4”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının imkan xaricində oldugu səbəbindən sığorta stajına əlavə edilməsinin qanunauyğun hesab edilmədiyi, həmçinin həmin şöbənin xx.xx.2021-d il tarixli aktına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılmasının mümkün olmadıgı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmamasına və yaxud da təhvil verməməsinə görə iddiaçı məsuliyyət daşımır, bu hallar onun səhvi yaxud nöqsanı ucbatından baş verməmişdir. İddiaçının iş stajını təsdiq edən sənəd olan əmək kitabçası var, orada işlədiyi iş yerləri və müddətləri tam, dəqiq və ətraflı şəkildə qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda təqdim etdiyi xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 23 il 11 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) az olduğu və eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən 01,07.1998-ci il tarixindən xx.xx.2007ci il tarixinədək iddiaçının işlədiyi “X6”nın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuş, bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış, 7 nömrəli Sərnişinnəqliyyat müəssisəsinin natamam arxiv sənədlərində və 2 nömrəli avtobus parkının arxiv sənədlərində adına rast gəlinməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı pensiya hüququnun yaranması üçün qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2019-cu ildə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş: iddiaçının təqdim etdiyi xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli №282/20 nömrəli arxiv arayışına əsasən xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək (1 il 9 ay 13 gün) tam ixtisas kursu keçmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli №525 nömrəli arayışına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 1 ay 2 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə (9 il 4 ay 16 gün) “X6”nda sürücü vəzifəsində işlədiyi illərdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Beləliklə iddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, is verindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. X3 xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr barədə işləmə faktının yoxlanılmasının qeyri-mümkünlüyü ona yasa görə əmək pensiyasının təyin edilməsini qeyri-mümkün edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçanıza əsasən xx.xx.2006-cı il tarixinədək 23 il 11 ay sığorta stajınız olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yararan tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyiniz “X4”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış, 7 nömrəli Sərnişinnəqliyyat müəssisəsinin natamam arxiv sənədlərində və 2 nömrəli avtobus parkının arxiv sənədlərində sizin adınıza rast gəlinməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2020-ci il tarixli 282/20 saylı məktubundan görünür ki, iddiaçı xx.xx.1969-cu il tarixində keçmiş ÜİLKGİnin 50 illiyi adına 74 №-li X15 Məktəbinə “Avtoçilingər” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1971-ci il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə 3539 №-li attestat verilmişdir. Keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X15 Məktəbi 12 №-li Bakı Peşə Liseyi adlandırılıb. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 № li Bakı Peşə Liseyi, 12 № li Bakı Peşə Liseyi, 17 № li Bakı Peşə Liseyi və 10 № li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 525 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********133700 saylı məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “X8” barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, İdarədə olan reyestrdə “X8" adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********664500 saylı məktubu ilə cavabdehin sorğusuna cavab olaraq bildirilmişdir ki, ““Sərnişinservis” Avtobus Parkının qeydiyyatı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində “Sərnişinservis” Avtobus Parkının xx.xx.1997-ci ildə D-103 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin xx.xx.2007-ci il tarixli 13/Ü nömrəli əmrinə əsasən “Sərnişinservis” Avtobus Parkının “Bakı X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi faktı dövlət reyestrində qeydə alınmışdır. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 nömrəli qərarına əsasən “Bakı X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək Bakı Nəqliyyat Agentliyi "X12 Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) olması ilə bağlı dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeyd aparılmışdır.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********13 saylı məktubu ilə cavabdehin sorğusuna cavab olaraq bildirilmişdir ki, ““Bakı X6” MMC-nin emissiya protokollarında İddiaçı haqqında qeydin olub-olmaması barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən məsələnin araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (keçmiş “Bakı X6” MMC) müraciət etməyinizi tövsiyə edirik.” - İddiaçıya məxsus xx.xx.1971-ci ildə tərtib edilmiş əmək kitabçasından və onun Azərbayacan dilinə tərcümə edilərək notariat qaydada təsdiq edilmiş hissəsindən görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Etminpromstroyun Mərkəzi avtonəqliyyat kontorunda çilingər (əmr № 59-k 20/Vİİ-7-ci il), xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Sovet Azərbaycanının 50 illiyi adına Bakı maşın tikintisi zavodunun 22 saylı avto-nəqliyyat sexinə yük avtomobilinin sürücüsü (əmr № 670/k 21/Xİ-73-cü il), xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək a/k zavoduna 3-cü dərəcəli sürücü (Əmr № 53 11.08.76-cı il), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Nəqliyyat ekspedisiya bazasında sürücü (Əmr № 372 12.X/77-ci il), xx.xx.1978ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Şərab Zavodu №1-də Ekspedisiya sexində bələdçi (Əmr № 75/k 3/V-78-ci il), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cü il tarixədək Az.SSR qoskomselxoztexnikanın məlumat- hesablama mərkəzində sürücü (Əmr №19 7.Xİİ-78-ci il), xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək 3 saylı a/k zavodunda sürücü (Əmr № 40 25/İV-79-cu il), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı növbətçi avtomobillər və taksi (taksomotor) parkı Avtomobil Nəqliyyatı Nazirliyində sürücü (Əmr 701s 1.06.84-cü il), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı-Sabunçu Azərbaycan dəmir yolunun yol distansiyasında yol montyoru (Əmr № 249/k 15.X-84-cü il), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X11 İdarəsi Az.SSR Su Təsərrüfatları Nazirliyinin Abşeron MSİ-də sürücü (Əmr 115 Ol/Vİİİ-85-ci il), xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan X1 sürücü (Əmr № 84-L xx.xx.1986-cı il), xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Sənaye Yük Avto müəssisəsində sürücü (Əmr № 110/LS 20.10.80-ci il), xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 7- №-li AAHM-də sürücü (əmr 82, xx.xx.1996-cı il), xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 2 №-li avtobus parkında sürücü (əmr 46, xx.xx.1997-ci il), xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X4”nda sürücü işləmişdir. - Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 09-xx-xx/00737 saylı məktubu ilə cavabdehə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-nin arxiv sənədlərindən İddiaçı aid əmək münasibətləri ilə bağlı sənədlərin təqdim edilməsinə dair müraciətinizə Bakı Nəqliyyat Agentliyində baxılmışdır. İlk növbədə bildiririk ki, müraciətinizdə qeyd olunan “Bakı X6” MMC (hazırki "xxxx" MMC) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanına əsasən Agentliyin tabeliyinə verilmişdir. Həmçinin qeyd edirik ki, adıçəkilən müəssisənin Agentliyin tabeliyinə verilməsi ilə əlaqədar təhvil-təslim aparılarkən daha əvvəl orada işləmiş işçilərin şəxsi işləri təqdim edilmədiyindən müraciətinizdə göstərilən sənədlər müəssisənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır.” - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-9-118/6057-22 saylı məktubu ilə cavabdehə bildirilmişdir ki, “İddiaçı əmək fəaliyyəti ilə bağlı arxiv arayışının verilməsi barədə xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktuba Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baxılmışdır. Bildiririk ki, İddiaçı işlədiyi “Sərnişinservis” Avtobus Parkının sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışının tərəfimizdən verilməsi mümkün olmamışdır.”
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər kişilərin ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajı toplanır: xx.xx.1969-xx.xx.1971-ci illərdə 1 il 9 ay 13 gün təhsil dövrü, xx.xx.1974-xx.xx.1976-cı illərdə 2 il 1 ay 3 gün həqiqi hərbi xidmət dövrü, xx.xx.1971-xx.xx.1973-cü illərdə Etminpromstroyun Mərkəzi avtonəqliyyat kontorunda çilingər - 2 il 2 ay 16 gün, xx.xx.1973-xx.xx.1974-cü illərdə Sovet Azərbaycanının 50 illiyi adına Bakı maşın tikintisi zavodunun 22 saylı avto-nəqliyyat sexində yük avtomobilinin sürücüsü – 05 ay 13 gün, xx.xx.1976-xx.xx.1977-ci illərdə a/k zavodunda 3-cü dərəcəli sürücü – 1 il 17 gün, xx.xx.1977-xx.xx.1978-ci illərdə Nəqliyyat ekspedisiya bazasında sürücü – 5 ay 1 gün, xx.xx.1978-xx.xx.1978-ci illərdə Bakı Şərab Zavodu №1 Ekspedisiya sexində bələdçi – 5 ay 12 gün, xx.xx.1978-xx.xx.1979-cü illərdə Az.SSR qoskomselxoztexnikanın məlumat hesablama mərkəzində sürücü – 3 ay 29 gün, xx.xx.1979-xx.xx.1984-cü illərdə 3 saylı a/k zavodunda sürücü – 5 il 29 gün, xx.xx.1984-xx.xx.1984-cü illərdə Bakı növbətçi avtomobillər və taksi (taksomotor) parkı Avtomobil nəqliyyatı nazirliyində sürücü – 3 ay 16 gün, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı-Sabunçu Azərbaycan dəmir yolunun yol distansiyasında yol montyoru – 8 ay 9 gün, xx.xx.1985-xx.xx.1986-cı illərdə X11 İdarəsi Az. SSR Su Təsərrüfatları Nazirliyinin Abşeron MSİ-də sürücü – 10 ay 25 gün, xx.xx.1986-xx.xx.1986-cı illərdə Azərbaycan X1 sürücü – 2 ay 27 gün, xx.xx.1986-xx.xx.1996-cı illərdə Bakı Sənaye Yük Avto müəssisəsində sürücü –9 il 8 ay 29 gün, xx.xx.1996-xx.xx.1997-ci illərdə 7-№-li AAHM-də sürücü – 6 ay 29 gün, xx.xx.1997-xx.xx.1998-ci illərdə 2 №-li avtobus parkında sürücü – 1 il 2 ay 9 gün işləməklə ümumilikdə 27 il 6 ay 7 gün stajını toplamışdır. Buna görə də, cavabdeh tərəfindən iddiaçının iş stajının guya 25 ildən az olması barədə mülahizəsi əsassızdır. Bundan başqa cavabdehin guya iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək “X4”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması barədə mülahizəsi də əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən “X4”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etməyin mümkün olmaması iddiaçının təqsiri deyil. İddiaçıya aid əmək kitabçasında iddiaçının həmin müəssisədə işləməsi barədə qeydlər qanunvercilidə nəzərdə tutulmuş qaydada aparılmışdır. Bundan başqa, yuxarıdakı hesablamadan göründüyü kimi həmin dövr belə nəzərə alınmasa da, iddiaçı 2017-ci ilin iyulun 1-dək tələb olunan 25 ildən artıq iş stajı olduğu üçün cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının iş stajının 23 il 11 ay olması göstərilsə də, məhkəmə araşdırması zamanı is stajının düzgün hesablanmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü, həmçinin əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Beləliklə məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. İddiaçının işlədiyi dövrün sənədlərinin arxivdə saxlanılmadıgını bildirilmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının işləyərək tələb olunan iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əmək pensiyası ala bilmək üçün qanunvericilikdə tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulduğu aşkar edilmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva