Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7776/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2025-ci il tarixdə Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, “doğum haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli 18-1-2/2K-53-xx-xx/2025 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, İddiaçı şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün ona doğum haqqında tibbi şəhadətnamə (forma 103) vermək mümkün deyil. Doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə doğulmuş uşağa dair "doğum haqqında tibbi şəhadətnamə“nin İddiaçı verilməsi öhdəliyinin cavabdeh "X6“ PHŞ üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 06 avqust 1981-ci ildə Estoniya Respublikasının Xaryus rayonunun Vazalemma kəndində doğulmuşdur. 8 aylığından anası tərəfindən Estoniyada uşaq evinə yerləşdirilmişdir. 2 yaşına kimi orda qalmışdır. Daha sonra ata nənəsi X1 tərəfindən Bakıya gətirilmişdir. 1982-ci ildən Azərbaycanda Bakı şəhərində yaşamışdır. Həmin vaxtdan etibarən Azarbaycanda yaşayır və Azərbaycan Respublikasının sərhədlərini tərk etməmişdir. Lakin doğum haqqında şəhadətnaməsi daxil olmaqla heç bir sənədi olmamışdır. Hazırda doğum haqqında şəhadətnaməsini əldə etmişdir və Azərbaycan Respublikası vətəndaşlığı əldə etmək niyyətindədir. Ona görə də iddiaçı Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-304/2024 saylı Qətnaməsi ilə 1982-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Qeyd etmək zəruridir ki, iddiaçı şəxsiyyət vəsiqəsi olmadığına görə rəsmi nikaha daxil ola bilmir, lakin faktiki nikah münasibətlərində olmuşdur. xx.xx.2013-cü il tarixdə Amadeya adlı övladı doğulmuşdur. Doğum 1 saylı Klinik xəstəxanada baş vermiş, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə doğum haqqında tibbi şəhadətnamə ala bilməmişdir. İddiaçı xx.xx.2025-ci ildə cavabdeh "X6" X4 uşağının doğum haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli imtina məktubunda şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının heç bir sənədi olmadığına görə uşağına da doğum haqqında tibbi şəhadətnamə, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilməmişdir. 10 yaşlı uşaq sənədsiz qalmış və hazırda məktəbə belə gedə bilmir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 304/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 1982-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin xx.xx.2002-ci il tarixli, AZS 096 nömrəli qeydiyyat formasından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixində X3 daxil olmuş, xx.xx.2013-cü il tarixində çıxmışdır. Daxil olan zaman diaqnoz 39 həftəlik hamiləlik qeyd olunmuşdur. 475 saylı Yenidoğulmuşun inkişafı tarixindən və həkim-pediatrın gündəliyindən görünür ki, İddiaçı xx.xx.2013-cü ildə çəkisi 2700, boyu 49 sm olan qız uşağı doğmuşdur. İddiaçı hazırda həmin tarixdə uşağın doğumu haqqında şəhadətnamə verilməməsinə istinad edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: -bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. - bənd 2.3-1. Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur. İşdən görünür ki, iddiaçı hazırda uşağının doğumunun qeydə alınması üçün ona doğum haqqında tibbi şəhadətnamə verilməsini tələb edir, cavabdeh isə iddiaçının şəxsiyyətini təsdiq edən sənədin olmamasına əsaslanaraq bu müraciəti təmin etməkdən imtina edir. Lakin işdən görünür ki, iddiaçı heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs olduğundan o, şəxsiyyəti təsdiq edən sənədə malik deyil. Məhkəmə işin göstərilən hallarını və sənədləri araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2013-cü ildə X2 çəkisi 2700, boyu 49 sm olan qız uşağının doğulması işin mübahisələndirilməyən halıdır. Cavabdeh də bu halı qəbul etmiş, bununla bağlı müvafiq qeydlər aparmışdır. Belə olan halda ananın şəxsiyyət vəsiqəsinin olmaması əsası ilə onun hazırkı müraciətinin təmin olunmaması iddiaçının, xüsusən də yeni doğulmuş uşağın hüququna müdaxilə kimi qiymətləndirilməlidir və bu müdaxilə uşağın mənafeyi nəzərə alındıqda mütənasib hesab oluna bilməz. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Leonidova tərəfindən xx.xx.2013-cü il tarixdə doğulmuş uşağa dair doğum haqqında tibbi şəhadətnamənin (AZS-103) iddiaçıya verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-7776/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7776/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver