Məhkəmə qərarları › İş №2-1(112)-7776/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7776/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7776/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi .X2 iştirakı ilə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 dekabr 2023-cü il tarixli **********0848 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdehin “X11nin həyata keçirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli **********9735 nömrəli qərarına əsasən, iddiaçının istifadəsində olan obyektdə X11nin həyata keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş DVX seriyalı 000860 nömrəli, 19 oktyabr 2023-cü il tarixli akta əsasən, X11nin həyata keçirilməsi haqqında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 dekabr 2023cü il tarixli **********0848 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, kafe - restoran biznesində işçilər (ofisiantlar) demək olar ki, gündəlik işləyirlər. İşə qəbulla bağlı müraciət edənlərlə əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsi tələb edilərkən onların əksəriyyəti sadələşdirilmiş verginin ödəyicisi olması ilə bağlı sabit qəbzinin olduğunu göstərir və surətini təqdim edirlər. İddiaçının da onların sənədlərinin həqiqiliyini yoxlamaq imkanı olmadığı üçün onların sadələşdirilmiş vergi üzrə sabit qəbzi olmasını qəbul edir. X11 tədbiri zamanı aşkar edilmiş 7 nəfər fiziki şəxslə da bağlı yuxarıda qeyd edilmiş hal olmuşdur. Eyni zamanda X11 tədbirinin keçirildiyi xx.xx.2023-cü il tarixdə həmin şəxslərin əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların sistemə işlənməsi ilə əlaqədar emas.gov.az elektron portalına 10 dəfədən artıq müraciət edilməsinə baxmayaraq, portala yüklənmələr olduğu üçün qeyd edilən sistemdə xətalar mövcud olmuş və həmin şəxslərin qeydiyyata alınması mümkün olmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0848 nömrəli qərardan görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia ərziəsində qeyd etmişdir ki, “kafe-restoran biznesində işçilər (ofisiantlar) demək olar ki, gündəlik işləyirlər. İşə qəbulla bağlı müraciət edənlərlə əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsi tələb edilərkən onların əksəriyyəti sadələşdirilmiş verginin ödəyicisi olması ilə bağlı sabit qəbzin olduğunu göstərir və bizə təqdim edirlər. Bizim də onların sənədlərinin həqiqiliyini yoxlamaq imkanımız olmadığı üçün onların sadələşdirilmiş vergi üzrə sabit qəbzi olmasını qəbul edirik. OVN tədbiri zamanı aşkar edilmiş 7 nəfər fiziki şəxslə də bağlı yuxarıda qeyd edilmiş hal olmuşdur. Eyni zamanda OVN tədbirinin keçirildiyi xx.xx.2023-cü il tarixdə həmin şəxslərin əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların sistemə işlənməsi ilə əlaqədar Emas.gov.az elektron portalına 10 dəfədən artıq müraciət edilməsinə baxmayaraq, portalda yüklənmələr olduğu üçün qeyd edilən sistemdə xətalar olmuş və həmin şəxslərin qeydiyyata alınması mümkün olmamışdır”. Uçot-baza məlumatına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “Qarışıq foto studioların fəaliyyəti” olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin (bundan sonra - Baş idarə) “X11nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9735 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Xocahəsən qəsəbəsində yerləşən “EL TERRAC” restoranında həyata keçirilmiş X11 tədbiri zamanı əmək münasibətlərinə cəlb edilmiş bütün 7 (yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000860 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X11nin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, İddiaçı heç bir üzrlü səbəb göstərmədən X11 tədbirinin nəticələrinə görə tərtib edilmiş aktı imza etməkdən, aktın bir nüsxəsini qəbul etməkdən imtina etdiyi, bununla əlaqədar aktda müvafiq qeydlərin edildiyi, bundan əlavə X11 tədbiri zamanı 7 nəfər fiziki şəxsin izahat verməkdən imtina etdikləri, bu faktın sərbəst aktla rəsmiləşdirildiyi, İddiaçı isə izahat verərək aktda adları qeyd edilən 7 nəfər fiziki şəxslərin X11 tədbirinin həyata keçirildiyi günün ikinci yarısından işə qəbul edildiklərini, bu səbəbdən əmək müqaviləsi bildirişlərini EMAS portalına daxil edilmədiklərini, həmin fiziki şəxslərlə ən qısa müddətdə əmək müqavilələrin bağlanacağını, təqribi olaraq xx.xx.2023-cü il tarixdən fəaliyyətə başladığını bildirmişdir. Tərtib edilmiş akt Baş idarənin xx.xx.2023-cü il tarixli **********912400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 13:05-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0848 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr Baş idarənin xx.xx.2023-cü il tarixli **********946000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 13:23-də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********224800 nömrəli və xx.xx.2023-cü il tarixli **********075300 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 12 yanvar 2024-cü il tarixli **********338500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında şikayətlə bağlı məhkəmədə iddia qaldırılmadığını, İddiaçı iaşə fəaliyyəti ilə məşğul olduğunu, kafe - restoran biznesində ofisiantların demək olar ki, gündəlik dəyişildiklərini, işə qəbulla bağlı müraciət edənlərlə əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsi tələb edilərkən onların əksəriyyətinin sadələşdirilmiş verginin ödəyicisi olması ilə bağlı sabit qəbzlərinin olduğunu bildirdiklərini və surətini onlara təqdim etdiklərini, onların göstərdikləri sənədlərin həqiqiliyini yoxlamaq imkanları olmadığı üçün onların sadələşdirilmiş vergi üzrə sabit qəbzlərinin olmasını qəbul etməyə məcbur olduqlarını, X11 tədbiri zamanı aşkar edilmiş 7 nəfər fiziki şəxsdən 5 nəfərinin sabit qəbzlərinin olduğuna inandırdıqlarını, həmin fiziki şəxslərin əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların sistemə işlənməsi ilə əlaqədar sistemə daxil olunması üçün Emas.gov.az portalına 10 dəfədən artıq müraciətlərin edilməsi, bu zaman sistem xətası olmasını təsdiq edən konkret sübutlarının olmadığını, lakin X11 tədbirinin həyata keçirildiyi xx.xx.2023-cü il tarixin 2023-cü ilin 3-cü rübü üzrə hesabat dövrü rüb olan vergi və sosial ayırmaların və 2023-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisinin hesabatlarının təqdim edilməsinin sonuncu günlərinə təsadüf etdiyindən Emas.gov.az elektron portalında yüklənmələr olduğu üçün qeyd edilən sistemdə xətaların mövcud olduğunu, lakin həmin xətaların baş verməsinə dair konkret sübutunun olmadığını bildirmişdir. İzahatı alınarkən inzibati şikayətdə əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların sistemə işlənməsi ilə əlaqədar Emas.gov.az portalına 10 dəfədən artıq müraciət edilsə də, sistem xətası olması və günün yekunlaşması səbəbilə növbəti gün daxil edildiyinin bildirildiyi, lakin araşdırma zamanı fiziki şəxslər X4 və X5 növbəti gün deyil X11 tədbirindən 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, fiziki şəxs X1 X11 tədbirindən 18 gün sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini izah edərək həmin şəxslərlə dərhal əmək müqaviləsi bağlamaq istəsələr də, X11 tədbiri zamanı aşkar edilmiş 7 nəfər fiziki şəxsin tədbir zamanı fərdi sahibkar üçün problem yaranmasından qorxaraq vergi ödəyicisinə məlumat vermədən obyekti tərk etdiklərini, bu hadisədən bir neçə gün keçdikdən sonra isə kafeyə gələrkən onlardan 3 nəfəri ilə əmək müqavilələrinin bağlandığını bildirmişdir. İzahatında həmçinin X11 tədbiri zamanı vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. X11 tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilmiş fiziki şəxslər X6 və X9 ilə İddiaçı arasında X11 tədbirindən 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, fiziki şəxs X3 ilə X11 tədbirindən 18 gün sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bildirişləri qeydiyyata alınmışdır. Bundan əlavə fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında və iddiaçının iddia ərizəsində bildirdiyi müvafiq portalda baş vermiş sistem xətaları səbəbindən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasının mümkün olmaması, İddiaçı müvafiq portal barəsində məlumatının olmaması, işə qəbulla bağlı müraciət edənlərlə əksəriyyətinin sadələşdirilmiş verginin ödəyicisi olması ilə bağlı sabit qəbzlərinin olduğunu bildirmələri və onların göstərdikləri sənədlərin həqiqiliyini yoxlamaq imkanları olmadığı üçün onların sadələşdirilmiş vergi üzrə sabit qəbzlərinin olmasını qəbul etməyə məcbur olmaları barədə bildirilən fikirləri vergi qanunvericiliyinin pozulmasına görə İddiaçı məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçı eyni zamanda iddia ərizəsini əsaslandırmaq üçün qeyd etmişir ki, ‘‘vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər.” Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüququdur. Cavabdeh etirazında qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, məhkəmə tərəfindən iddiaçı tərəfindən mübahisələndirilən qərarın iddiaçıya daha öncəki tarixdə təqdim edilməsini təsdiq edən və qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına dəlalət edən hər hansı sübut aşkar edilməmişdir. Belə ki, iddiaçının inzibati şikayəti xx.xx.2024-cü il tarixli qərarla təmin edilməmiş, həmin qərarın iddiaçıya təqdim olunmasını və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasını təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının istinad etdiyi işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı borcun silinməsindən deyil, həmin borcun icraya yönəldilməsi barədə qərarın icrasının qarşısının alınmasından ibarətdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. xx.xx.2023-cü il tarixli **********9735 nömrəli “X11nin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Xocahəsən qəsəbəsində yerləşən “EL TERRAC” adlı restoranda X11 həyata keçirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0848 nömrəli qərardan görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X11ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir; 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar; 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1-ci maddəsinə görə X11 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.2-ci maddəsinə əsasən, X11nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə görə, X11 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X11 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X11nin müddəti və X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən, X11 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə görə, X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-cı maddəsinə əsasən, X11nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1 -1 -ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 -ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X11 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə, X11 Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X11 istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X11 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X11nin müddəti və X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.10-cu bəndinə əsasən, X11 tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X11 tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X11 istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13-cü bəndinə görə, X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1-ci bəndinə əsasən, X11nin nəticələrinin rəsmiləşdirilməsi və X11nin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2-ci bəndinə görə, X11nin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4-cü bəndinə əsasən, X11nin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5-ci bəndinə görə, tərtib olunmuş aktlar, protokollar və digər sənədlər X11nin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi X11 tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə KY232015462 nömrəsi ilə qeydiyyata alınmışdır. İşin hallarından da göründüyü kimi OVN tədbirinin həyata keçirilməsi zamanı 7 nəfər işçinin əmək müqaviləsi bağlamadan fəaliyyət göstərdiyi aşkar edilmiş, bu barədə DVX seriyalı 000860 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, akta eyni tarixli əlavədə əmək müqaviləsi bağlanmadan işləyən işçilərin adları, şəxsiyyət vəsiqəsi və fin nömrələri qeyd edilmişdir. İddiaçı tərəfindən mövqeyini əsaslandırmaq üçün bildirilmiş, “həmin 7 nəfərlə əmək müqaviləsinin bağlanmasına cəhd edilsə də, EMAS sisteminin işləməməsi səbəbindən əmək müqaviləsi bildirişlərinin elektron sistemə daxil edilməsinin mümkün olmaması və işçilərin sadələşdirilmiş vergi ödəyicisi olması” kimi dəlilləri işin halları ilə öz təsdiqini tapmamışdır. İşin faktiki halları və iş materialları ilə bu hal təkzib olunmuş, iddiaçı xx.xx.2023-cü il tarixli izahatında rəhbəri olduğu müəssisədə adı keçən 7 nəfərin həmin gün, günün ikinci yarısı işə (xidmətə) qəbul edildiyindən əmək müqaviləsi bildirişinin EMAS portalına daxil edilmədiyini,əmək müqaviləsi olmayan 7 nəfər işçi ilə ən qısa zamanda əmək müqaviləsi bağlayacağını bildirməklə faktiki olaraq qanunvericiliyin tələblərinin pozulduğunu etiraf etmişdir. İzahat iddiaçı tərəfindən öz xətti ilə yazılaraq imzalanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0848 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar