Məhkəmə qərarları › İş №2-1(112)-7768/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7768/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7768/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən, həmin vaxt qüvvədə olmuş qaydalarla hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin sonrakı illərdə indeksləşdirilməsi, 18 sentyabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada pensiyasının yenidən hesablanması və 2020-ci ilin noyabr ayının 1-dən pensiyanın faktiki ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin acavbdehin üzərinə qoyulması və ona xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə anadan olmuşdur. 29 avqust 1978-cü il tarixdə Neftçala rayonunun Uzunbabalı sovxozunda mühasib vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 16 dekabr 1980-ci il tarixdən başlayaraq Yeni Bakı Neftayırma zavodunda (indiki Heydər Əliyev adına X14) 6 nömrəli texnoloji sahənin 65 nömrəli texnoloji qurğusunda operator peşəsində işləməyə başlamışdır. 01 dekabr 1987-ci il tarixdən həmin işi davam etdirsə də, həmin işin adı aparatçı adlandırılmışdır. xx.xx.1995-ci il tarixdən işlədiyi peşənin adı yenidən dəyişdirilərək texnoloji qurğuların operatoru adlandırılmışdır. xx.xx.2001-ci il tarixdən peşəsinin adı yenə də aparatçı, xx.xx.2003-cü il tarixdən isə Naften turşuları istehsalı, suyun kimyəvi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65 və 66 №-li qurğuların operatoru adlandırılmışdır. Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. Qeyd edilənlərdən göründüyü kimi İddiaçı 1980-ci ilin dekabr ayından cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək Heydər Əliyev adına X14 eyni sexdə, eyni qurğuda 42 il 10 ay 14 gün işləmişdir. 2 dəfə qısa müddətə, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.2001-ci il tarixədən xx.xx.2003-cü il tarixədək işlədiyi peşənin adı texnoloji qurğuların aparatçısı adlandırılsa da, faktiki olaraq zərərli şəraitdə olan eyni işi icra etmişdir. xx.xx.2023-cü il tarixədək zərərli iş şəraitində stajı 42 il 10 ay 14 gün, ümumi əmək stajı isə 44 il 7 ay 24 gün təşkil edir. Hazırda zərərli iş şəraitində işini davam etdirir. M.A. Hüseynovanın 52 yaşının tamam olduğu 18 sentyabr 2013-cü tarixə qədər ümumi iş stajı 34 il 6 ay 13 gün, güzəştli iş sahəsində stajı isə 32 il 9 ay 3 gün təşkil edir. Beləliklə M.A. Hüseynova xx.xx.2013-cü il tarixdən yaşa görə güzəştli şərtlə pensiya hüququ qazanmışdır. Lakin ona yanlış izahat verildiyi üçün həmin vaxt, pensiya hüququndan istifadə etməmişdir. Hazırda o, güzəştli şərtlərlə pensiya hüqüqundan istifadə etmək qərarına gəlmişdir. Beləliklə M.A. Hüseynovanın 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlə yaşa görə əmək pensiyası, həmin vaxt qüvvədə olmuş qaydalarla təyin edilməlidir və sonrakı illərdə indeksləşdirməlidir. 31 oktyabr 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizəyə İddiaçı güzəştli iş sahəsində işləməsi barədə Heydər Əliyev adına X13 24 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2268/2023 nömrəli izahedici arayışı əlavə edilmişdir. Cavabdehin 30 noyabr 2023-cü il tarixli 3-17-1/2-4-281781/2023 nömrəli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmiş və imtina zavodun 1 iyun 2022-ci il tarixli SOCAR **********81200601B00037 nömrəli arayışı ilə əsaslandırılmışdır. Bundan sonra cavabdehə 30 dekabr 2023-cü il tarixli ərizə ilə təkrarən müraciət edərək, həmin arayışla əlaqədar bildirilmişdir ki, Heydər Əliyev adına X14 keçən il zərərli iş sahəsində işləyən bir neçə şəxsə, o cümlədən İddiaçı yanlış olaraq belə arayışlar verilmiş və onların güzəştli şərtlərlə pensiya almaq hüquqları əsassız olaraq məhdudlaşdırılmışdir. Bununla əlaqədar işçilərin narazılıqları nəzərə alınaraq 2023-cü ildən işçilərin zərərli iş sahəsində işləməsi və güzəştli şərtlərlə pensiya hüquqlarının olması barədə məsələyə zavodun texnoloqlarının, əməyin mühafizə xidməti, insan resusları üzrə mütəxəsislərin və hüquqşünasların iştirakı ilə baxılır və onların iş şəraiti barədə obyektiv və dəqiq arayışlar verilir. Ona görə də, zavodun 24 oktyabr 2023-cü il tarixli arayışı daha dəqiq və mötəbərdir. İddiaçı zərərli iş şəraitində işləməsinin təsdiq edilməsi üçün əlavə olaraq 2020, 2022, 2023 və 2024-cü ilə aid 7 ədəd haqq-hesab vərəqəsi iddia ərizəsinə əlavə olunur. 30 dekabr 2023-cü il tarixli təkrar müraciətə zavoddan vəkil sorğusu ilə alınmış 29 dekabr 2023-cü il tarixli 4-2-27/2-2999/2023 saylı məktub da əlavə edilmişdir. Həmin məktubda zavod rəhbərliyi xx.xx.2023-cü il tarixli 14-227/2-2268/2023 nömrəli məktubda göstərilən məlumatları nəzərə alınmalı olduğu göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-H-41628/2024 nömrəli məktubu ilə təkrar müraciəti üzrə güzəştli şərtlərlə pensiya təyinatından yenə də imtina edilmişdir. İmtina məktubunda hətta işin faktiki halları təhrif edilmiş, guya Heydər Əliyev adına X17 tərfındən 1 yanvar 2024-cü il tarixli birgə akta istinad edilmişdir. Halbuki belə bir akt mövcud deyildir. İmtina məktubu poçt vasitəsi ilə 28 fevral 2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Son bir ildə İddiaçı ilə eyni sexdə, eyni qurğuda, eyni peşə üzrə, eyni şəraitdə işləyən X5, X2, X3, X7 və başqa şəxslərə zərərli iş şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir.

4. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staji olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhələr yarımbəndində (a) texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR-ın “Heydər Əliyev adına X17”nun etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı dair 24 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2268/2023 nömrəli arayışında onun xx.xx.1980-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrinin əmək funksiyalarının yuxarıda qeyd olunan Qərarla təqdiq edilmiş Siyahıda nəzərdə tutulan eyni adlı vəzifələrin əmək funksiyalarına uyğun olmadığı müəyyən edilib. Bu fakt “Heydər Əliyev adına X17” tərəfindən 1 yanvar 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

5. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-281781/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı M.X4 güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubuna əsasən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, həmin vaxt qüvvədə olmuş qaydalara əsasən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin sonrakı illərdə indeksləşdirilməsi, 18 sentyabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada pensiyanın yenidən hesablanması və 2020-ci ilin noyabr ayının 1-dən pensiyanın faktiki ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cu il tarixədək onun ümumi iş stajı 34 il 06 ay 13 gün, güzəştli şərtlərlə iş stajı isə 32 il 09 ay 03 gün təşkil edir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan 2-1(112)-7768/2024 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhələr yarımbəndində (a) texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. SOCAR-ın “Heydər Əliyev adına X17”nun İddiaçı dair 1 iyun 2022-ci il tarixli SOCAR**********81200601B00037 nömrəli arayışda iddiaçının xx.xx.1980-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən İddiaçı işlədiyi texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələri yuxarıda qeyd olunan Qərarla təqdiq edilmiş Siyahıda nəzərdə tutulsa da, əmək funksiyası həmin siyahıda nəzərdə tutulan vəzifələrin əmək funksiyasına uyğun deyildir. Sözügedən müəssisədəki iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində qarşılıqlı yoxlanılması həyata keçirilmişdir. Yoxlama zamanı müəyyən olundu ki, həmin müəssisənin istehsal göstəricilərinə görə əmək şəraiti ağır və zərərli istehsal sahəsidir. Bu səbəbdən də müəssisənin sex və sahələrində çalışan işçilərin maaşına, məzuniyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zərərliliyə görə əlavə hesablanır. Eyni zamanda istehsalatda mövcud olan peşələrin xarakterik xüsusiyyətlərinə görə həmin peşədə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən peşələr də vardır ki, bunu nəzərə alaraq müəssisə rəhbərliyi həmkarlar təşkilatı ilə birlikdə müəssisəyə aid güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələrin siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıya uyqun tərtib etmişdirlər. Adı çəkilən Siyahıda İddiaçı işlədiyi sahə və peşə 12 nömrəli qərarda təsdiq edilmiş Siyahıdakı peşələrin funksiyasına uyğun olmadığı üçün həmin peşə ümumi əsaslarla əmək şəraiti ağır və zərərli hesab edilərək onun əməkhaqqısına və məzuniyyətinə zərərliliyə görə əlavələrin hesablanmasının mümkün olduğunu, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd edilmişdir. Məhz bu səbəblərə görə də İddiaçı güzəştli iş stajı olmadığından ona qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 22 aprel 2024-cü il tarixli məktubu ilə iddiaçının işlədiyi texnoloji qurğuların operatoru peşəsinin peşə təlimatı, aldığı əmək haqqı və istifadə etdiyi məzuniyyət barədə məlumatları məhkəməyə təqdim edilmişdir. “Əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq nömrəli əmrlərdən görünür ki, iddiaçıya məzuniyyət verilməsinin əsasları və günlərin sayı belə qeyd olunmuşdur: AR ƏM-nin 114-cü maddəsi, əsas məzuniyyət - 21 təqvim günü AR ƏM-nin 116.1-ci maddəsi, əmək stajına görə - 6 təqvim günü AR ƏM-nin 115-ci maddəsi, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə -6 təqvim günü

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 06 iyun 2024-cü il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında məlumat aşağıda qeyd edilən cədvəl üzrə məhkəməyə təqdim edilmişdir. İşlədiyi dövr s Daxil olma Azad olma Əmrin №-si, İşlədiyi yer, peşə Zərərli iş şəraitinin müəyyən tarixi tarixi tarixi və vəzifə edilməsinə əsas 1 xx.xx.1980 xx.xx.1987 579k 6 N-li texnoloji Azərbaycan Respublikası xx.xx.1980 sex, 65 N-li qurğu, NazirlərKabinetinin texnoloji xx.xx.1993-cü il tarixli, 320 qurğuların nömrəli Qərarı (2-ci siyahı) operatoru Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi

2. xx.xx.1987 xx.xx.1994 8-12/216 6 N-li texnoloji xx.xx.1987 sex, 65 N-li qurğu, kimyəvi suyun Azərbaycan Respublikası təmizlənməsi üzrə Nazirlər Kabinetinin aparatçı xx.xx.1993-cü il tarixli, 320

3. xx.xx.1994 xx.xx.1995 8-3/34 6 N-li istehsalat, nömrəli Qərarı (2-ci siyahı) xx.xx.1994 65 N-li qurğu, Şifrə ******* a-10065, Xİİ kimyəvi suyun bölmənin 3-cü yarımbölməsi təmizlənməsi üzrə aparatçı

4. xx.xx.1995 xx.xx.2001 8-3/155 6 N-li istehsalat, Azərbaycan Respublikası xx.xx.1994 65,66 N-li qurğu, Nazirlər Kabinetinin texnoloji xx.xx.1993-cü il tarixli, 320 qurğuların nömrəli Qərarı (2-ci siyahı) operatoru Şifrə ******* a-16081, Xİİ

8. bölmənin 3-cü yarımbölməsi 5 xx.xx.2001 xx.xx.2003 8-3/5 6 N-li sex, suyun Azərbaycan Respublikası

5. xx.xx.2001 kimyəvi Nazirlər Kabinetinin təmizlənməsi üzrə xx.xx.1993-cü il tarixli, 320 65,66 N-li qurğu, nömrəli Qərarı (2-ci siyahı) aparatçı Şifrə ******* a-10065, Xİİ bölmənin 3-cü yarımbölməsi xx.xx.2003 xx.xx.2010 8-3/10 saylı 6 N-li sex, suyun Azərbaycan Respublikası

6. xx.xx.2003 kimyəvi Nazirlər Kabinetinin təmizlənməsi üzrə xx.xx.1993-cü il tarixli, 320 65,66 N-li qurğu, nömrəli Qərarı (2-ci siyahı) texnoloji Şifrə ******* a-16081, Xİİ qurğuların bölmənin 3-cü yarımbölməsi operatoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi xx.xx.2010 xx.xx.2014 86k 6 N-li sex, suyun Azərbaycan Respublikası

7. xx.xx.2010 kimyəvi Nazirlər Kabinetinin təmizlənməsi üzrə xx.xx.2007- ci il tarixli, 12 66 N-li qurğu, nömrəli Qərarının 10.5. texnoloji (Neftin,qazın,qaz qurğuların kondensatının emalı (dəniz operatoru neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi xx.xx.2014 xx.xx.2015 147 6 N-li sahə, suyun

8. xx.xx.2014 kimyəvi təmizlənməsi üzrə 66 N-li qurğu, Azərbaycan Respublikası texnoloji Nazirlər Kabinetinin qurğuların xx.xx.2007- ci il tarixli, 12 operatoru nömrəli Qərarının 10.5. xx.xx.2015 xx.xx.2022 SOCAR/15- 6 N-li sahə, naften (Neftin,qazın,qaz

9. 1700/8-04- turşuları və suyun kondensatının emalı (dəniz 002663 kimyəvi neftçilərindən başqa) xx.xx.2015 təmizlənməsi üzrə kömürün və şistin emalı) 66 N-li qurğu, bölməsi texnoloji qurğuların operatoru

10. xx.xx.2022 Hal- SOCAR2217 10 N-li istehsalat, Azərbaycan Respublikası 1 hazıradək 00070020B0 reagent, naften Nazirlər Kabinetinin

0. 0094 turşuları istehsalı xx.xx.2007- ci il tarixli, 12 xx.xx.2022 və suyun kimyəvi nömrəli Qərarının 10.5. təmizlənməsi üzrə (Neftin,qazın,qaz 66 N-li qurğu, kondensatının emalı (dəniz texnoloji neftçilərindən başqa) qurğuların kömürün və şistin emalı) operatoru bölməsi

9. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının sürətinə əsasən, o, xx.xx.1978xx.xx.1980-ci il tarixlərdə Neftçala rayonunun Uzunbabalı savxozunda mühasib, xx.xx.1980-xx.xx.1987-ci il tarixlərdə Yeni Bakı Neftayırma zavodunun 6 nömrəli texnoloji sexinin 65 nömrəli qurğusunda 3,4,5-ci dərəcəli operator, xx.xx.1987-xx.xx.1995-ci il tarixlərdə həmin müəssisədə əmək haqqının ödənilmə şərtlərinin dəyişməsi ilə əlaqədar yeni ştat cədvəlinə uyğun olaraq 6 nömrəli texnaloji sexdə 4-cü və 5-ci dərəcəli aparatçı, xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə 6 nömrəli texnoloji sexin 65, 66-cı texnoloji qurğularında 5-ci dərəcəli operator, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə təzə ştat cədvəlinə uyğun olaraq 6 nömrəli sexin suyun kimyəvi təmizlənməsi üzrə 65, 66 nömrəli qurğularda 5-ci dərəcəli aparatçı, xx.xx.2003-xx.xx.2022-ci il tarixlərdə təzə ştat cədvəlinə əsasən Naften tuşularının istehsalı, suyun kimyəvi təmizlənməsi və riagent təsərrüfatı üzrə 6 nömrəli sexin 65,66 nömrəli qurğularında 5-ci dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın reagent, neftin turşuları istehsalı və suyun kimyəvi təmizlənməsi üzrə 66 nömrəli qurğusunda 5-ci dərəcəli texnoloji qurğuların operatoru vəzifəsində işləyir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhələr yarımbəndində (a) texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Vəkil Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X17”nun etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı dair 24 oktyabr 2023-cü il tarixli 14-2-27/2- 2268/2023 nömrəli arayışında onun xx.xx.1980-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi texnoloji qurğuların operatoru və kimyəvi suyun təmizlənməsi üzrə aparatçı vəzifələrinin əmək funksiyalarının yuxarıda qeyd olunan Qərarla təqdiq edilmiş Siyahıda nəzərdə tutulan eyni adlı vəzifələrin əmək funksiyalarına uyğun olmadığı müəyyən edilib. Bu fakt “Heydər Əliyev adına X17” tərəfindən 1 yanvar 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Eyni zamanda, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 44 il 5 ay 23 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 5 ay 23 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il) təşkil edir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

14. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

21. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

24. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

26. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

27. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

28. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 52 yaşı xx.xx.2013-ci il tarixdə tamam olmuşdur. Odur ki, onun xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınmalıdır.

29. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir.

30. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixə iddiaçının ümumi stajı ən azı 34 ildir.

31. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) arayışından məlum olur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən hal-hazıradək (zərəli iş stajı xx.xx.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 10 ildən çox) fasiləsiz olaraq texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsinin 10.5ci bəndinin (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) a) fəhlələr yarımbəndində bütün adda aparatçılar və texnoloji qurğuların operatorları vəzifələri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 3-cü yarımbölməsinin (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) a) fəhlələr bəndində (2130301a) bütün adda aparatçılar (kod: 2130301a— 10065 ) və texnoloji qurğuların operatorları (2130301a—16081) vəzifələri əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.

32. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

33. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi texnoloji qurğuların operatoru, naften turşuları və suyun kimyəvi təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və suyun kimyəvi təmizlənməsi üzrə aparatçı peşələrinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalında bütün adda aparatçılar və texnoloji qurğuların operatorları peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin sorğusuna əsasən iddiaçının vəzifə təlimatı ilə təsdiq olunur.

34. Odur ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək 32 il 9 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 17 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

35. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

38. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən yaranmış, xx.xx.2023-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, odur ki, ona pensiya 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən təyin edilməli, xx.xx.2023-cü il tarixdən əvvəlki 3 illik müddət üçün pensiya fərqi ödənilməlidir.

39. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar