Məhkəmə qərarları › İş №2-1(112)-7776/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7776/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7776/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən adına dövlət qeydiyyatına alınmış VÖEN-in (**********), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********653100 saylı, xx.xx.2021-ci il tarixli qərarının və bunlara müvafiq olaraq vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış analoji sosial sığorta hesablamalarının, faizlərin, maliyyə sanksiyasının ləğv edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən mənə xx.xx.2021-ci il tarixdə göndərilmiş məktubla tərəfimdən 196600.14 manat dəyərində istifadəyə yararsız akkumlyator tullantıları 2020-ci ildə “X7” MMC-yə elektron alış aktı əsasında təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin haqqımda vergilərin, sosial sığorta vəişsizlik sığortası haqlarının hesablanması barədə **********653100 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə 9830,01 manat hesablanmış vergi və ya sığorta haqqının ödənilməsi qərara alınmışdır. Bildirir ki, neçə illərdir avtoservis xidməti göstərən ərazidə gözətçi işləyir. Qeyd edir ki, tərəfimdən toplanmış 196600.14 manat dəyərində istifadəyə yararsız akkumlyator tullantıları 2020-ci ildə elektron alış aktı əsasında “X7” MMC-yə təhvil verilmişdir. İkinci bir tərəfdən, 01 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən Vergi Məcəlləsinə 71-2 maddəsi əlavə olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2-ci maddəsində yazılır ki, “bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir”. Məhkəmənin diqqətinizə çatdırır ki, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və təqdim edilən malların daimi satışını həyata keçirmir. Digər bir tərəfdən, təqdim edilən mallar istifadəyə yararsız tullantı məhsullarıdır və bu cür məhsullar artıq bir dəfə yeni halda satılmışdır. İstifadəyə yararsız olan və il ərzində tərəfindən cəmi iki qaimədə təqdim edilən malların tərkibi, miqdarı və dəyərinin sahibkarlıq fəaliyyəti üçün ehtimal yaratdığına dair hər hansı bir məlumat dövlətin vergi qanunvericiliyinə dair əsas qanunu hesab edilən Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin malları təqdim etdiyim zaman adıma qeydiyyata alınmış VÖEN olmamış və alış aktları üzrə təqdim etdiyim mallara görə əldə etdiyim gəlirdən qanunvericiliyə müvafiq olaraq ödəmə mənbəyində 2% dərəcə ilə, mah alan şirkət “X7” MMC tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Tərəfindən bütün bu hallar xx.xx.2022-ci il tarixdə göndərdiyi məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə bildirilmişdir. Lakin buna baxmayaraq vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə ona göndərilmiş məktubla yenə də həminki məzmunda cavab verilmişdir.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********653100 nömrəli qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2020-ci hesabat dövrü üçün İddiaçı (VÖEN: **********) barəsində 9830,01 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət vermək hüququ izah olunmuşdur.

4. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********653100 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə 196 600,14 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli **********687100 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilmişdir. İddiaçı tərəfindən 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə ilə müraciət edilmədiyindən, xx.xx.2021-ci il tarixdən məcburi qaydadada vergi orqanında uçota alınmışdır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “materialı lazerlə, ultrasəslə və analoji üsullarla emal etmək üçün dəzgahlarin istehsalı”ndan ibarət olduğu və vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 196 600,14 manat dəyərində alış aktları əsasında "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) istifadəyə yararsız akkumlyatorlar satıldığı, lakin qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********562800 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 9 830,01 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********653100 nömrəli Qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən qərardan xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********399200 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 3 mart 2022-ci il tarixli **********113700 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi izahatında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən avtoservisdə mühafizəçi işlədiyini, təmirə gələn avtomobillərin təhvil verdikləri istifadəyə yararsız akkumlyatorları toplayaraq Cəmiyyətə təqdim etdiyini, Cəmiyyətə məxsus avtomobilə yüklənərək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən zavoda təhvil verildiyini bildirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətində istifadəyə yararsız akkumlyatorları satdığını, malları alış aktına əsasən satdığını və buna görə ödəniş edilən zaman ödəmə mənbəyində verginin tutulduğunu bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini bildirmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron alış aktlarına əsasən əldə etdiyi 196 600,14 manat gəlir üzrə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 9 830,01 manat gəlir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 108 ton, dəyəri 156 600,00 manat, xx.xx.2020-ci il tarixdə 27,59 ton, dəyəri 40 000,14 manat, ümumi olaraq 135,59 ton (ümumi dəyəri 196 600,14 manat) olmaqla malların alış aktı (elektron) ilə istifadəyə yararsız akkumlyatorlarının təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya istifadəyə yararsız akkumlyatorlarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Araşdırma zərurəti ilə bağlı "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub göndərilərək istifadəyə yararsız akkumlyatorlarının mənbəyini göstərən sənədlərin, malların təhvil partiyaları və ay ərzindəki say göstəriciləri barədə məlumatların, bağlanılmış alqı-satqı müqavilələrinin, təhvil-təslim aktlarının, ödəniş sənədlərinin surətlərinin Dövlət Vergi Xidmətinə təqdim edilməsi xahiş edilmiş, Cəmiyyət tərəfindən kassa xəzinə orderi barədə məlumatlar araşdırmaya təqdim olunmuşdur. "X7” MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2020-ci il ərzində iki əməliyyat çərçivəsində istifadəyə yararsız akkumlyatorlarının təqdim edildiyi müəyyən edilmişdir. “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Əlvan və qara metal qırıntılarının qəbulu ilə məşğul olan tədarükçülər əhalidən (vətəndaşlardan) kiçik həcmli partiyalarla malların qəbul edərkən həmin şəxslərə aparılan ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutur. Sahibkarlar tərəfindən həmin şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin FİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi vergi ödəyicisi kimi uçotda olmayan, təqdimetmə halı sahibkarlıq fəaliyyəti hesab edilməyən (xırda mal partiyası şəklində, mütəmadi xarakter daşımayan, az həcmdə və digər oxşar hallarla xarakterizə olunan) şəxslərə və onların təqdim etdiyi mallara münasibətdə tətbiq edilir. Eyni zamanda, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi ödəyicisinin böyük mal partiyaları ilə istifadəyə yararsız akkumlyatorlar təqdim etmiş, toplanmış istifadəyə yararsız akkumlyatorlarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan yığılmasını səlahiyyətli nümayəndəsinin iddia etməsinə baxmayaraq qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş, qeyd olunanları nəzərə alaraq fiziki şəxsin istifadəyə yararsız akkumlyatorlarının qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunmuş istifadəyə yararsız akkumlyatorlara görə fiziki şəxs Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. Eyni zamanda fərdi sahibkarın işlədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) təsisçilərinin, həmçinin "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri olduğu, beləliklə də, vergi ödəyicilərinin qarşılıqlı surətdə asılı şəxslər olduğu müəyyən edilmişdir. Beləliklə, rəsmi sənədlərin vergi ödəyicisinin özü tərəfindən imzalandığını və malların məhz İddiaçı alındığını bildirən alıcı "X7" MMC-nin rəsmi məktubunu, həmçinin, istifadəyə yararsız akkumlyatorların mənbəyi, mənşəyi, çeşidi və xalis çəkisi barədə məlumatın, istifadəyə yararsız akkumlyatorların daşındığı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş şəxslər barədə məlumat və təsdiqedici sənədlərin təqdim edilmədiyini, böyük həcmdə (iri partiyalara) mal satdığını, tədarükçü olması artıq sahibkarlıq fəaliyyəti hesab olunduğunu və tərtib edilmiş elektron alış aktlarının qüvvədə olduğunu, eyni zamanda fərdi sahibkar tərəfindən 2020-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməyərək əldə edilmiş gəlirin gizlədildiyini nəzərə alaraq, bildiririk ki, 29 iyul 2021-ci il tarixli **********653100 tarixli qərar tamamilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdən məcburi qaydadada vergi orqanında uçota alınmışdır.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

13. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

14. İnzibati şikayətin araşdırılması nəticəsinə vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, fərdi sahibkar tərəfindən "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 108 ton, dəyəri 156 600,00 manat. xx.xx.2020-ci il tarixdə 27.59 ton, dəyəri 40 000,14 manat, ümumi olaraq 135,59 ton (ümumi dəyəri 196 600,14 manat) olmaqla malların alış aktı (elektron) ilə istifadəyə yararsız akkumlyatorlarının təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya istifadəyə yararsız akkumlyatorlarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Araşdırma zərurəti ilə bağlı "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub göndərilərək istifadəyə yararsız akkumlyatorlarının mənbəyini göstərən sənədlərin, malların təhvil partiyaları və ay ərzindəki say göstəriciləri barədə məlumatların, bağlanılmış alqı-satqı müqavilələrinin, təhvil-təslim aktlarının, ödəniş sənədlərinin surətlərinin Dövlət Vergi Xidmətinə təqdim edilməsi xahiş edilmiş, Cəmiyyət tərəfindən kassa xəzinə orderi barədə məlumatlar araşdırmaya təqdim olunmuşdur. "X7” MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2020-ci il ərzində iki əməliyyat çərçivəsində istifadəyə yararsız akkumlyatorlarının təqdim edildiyi müəyyən edilmişdir.

15. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 12- 2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.

16. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu nağd qaydada satın alına bilər.

17. Vergi Məcəlləsinin 101.6-ci maddəsinin hazırda olan redaksiyasına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

18. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 101.6-cı maddədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilmişdir.

19. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

20. Beləliklə, müvafiq hesablama aparılan zamanı qüvvədə olan Vergi Məcəlləsinin 101.6-cı maddəsi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinin həcmini, dəyərini, mütəmadi və ya birdəfəlik xarakter daşımasını fərqləndirməmişdir.

21. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı və nəticələri aradan qaldırılmalıdır.

22. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

23. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.

24. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir

25. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir.

26. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.

27. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

28. Odur ki, sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətləri qanunsuz hesab olunmalıdır.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********653100 nömrəli qərarı və İddiaçı sadələşdirilmiş verginin ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi kimi təmin edilməlidir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********653100 nömrəli qərarı və İddiaçı sadələşdirilmiş verginin ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar