Məhkəmə qərarları › İş №2-1(112)-7758/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7758/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7758/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı və Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin olunmuş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində əmək pensiyasının 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olan qanunvericiliyinə əsasən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizəsini 29.06.2021-ci il tarixdə dəftərxana vasitəsi ilə təqdim etmiş və müraciətin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə istinad olunaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqdan isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyaçılarına təyin edilir:Cavabdeh qeyd olunan Qanuna istinad edərək hesab etmişdir ki, 01 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində hesablanmaqla ona son 3 il 7 aya ümumilikdə 7, 17 faizi müəyyən edilmişdir.Hesab edir ki, barəsində əmək pensiyasının 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olan qanunvericiliyinə əsasən təyin olunmalıdır. Belə ki, tərəfindən iş stajına uyğun olaraq pensiya hüququ 2017-ci ilin 01 iyuluna kimi yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü maddəsinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı 04.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində ona təyin olunmuş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 17 fevral 2021-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 29 il 15 gün, güzəştli xidmət illəri 2 il 5 ay 19 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 31 il 6 ay 4 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: Təqvim illəri üzrə stajından 01.07.2017-17.02.2021-ci il tarixləri arasındakı dövr ərzindəki staj (3 il 7 ay 16 gün) çıxılır: 29 il 15 gün (təqvim ili) - 3 il 7 ay 16 gün= 25 il 4 ay 29 gün.Deməli, iddiaçının 01.07.2017-ci il tarixinədək stajı (güzəştli xidmət illəri ilə birlikdə) ümumilikdə 27 il 10 ay 18 gün (25 il 4 ay 29 gün+ 2 il 5 ay 19 gün) təşkil edir. 01.07.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə-- 20 il üçün təminat xərcliyinin 50 faizi; 7 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (7x3) təminat xərcliyinin 21 faizi. 01.07.2017-17.02.2021-ci il tarixləri arasındakı (3 il 7 ay 16 gün) müddəti üçün isə 3 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (3x2) təminat xərcliyinin 6 faizi miqdarında, 7 aya görə təminat xərcliyinin 1,17 faizi miqdarında müəyyən edilir. İddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (818,50 manat) 78,17 (50+21+6+1,17) faizi-639,82 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıya əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq ödənilir. Bu səbəbdən də iddia tələbi tamamilə əsassızdır. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus 038561 nömrəli pensiya işində olan sənədlərdən görünür ki, iddiaçının 31 il 6 ay sığorta stajı nəzərə alınmaqla ona 18.02.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinə əsasən 639.82 manat məbləğində əmək pensiyası təyin edilərək, ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış **********7 nömrəli 20 may 2021-ci il tarixli “Pensiya məbləğinin hesablanması haqqında” məktubun surətindən görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (818,50 manat) 78,17 (50+21+6+1,17) faizi -639,82 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Əmək pensiyasının keçmiş dövr üçün (18.02.2021-30.04.2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 1530,99 manat pensiya məbləği cari ilin may ayından etibarən hissə-hissə (510,33 manat) əmək pensiyası (639,82 manat) üzərinə əlavə edilməklə (639,82+510,33+1150,15 manat) müvafiq kart hesabına köçürülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı 17 fevral 2021ci il tarixində tərxis olunmuş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 29 il 15 gün, güzəştli xidmət illəri 2 il 5 ay 19 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 31 il 6 ay 4 gün göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının 01.07.2017-ci il tarixədək olan 27 il 10 ay 18 gün stajının 20 ili üçün 50 faiz təminat xərcliyi, 7 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında, yəni 21 faiz, 01.07.2017-ci il tarixdən 17.02.2021-ci il tarixədək olan 3 il 7 ay 16 gün stajına görə 3 il üçün hər ilə görə 2 faizi miqdarında yəni 6 faiz, 7 aya görə təminat xərcliyinin 1,17 faizi miqdarında müəyyən edilməklə 639,82 manat məbləğində əmək pensiyası təyin edilərək, ödənilir. Həmçinin əmək pensiyasının keçmiş dövr üçün (18.02.2021-30.04.2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 1530,99 manat pensiya məbləği cari ilin may ayından etibarən hissə-hissə (510,33 manat) əmək pensiyası (639,82 manat) üzərinə əlavə edilməklə (639,82+510,33+1150,15 manat) müvafiq kart hesabına köçürülür. İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yenidən hesablanıb ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablandığını qeyd edərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablanır. 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 17 fevral 2021-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 29 il 15 gün, güzəştli xidmət illəri 2 il 5 ay 19 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 31 il 6 ay 4 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilmişdir:

1. Təqvim illəri üzrə stajından 01.07.2017-17.02.2021-ci il tarixləri arasındakı dövr ərzindəki staj (3 il 7 ay 16 gün) çıxılır: 29 il 15 gün (təqvim ili) - 3 il 7 ay 16 gün= 25 il 4 ay 29 gün Deməli, iddiaçının 01.07.2017-ci il tarixinədək stajı (güzəştli xidmət illəri ilə birlikdə) ümumilikdə 27 il 10 ay 18 gün (25 il 4 ay 29 gün+ 2 il 5 ay 19 gün) təşkil edir.

2. 01.07.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə- - 20 il üçün - təminat xərcliyinin 50 faizi; - 7 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (7x3) təminat xərcliyinin 21 faizi.

3. 01.07.2017-17.02.2021-ci il tarixləri arasındakı (3 il 7 ay 16 gün) müddəti üçün isə - 3 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (3x2) təminat xərcliyinin 6 faizi miqdarında - 7 aya görə təminat xərcliyinin 1,17 faizi miqdarında müəyyən edilir. İddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (818,50 manat) 78,17 (50+21+6+1,17) faizi-639,82 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıya əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq ödənilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablandığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar