Məhkəmə qərarları › İş №2-1(112)-7775/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7775/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7775/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının ləğv olunması haqqında 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, dövlət qulluqçusu kimi pensiyasının 31 mart 2023-cü il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi və Sosial Ödənişlər üzrə Mərkəzi Filialın cavabdeh qismində cəlb edilməsi və həmin cavabdehin pensiya təyinatı barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı sonradan ərizə təqdim edərək digər tələblərlə yanaşı əlavə olaraq 5000 manat kompensasiyanın ona ödənilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmış, sonradan dövlət qulluqçusu kimi pensiya dayandırılmış və ona ümumi əsaslarla pensiya təyin edilmişdir. Halbuki, Milli Aerokosmik Agentliyinin əməkdaşı kimi ona dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır. Aidiyyəti dövlət orqanlarının məktubundan görünür ki, həmin Agentlikdə iş stajı dövlət qulluğu stajıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 02 fevral 2016-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyasının yenidən hesablanması üçün iddiaçı inzibati orqana müraciət etmiş, buna uyğun inzibati icraat aparılmış, tərəf dəvət edilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Milli Aerokosmik Agentliyində iş stajı dövlət qulluğu stajı hesab edilmir. Belə ki, Agentlik Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuş, strukturunda olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi iddiaçının əmək pensiyası 01 aprel 2023-cü il tarixdən dayandırılmış, ümumi əsaslarla pensiya təyinatı aparılmışdır. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, məhkəmə hazırkı iş üzrə hər iki cavabdehin prosessual həmiştirakçı qismində tanınması məsələsinə münasibətdə də mümkünlük şərtinin ödənilməsi qənaətindədir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, mümkün hesab edilir. Hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Belə ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Cavabdehlərdən biri olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən həmin pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə iddiaçıya adi qaydada pensiya təyinatının aparılması həyata keçirilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasını qərar əsasında dayandırılması qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş qərara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya ümumi əsaslarla pensiya təyinatı barədə qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusunun ailə üzvü kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Bu səbəbdən də uyğun faktiki və hüquqi əsaslara söykənən həmin tələblərin bir yerdə baxılması, həmçinin prosessual qənaət prinsipləri baxımından da əhəmiyyətlidir. Əks halda isə, iddiaçı ilk növbədə ümumi əsaslara görə əmək pensiyasının ləğvinə nail olmalı, həmin icraat bitdikdən sonra isə dövlət qulluğuna görə təyin edilmiş əmək pensiyasının ləğvinə dair iddia qaldırmalıdır ki, ikinci tələbin birinci tələbə baxılmadan baxıla bilməməsi, yəni qərarın icrasız qalması aydın görünür. Məhkəmə hesab edir ki, əksi qaydası olduqda da iddiaçı hüquqi marağına uyğun nəticə əldə edə bilməz. Bu səbəbdən də, hazırkı iddialara bir icraatda bir-neçə cavabdehə baxılması məqsədəuyğundur. Bundan əlavə, o da qeyd edilməlidir ki, hazırkı halda cavabdehlər hər ikisi Dövlət Sosial Müdafiə Fondunun tərkibinə daxil olan Filiallardır və hüquqi şəxsin müxtəlif məsələlər üzrə qərarları qəbul etmək səlahiyyətinin müxtəlif Filiallarına verməsi iddiaçının məhkəməyə hər iki qərarın bir icraatda ləğv edilməsi barədə müraciət hüququna müdaxilə ilə nəticələnə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, kompensasiyanın ödənilməsinə münasibətdə inzibati orqana müraciətin olub-olmaması da hazırkı iddianın mahiyyəti üzrə baxılmasını istisna etməməkdədir. Belə ki, AR İPM-nin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı halda da, iddiaçının kompensasiyanın ödənilməsinə dair iddiası məhz inzibati orqanın pensiya təyinatı barədə ümumi hüquqi öhdəliklərinin pozulmasından irəli gəldiyi ehtimal olunan kompensasiyanın ödənilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, onun pensiya təyinatı düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də ona kompensasiya ödənilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan hal nəzərə alınmaqla nə qədər ki, iddiaçı ümumi hüquqi öhdəliklərin pozulması ilə bağlı iddia ilə bağlı müraciətlər olmuş, imtina müəyyən edilmişdir ki, həmin iddia çərçivəsində kompensasiyanın ödənilməsi barədə mübahisəyə də baxılması inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuşdur, nə qədər ki, cavabdeh ümumi hüquqi öhdəliyinin pozulmamasında israrlıdır, aydın məsələdir ki, pozulmasının kompensasiyanına yönəlmiş pul məbləğinin ödənilməsinə dair iddianın da cavabdeh tərəfindən qəbulundan, başqa sözlə müraciətin olduğu halda iddianın göstərilən hissədə qəbulundan söhbət gedə bilməz. Odur ki, kompensasiyanın ödənilməsinə dair digər növ AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddialardan (dövlət ehtiyacları üçün alınmış, sökülmüş daşınmaz əmlaklara dair zərərin ödənilməsi və s) fərqli olaraq hazırkı növ iddia cavabdehə əmək pensiyasının bərpa edilməsinə dair iddianın tərkib elementi hesab edildiyindən mümkün hesab edilməli və baxılmalıdır. Bu zaman nəzərə alınması mütləqdir ki, həmin növ kompensasiyanın ödənilməli olub-olmaması əmək pensiyasının bərpa edilibedilməməsi barədə hazırkı iddianın uğurluluğu ilə də sıx bağlıdır. Belə ki, iddia rədd ediləcəyi təqdirdə kompensasiyanın ödənilməsi istisna edilir ki, göründüyü kimi ümumi hüquqi öhdəliklərin pozulub-pozulmamasının araşdırıldığı halda kompensasiyanın ödənilib-ödənilməməsinin ayrıca araşdırılması halı yarana bilər ki, Məcəllənin həmin kompensasiyaya birlikdə baxılmalı olmasına dair tələbi də həmin zərurətdən irəli gəlir. Başqa sözlə ümumi hüquqi öhdəliklərin pozulub-pozulmaması, yəni əmək pensiyasının bərpa edilib-edilməməsi və kompensasiyanın ödənilib-ödənilməməsi bir iddianın predmetidir və burada hər hansı müraciətin mövcudluğu tələbi olmamaqla hazırkı iddianın vahid predmetidir. Cavabdehin kompensasiyanın ödənilməsindən hər bir halda məhkəmə icraatı gedişində imtinası da prosessual qənaət prinsipləri baxımından nəzərə alınmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Milli Aerokosmik Agentliyində iş stajı dövlət qulluğu stajı hesab edilmir. Belə ki, Agentlik Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuş, strukturunda olmamışdır. Azərbaycan Mili Aerokosmik Agentliyinə ünvanlanmış 28 aprel 2006-cı il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin maaşları yalnız dövlət büdcəsinin vəsaiti hesabına verilən işçiləri dövlət qulluqçuları hesab edilirlər. X1 üzrə Komissiyanın 19 aprel 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, maaşları yalnız dövlət büdcəsinin vəsaiti hesabına verilən Agentliyin işçiləri dövlət qulluqçuları hesab edilirlər. Əmək pensiyasının ləğv edilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası ləğv edilmişdir. Milli Aerokosmik Agentliyinin 03 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 1980-ci il 18 iyun tarixində keçmiş X5 İstehsalat Birliyinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, sonradan MAKA aparatında şöbələrdə aparıcı mütəxəssis, baş mütəxəssis, İşlər Şöbəsinin rəisi kimi vəzifələrdə işləmiş, 2014-cü ilin 17 sentyabr tarixində öz xahişi ilə işdən azad edilmişdir.1992-ci il 21 fevral tarixli Fərman əsasında X5 İstehsalat Birliyinin bazasında Azərbaycan Aerokosmik Agentliyi yaradılmış, Agentliyin mərkəzi aparatının işçilərinin əməkhaqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Fərman əsasında Agentliyin 62 vahiddən ibarət say tərkibi müəyyən edilmiş, 1992-ci il 03 iyun tarixli 26 nömrəli həmin Fərman 2007-ci il 27 fevral tarixli 533 nömrəli Fərmanla qüvvədən düşmüş hesab edilmişdir. X2 06 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının işləmiş olduğu Azərbaycan Milli Aerokosmik Agentliyində iş müddəti 1993-cü il 15 mart tarixədək dövlət qulluğu stajına daxildir. Qeyd edilən dövrdən sonra Agentlikdə iş müddəti dövlət qulluğu stajına daxil edilmir. Oxşar mövqe Mərkəzin cavabdehə ünvanladığı 16 may 2024-cü il tarixli, eləcə də 09 aprel 2023-cü il tarixli məktublarında da təkrarlanmış, iddiaçının 1994- 2014-cü il tarixlərdə işləmiş olduğu vəzifənin dövlət qulluğu stajına aid edilməməsi qeyd edilmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. 10 mart 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı inzibati icraat barədə məlumatlandırılmış, dövlət qulluqçusu kimi əmək pensiyasının ləğv edilməsi məsələsi barədə onun iştirakı ilə araşdırma aparılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; [111] 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. 7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. “Dövlət qulluğu haqqında” Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə dövlət qulluqçusu kimi iddiaçıya təyin edilmiş pensiyanın ləğv edilməsi və ona ümumi əsaslarla pensiya təyinatının aparılmasının düzgün olub-olmaması ilə əlaqədardır. İddiaçı hesab edir ki, Milli Aerokosmik Agentliyinin əməkdaşı kimi ona dövlət qulluqçusu statusuna uyğun olaraq pensiya təyinatı düzgün olaraq həyata keçirilmiş, cavabdeh həmin təyinatın ləğv edilərək ümumi əsaslarla pensiya təyinatını aparmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Həmin iddianın başlıca dəlilindən görünür ki, Milli Aerkosmik Agentliyinin əməkdaşı kimi iddiaçının əmək haqqısı dövlət büdcəsindən maliyyəşmişdir ki, həmin hal, məhkəmə hesab edir ki, Agentliyin məhkəməyə təqdim etdiyi sənədlərlə də öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal özlüyündə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyinatının qauniliyinə, buna uyğun olaraq da cavabdehin dövlət qulluqçusu kimi iddiaçıya təyin edilmiş pensiyanın ləğvinin qanunsuzluğuna əsas vermir. Belə ki, “Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 580 nömrəli 21 fevral 1992-ci il tarixli Fərmanının:

1. X6-İstehsal Birliyi bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradılsın.

3. Azərbaycan Milli Aerokosmik Agentliyinin əsas vəzifələri aşağıdakılardır: —kosmik fəzanın öyrənilməsi sahəsində milli elmi-texniki siyasətin formalaşdırılması, respublikada bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların təşkili, idarə edilməsi və əlaqələndirilməsi, aviasiya texnikasının və kosmik texnikanın yaradılması; —kosmik fəzadan xalq təsərrüfatının, dövlətlərarası birgə aviasiya-kosmik proqramların, layihələrin və sazişlərin xeyrinə istifadə edilməsində beynəlxalq əməkdaşlığa dair konsepsiyaların hazırlanması və həyata keçirilməsi aviasiya-kosmik xidmətlərin dünya bazarına çıxarılması; —aerokosmik elm və texnikanın müvafiq sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlanması və təkrar hazırlıq keçməsi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 26 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında Əsasnamə”nin: 1.1. Azərbaycan Milli Aerokosmik Agentliyi (bundan sonra AMAKA adlandırılır) müstəqil dövlət idarəetmə orqanıdır, kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir. 5.2. AMAKA-nın fəaliyyəti Azərbaycan Respublikasının büdcəsi və öz vəsaiti hesabına maliyyələşdirilir. “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsi haqqında Əsasnamənin və onun strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 490 saylı 15 mart 1993-cü il Fərmanının:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsi haqqında Əsasnamə, 1 nömrəli əlavə üzrə onun mərkəzi aparatının strukturu və 2 nömrəli əlavə üzrə Komitənin tərkibinə daxil olan müəssisələrin siyahısı təsdiq edilsin.*

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın qəbul edilməsi ilə əlaqədar öz normativ aktlarında müvafiq dəyişikliklər etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 mart tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin birlik və müəssisələrin siyahısı təsdiq edilmişdir ki, Azərbaycan Milli Aerokosmik Agentliyi (14-cü bənd) həmin siyahıda müəyyən edilmişdir. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 839 saylı 4 yanvar 2003-cü il tarixli Fərmanının:

1. Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 836 nömrəli4 yanvar 2003-cü il tarixli Fərmanının:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi - texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 27 sentyabr 463 nömrəli Fərmanı ilə X3 Nazirliyinin tabeliyinə verilmişdir. Adıçəkilən normativ hüquqi aktların tələblərindən, eləcə də X7 tərəfindən məhkəmə və inzibati orqana ünvanlanmış əsaslandırılmış sorğuya cavab məktublarından məlum olduğu kimi Azərbaycan Milli Aerokosmik Agentliyi müstəqil dövlət idarəetmə orqanı kimi yaradılsa da, 1993-cü il 15 mart tarixli Fərman əsasında Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin birlik və müəssisələrin siyahısına daxil edilmiş və sonrakı tarixlərə də, Azərbaycan Milli Elmlər Akademiyası və Müdafiə Sənayesi Nazirliyininin tabeliyinə verilmişdir ki, göstərilən səbəbdən 15 mart 1993-cü il tarixdən sonra Agentliyin işçisi kimi iddiaçının iş stajının dövlət qulluğu stajına aid hesab edilməsindən söhbət gedə bilməz. İddiaçının 1992-1993-cü illər ərzində iş stajı isə dövlət qulluğu stajı hesab edilsə də, həmin dövr ona dövlət qulluqçusu kimi pensiya təyinatına imkan vermir. Qeyd olunur ki, 1980-1993-cü illər üzrə iddiaçının iş stajının dövlət qulluğu stajı olubolmaması istiqamətində də araşdırma aparılmışdır ki, həmin dövrün dövlət qulluğu stajına aid olması da müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olmaqla iddianın təmin edilməsi istisna edilməlidir. Qeyd edilməlidir ki, X4 verilmiş sorğuya cavab məktubunda da Mərkəz hakim vəzifəsinin dövlət qulluğu vəzifəsi olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir. Belə ki, Mərkəz 1993-cü il 15 mart tarixədək dövlət idarəetmə orqanı olmuş Agentliyin Siyahının 2.10-cu bəndinə istinadət nəzərdə tutulmuş vəzifələrdə çalışmış şəxslərin iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilməli olması barədə mövqe nümayiş etdirmiş, sonrakı tarixlərdə Agentlikdə iş müddətinin dövlət qulluğu stajına daxil edilməli olmamasını qeyd etmişdir ki, məhkəmə həmin mövqe ilə razılaşmaqdadır. Nəzərə alınmalıdır ki, X7 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X7 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X2 məktubu əsasında mümkündür. (oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və digər aidiyyəti qərarları) Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçının hüquqi marağının qiymətləndirilməsi baxımından zəruri hesab edilməsə belə, nəzərə alınmalıdır ki, hazırkı növ iddianın təmin edilməsi iddiaçının iqtisadi marağına da uyğun olmuşdur. Belə ki, iddiaçı ona məhz dövlət qulluqçusu kimi pensiyasının bərpa edilməsini, məhz dövlət qulluqçusu kimi pensiya təyin edilməli olmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, göstərilən halda iddiaçının əmək pensiyasının məbləği azalacaqdır. Həmin hal hazırkı iddianın mümkünlüyünü istisna etmə sə, iddia üzrə hüquqi maraq dedikdə təkcə iqtisadi maraqdan asılılıq müəyyən edilməsə də, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri ilə onun hər bir halda iqtisadi hüquq və mənafelərinə də təsir olmamışdır. Qeyd olunan konteksdə də qiymətləndirmə aparıldıqda məhkəmə hesab edir ki, həm ümumi hüquqi öhdəliklərin pozulmaması, eləcə də iqtisadi mənafelərin gözlənilməsi iddiaçının kompensasiyanın ödənilməsi barədə iddiasının da qanunsuz və əsassız olması və təmin edilməməli olması qənaətini formalaşdırır. Odur ki, iddia bütünlükdə rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar