Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7774/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi A.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi A.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasına (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, X2 ölməsini təsdiq edən “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli 24 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, X1.ev 9 mənzil 3-də qeydiyyatda olmasına baxmayaraq, səhhəti ilə bağlı heç vaxt A.H.Kazımov adına 1 nömrəli ərazi poliklinikasına müraciət etməmişdir. Bu səbəbdən onun keçirdiyi xəstəliklərlə bağlı heç bir yerdə məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarının 04.2-bəndində qeyd edildiyi kimi ölüm hadisəsi yaşadığı yerdə (Xətai rayonu Vəzirov küçəsi 17-də) baş veribsə, TTTYS-nın həkiminin verdiyi xəbərdarlıq vərəqəsi bu qaydanın 04.1-bəndində qeyd olunan ambulator-poliklinik tibb müəsissəsinə təqdim edilir. Bu halda həmin ünvana uyğun ərazi tibb müəsissəsi tərəfindən “ölüm haqqında tibbi arayış” yazılır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının anası X9 xx.xx.2021-ci il tarixdə COVİD-19 virusuna yoluxması nəticəsində “kəskin tənəfüz çatışmazlığı, kəskin ağ ciyər ürək çatışmazlığı, iktərəfli pnevmoniya (90% buzlu şüşə)” səbəbindən vəfat etmişdir. Bu fakt Təcili və X8 Stansiyasının xx.xx.2021-ci il tarixli 0659 saylı Ölüm haqqında Xəbərdarlıq vərəqəsində öz təsdiqini tapmışdır. X2 ölümündən 1 gün sonra ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsi barədə qeydiyyatda olduğu ərazi üzrə 1 nömrəli Şəhər Poliklinikasına şifahi müraciət etsə də, Poliklinikanın rəhbərliyinin təqsiri üzündən bugünə kimi Şəhadətnaməni əldə edə bilməmişdir. Bundan sonra yenidən ərizə ilə 1 nömrəli Şəhər Poliklinikasına və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ərizə ilə müraciət etdikdə hər iki qrum tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir, imtinaya səbəb isə X2 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq səhhəti ilə bağlı heç vaxt A.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyi qeyd edilmişdir. Təcili və X8 Stansiyasının xx.xx.2021-ci il tarixli, 0659 saylı Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən də göründüyü kimi anası X9 xx.xx.2021-ci il tarixdə COVİD-19 virusuna yoluxması nəticəsində “kəskin tənəfüz çatışmazlığı, kəskin ağ ciyər ürək çatışmazlığı, iktərəfli pnevmoniya (90% buzlu şüşə) səbəbindən vəfat etmişdir. Eyni zamanda bununla bağlı mərhum anasının mobil telefonuna xx.xx.2021-ci il tarixdə COVİD-19 ilə bağlı verilmiş testin pozitiv olduğu barədə məlumat gəlmişdir. Qeyd edilənlərə əsasən mərhum X2 ölümü ilə bağlı “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.2-ci bəndində qeyd edilən sübutlar cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi A.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasına təqdim edildiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 295 nömrəli iddiaya dair yazılı münasibətində imtina məktubunda qeyd olunanları təkrarlayaraq, A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası tərəfindən ölüm haqqında tibbi arayışın verilməsnini qeyri qanuni olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddiaçı vəfat edən X5 ailə üzvü (qızı) olmaqla, cavabdeh tərəfindən anasına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edilməsinə istinad edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu imtinası əsassız, iddiaçı isə tələbində haqlıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cü maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü hissəsinə əsasən: - bənd 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - bənd 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. - bənd 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. - bənd 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmətibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. - bənd 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. - bənd 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. - bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İstinad olunan normalardan görünür ki, ölüm hadisəsi yaşayış yerində baş verdikdə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi: 1.ölüm hadisəsini təsdiq edir;
2. bu barədə çağırış vərəqəsində qeydiyyat aparır;
3. vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur;
4. ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Bundan sonra əgər ölümün baş vermə səbəbi məlumdursa, həmin “Xəbərdarlıq vərəqəsi”, yaxud tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu (və ya faktiki yaşadığı) ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə’' verilir. Lakin Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan hallar varsa, şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən, ölüm hadisəsi müayinə və ya müalicə üzrə stasionar tibb müəssisəsində baş verdikdə, həmin tibb müəssisəsi tərəfindən verilir. İşdən görünür ki, hazırkı iş üzrə yuxarıda istinad olunan Qaydanın 4.4 və ya 4.5-ci bəndlərində göstərilən hallar mövcud olmamışdır. Deməli, hazırkı iş üzrə “Ölüm haqqında tibbi şəhadətnamə” vəfat edən şəxsin qeydiyyatda olduğu (və ya faktiki yaşadığı) ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilməlidir. Belə ki, iş materiallarında olan sms bildirişdən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə verdiyi COVİD-19 ilə bağlı testin nəticəsi pozitiv çıxmışdır. Təcili və X8 Stansiyasının 0659 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 ölümünün ilkin səbəbi kimi “Kəskin tənəffüs çatmazlığı. Kəskin ağciyər-ürək çatmazlığı. İki tərəfli pnevmoniya (90% buzlu şüşə)” qeyd edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhər Təcili və X8 Stansiyası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 222 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14:19-da “103” xidmətinə ünvan 2 ünvanından Dilarənin (76 yaş) adına “buzlu şüşə” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Könül Abbasova icra edərək, xəstə X6 (76 yaş) “Kəskin tənəffüs çatmazlığı. Kəskin ağciyər-ürək çatmazlığı. İki tərəfli pnevmoniya. Buzlu şüşə (90%) diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərməsinə baxmayaraq xəstə həkim yanında keçinmişdir. Həkim xəstəyə “Həkim yanında ölüm” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə 37-ci polis bölməsinə serjant Məmmədova məlumat verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə D.Məmmədovanın ölüm səbəbi məlum olmuş, Təcili və X8 Stansiyası ölümün səbəbini göstərməklə tibb müəssisəsinə təqdim etmək üçün “Xəbərdarlıq vərəqəsi”ni doldurmuş, ölüm hadisəsi barədə ərazi üzrə hüquq-mühafizə orqanına məlumat vermişdir. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə cavabdehin D.Məmmədova barəsində “Ölüm haqqında tibbi şəhadətnamə’' tərtib etməsi üçün tələb olunan bütün şərtlər mövcud olmuşdur. Cavabdehin imtinasından görünür ki, o, iddiaçının tələbini təmin etməkdən imtina edərkən, X5 Qoqol küçəsi, ev 9, mənzil 3-də qeydiyyatda olmasına baxmayaraq, səhhəti ilə bağlı heç vaxt A.H.Kazımov adına 1 nömrəli ərazi poliklinikasına müraciət etməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, birincisi, qanunverici şəhadətnamənin vəfat edən şəxsin qeydiyyatda olduğu, yaxud faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilməsini müəyyən etməklə, şəxsə hansı tibb müəssisəsinə müraciət etməsi ilə bağlı iradə azadlığı vermişdir. İkincisi, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, D.Məmmədova müxtəlif vaxtlarda 1 nömrəli şəhər Poliklinikasında müayinə olunmuş, ona dərman üçün reseptlər yazılmışdır. Bundan başqa, qanunverici “Ölüm haqqında tibbi şəhadətnamə’'nin yalnız “Xəbərdarlıq vərəqəsi” əsasında tərtib edilməsini də mümkün hesab etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili iddiaçının tələbinin təmin edilməsindən imtina üçün yetərli əsas sayıla bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya D.Məmmədova barəsində “Ölüm haqqında tibbi şəhadətnamə’' verilməsindən imtina etməsi əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.1945-ci il təvəllüdlü X5 ölümü ilə bağlı “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi A.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova