Məhkəmə qərarları › İş №2-1(112)-7760/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7760/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7760/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzilinin layihəyə əsasən təsdiq olunmuş mənzilin planı əsasında dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" MMC üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzilinin layihəyə əsasən təsdiq olunmuş mənzilin planı əsasında mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə bağlanmış 336№-li, xx.xx.2011-ci il tarixli Müqavilə əsasında, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzili, MMCnin kassasına 27.920 manat məbləğində pul vəsaiti ödəməklə satın almışdır. Göstərilən mənzilin tam dəyərinin ödənilməsi və müqavilə öhdəliyi üzrə heç bir borcun olmaması barədə "xxxx" MMC tərəfindən 1\01№-li, xx.xx.2012-ci il tarixli maliyyə arayışı təqdim olunmuşdur. Həmin mənzil iddiaçıya təhvil verilmiş və hazırda tərəfindən istifadə olunur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” xx.xx.2005-ci il tarixli müqavilənin şərtlərinə əsasən Bakı şəhəri İH-nin başçısının 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürməklə, birgə təsərrüfat fəaliyyətini həyata keçirilməsi üzrə nəzarət hər iki tərəfin üzərinə qoyulmuşdur. Eləcə də, mənzillərin satışı "xxxx" MMC tərəfindən təşkil edilməsi və müqavilələrə həmin MMC-nin rəhbəri tərəfindən imza edilməsi və MMC-nin möhrünün vurulması barədə razılıq ədə olunmuşdur. İddiaçıya məxsus mənzilin planı "xxxx" MMC tərəfindən təsdiq olunmuş və iddiaçıya təqdim edilmişdir. Müvafiq sənədləri toplayaraq, mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və iddiaçıya çıxarışın verilməsi üçün "xxxx" MMC ilə bağlanmış 336№-li, xx.xx.2011-ci il tarixli müqaviləni, "xxxx" MMC-nin 1\01№-li, xx.xx.2012-ci il tarixli maliyyə arayışını, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” xx.xx.2005-ci il tarixli müqaviləni, "xxxx" MMC tərəfindən təsdiq olunmuş mənzilin planını və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2006-cı il tarixli 11977 saylı 28 vərəqdən ibarət inşaat Pasportunu ərizəyə əlavə etməklə rəsmi qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsinə istinad edərək çıxarışın verilməsindən imtina etmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasında olan mənzillər, eləcə də qeyri-yaşayış sahələri ilə əlaqədar 2017-ci və 2018-ci illər ərzində müxtəlif şəxslər tərəfindən təqdim olunmuş sənədlər əsasında həmin şəxslərə çıxarışlar verilmişdir. Odur ki, mənzil üzərindəki mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina əsassız olunduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi imtina məktubunda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********60 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhllə 2935A ünvanında inşa edilmiş yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin ərizəyə əlavə olunan hüquqmüəyyənedici sənədlər surətdir və mənzilə dair məlumat tam göstərilməmişdir. - "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 16 noyabr 2005-cı il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilədən görünür ki, müqavilə tərəfləri Bakı şəhər İHnin başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0.2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşlər. Birgə təsərrüfat fəaliyyətini həyata keçirilməsi üzrə nəzarət hər iki tərəfin üzərinə qoyulmuşdur. - "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzil iddiaçıya satılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1/01 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan mənzilin dəyəri müqavilə şərtlərinə uyğun tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Onun müqavilə üzrə borcu yoxdur. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən iddiaçıya məxsus mənzilin planından görünür ki, həmin mənzilin ümumi sahəsi 75.46 kv.m-dir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamından çıxarışdan görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 1008 saylı məktubu, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli, 05 saylı müraciəti, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07/96 saylı icarə müqaviləsi nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospektindəki 2935A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətə icazə verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11977 saylı İnşaat Pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən ümumi sahəsi 2000 kv.m olan torpaq sahəsi Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən müvəqqəti istifadə üçün X1 icarəyə verilmişdir. Binanın layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş X3 İdarəsi Dövlət Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərəvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 03/2021 saylı məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixdə, 267 №-li Sərəncamı ilə "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayon, Gəncə prospekti, 2935A saylı məhəllədə yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının inşasına icazə verilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2005-ci il tarixdə birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə imzalanmışdır. "xxxx" MMC-nin direktoru X4 xx.xx.2005-ci il tarixdə imzalanmış Birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsaslanaraq İddiaçı ilə 02 aprel 2011-ci il tarixdə, 336 №-li “Payçı” müqaviləsi və 06 yanvar 2012-ci il tarixdə 01/01№-li maliyyə arayışı imzalayaraq təqdim etmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********38 saylı məktubundan görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 2935”A” ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti, ev 29/35A giriş – 2, mənzil 136 saylı mənzil üzərində Abbasov X5 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti, ev 29/35A giriş – 1, mənzil 80B saylı mənzil üzərində X2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən araşdırılmış, nəticədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki mübahisəyə şamil edilən Qanunun 8.0.9 və 8.0.9.2. maddələrinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin mənzilin əldə edilməsinə dair "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni və"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1/01 saylı maliyyə arayışını cavabdeh qeydiyyat orqanına təqdim etmiş, lakin sonuncu tərəfindən ərizənin təmin edilməsindən imtina edilmiş, bu hal da iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən mənzillər üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hüququnun bərabərlik prinsipinin pozularaq, ayrı-seçkiliyə yol verilməsi qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzilinin layihəyə əsasən təsdiq olunmuş mənzilin planı əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 “A” məhəllə ünvanında yerləşən yaşayış binasının, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 75,46 kv.m. olan, 2 (iki) otaqdan ibarət mənzilinin layihəyə əsasən təsdiq olunmuş mənzilin planı əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 7 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar