Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-777/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndələri X1 və X12 iştirakları ilə İddiaçı “X2 X8 San. Ve Tic. LTD ŞTİ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “X2 X8 San. ve Tic. LTD.Şti” Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındda Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021ci il tarixli qərarın ləğv edərək iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08.06.2021-ci il tarixli, 2-1(112)-5203/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı “X2 X8 San. ve Tic. LTD.Şti” Şirkəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarı ləğv edərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının rezidenti olan "X2 X8 San. ve Tic. LTD. Şti." Şirkəti tərəfindən Azərbaycan Respublikası vətəndaşı Yuliya Sadıkovaya verilmiş etibarnaməyə əsasən həmin Şirkətin 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlir üzrə yerli büdcəsinə ödədiyi verginin geri qaytarılması məqsədi ilə nümayəndə 14.06.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə DTA-05 ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılıq Qaydalarına əsasən təqdim edilmiş DTA-05 ərizəsinin baxılması üçün tələb olunan bütün zəruri və hətta əlavə sənəd və məlumatlar DVX-ə tam həcmdə təqdim edilmişdir. Lakin həmin qaydalara zidd olaraq DVX tərəfindən gəliri əldə edən qeyri-rezident ilə əlaqədar bir sıra əlavə məlumat və sənədlərin təqdim olunması məqsədi ilə Türkiyə Respublikasının müvafiq orqanlarına müraciət olunmuş və müvafiq cavab alınmışdır. Halbu ki, İnzibatçılıq Qaydalarının 8.8-ci maddəsinə əsasən müraciət edən şəxsdən müraciətin mahiyyətinə aid olmayan məlumatların və sənədlərin tələb edilməsinə yol verilmir. Nəticədə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarının müddəalarına zidd olaraq 14.06.2019-cu il tarixdən bu günədək uzunsürən icra gedişatında DVX tərəfindən əlavə araşdırmalar aparıldıqdan sonra DTA-05 ərizəsinin təsdiqlənməsi DVX tərəfindən **********738800 saylı məktubu ilə mümkün hesab olunmamışdır. DVX qeyd olunan məktubda Türkiyə Respublikasına göndərilmiş sorğuya cavab olaraq təqdim olunmuş məlumatlara düzgün qiymət verməyərək, “X2 X8 San. ve Tic. LTD. Şti." Şirkətinin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması aşkarlanması, işcilərinin sayının az olması, müvafiq ixtisasa malik olmaması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması, şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi və aralıq şirkəti bənzəməsi qeyd etmişdir. Halbuki, "X2 X8 San. ve Tic. LTD. Şti." Şirkətinin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmasının əyani sübutu Şirkət tərəfindən görülmüş müvafiq təhvil-təslim aktlarında öz əksini tapmış işlərdir. Həmin işlərin nəticələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən öz gündəlik fəaliyyətində istifadə edilir (Əmlak Komitəsinin Aktı əlavə edilir). Həmçinin Şirkətin Türkiyə Respublikasında bütün vergi hesabatlarının verilməsi və hesablanmış vergilərin ödənilməsi buna əyani sübutdur. Bundan əlavə nə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması” haqqında sazişdə, nə də ki Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarında qarşı tərəfin işçilərinin sayı az olması, ixtisasa malik olmaması və ya şirkətin fəaliyyət növünün dəyişilməsi DTA-05 ərizəsinin təsdiqindən imtina edilməsinin əsası kimi göstərilməmişdir. Həmçinin "X2 X8 San. ve Tic. LTD. Şti." Şirkətinin aralıq şirkətin meyarlarına uyğun olmaması aşağıda göstərilən məlumatlarla tam sübuta yetirilir. Belə ki, 27.11.1986-ci il tarixli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən çap olunmuş kondiut haqqında hesabatda aralıq şirkətinin yanaşması istənilən gəlirə deyil, yalnız royalti, faiz və dividentlərə tətbiq olunur və ən əsası qarşılıqlı sürətdə asılı olan, yəni filial, nümayəndəlik və törəmə şirkətlərə aiddir. Hazırki halda isə "X2 X8 San. ve Tic. LTD. Şti." Şirkəti “X20 Mühendislik Sanayi Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə hər hansı bir struktur əlaqəsi və qarşılıqlı surətdə asıllılığı yoxdur. Bundan başqa Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarında ödəyən tərəfin hər hansı bir vergi və ya digər öhdəliyin olub olmaması barədə heç bir qeyd mövcud deyil. Həmin Qaydalarda gəlir ödəyən şəxs "X20 Mühendislik Sanayi Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən "X2 X8 San. ve Tic. LTD. Şti." Şirkətindən tutulmuş verginin bəyan edilməsi əsas şərt kimi qeyd olunmuşdur, bunu da gəlir ödəyən şəxs "X20 Mühendislik Sanayi Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi etmişdir. 08.01.2021-ci il tarixdə nümayəndə Yuliya Sadıkova tərəfindən vergi orqanının yuxarıda qeyd olunan DTA-05 ərizə formasına imtina edilməsi barədə məktubundan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına göndərilmiş şikayətə Dövlət Vergi Xidməti tərəfindən baxılaraq inzibati şikayətin təmin edilməməsi haqqında 22 fevral 2021-ci il tarixli qərar verilərək, DTA-05 ərizəsinin icrasının yenə də mümkünsüz olduğu bildirilmişdir. İmtinanın verilməsinə səbəblər qismində əsassız dəlillər göstərilmişdir. Belə ki, qeyri-rezident tərəfindən Nümayəndəliyə faktiki olaraq iş və xidmətlərin görülməməsinin əyani sübutların mövcud olduğu qeyd edilmiş, lakin həmin sübutların heç biri sənədləşdirilməmiş əsasları DVX-nin adıçəkilmiş qərarında öz əksini tapmamışdır. Burada xüsusi olaraq Qərarda qeyd edilmiş aşağıdakı mülahizələrlə bağlı aşağıdkıları bildirmək istəyirlər. Qərarda qeyd edilmişdir ki, şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, qeyrirezidentin inzibati şikayəti təmin edilməsin. Burada "faktiki hallar", gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə imtina verilməsi barədə qərar qəbul edilən zaman onun tərəfindən DVX-nə qeyri-rezidentə aid verilmiş geniş izahat nədənsə nəzərə alınmamışdır. Belə ki, qeyri-rezidentin Türkiyyə Respublikasında qeydiyyatdan keçdiyi işçilərin sayı, iş təcrübələri, sifarişin icrası üçün tələb olunan müvafiq təcrübəyə malik olan işçi potensialı barədə yetərincə məlumatlar DVX-nə təqdim edilmiş, təhvil verilmiş işin hal hazırda da Azərbaycan Respublikası ƏMDK-tərəfindən faktiki olaraq istifadə edilməsi də məlum bir faktdır. Lakin bunların heç biri DVX tərəfindən imtina qərarının qəbul edilməsi zamanı əsaslandırılmış sübut kimi qəbul edilməmiş və nəzərə alınmamışdır. Halbuki, təqdim edilmiş sənəd və materiallar qeyri-rezidentin ödədiyi artıq vergilərin beynəlxalq sazişə uyğun olaraq geri qaytarmaq üçün hüququnu təsdiq edir. Demək ki, DTA-05 ərizəsinə qanun və isbatedici rəsmi sənədlərə əsasən deyil, DVX-nin əsassız şübhə və təsdiqini tapmamış fərziyələrə əsaslanaraq imtina qərarı verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazlar təqdim etmiş və etirazlar onunla əsaslandırılmışıdır ki, qeyri-rezident “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin müddəalarına istinad edərək Azərbaycan Respublikasında artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müvafiq DTA-05 forması ilə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidməti tərəfindən adı çəkilən müraciətlə bağlı aparılmış araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti ilə “X20 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra nümayəndəlik) arasında “Kadastr xidməti” və “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmış və bu müqavilələr çərçivəsində müvafıq ödənişlər aparılmışdır. Bağlanılan müqavilələrin şərtlərinə əsasən “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasını yaradır, rəqəmsal kadastr xəritəsini tərtib edir və məkan göstəriciləri arasındakı uyğunsuzluqları aradan qaldırır. Bütün xidmətlərin Türkiyə Respublikasının ərazisində həyata keçirilməsi əks olunmuş və işin nəticəsi ilə bağlı CD disklərin təhvil verilməsi qeyd olunmuşdur. Hər 3 müqavilənin cəmi dəyəri 13.233.334,0 ABŞ dolları təşkil etmişdir (22.496.667,8 AZN) təşkil edir (Təhvil-təslim aktlarında da eyni rəqəm əks olunub) və hər bir müqavilənin şərtinə əsasən bu məbləğə Azərbaycan Respublikasında ödəmə mənbəyində tətbiq olunan 10 % dərəcə ilə vergi məbləği daxildir və qeyri-rezidentə vəsait köçürülərkən vergilər çıxıldıqdan sonra qalan ümumi məbləğ 11.910.000,0 ABŞ dolları (20.247.000,0 AZN) təşkil edir. Nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim etdiyi ÖMV bəyannaməsində qeyri-rezident şəxs olan İnternational Makine ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanması göstərilmişdir. Eyni zamanda nümayəndəlikdə müvafiq dövrlər üzrə (2017-2019) X22 yoxlamalarının nəticələri müvafiq aktlarla rəsmiləşdirilmiş və nümayəndəlik tərəfindən “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkətinə aparılan ödənişlər nümayəndəliyə mənfəət vergisi hesablanarkən xərclərdə nəzərə alınmışdır. Aparılmış ilkin araşdırma nəticəsində müəssisə ilə bağlı beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində onun faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatların olmaması və müəssisənin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin üstünlüklərindən istifadə etməsi məqsədilə yaranması qənaətinə gəlməsi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən və müəssisə tərəfindən təqdim olunan sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə “Azərbaycan Respubiikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən Türkiyə Respublikasının müvafiq orqanına sorğu göndərilmişdir. Sorğuya verilən cavablarda Dövlət Vergi Xidməti tərəfindən istənilən bir sıra sənədlər təqdim edilməmiş və yalnız şirkət haqqında bəzi ümumi məlumatlar verilmişdir. Təqdim olunmuş cavabda xüsusi diqqət çəkən məqamlar isə aşağıdakılar olmuşdur: 1. İnternational Makine şirkəti 14.07.2017-ci il tarixdə yaradılmış və həmin tarixdə nümayəndəlik ilə müvafiq müqavilə bağlanmışdır. 2. Şirkətdə 3 işçinin işləməsi (kompüter proqramçısı, kompüter mütəxəssisi və satış məsləhətçisi). 3. Şirkətin işçilərinin layihə üzrə işlərin icra edilməsi üçün müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması məsələsinə münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunan məlumatların verilməsi İnternational Makine şirkətinin nümayəndəlik üçün müqavilədə qeyd olunan xidmətlərin icra etməsi qabiliyyətində olması məsələsini şübhə altına qoyur və müqavilələrin bağlanmasında əsas məqsədin nümayəndəlik tərəfindən xərclərin süni şəkildə şişirdilməsi və vergiyə cəlb olunan mənfəətin azalması qənaətinə gətirib çıxarır. Bununla yanaşı nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müəssisə ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanması göstərilməsinə baxmayaraq, müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan DTA-05 formasında qaytarılmalı vergi məbləği 2.249.995,40 manat göstərilmişdir. Bundan başqa “X20 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 04.02.2020-ci il tarixli, **********196821 nömrəli qərara əsasən 01.01.2018-31.12.2019-cu il dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Nümayəndəlikdə aparılmış sonuncu səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 4.851.400,23 manat əlavə vergi hesablanmış, 3.031.146,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olduğu nəzərə alınaraq, yoxlama materiallarının Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və nümayəndəlikdə xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Beləliklə, Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən sorğuya cavab olaraq daxil olan məlumatlara əsasən müəssisənin yaranması nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixinə təsadüf etməsi (14.07.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişdirilməsi müəssisənin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması qənaətinə gətirib çıxardığı üçün Dövlət Vergi Xidməti tərəfindən 30.09.2020-ci il tarixli, **********738800 nömrəli məktubla DTA-05 formasının təsdiqlənməsindən imtina edilmişdir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmamaları ilə yanaşı, vergidən yayınmanın qarşısının alınması və vergitutmanın olmamasının qarşısını almaqdan ibarətdir. Belə sazişlərin bağlanması ilə bağlı ölkələr arasında danışıqlar həyata keçirilərkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (bundan sonra - İƏİT) gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiyası baza sənəd kimi istifadə olunur. X9 tərəflər arasında bağlanacaq sazişdə əks olunacaq müddəalar və həmin müddəaların izahı ilə əlaqədar olaraq özündə şərhləri əks elətdirir. 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası” dövlətlər arasında bağlanan müqavilələrə şamil olunur və beynəlxalq müqavilələrin bağlanması, qüvvəyə minməsi və tətbiqi ilə əlaqədar olan prosedurları müəyyən edir. Azərbaycan Respublikası 2 oktyabr 2017-ci il tarixli, 777-VQ nömrəli qanunla 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasına (bundan sonra - Vyana Konvensiyası) qoşulmuşdur. Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinə əsasən müqavilə, kontekstindən və müqavilənin məqsədlləri baxımından vicdanla şərh olunmalıdır. Həmin maddənin 2-ci bəndinə əsasən müqavilənin təfsiri məqsədləri üçün kontekst, mətndən əlavə olaraq preambulanı və əlavəni əhatə edir: a) müqavilənin bağlanması ilə əlaqədar bütün tərəflər arasında əldə edilmiş müqavilə ilə bağlı hər hansı bir razılaşma; b) müqavilənin bağlanması ilə əlaqədar bir və ya daha çox tərəfin tərtib etdiyi və digər tərəflər tərəfindən müqavilə ilə əlaqəli sənəd kimi qəbul edilən hər hansı sənəd. Həmin maddənin 3-cü bəndinə əsasən müqavilənin konteksti ilə yanaşı aşağıdakılar da nəzərə alınır: a) müqavilənin şərhi və ya müddəalarının tətbiqi ilə bağlı tərəflər arasında sonrakı hər hansı bir razılaşma; b) tərəflərin onun şərhinə dair razılığını müəyyən edən müqavilənin tətbiqində sonrakı təcrübə; c) tərəflər arasında münasibətlərdə tətbiq olunan müvafiq beynəlxalq hüquq normaları. İƏİT tərəfindən Model Konvensiya mütəmadi olaraq təkmilləşdirilir və yeni modellər mütəmadi olaraq İƏİT tərəfindən nəşr olunur. Model Konvensiya və onun şərhləri sonuncu dəfə 2017-ci ildə İƏİT (İSBN 978-92-64-28794-5) tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası müstəqil dövlət olaraq beynəlxalq hüququn subyekti hesab olunur və beynəlxalq hüquqda təşəkkül tapan adət normalarını beynəlxalq münasibətlərdə tətbiq edir. Eyni zamanda Azərbaycan Respublikası və əlavə olaraq Türkiyə Respublikası digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə İƏİT Model Konvensiya prinsiplərini əsas götürərək bağladıqları üçün həmin Model Konvensiyanın şərhlərini də sazişlərin tətbiqi zamanı istifadə etmələri ilə bağlı öz iradələrini ifadə etmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulduğu üçün həmin Konvensiyanın 31.3 (b) maddəsinə əsasən Model Konvensiyada nəzərdə tutulan şərhlərin Azərbaycan Respublikası ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş olan ölkələrin müvafiq sazişlərinin müddəalarının şərh edilməsi zamanı istifadə etmək imkanı yaradır. 2017-ci il Model Konvensiyanın preambulasına əsasən sazişin bağlanmasının əsas məqsədi sazişin təsirində olan vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması niyyətində olaraq, vergitutmanın olmamasına və ya vergidən yayınma vasitəsilə aşağı dərəcəli vergitutmaya şərait yaratmamaqdır (üçüncü yurisdiksiyaların (dövlətlərin) rezidentləri tərəfindən bu sazişdə nəzərdə tutulmuş üstünlüklərdən dolayı yolla istifadə etməsi) (İSBN 978-92-64-28794-5, səh.27) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 1-ci “Sazişin tətbiq edildiyi şəxslər” maddəsinə əsasən bu Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. 2017-ci il Model Konvensiyanın 1-ci maddəsinin (“Konvensiyanın düzgün istifadə edilməməsi”) (İSBN 978-92-64-28794-5, səh.72) 54-cü şərhinə əsasən ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiyaların əsas məqsədi beynəlxalq ikiqat vergitutmanı ləğv edərək, mal və xidmət mübadiləsini, kapitalın və şəxslərin hərəkətini təşviq etməkdir. Eyni zamanda Konvensiyanın preambulasında təsdiq olunduğu kimi vergidən yayınma hallarının qarşısını almaq konvensiyanın əsas məqsədlərinin bir hissəsidir. “Vergi konvensiyaları vasitəsilə vergidən yayınma halları” (İSBN 978-92-64-28794-5, səh.72-73) başlığı altında olan şərhlər aşağıdakı kimi ifadə olunmuşdur: 1) Şərh 59: Bəzi ölkələr vergidən yayınma üzrə qurulmuş əməliyyatların qarşısını almaq məqsədilə, sazişdə nəzərdə tutulan üstünlüklərdən istifadə imkanlarını məhdudlaşdırırlar. Belə qənaətə gəlmə Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq beynəlxalq müqavilələrin vicdanla şərh olunması ilə bağlıdır. Şərh 60: Belə razılığa gəlinmişdir ki, dövlətlər vergidən yayınma üzrə qurulmuş əməliyyatlara münasibətdə sazişin üstünlüklərinin tətbiq edilməsindən imtina edə bilərlər. 2) Şərh 61: Dövlətlər üçün rəhbər tutulacaq prinsip ondan ibarətdir ki, əgər aparılan əməliyyatın əsas məqsədi daha əlverişli şərait əldə etmək və daha əlverişli vergitutmanı qorumaqdan ibarətdirsə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə nəzərdən tutulan üstünlükdən istifadə etmək mümkünsüz hesab olunur. Qeyd etmək istəyirlər ki, “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti (bundan sonra - İnternational Makine) ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş 27.07.2020-ci il tarixli, **********598100 nömrəli cavaba əsasən İnternational Makine şirkətinin 2017-ci ildə ümumi dövriyyəsi 187 360,00 TL (87 466,0 AZN), 2018-ci ildə isə 115 400,00 TL (40 486,0 AZN) olmuşdur. Eyni zamanda şirkətin kommersiya fəaliyyəti proqram təminatı və məlumat bazası üzrə məsləhət dəstəyi, həmçinin kənardan reklam işlərinin göstərilməsindən ibarət olmasına baxmayaraq, onun bu fəaliyyətlə əlaqədar heç bir lisenziyası olmamışdır. DTA- 05 ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X20 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra-nümayəndəlik) tərəfindən 2017-ci ildə 11 532 725,0 AZN, 2018-ci ildə isə 10 384 960,0 AZN vəsait köçürülmüşdür. X13 şirkəti tərəfindən qeyd olunan məbləğdə gəlirin olmasına baxmayaraq, Türkiyə Respublikasında gəlirləri tam şəkildə bəyan edilməmiş və müvafiq qaydada ödənilməli vergilərin ödənilməsindən yayınmışdır. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 1-ci maddəsi ilə bağlı İƏİT tərəfindən verilən şərhlərə əsasən və sorğu əsasında əldə olunmuş məlumatlar İnternational Makine şirkətinin sazişdə nəzərdə tutulan güzəşt və azadolmalardan suiistifadə edilməsi məqsədilə qurulması qənaətinə gətirib çıxardır və belə tərzdə yaradılan sxemlər beynəlxalq vergitutma prinsiplərinə zidd olaraq mənfəətin köçürülməsinə (digər dövlətlərə) və vergitutma bazasının aşınmasına imkanlar yaradır. Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli, **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxıl edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.7-ci bəndınə əsasən artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”) nəzərdə tutulmuş Qaydalarla tənzimlənir. Qaydaların tələbindən də göründüyü kimi yalnız artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı müvafiq Qaydalar çərçivəsində DTA-05 forması üzrə müraciətlərə baxıla bilər. ŞHV-dən göründüyü kimi nümayəndəliyin yoxlanılan dövrlə bağlı dövlət büdcəsinə borcu yaranmışdır və onun tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Sadalananlarla yanaşı qeyd edirlər ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 22-ci “ikiqat vergitutmanın qarşısının alınması” maddəsinin 1-ci bəndinə əsasən Türkiyə rezidentləri üçün ikiqat vergiyə cəlb edilmənin qarşısı aşağıdakı şəkildə alınacaqdır: a) Türkiyə rezidenti aşağıdakı b) yarımbəndində göstərilən gəlirlərdən başqa bu Sazişin müddəalarına uyğun olaraq, Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu gəliri vergidən azad edəcəkdir (bu azad etmə hüquqi şəxslərin mənfəətindən vergi ödəyiciləri baxımından hüquqi şəxslərin mənfəətindən vergidən və mənbəyində tutulan gəlir vergisindən azad etməni; gəlir vergisi ödəyiciləri baxımından gəlir vergisindən azad etməni ifadə edir), lakin bu şəxsin qalan gəlirlərinə ümumi vergi hesablanmaq məqsədilə bəhs edilən gəlirə sanki vergidən azad edilməmiş kimi bir vergi nisbəti tətbiq edə bilər. b) Türkiyə rezidenti bu Sazişin 10, 11, 12-ci maddələri ilə 13-cü maddənin 4-cü bəndinin müddəaları ilə Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu şəxsin gəlirindən alınacaq vergiyə Azərbaycanda gəlirə görə cəlb olunan vergi miqdarında güzəşt edəcəkdir. Bununla belə bəhs edilən güzəşt Azərbaycanda vergiyə cəlb edilə bilən gəlir üçün, güzəştdən əvvəl hesablanan verginin miqdarından çox olmayacaqdır. Sazişin 22-ci maddəsinin 1 (a) yarımbəndindən də göründüyü kimi Türkiyə rezidentinin gəliri Azərbaycanda vergiyə cəlb edilibsə Türkiyə bu gəliri vergidən azad edəcəkdir. Bu maddənin əsas məqsədi ikiqat vergitutmanın hər bir tərəfin öz daxili siyasətinə uyğun olaraq müəyyən edilməsidir. Odur ki, İnternational Makine Şirkətinin Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə bağlı müvafiq vergilərin ödənilməsi təsdiqlənərsə, Türkiyə tərəfi Sazişin 22-ci maddəsinə uyğun olaraq həmin tutulmuş vergi məbləği miqdarında şirkətə çıxılma verəcəkdir və beləliklə də ikiqat vergitutmanın yaranması halı baş tutmayacaqdır. Belə olan halda İnternational Makine və ya nümayəndəlik tərəfindən Dövlət Vergi Xidmətinə “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-04 forması) ilə müraciət olunmaqla, Ödənilmiş vergilərin təsdiq haqqında Arayış alına bilər və həmin Arayış Sazişin 22-ci maddəsinə əsasən vergilərin ödənilməsində nəzərə alınması üçün Türkiyə tərəfinə təqdim oluna bilər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-777/2022 nömrəli qərardadı ilə iddia tələbinin “qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması” hissəsi mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X19 iddiaya etirazların məzmunlarına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdillər. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Türkiyə Respublikası İzmir X14 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin apostil edilərək tərcümə edilmiş surətindən görünür ki, şirkətin adı “X2 X8 Sanayi və Ticarət Limited Şirketi”dir. Mersis №-si **********000001, reyestr №-si 197025-dir. İlkin qeydiyyat tarixi 14.07.2017-ci il tarixidir. Hüquqi-təşkilati forması bir səhmdarı olan Məhdud Məsuliyyətli Cəmiyyətdir. Nizamnamə kapitalı 10.000 TL-dir. Türkiyə vətəndaşı Erkan Şirin direktor olmaqla (Direktorlar Şurasının sədri) təkbaşına (fərdi şəkildə) təmsil etmək səlahiyyətinə malikdir. Fəaliyyət sahəsi: Başqa bir yerdə təsnif edilməyən digər sənaye, texnika və avadanlıqlaırının quraşdırılması xidmətləri (mətbəə avadanlıqları və sement emalında istifadə edilən texnikaların quraşdırılması daxil olmaqla). Məhdudiyyətlər: hər hansı bir məhdudiyyət yoxdur. - Türkiyə Respublikası Xəzinədarlıq və Maliyyə Nazirliyi Gəlir İdarəsi İzmir Vergi İdarəsi tərəfindən verilmiş 11.03.2019-cu il tarixli Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirə görə tutulan vergilərdə “İkiqat vegitutmanın aradan qaldırılması haqqında” Konvensiyaya görə ünvan sənədinin verilməsi barədə arayışın apostil edilərək tərcümə edilmiş surətindən görünür ki, “X2 X8 Sanayi və Ticaret Ltd.Şti” Türkiyə Respublikasında fəaliyyət göstərir və xarici iqtisadi fəaliyyətdən əldə etdiyi gəlirlərə görə Türkiyədə Korporativ vergi ödəyicsidir. - İzmir Ticarət Palatası Üzvlüyə Qeydiyyat İdarəsi tərəfindən verilmiş 27.03.2019-cu il tarixli, 555258 №-li palata qeydiyyat və fəaliyyət şəhadətnaməsinin apostil edilərək tərcümə edilmiş surətindən görünür ki, İzmir, Karşıyaka, İnönü məh. 6660 küçə No: 6/54 ünvanında yerləşən “X2 X8 Sanayi və Ticaret Limited Şirketi” 14.07.2017-ci ildə qeydiyyata alınmışdır. Peşə qrupu: 55 Texnika (avadanlıq qrupu). Fəaliyyət sahəsi: Sənayedə istifadə edilən Alüminium, taxta, PVC hazırlama avadanlıqdları, kəsici və deşici avadanlıqların emalı, hidravilik maşınlar, hidravlik sistemlər, hidravlik enerji bölmələri, hidravlik silindrlər, Pnevmatika, hidravlika, avtomatlaşdırılmış maşınlar və enerji motorları, birləşdirici detallar və oxlarının istehsalı və nizamnamədə qeyd edilən işlər. Erkan Şirin cəmiyyətin ortağı və səlahiyyətli nümayəndəsidir. Peşə qrupuna əsas NACE kosu: 332090 – Başqa bir yerdə təsnif edilməyən digər sənaye texnika və avadanlıqlarının quraşdırılması xidmətləri (mətbəə avadanlıqları və sement emalında istifadə edilən texnikaların quraşdırılması daxil olmaqla). Sənəd istək əsasında verilmişdir. Yuxarıda adı və reyestr nömrəsi yazılan müəssisənin hal-hazırda palatadakı üzvlüyü davam edir. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 14 iyul 2017-ci il tarixli, 04/17 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 1 (bir) milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər təsdiq edirlər ki, sifarişçi layihə ərazisinin özündə etiva edən çöl geodeziya işləri istisna olmaqla torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcüd olan plan-kartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi təhlili kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri ilə faktiki yerləşməsinə dair kadstr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər torpaq parsellərinin son layihə həllərinin işlənməsi, digər torpaq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi, torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi işlərinin (bundan sonra-“İşlər”) satın alınması üçün, icraçı göstərilən iş və xidmətlər üzrə müqaviləyə ƏLAVƏ 1-də razılaşdırılmış 5.600.000 ABŞ dolları qiymət təklifini qəbul etmişdir. Müəyyən edilmiş məbləğə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödəmə mənbəyində 10% vergi daxildir. Vergi çıxıldıqdan sonra icraçıya ələçatacaq məbləğ 5.040.000.00 USD (beş milyon qırx min ABŞ dolları) təşkil edir. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış Qiymətlərin razılaşdırma protokolunun ƏLAVƏ 1 surətindən görünür ki, 1. Topraq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plan-katoqarfik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 525000 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 700000 USD; 3. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 525000 USD; 4. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi – 3850000.0 USD. Yekun 5.600.000 (beş milyon altı yüz min) ABŞ dollar. Qeyd: Bu protokol 04/17 saylı, 14 iyul 2017-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olur və tərəflər arasında hesablaşmaq üçün əsas hesabat sənədi sayılır. - Həmin protokoldan həmçinin görünür ki, ödənişlər barədə müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 10/17 №-li Texnologiyanın inkişafı və Texnologiyaların transfer edilməsi müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti elektron uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün isifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama texnalogiyasının transferi. Texnologiyaların transferi ilkin sifariş üzrə həyata keçirilir. Görülən işlərin Sifarişçinin İcraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən İcraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. İcraçı Sifarişçinin sifarişdə göstərdiyi texnologiyaların inkişaf etdirilməsinə dair innovativ Texnologiyaların transferlərini həyata keçirir (işi icra edir). Ərazi ölçmələri üçün istifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parsellemə proqramı və məsafədən zondlama texnologiyasının (ötürülməsinə) transveri hər bir ədəd sistem üçün 160000 (yüz altmış min) USD olmaqla 15 ədəd sistem üçün Tərəflərin razılaşması ilə 2.133.334,00 USD (iki milyon yüz otuz üç min üç yüz otuz dörd ABŞ dolları) müəyyən edilir. Müəyyən edilmiş məbləğə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödəmə mənbəyində 10 % vergi daxildir. Vergi çıxıldıqdan sonra icraçıya ələçatacaq məbləğ 1.920.000 USD (bir milyon doqquz yüz iyirmi min ABŞ dolları) təşkil edir. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli, 03/18 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 725000 (yeddi yüz iyirmi beş min) hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 550 000 parseldəpay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər təsdiq edirlər ki, sifarişçi layihə ərazisinin özündə etiva edən çöl geodeziya işləri istisna olmaqla torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcüd olan plan-kartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi təhlili kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi onların yaranma səbəblərinin öyrənilməsi uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər torpaq parsellərinin son layihə həllərinin işlənməsi, digər torpaq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi, torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi işlərinin (bundan sonra-“İşlər”) satın alınması üçün, icraçı göstərilən iş və xidmətlər üzrə müqaviləyə ƏLAVƏ 1-də razılaşdırılmış 5.500.000 ABŞ dolları qiymət təklifini qəbul etmişdir. Müəyyən edilmiş məbləğə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödəmə mənbəyində 10% vergi daxildir. Vergi çıxıldıqdan sonra icraçıya ələçatacaq məbləğ 4.950.000.00 USD (dörd milyon doqquz yüz əlli min ABŞ dolları) təşkil edir. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış Qiymətlərin razılaşdırma protokolunun ƏLAVƏ 1 surətindən görünür ki, 1. Topraq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plan-katoqarfik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 412500 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 550000 USD; 3. Mövcud kadastr məlumatlarının keyfiyyətinə nəzarət edilməsi, səhvləri aradan qaldırılmış məlumatların aralıq kadastr məlumat bazasına daxil edilməsi üçün ******* USD; 4. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 412500 USD; 5. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi – 3.025 000 USD. Yekun beş milyon beş yüz min ABŞ dollar. Qeyd: Bu protokol 03/18 saylı, 25 yanvar 2018-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olur və tərəflər arasında hesablaşmaq üçün əsas hesabat sənədi sayılır. - Həmin protokoldan həmçinin görünür ki, ödənişlər barədə müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 04/17 saylı, 14.07.2017-ci il tarixli müqavilə əsasında 31.08.2017-ci il tarixli, Forma 2 №-li “Azərbaycan Respublikasının 1 milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etriən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 330000.00 USD; 2. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 247500.00 USD; 3. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 1815000.00 USD. Cəmi 2392500.00 (iki milyon üç yüz doxsan iki min beş yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 04/17 saylı, 14.07.2017-ci il tarixli müqavilə əsasında 11.09.2017-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 1333200.00 USD. Cəmi 1333200.00 (bir milyon üç yüz otuz üç min iki yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 04/17 saylı, 14.07.2017-ci il tarixli müqavilə əsasında 06.10.2017-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etriən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 354000.00 USD; 2. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 265500.00 USD; 3. Topraq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plan-katoqarfik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 525000.00 USD; 4. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 121000 USD. Cəmi 1265500.00 (bir milyon iki yüz altmış beş min beş yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 10/17 saylı, 20.10.2017-ci il tarixli müqavilə əsasında 15.12.2017-ci il tarixli, Forma 2 №-li “Elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün istifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama sisteminin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, ərazi ölçmələri üçün istifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama sistemi üçün 1066668.00 USD. Cəmi 1066668.00 (bir milyon üç yüz otuz üç min iki yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 10/17 saylı, 20.10.2017-ci il tarixli müqavilə əsasında 25.12.2017-ci il tarixli, Forma 2 №-li “Elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün istifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama sisteminin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, ərazi ölçmələri üçün istifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama sistemi üçün 1066668.00 USD. Cəmi 1066668.00 (bir milyon üç yüz otuz üç min iki yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 04/17 saylı, 14.07.2017-ci il tarixli müqavilə əsasında 15.03.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarıın islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etriən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 16000.00 USD;
2. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 12000.00 USD; 3. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 580800.00 USD. Cəmi 608800 (altı yüz səkkiz min səkkiz yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 02.04.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 135000.00 USD; 2. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 990000.00 USD. Cəmi ******* (bir milyon bir yüz iyirmi beş min) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 09.04.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 117000.00 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 156000.00 USD; 3. Mövcud kadastr məlumatlarının keyfiyyətinə nəzarət edilməsi, səhvləri aradan qaldırılmış məlumatların aralıq kadastr məlumat bazasına daxil edilməsi üçün 312000.00 USD. Cəmi 585000,00 (beş yüz səksən beş min) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 17.04.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 46125.00 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 61500.00 USD; 3. Mövcud kadastr məlumatlarının keyfiyyətinə nəzarət edilməsi, səhvləri aradan qaldırılmış məlumatların aralıq kadastr məlumat bazasına daxil edilməsi üçün 123000 USD; 4. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 357500.00 USD. Cəmi 588125,00 (beş yüz səksən səkkiz min yüz iyirmi beş min) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 04.09.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 187500.00 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 250000.00 USD; 3. Mövcud kadastr məlumatlarının keyfiyyətinə nəzarət edilməsi, səhvləri aradan qaldırılmış məlumatların aralıq kadastr məlumat bazasına daxil edilməsi üçün 500000 USD; 4. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 165000.00 USD. Cəmi 1102500,00 (bir milyon yüz iki min beş yüz) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 10.09.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etriən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 165750.00 USD; 2. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 676500.00 USD. Cəmi 842250,00 (səkkiz yüz qırx iki min iki yüz əlli) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında 03/18 saylı, 25.01.2018-ci il tarixli müqavilə əsasında 12.10.2018-ci il tarixli, Forma 2 №-li “Daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin təhsil təslimi” aktının lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 1. Torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili üçün 61875.00 USD; 2. Kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı üçün 82500.00 USD; 3. Mövcud kadastr məlumatlarının keyfiyyətinə nəzarət edilməsi, səhvləri aradan qaldırılmış məlumatların aralıq kadastr məlumat bazasına daxil edilməsi üçün 165000 USD; 4. Pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər topraq parsellərinin son layihə göstəricilərinin aralıq bazaya daxil edilməsi üçün 111750.00 USD; 5. Torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi üçün 836000.00 USD. Cəmi 1257125,00 (bir milyon iki yüz əlli yeddi min yüz iyirmi beş) ABŞ dolları həcmində iş icraçı tərərindən sifarişçiyə təhvil verilmişdir. Bank tərəfindən ödəmələrlə bağlı müvafiq qeydlər aparılmışdır. - “Sifarişçi” Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti ilə “İcraçı” “X20 Mühendislik Sanayi Ticaret Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi arasında tərtib edilərək 06.03.2018-ci il tarixdə təsdiq edilmiş “Türkiyə Cumhutiyyətinin qanunları əsasında yaradılmış və fəaliyyət göstərən “Kutlubey X17 Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən “Azərbaycanda X6 uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarını islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işləri” Layihəsi çərçivəsində 09.10.2017-ci il tarixdən 15.01.2018-ci il tarixinə kimi işlərin yerinə yetirilməsi barədə hazırlıq” aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Sifarişçi) ilə Türkiyə Cumhuriyyətinin “X20 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi (bundan sonra-Podratçı) arasında 2016-cı ilin may ayının 3-ün də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44 980 393.00 ABŞ (Qırx dörd milyon doqquz yüz səksən min üç yüz doxsan üç) dolları məbləğində olan Azərbaycanda X6 uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016cı il tarixindən başlanılmışdır. Layihə ərazisinin 270000 parsel üçün çöl geodeziya ölçmə işlərinin aparılması işləri tamamlanmışdır. Layihə ərazisinin 270000 parsel üçün çöl və kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı və toplanması işləri tamamlanmışdır. Layihə ərazisinin 270000 parsel üçün çöl geodeziya ölçmə işlərinin aparılması işləri tamamlanmışdır. Layihə ərazisinin 270000 paresl üçün çöl və kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı və toplanması işləri tamamlanmışdır. Layihə ərazisinin 570000 parsel üçün pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə həllərinin işlənməsi, digər torpaq parselləinin son layihə göstəricilərinin (qrafiki və mətn şəkildə) aralıq bazaya daxil edilməsi işləri tamamlanmışdır. Layihə ərazisinin 167000 parsel üçün torpaqların kadastr uçotu işi prosesində hazırlanmış və aralıq kadastr məlumat bazasına daxil edilmiş məlumatların X6 X10 transfer üçün müvafiq hala gətirilməsi işləri tamamlanmışdır. İcra olunmuş işlərin ümumi dəyəri 18 % ƏDV ilə birlikdə 5.289.300,00 (beş milyon iki yüz səksən doqquz min üç yüz) ABŞ dolları təşkil edir. Bu akt qarşılıqlı hesablaşma aparmaq üçün tərtib edilmişdir. (İcra olunmuş işlərin elektron variantı akta əlavə olunur – 1 ədəd DVD disk). - İddiaçının səlahiyyətli nümayəndəsi X18 tərəfindən Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 03.06.2019-cu il tarixli məktubun surətindən görünür ki, əlavədə “X2 X8 San. ve Tic. LTD.ŞTİ”nin 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlirə görə ödədiyi verginin geri qaytarılması üçün 03.09.2019-cu il tarixli DTA-05 ərizəsi göndərilir. DTA-05 ərizəsinə dair aşağıdakı əlavə məlumatları nəzərlərinə çatdırmaq istərdi: Qeyri-rezidentin səlahiyyətli nümayəndəsi X11 şəxsiyyət vəsiqəsinin verildiyi tarix və sənədi verən səlahiyyətli orqanın adı vəsiqədə qeyd edilmədiyinə görə DTA-05 ərizəsinin müvafiq xanaları doldurulmamışdır. Hər üç müqavilə üzrə icraçı tərəfindən xidmətlərin göstərildiyi yer Türkiyə Respublikası olmuşdur. Xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktlarında xidmətlərin göstərildiyi dövr müvafiq müqavilənin qüvvəyə mindiyi tarixdən təhvil-təslim aktının tarixinədək olmuşdur. 2017-ci ilin 3-cü və 4-cü rübləri üzrə hesablanmış 10 % ÖM Vergi gəliri ödəyən və eyni zamanda vergi agenti olaraq “X20 Mühendislik Sanayi Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikası Nümayəndəliyi tərəfindən müvafiq dövrün ÖMV Bəyannaməsində qismən bəyan edilmişdir. X22 yoxlaması nəticəsində 28.12.2018-ci il tarixdə VN tərəfindən 10 % ÖM vergisinə əlavə hesablama verilərək həmin tarixdə Nümayəndəliyin büdcəyə artıq ödəməsi hesabına ödənilmişdir. DTA-05 ərizəsini icraya qəbul edərək təsdiq edilməsi xahiş edilmişdir. - Cavabdeh tərəfindən iddiaçının səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubun surətindən görünür ki, “X2 X8 San ve TİC.LTD.ŞTİ" şirkətinin 14.06.2019-cu il tarixli, **********483300 nömrəli DTA-05 ərizəsinin təsdiq edilməsi barədə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi “X2 X8 San ve TİC.LTD.ŞTİ” şirkəti (bundan sonra - İnternational Makine) ilə “X20 Mühendislik Sanayi Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonranümayəndəlik) arasında müvafiq müqavilələr bağlanmış və müqavilələrin şərtlərinə əsasən İnternational Makine şirkəti müqavilə ilə nəzərdə tutulmuş xidmətləri icra edərək nümayəndəliyə təhvil verməli və bunun müqabilində sonuncu tərəfindən müvafiq ödənişlər İnternational Makine şirkətinə aparılmalı idi. Bildirilir ki, aparılmış ilkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində İnternational Makine şirkətinin faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatlar mövcud deyil. Qeyd olunan məlumatların olmaması İnternational Makine şirkətinin faktiki olaraq müəssisə kimi fəaliyyət göstərməməsi və aralıq müəssisə qismində yaranması və məqsədinin "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" Sazişin üstünlüklərindən istifadə etməsi qənaətinə qəlməsı ilə bağlı əsaslı şübhələr yaranmışdır. DTA-05 müraciətinin ətraflı araşdırılması, İnternational Makine şirkətinin nümayəndəliklə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra etməsi potensialına malik olması və təqdim olunan sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli, **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergıtutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən Türkiyə Respublikasının müvafiq orqanına sorğu göndərilmişdir. Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən sorğuya cavab olaraq 27.08.2020-ci il tarixində daxil olan məlumatlara əsasən İnternational Makine şirkətinin nümayəndəlik ilə bağlanan müqavilələrə əsasən müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması aşkarlanmışdır. Belə ki, İnternational Makine şirkətinin nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixində yaradılması (14.07.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi bunun əyanı sübutudur. Eyni zamanda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" X16 və X15 Konvensiyasına uyğun olaraq bağlandığını nəzərə alaraq, həmin təşkilatın Model Konvensiyanın müddəaları ilə bağlı verdikləri şərhlərə də nəzər salınmalıdır. Model Konvensiyanın 1-ci “Konvensiyanın tətbiq edildiyi şəxslər" maddəsinin şərhlərində beynəlxalq təcrübədə heç iqtisadi mahiyyəti olmayan aralıq şirkətlərdən (“conduit companies”) istifadə etməklə ikiqat vergıtutmanm aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan sui-istifadə halları barədə müddəalar əks olunmuşdur. Bu baxımdan, heç bir iqtisadi mahiyyəti olmayan aralıq şirkətlər yaratmaqla sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan suiistifadə edilməsi beynəlxalq vergitutma prinsiplərinə zidd olaraq mənfəətin köçürülməsinə və vergitutma bazasının aşınmasına imkanlar yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq, DTA-05 ərizəsinin təsdiqlənməsi mümkün hesab olunmur. - Cavabdeh tərəfindən qəbul edilmiş inzibati şikayətin təmin edilməməsi haqqında 22.02.2021-ci il tarixli, **********62800 nömrəli qərarın surətindən görünür ki, “X3 X8 San. ve TİC.LTD.ŞTİ" şirkətinin DTA-05 ərizə formalarına imtina edilməsi barədə 18.01.2021-ci ii tarixli, S**********141001/3 nömrəli, 19.01.2021-ci iİ tarixli, S211701C004141002/4 nömrəli və 26.01.2021-ci il tarixli, S**********141003/8 nömrəli inzibati şikayətləri təmin edilməmişdir. - Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyi Gəlir Administrasiyasının Başçılığı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış 02.03.2020-ci il tarixli məktubun tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, vergi bazalarına uyğun olaraq “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkəti 14 iyul 2017-ci il tarixdən etibarən qeydiyyatdan keçmiş vergi ödəyicisidir. X25 şirkətin yeganə səhmdarıdır. Şirkətin kommersiya fəaliyyəti “müxtəlif maşınların və avadanlıqların quraşdırılması sahəsində xidmətlərin göstərilməsidir (sement istehsalında istifadə olunan maşınlar və çap preslər daxil olmaqla)”. Eyni zamanda nəzərlərinə çatdırırlar ki, sorğunun araşdırılması məqsədilə müvafiq vergi idarələriə göndəriləcəkdir. Hesabat təqdim edildiyi kimi nəticələr barədə müvafiq qaydada məlumatlandırılacaqlar. Bu məlumat ölkələr arasında qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəalarına əsasən təqdim edilir və onun istifadə edilməsi və açıqlanması Sazişin müddəalarına uyğun olaraq həyata keçirilməlidir. - Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyi Gəlir Administrasiyasının Başçılığı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış 02.03.2020-ci il tarixli məktubun tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, yerli vergi orqanları tərəfindən təqdim edilmiş hesabata əsasən “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkətinin kommersiya fəaliyyəti “proqram təminatı və məlumat bazası üzrə məsləhət dəstəyi, həmçinin kənardan reklam işləridir”. Şirkətin 2017-ci və 2018-ci il üzrə ümumi dövriyyəsi 187.360,00 TL və 115.400,00 TL müvafiq olaraq təşkil etmişdir. Şirkətin xaricdə filialları və ya nümayəndəlikləri mövcud deyildir. Şirkət Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və rəsmi dövlət qurumlarına proqram təminatı və məlumat bazası üzrə dəstək sahələrində texnologiya ötürülməsi dəstəyini göstərir. Hazırda şirkətdə komputer mütəxəssisi, komputer proqarmçısı və satış mütəxəssisi olmaqla üç əməkdaş çalışır. Şirkətin vəzifəli şəxsinin hesabatına əsasən şirkətin heç bir lisenziyası mövcud deyildir. Proqram təminatı üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair “X3 X8 San. ve Tic. Ltd. Şti" və “Kutlubey X17 A.Ş.” arasında 2017-ci ildə bağlanmış müqavilənin surəti, həmçinin texnologiyanın inkişafı və texnologiyaların ötürülməsinə dair müqavilənin surəti Qoşmada təqdim olunur. Ticarət Reyestrində mövcüd olan sənədlərin araşdırılması zamanı yerli vergi müfəttişlərinin şirkətin meneceri olan cənab X23 X17 A.Ş.-də iştirak payının olmamasını aşkar etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X20 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-ün də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44 980 393.00 ABŞ (Qırx dörd milyon doqquz yüz səksən min üç yüz doxsan üç) dolları məbləğində olan Azərbaycanda X6 uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işləri görülməlidir. Hazırki iş üzrə iddiaçı “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkəti ilə “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi arasında 3 xidməti müqavilə (14.07.2017-ci il tarixli, 04/17 №-li, 20.10.2017-ci il tarixli, 10/17 №-li, 25.01.2018-ci il tarixli, 03/18 №-li) bağlanmış və müqavilələrin şərtlərinə əsasən Azərbaycan Respublikasının ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərini sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən müqavilələrdə nəzərdə tutulmuş işlər icraçı tərəfindən yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. İddiaçının 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlirə görə ödədiyi verginin geri qaytarılması üçün DTA-05 ərizəsi cavabdeh inzibati orqan tərəfindən beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində İnternational Makine şirkətinin faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatların mövcud olmamasına, şirkətinin faktiki olaraq müəssisə kimi fəaliyyət göstərməməsi və aralıq müəssisə qismində yaranması və məqsədinin "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" Sazişin üstünlüklərindən istifadə etməsi qənaətinə qəlməsı ilə bağlı əsaslı şübhələr yaranmasına, şirkətin nümayəndəliklə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra etməsi potensialına malik olmaması, şirkətin nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixində yaradılması (14.07.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi əsas gətirilərək təsdiqlənməmiş, bununla bağlı inzibati şikayət də təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında 01.01.1998-ci il tarixli Sazişə, həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına istinad edərək, 03 xidmət müqaviləsi üzrə Türkiyə Cümhuriyyətində icra edilmiş işlərə görə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasını xahiş edir. İşin mübahisələndirilməyən halı xidmət müqavilələri üzrə ödənişlərə görə ödəmə mənbəyində verginin tutulmasıdır. İşin mübahisələndirilən halı qeyd edilən xidmətlər üzrə ödənilmiş ödənişlərə görə ödəmə mənbəyində tutulmuş verginin geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. - 125.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. - 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndi qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, Qaydaların 7-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyrirezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra-maliyyə orqanı) göndərilir. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanuna müvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında 01.01.1998-ci il tarixli Sazişin: - 1-ci maddəsinə əasən bu saziş razılığa gələn Dövlətlərdən birinin və ya ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. - 2.1-ci maddəsinə əsasən bu saziş, alınma qaydasından asılı olmayaraq, razılığa gələn dövlətdə və ya onun ərazisi-inzibati bölmələrində, ya da yerli hakimiyyət orqanlarında gəlirlərdən alınan vergilərə tətbiq olunur. - 2.3-cü maddəsinə əsasən bu sazişin şamil edildiyi Azərbaycan Respublikası qanunvericiliyində qüvvədə olan vergilər: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər. - 5.1-ci maddəsinə əsasən Bu sazişin məqsədləri baxımından “iş yeri” termini müəssisənin fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi işlə əlaqədar sabit yeri bildirir. -5.2-ci maddəsinə əsasən “iş yeri” termininə daxildir: a) idarəetmə yeri, b) filial c) büro, d) fabrik, e) emalatxana - 7.1-ci maddəsinə əsasən Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Hazırki mübahisəyə aid olaraq məhkəmə qeyd edir ki, göstərilən xidmətlər sifarişçi qismində “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi tərəfindən iddiaçı “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkətinə sifariş verilmiş və bütün icra işləri Şirkət tərəfindən, məhz Şirkətin yerləşdiyi yer üzrə X5 şəhərində həyata keçirilmiş, təhvil-təslim aktlarına əsasən işlər Şirkət tərəfindən təhvil verilmiş və görülmüş işlərə görə ödənişlər də “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi hesabına həyata keçirilmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X20 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-ün də Bakı şəhərində imzalanmış SM- 14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44 980 393.00 ABŞ (Qırx dörd milyon doqquz yüz səksən min üç yüz doxsan üç) dolları məbləğində olan Azərbaycanda X6 uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X20 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir. Satınalma müqaviləsi çərçivəsində bir çox işlər müqavilədə qeyd edildiyi kimi Nümayəndəlik vasitəsilə icra edilmişdir. Hazırki mübahisə predmetinə dair təqdim edilmiş, bəhs edilən 3 xidmət müqaviləsinin tədqiqi göstərir ki, bu müqavilələr sırf icraçı qismində “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkəti tərəfindən, Şirkətin yerləşdiyi yerdə X5 şəhərində icra edilmiş, həmin işlər icraçı qismində Şirkətin özü tərəfindən Sifarişçiyə təhvil verilmiş, bütün ödənişlər də Şirkətin hesabına ödənilmişdir. “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında 01.01.1998-ci il tarixli Sazişin” 7.1-ci maddəsinin ikinci cümləsindən göründüyü kimi əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Yəni Şirkətin nümayəndəliyi tərəfindən deyil, nümayəndəliyin yerləşdiyi ölkədən kənarda, xaricdə, Şirkətin yerləşdiyi yerdə, Şirkətin özü tərəfindən icra edilən işlərə görə mənfəət sırf Şirkətin özünə aiddir. Eyni zamanda cavabdeh inzibati orqanın sorğusuna aidiyyəti Türkiyə Cumhuriyyətinin səlahiyyətli orqanın verdiyi cavabdan göründüyü kimi “X3 X8 San. ve Tic. Ltd. Şti" şirkəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və rəsmi dövlət qurumlarına proqram təminatı və məlumat bazası üzrə dəstək sahələrində texnologiya ötürülməsi dəstəyini göstərir və şirkətin rəhbərinin Kutlubey X17 A.Ş.-də iştirak payı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hər 3 müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməməsi ilə bağlı sifarişçi tərəfindən hər hansı mübahisə qaldırılmadığından, icraçının işləri yerinə yetiriməsi ilə bağlı təhvil-təslim aktları mübahisələndirilmədiyindən cavabdeh inzibati orqanın müəssisənin yaranmasının nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixinə təsadüf etməsi (14.07.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişdirilməsinin müəssisənin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması barədə irəli sürdüyü dəlillər əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə “X21 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasında vergi məsuliyyətinə cəlb olunması iddiaçının qanunla qorunan hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndinə müvafiq olaraq “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA formasını), ona lazimi sənədləri əlavə etməklə vergi orqanına əsaslı olaraq təqdim etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarda isə işin hallarına düzgün qiymət verilməyərək inzibati şikayətin təmin edilməməsi nəticəsinə gəlinmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərar ləğv edilməli, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərar ləğv edilərək, “X2 X8 San. ve Tic. LTD.Şti” Şirkətinin DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına (Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova