Məhkəmə qərarları › İş №2-1(112)-776/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-776/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-776/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Mayıl qızının cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı X8 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mayıl qızı cavabdehlər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və X3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X9 Buzovna qəsəbəsində 180 N-li sahədə torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cu il tarixli, 363/5 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 16/608 saylı fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə qərarı ilə Buzovna qəsəbə sovetinin xx.xx.1988-ci il tarixli qərarı, Bakı şəhər sovetinin xx.xx.1987-ci il tarixli, 22/458 saylı qərarı və Əzizbəyov rayon XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarı rəhbər tutulmaqla iddiaçının mərhum babası X6 Buzovna qəsəbəsində 1/73 №li sahədə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. X10 xx.xx.1993-ci il tarixdə vəfat etmişdir. X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X4 vərəsələri - qızı X1, nəvəsi İddiaçı Mavil qızı və qızı X5r. İddiaçı Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 16/608 saylı qərarı ilə mərhum babası X6 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 600 kv.metr torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyinin Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qovulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X8 və X1 həmin iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən X12 Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/3 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı məhkəməyə təqdim edərək ona Buzovna qəsəbəsində 180 №-li sahədə fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığını bildirmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibatı Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1281 saylı məktubda Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş məlumatda vətəndaş X3 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X7 ayrılmış torpaq sahəsinin ərazisinin eyni yer olduğu, bu məsələnin mübahisə predmeti olduğuna görə torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun sayılmadığı bildirilmişdir. Qeyd edir ki, mübahisə predmeti olan və mərhum A.Ağayevə ayrılmış torpaq sahəsinə dair onun vəfatından sonra vərəsələri tərəfindən razılıq verilmədən yenidən Nigar Ağayevanın adına sərəncam verilməsi qanunsuz olmaqla həmin sərəncamın necə əldə edilməsi məlum deyildir. Eyni torpaq sahəsinin müxtəlif şəxslərə ayrılmasına dair 2 sərəncamın eyni zamanda mövcud olması mümkün deyildir. Belə olan halda həmin sərəncamların birinin hüquqi qüvvəsi olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək X2 cavabdehlər siyahısından çıxarılmaqla 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Mayıl qızının Xəzər Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə cizgi və çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində (hakim M.Qarayeva) inzibati işə baxılarkən iddiaçının babası mərhum X6 Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsi kimi göstərdiyi ünvanda yaşayan iddiaçının qohumu cavabdeh Nigar Bayramova mübahisəli 1/73 saylı torpaq sahəsinin faktiki olaraq mövcud olmadığını bildirmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993cü il tarixli, 363/5 nömrəli sərəncamla Buzovna qəsəbəsində 180 saylı sahədə ona ayrılmış torpaq sahəsi isə uzun müddətdir istifadəsindədir. X18 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 53 nömrəli rəyində bildirilmişdir ki, Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli Qərarı ilə X6 ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 1/73 saylı sahənin yerinin müəyyən etmək mümkün olmadığından təyinatını, konfiqurasiyasını, koordinatlarını və sair sualları cavablandırmaq mümkün olmamışdır. Bundan əlavə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1281 nömrəli məktubda Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumatda cavabdeh X3 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X6 ayrılmış 1/73 saylı torpaq sahəsinin ərazisi eyni yer göstərildiyindən və bu məsələ mübahisə predmeti olduğundan cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun sayılmadığı bildirilmişdir. Bundan əlavə, bildirilmişdir ki, 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İşin hallarında göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə inzibati orqanın sənədinin mübahisələndirməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyündən iddianın mümkün sayılmaması məsələsinə baxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsini müdafiə edərək, sərəncam barəsində məlumatları olmadığından vaxtında mübahisələndirmək imkanının olmadığına əsaslanaraq iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusunun 17 iyun 2020-ci il tarixli, 433 nömrəli məktubunda bildirilmişdir ki, X4 xx.xx.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin qızı X1, nəvəsi İddiaçı və qızı X5r. İş materiallarında olan Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16/608 saylı sərəncamına görə iddiaçının mərhum babası X6 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cu il tarixli, 363/5 saylı sərəncamına görə X9 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 180 №-li sahədə torpaq sahəsi ayrılmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı X9 Buzovna qəsəbəsində 180 №-li sahədə torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1993-cu il tarixli, 363/5 saylı sərəncamını mübahisələndirir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 12 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, mübahisələndirilən sərəncam 1993-cü ildə verilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPMnin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, məhkəmə iclası zamanı sərəncamın mövcudlugundan məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar