Məhkəmə qərarları › İş №2-1(112)-7766/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7766/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7766/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “prezident təqaüdünün ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü X10 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaqla qulluğa görə təyin olunmuş prezident təqaüdünün 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr üçün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan xx.xx.2005-ci il təvəllüdlü oğlu X12 doğulmuşdur. Əli uşaqlıqdan birinci qrup əlil doğulmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Həkim-ekspert komissiyasında müayinədən keçərkən ona “Çox ağır əqli gerilik, dərin kəmağıllılıq, idiotiya, kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu qoyularaq müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Əli əmək qabiliyyətsizdir. Əlinin hərəkət qabiliyyəti olmadığına görə o və anası X11 həmişə ona qulluq göstərmişlər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Buna əsasən də anası X11 oğlumuz xx.xx.2005-ci il təvəllüdlü oğlu X10 müddətsiz birinci dərəcəli əlillik təyin olunduğu üçün 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs kimi təyin olunmuşdur və həmin müavinəti 2023-cü ilin avqust ayına kimi almışdır. Əlinin 18 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Onun yetkinlik yaşına çatması ilə əlaqədar olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar olaraq Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)-4273/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il təvəllüdlü X6 “dərin əqli gerilik uşaq serebral iflici nəticəsində” diaqnozlu psixi xəstəlik olması müəyyən edilmişdir. Göründüyü kimi oğlu Əlinin düçar olduğu xəstəlik heç də onun 18 yaşı tamam olandan sonra ortaya çıxmamışdır. Həmin psixi xəstəlik onda uşaq vaxtından olmuşdur və onun kobud hərəkət məhdudiyyəti olduğuna görə daim kənar şəxsin köməyinə ehtiyacı olmuşdur. Belə köməyi isə ona anası X11 göstərmişdir və hazırda da bu davam edir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4273/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 56 saylı sərəncamı ilə o, yəni İddiaçı övladı xx.xx.2005-ci il təvəllüdlü X10 qəyyum təyin olunmuşdur. Oğlu Əlinin 18 yaşı tamam olandan sonra ona Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən təsis edilmiş 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə”, yəni anası X4 Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi dayandırılmışdır. Yalnız oğlu Əli Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4273/2023 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab ediləndən və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 56 saylı sərəncamı ilə ona qəyyum təyin olunandan sonra həmin təqaüdün verilməsi bərpa olunmuşdur. Yəni 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan 6 ay müddətinə həmin təqaüd verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filialdan göndərilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-A-46257/2024 nömrəli cavab məktubunda bildirilir: “Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X12 üzərində qəyyum təyin edildiyindən həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə prezident təqaüdü təyin edilmişdir. Ə.Abdurəhmanov üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ var.” Göründüyü kimi cavabdeh həmin cavabı verərkən onun övladının uşaqlıqdan serebral iflic xəstəliyinə düçar olmasını və bu səbəbdən də fəaliyyət qabiliyyətinin olmamasını, ona malik olduğu psixi xəstəliyinə görə müddətsiz əlillik təyin olunduğunu nəzərə almamışdır. Eyni zamanda cavabdeh görmək istəmir ki, 81-100 faiz əlil olan övladı Əli Abdurəhmanovun kənar şəxslərin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına qədər ata və anasının daim qayğı və köməyindən yararlanmışdır, həmin Fərmana uyğun olaraq uşaqlıqdan əlil olan şəxs kimi Prezident təqaüdü almağa başlamışdır. Çünki oğlu Əlinin düçar olduğu xəstəlik heç də onun 18 yaşı tamam olandan sonra ortaya çıxmamışdır. Həmin psixi xəstəlik onda uşaq vaxtından olmuşdur və onun kobud hərəkət məhdudiyyəti olduğuna görə daim kənar şəxsin köməyinə ehtiyacı olmuşdur. Belə köməyi isə ona anası X11 göstərmişdir və hazırda da bu köməyi davam edir. Bunlara əsasən cavabdehin 2019-cu ildən 2023-cü ilin sentyabr ayınadək 81-100 faiz əlil olan övladı Əli Abdurəhmanovun kənar şəxslərin köməyinə görə təyin olunmuş Prezident təqaüdünü, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək verməməsi qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “oğluna qulluğa görə təyin edilmiş prezident təqaüdünün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı daha əvvəl əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunmuş Prezident təqaüdünün ödənilməmiş dövlər üzrə ona ödənilməsi ilə bağlı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filialın iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-46257/2024 nömrəli cavab məktubu ilə Prezident təqadünün ötən dövr üçün ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”na əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1- dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1 -dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Qaydaların 2.1-ci bəndinə əsasən təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi"ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra - Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yasına, yəni on səkkiz yasına çatdıqda tam həcmdə əmələ gəlir, 7 yaşınadək olan yetkinlik yasına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yasından 18 yaşınadək olan yetkinlik yasına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. İstinad olunan Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Qeyd olunan normalara əsasən bildiririk ki, xx.xx.2023-cü il tarixədək sözügedən təqaüd 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxsə ödənilmişdir. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət Qabiliyyəti olmayan X13 üzərində qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr aralığında qəyyumluğun təyin edilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmadığından həmin dövrlə bağlı Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-A-46257/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X12 üzərində qəyyum təyin edildiyindən həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Ə.Abdurəhmanov üzərində xx.xx.2024-cü il tarixindən qəyyum təyin edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə sizə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 5-21/2-A-27-099/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına İddiaçı müraciət edərək qəyyumu olduğu övladı X7 adına olan pensiya kartının onun tərəfindən alınmasına razılıq verilməsini xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət qabiliyyəti olmayan X7 adına olan pensiya kartının İddiaçı tərəfindən alınmasına etiraz etmir. AZ-İ seriyalı 991618 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası İddiaçı; anası X3). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə müayinə edilərək “F73 çox ağır əqli gerilik, dərin kəmağıllılıq, idiotiya, kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var – İQ 0” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 90% orqanizm funksiyalarının pozulması ilə İ dərəcə əlillik təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-21/2-343/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 56 saylı xx.xx.2024-cü il tarixli sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 56 saylı xx.xx.2024-cü il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı övladı 18 avqust 2005-ci il təvəllüdlü X10 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 100969/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/1-A-39206/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli №2(004)-4173/2023 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyinə və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə xx.xx.2024-cü il tarixdən İddiaçı qəyyum təyin edildiyindən OFP 81-100% pozulmuş şəxslərə qulluğa görə prezident təqaüdü qəyyumluq tarixindən əvvəlki dövrə təyin etmək mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/1-A-39206/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən aylıq 100 manat müddətsiz prezident təqaüdü təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. ... 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanından:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”na əsasən: 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.3. 2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir. 1.4. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir. ... 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 3.1. Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hər birinə görə ödənilir. 3.2. Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. 3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edilməsinə görə təqaüd ödənilmir. 3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir. 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.4. sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.[15] 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2022-ci il tarixli, 83 nömrəli Qərarına əsasən İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın 3.5.4-cü yarımbəndi ləğv edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki İddiaçıya,övladı 18 yaşına çatanadək, xx.xx.2023-cü il tarixədək sözügedən təqaüd ödənilmişdir. Oğlu 18 yaşına çatdığı aydan sonra, 2023-cü ilin sentyabr ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan X15 üzərində qəyyum təyin edilənədək iddiaçıya sözügedən təqaüdün ödənilməsi dayandırılmış, yalnız xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr aralığında qəyyumluğun təyin edilməsi ilə bağlı qərar olmadığından həmin müddət üçün təqaüd məbləğinin ödənilməsindən imtina edilir. Məhkəmə nəzərə alır ki, iddiaçının oğlu müddətsiz olaraq orqanizmin funksiyalarının 90 faiz pozulması ilə birinci dərəcə əlildir. Sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda təqaüdün ödənişi dayandırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nda nəzərdə tutulmuş 3.5.4-cü yarımbənd 15 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, iddiası təmin edildikdən və məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2024-cü il tarixli müvafiq sərəncama əsasən oğlunun qəyyumu təyin edilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq həm məhkəməyə, həmçinin inzibati orqanlara müraciət edərkən müddət ötürülməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə qədər, eyni zamanda həmin tarixdən əvvəl və sonrakı dövrlərdə birinci dərəcə əlil övladına qulluq etməsi işin mübahisəsiz halıdır. Həmin müddət üçün iddiaçıya qəyyum təyin edilməsi barədə sərəncamın xx.xx.2024-cü il tarixli olması səbəbindən təqaüdün verilməsindən imtina edilməsin mənhkəmə lüzumsuz formallıq hesab edir. Hazırki halda, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı oğlu X10 qulluğa görə təyin edilmiş prezident təqaüdünün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar