Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-778/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 3-cü qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona 2021-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayına kimi 55 manat, 2023-cü ilin yanvarından isə ömürlük olaraq 180 manat ödənişin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddianın əsaslandırılması:
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, «Bakıelektrotökmə» zavodunda uzun müddət cilalayıcı işlənmiş, 1994-cü ildə peşə xəstəliyinə tutulmuş mənə 3-cü qrup əlillik təyin edilmiş və «Bakıelektrotökmə» zavodundan əmək haqqımın 60% məbləğində ona ödəniş edilmişdir. Sonradan həmin ödənişin 30 manatını qeyd etdiyi zavod, 55 manatını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nizami rayon Şöbəsindən verilməyə başlamışdır. 2020-ci ilin noyabrından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nizami rayon Şöbəsi ödənişi dayandırdı və ona təkrar müayinə üçün Sumqayıtda yerləşən AR İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi V.Y.Axundov adına X4 İnistutu publik hüquqi şəxsə göndərmiş və o, həmin müəssisədə mülicə almağa başlamışdır. 28 ildir ki, qeyd etdiyi xəstəxanada müalicə alır, lakin sağalmır və aldığı peşə xəstəliyi nəticəsində onda bir çox yeni xəstəliklər yaranmış, buna görə xəstəliyi ildən-ilə ağırlaşır, ağrıları artır. Xəstəliyi ilə əlaqədar qeyd etdiyi Xəstəxananın tibbi sənədlərində çox ətraflı məlumatlar qeyd edilmişdir. Xəstəxanada müalicə aldıqdan sonra cavabdeh təşkilata müraciət edərək, əlilliyinin bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh təşkilat tərəfindən ona bildirilmişdir ki, yeni qərarla ona əlillik düşmür. Hesab edir ki, ona əlilik təyin olunarkən həmin zaman qüvvədə olan qanunvericilik tətbiq edilməli və onun əlilliyi bərpa edilmədi idi. Əlavə olaraq, «Bakıelektrotökmə» zavodunda birlikdə işlədiyi 27 nəfər şəxsin əlillikləri ömürlük bərpa edilmişdir. Bundan sonra o, əlilliyinin bərpa olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ərizəsi cavabdeh təşkilata göndərilmiş və cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2022ci il tarixli cavabda aşağıdakılar qeyd edilmişdir: «Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qəran ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq "Tam reabilitasiya olması" barədə qərar qəbul edilmişdir. O, 28 ildir ki, 3-cü qrup əlildir, 25 il hər il müayinədən keçmiş və 3-cü qrup əlilliyi təsdiq edilmişdir. Sonuncu dəfə isə xx.xx.2016-cı ildə müayinədən keçmiş və növbəti müayinə müddəti xx.xx.2021-ci ilə təyin edilmiş, lakin xx.xx.2021-ci ildən ona müayinə edilmiş və 3-cü qrup əlilliyi təsdiq edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən o, əgər 15 il müayinələrdən keçmişsə və onun həmin müayinələrdə 3-cü qrup əlilliyi təsdiq edilmişsə növbəti illərdə müayinədən keçməməlidir. Ona ömürlük 3-cü qrup əlillik təyin edilməlidir. Cavabdeh təşkilatın cavabı xx.xx.2022-ci ildə poçta çatmış və xx.xx.2023-cü ildə ona təhvil verilmişdir. .
.Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
5. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Peşə xəstəliyi; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T66-T78 - Xarici səbəblərin təsirinin digər və dəqiqləşdirilməmiş effektləri => T75 - Digər xarici səbəbi..., Diaqnozun mətni: Vibrasiya xəstəliyi İİ mərhələ. Vegetativ sinir sisteminin pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Vibrasiya xəstəliyi” səbəbi ilə 1 illik əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T66-T78 - Xarici səbəblərin təsirinin digər və dəqiqləşdirilməmiş effektləri => T75 - Digər xarici səbəbi..., Diaqnozun mətni: Vibrasiya xəstəliyi İİ mərhələ. Vegetativ sinir sisteminin pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Vibrasiya xəstəliyi.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 – Digər artozlar => M19 0 – Digər oynaqların birinci artozu. Diaqnozun mətni: Boyun şöbəsinin deformasiya edici spondilyozu fonunda davamlı kökçük ağrıları ilə gedən tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Vibrasiyanın təsiri, Vibrasiya xəstəliyi İİ mərhələ Digər artrozlar, hər iki qayıqvari sümüklərin atrozu, İİ, İİİ, İV b.d falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində Tam reabilitasiya olması barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Məlumat üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin iştirakı və izahatları:
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışında iştirak etməmişlər və öz nümаyəndələrini iştiaklarını təmin etməmişlər. İddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmələri ilə bağlı məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçı, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Agentliyin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi V.Y.Axundov adına X2 İnstutu publik hüquqi şəxsin: - 15/2022 nömrəli “xəstəlik tarixindən çıxarış”dan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİİ qrup peşə əlilidir. Xəstənin göndərilmə diaqnozu: T75.2 Vibrasiya xəstəliyi İİ mərhələ, Qısa anamnez: Uzun illərdir (28 ildən artıq) özünü xəstə hesab edir və 1994-cü ildən peşə əlilidir (İİİ qrup). Mütəmadi olaraq stasionar və ambulator müalicə almışdır. Rentgenoloji göstəriciləri: Ağ ciyərlərdə ocaqlı kölgəliklər görünmür. R-qrafiya müayinəsi: Qayıqvari sümüklərin enostozu; İİ-İİİ-İV b.d.f birləşmələrinin sümük çıxıntıları; distal falanqa oynaqlarının artrozu; Bel fəqərələrinin osteoxondrozu: bel fəqərələrinin deformasiyaedici spondilyozu. Kliniki diaqnozlar (əsas): T25.2 Vibrasiya xəstəliyi İİ mər. (yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası, qayıqvarı sümüklərin enostozu, İİ-İİİ-İvb.d.f birləşmələrinin sümük çıxıntıları, distal falanqa oynaqlarının artrozu) M51.1 Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9 L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10Hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatoxolesistit. F48.0 Qasteno-nevroyik sindrom. Müalicəsi: Siptomatik (daimi həkim nəzarətindədir.) - 34/2022 nömrəli “xəstəlik tarixindən çıxarış”dan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİİ qrup peşə əlilidir. Xəstənin göndərilmə diaqnozu: T75.2 Vibrasiya xəstəliyi İİ mərhələ, Qısa anamnez: Uzun illərdir (28 ildən artıq) özünü xəstə hesab edir və 1994-cü ildən peşə əlilidir (İİİ qrup). Mütəmadi olaraq stasionar və ambulator müalicə almışdır. Bu müddət ərzində ambulator müayinələrdən keçmiş və stasionar müalicə almışdır (2022-ci ildə). Rentgenoloji göstəriciləri: Ağ ciyərlərdə ocaqlı kölgəliklər görünmür. R-qrafıya müayinəsi:Qayıqvarı sümük-n enostozu; İİ-İİİ-İVb.d.f. birləş-nin sümük çıxıntıları; distal falanqa oynaqlarının artrozu; Bel fəqərə-nin osteoxondrozu; bel fəqərə-nin deform.spondilyozu,L2-L3 fəqərəarası d-də 5,5mm disk yırtığı, L4-L5f-arası d-də 2,5 mm diffuz sirkulyar qabarma, L5- S1 f-arası d-də 7,5mm psevdoherniasiya. Digər laborator və funksional məlumatlar: EEQ,EMQ. Nəticə - Sağ median sinir potensialı alınmamış və hərəki sinir distal latansı uzanmışdır. Sol median hissi sinir potensialı aşağı alınmış və hərəki sinir distal latansı uzanmışdır. İkitərəfli ulnar hərəki və hissi sinirlər norma daxilindədir. Yekun - Bu inciləmədə əldə edilən nəticə sağda orta dərəcəli, solda isə yünğül dərəcəli. Kapral tunel sindromuna uyğundur. Kranial MR. İnfratentorial:Ponsda mm ölçülü xroniki işemik qliotik ocaqlar Supratentorial: Serebral atrofıya ikincili sulkuslarda və ventikulyar sistemdə passiv delatasiya, hər iki serebral hemisferdə mm ölçülü xroniki işemik qliotik ocaqlar, sağ serebral hemisferdə yarımkəskin işemik insult lehinə subsantimetrlik patoloji ocaq. Kliniki diaqnozlar (əsas): T75.2 Vibrasiya xəstəliyi İİ mər. - G56 Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası, H60 Qayıqvarı sümüklərin enostozu, İİ-İİİ-İVb.d.f.birləşmələrinin sümük çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1 Bel və digər-şöbələrin fəqərəarası disklərinin radikulopatuya ilə zədələnməsi. M42 Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9 L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ1OHipertoniya xəstəliyi İİ mər. İ67.4 Hipertonik ensefalopatiya. Xroniki hepatoxolesistit. F48.0 Asteno-nevrotik sindrom. Müalicəsi: Siptomatik (daimi həkim nəzarətindədir). ƏƏSMN 7 nömrəli X15 Sosial Ekspert Komissiyasının: - TSE-01 seriyalı 879578 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2010-cu il, . Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2011-ci ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2010. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s. - TSE-02 seriyalı 048595 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2011. Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2012-ci ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2012. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s. - TSE-02 seriyalı 175822 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2012. Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2013-cü ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2013. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s. ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 nömrəli elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2016-cı ildə təkrar müayinədən keçmişdir. Əlillik qrupu: İİİ dərəcə əlillik. Növbəti müayinə tarixi: xx.xx.2021, Əmək qabiliyyətinin itirilməsi: 60%. TSEK-in diaqnozu: Vibrasiya xastəliyi İİ mərhələ. Vegetativ sinir pozulması. Astenonevrotik sindrom. Yuxarı ətrafların miofassiti. Əlilliyin müəyyən olunması meyarı: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Vibrasiya xəstəliyi. Əmək zəmanəti barədə: Yüngül işlərdə işləyə bilər. İddiaçı tərəfindən təqdim edilən və ona məxsus müayinələr: X5 xx.xx.2022-ci il tarixli Onurğa sütununun boyun nahiyyəsinin Tl, T2 - rejimdə MRT müayinəsindən görünür ki, boyun lordozu düzləşmişdir. İntervertebral disklərdə multisəviyyə degenerativ siqnal itkisi qeyd edildi. Vertebra korpus künclərində mm-ik ölçülü osteofitlər qeyd edildi.Atlantoaksial oynaqda degenerativ artroz qeyd edildi.Posterior longitudinal liqament və liqamentum flavium hipertrofikdir.C5 vertebrada C6 üzərindən, C6 vertebrada C7 üzərindən arxaya doğru grade 1 spondilolistezis izlənildi. C5-C6 fəqərəarası disk səviyyəsində öndən və sağ lateraldan subaraxnoidal məsafəni daraldan ~4mm ölçülü sağ paramedian geniş əsaslı diskosteofitik kompleks izlənildi. C6-C7 fəqərəarası disk səviyyəsində öndən və sağ lateraldan subaraxnoidal məsafəni daraldaraq spinal korda kompressiya göstərən "5mm ölçülü mərkəzi-sağ paramedian-foraminal geniş əsaslı disk yırtığı izlənildi. Digər fəqərəarası disklərdə spinal kanala doğru yerdəyişmə aşkarlanmadı. Paravertebral yumşaq toxumularda patologiya aşkarlanmadı. Onurğa beyninin siqnal intensivliyi və morfologiyası normaldır. X5 xx.xx.2022-ci il tarixli onurğa sütununun bel nahiyyəsinin Tl, T2 - rejimdə MRT müayinəsindən görünür ki, bel lordozu artmışdır. İntervertebral disklərdə multisəviyyə degenerativ siqnal azalması qeyd edildi.Vertebra korpus künclərində mm-ik ölçülü osteofitlər izlənildi.L5-S1 disk aralığı daralmış olub,disk aralığına baxan vertebra korpus end platolarında modik tip 2 degenerasiya izlənildi.Lumbar nahiyyədə yer-yer faset oynaq artrozu qeyd ediİdi. L5 vertebra da Sİ üzərindən önə doğru grade 2 spondilolistezis izlənildi. L2-L3 fəqərəarası disk səviyyəsində diffuz sirkulyar qabarma zəmnində öndən epidural məsafəni daraldan ~5.5mm ölçüsündə mərkəzi geniş əsaslı disk yırtığı izlənildi. L4-L5 fəqərəarası disk səviyyəsində öndən epidural məsafəni,hər iki tərəfdə isə fəqərəarası dəliyi inferiordan daraldan ~2.5mm ölçüsündə diffuz sirkulyar qabarma izlənildi. L5-S1 fəqərəarası disk səviyyəsində ~7.5mm ölçüsündə psevdoherniasiya izlənildi. Digər fəqərəarası disklərdə spinal kanala doğru yerdəyişmə aşkarlanmadı. Paravertebral yumşaq toxumularda patologiya aşkarlanmadı. Onurğa beyninin siqnal intensivliyi və morfologiyası normaldır X5 xx.xx.2022-ci il tarixli baş beyin T1, T2 rejimli multiplanar və diffuzyon ağırlıqlı MRT müayinəsindən görünür ki, infratentorial: ponsda mm-ik ölçülü T2-FLAİR rejimdə hiperintens siqnallı mm-k ölçülü xronik işemik qliotik ocaqlar qeyd edildi. Hər iki serebellar hemisfer, medulla oblongata normal görünümdə olub,siqnal intensivliyi homogendir. İV ventrukul normal genişlikdədir. Bazal sisternalar təbiidir.Hər iki internal akustik kanal genişliyi və 7-8 ci sinir kompleksi normaldır.Hər iki pontoserebellar bucaqlar simmetrikdir. Supratentorial: Serebral atrofiyaya ikincili sulkuslarda və ventrikulyar sistemdə passiv dilatasiya izlənildi. Hər iki serebral hemisferdə əsasən sentrum semiovale səviyyəsində və frontoparietal aylarda subkortikal və periventrikulyar ağ maddədə T2-FLAİR rejimdə hiperintens siqnallı mm-k ölçülü xronik işemik qliotik ocaqlar qeyd edildi. Sağ serebral hemisferdə korpus kallozum quyruğunda diffuzion parlaqlaşması göstərən yarımkəskin mərhələ işemik insult lehinə subsantimetrik patoloji ocaq qeyd edildi. Bazal qanqlionlar və talamuslar normaldır.Korpus kallozum və pineal vəzinin görünümü və siqnal dağılımı təbiidir. Sella genişliyi və hipofiz vəzi normal olaraq dəyərləndirilmişdir.Kavernoz sinus simmetrik olub,siqnal dağılımı homogendir. Hər iki bulbus okuli,okulyar əzələlər,optik sinir və retrobulbar yağ toxuması normal olub,siqnal dağılımı homogendir. Mastoid hüceyrələrin və paranazal sinusların havalanması təbiidir. Kalvarial sümük toxumalarda patoloji dəyişiklik mövcud deyil. Zəfəran Hospitalın xx.xx.2022-ci il tarixli EEQ və EMQ müayinəsindən görünür ki, bu incələmədə iki tərəfli median və ulnar sinirlərinin hissi və hərəki sinir keçiricilik analizi ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Nəticə - Sağ median hissi sinir potensialı alınmamış və hərəki sinir distal latansı uzamışdır. Sol median hissi sinir potensialı aşağı alınmış və hərəki sinir distal latansı uzamışdir. İki tərəfli ulnar hərəki və hissi sinirlər norma daxilindədir. Yekun - bu incələmədə əldə edilən nəticə sağda orta dərəcəli solda isə yüngül dərəcəli Karpal tunel sindromuna uyğundur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********9 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, o, xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Qoşma kimi əlavə edilmiş “qiymətləndirmə üzrə məlumat”dan elektron çıxarışdan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: İxtisaslaşmış müayinə və müalicəyə ehtiyacı var. Forma 88 nömrəsi: M00009154ZQK, Qiymətləndirmə tarixi: xx.xx.2022. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-6002/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı dair tibbi-sosial erkspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Qoşma kimi əlavə edilmiş elektron məlumatlardan görünür ki, - Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 008200AAEXG nömrəli göndərişi (Forma 88) ilə (göndəriş üçün əsas: əlilliy müddətinin qurtarması-yenidən baxmaq) iddiaçının əlilliyi qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində əlavə müalicəyə ehtiyacı olması-Səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirmək” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. - Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, M00009154ZQK nömrəli göndərişi (Forma 88) ilə (göndəriş üçün əsas: əlilliyin təkrar müayinə edilmə müddətinin qurtarması) iddiaçının əlilliyi qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində Tam reabilitasiya olması – Səbəb: hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilməsi” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. - ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 7 nəfər vətəndaş Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən xx.xx.2022-cı il tarixdə əyani müayinə edilərək. əlillik vəziyyəti qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin M00009154ZQK saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı xx.xx.2015-cı ıl tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və bir il müddətinə peşə xəstəliyi səbəbi ilə üçüncü dərəcə əlillik və 60%(altmış faiz) əmək qabiliyyətinin itirilməsi təyin edilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nın 6.1. bəndinə müvafiq olaraq xx.xx.2015-ci il tarixdə şəxsin üçüncü dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. xx.xx.2022-cı ıl tarixli imtina qərarından narazı olan şəxs Agentlikdə qəbulda olmuş və əlillik səbəbi “peşə xəstəliyi” olduğundan komissiya tərəfindən müayinə edilir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı normal bədən quruluşludur. Kəllə beyin sinirləri hövzəsində ocaqlı dəyişiklər müəyyən edilmir. Vətər və sümüküstü reflekslər D=S, canlıdır. İflic və parez əlamətləri aşkar edilmir. Paravertebral nöqtələr ağrılıdır. Hər iki aşağı və yuxarı ətraflarda əzələ tonusu normaldır, atrofıya qeyd edilmir. Nəticədə şəxsdə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq OFP-a faizinin(əlilliyin) təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “tam reabilitasiya” - əlil hesab edilməməsi barədə qarar qəbul edilmişdir. - Bakı Baş Səhiyyə İdarəsinin M00009154ZQK nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş – forma 88-dən görünür ki, xx.xx.1994-cü ildən xroniki-orta ağır “vibrasiyanın təsiri” xəstəsidir. Əsas diaqnoz – T75.2 – Vibrasiya təsiri, vibrasiya xəstəliyi İİ mərhələ, ağırlaşma – G62 – digər polinevropatiyalar, yuxarı ətrafların miofasiti və vegetativ sessor polineyropatiyası, ağırlaşma – M19 – digər artrozlar, hər iki qayıqvari sümüklərin artrozu. İİ, İİİ, İV b.d falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. Ağırlaşma – M50.1- Boyun şöbəsinin fəqərəarası disklərinin redikulopatiya ilə zədələnməsi, Bel fərəqələrinin osteoxondrozu və deformasiya edici spondilyozu fonunda davamlı kükçük ağrıları ilə gedən tez-tez təsadlaşan xroniki bel ona radikulopatiyası, Yanaşı xəstəliklər – İ10 –essensial hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə, Qabarıq asteno-nevrotik sindrom, - İ25.6- miokardın simptomsuz işemiyası, ÜİX. Gərginlik stenokardiyası, L31.2 – Xroniki faringit, İİ dərəcə, K26 – Onikibarmaq bağırsağın xorası, 12 b-nın xora xəstəliyi. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ –in rəyində göstərilmişdir ki, Q.M. Qədimovun tibbi sənədlərinə əsasən o, 16.11xx.xx.2022-ci il tarixlərdə V.Y.Axundov adına X2 İnstitutu” PHŞ-də müayinə və müalicədə olduğu “T75.2- Vibrasiya xəstəliyi İİ mər.-G56- Yuxarı ətrafların miofassiti və vegetativ sensor polineyropatiyası, H60-Qayıqvari sümüklərin enostozu, İİ, İİİ, İV barmaqların daraq falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. M42-Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9,L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10-Hipertoniya xəstəliyi İİ mər. İ67.4-Hipertonik ensefalopatiya. Xroniki hepatoxolisistit. F48.0-Asteno-nevrotik sindrom” xəstəliklərdən hazırda əziyyət çəkir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-28928/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı əiillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00009154ZQK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksionai pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ii tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6359/2023 nömrəli qərardada uyğun olaraq vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır. Məktuba qoşma kimi əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xəstənin hazırkı obyektiv müayinəsi zamanı nevroloji statusunda Kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən hər hansı mikroocaqlı simptomatika aşkar edilməmiş, yuxarı və aşağı ətraflarında əzələ tonusu normal olmuş, vətər-sümüküstü reflekslər D=S orta canlı çağrılmış, əzələ gücü bütün ətraflarda 5/5 bal kimi qiymətləndirilmiş, parez, iflic aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən təyin edilmiş “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanılmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
11. Məhkəmə, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
12. ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.8-ci bəndinə əsasən digər polinevropatiyalar, 13.5.1-ci bəndinə isə boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər.
15. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya təyin olunmuş üçüncü dərəcəli əlillik məhz onda aşkar olunmuş “Vibrasiya xastəliyi İİ mərhələ. Vegetativ sinir pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti.” diaqnoz əsasında təyin olunmuşdur. Nəzərə alınmalıdır ki, ilkin əlilliyin təyinatına əsas olan bu xəstəliyin halhazırda iddiaçıda olması barədə tibb müəssisəsi tərəfindən forma 088 arayışı tərtib olunmuş və əlilliyin qiymətləndirilməsi məqsədilə aidiyyəti üzrə cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh iddiaçının canlı müayinəsini apararkən onun normal bədən quruluşu olduğuna, kəllə beyin sinirləri hövzəsində ocaqlı dəyişiklər müəyyən edilmədiyinə, vətər və sümüküstü reflekslərin D=S, canlı olmağına, iflic və parez əlamətlərin aşkar edilmədiyinə, hər iki aşağı və yuxarı ətraflarda əzələ tonusunun normal olduğuna və atrofıya qeyd edilmədiyinə istinad edərək onun tam reabilitasiya olması barədə nəticəyə gəlmişdir.
16. Məhkəmə cavabdehin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakiları qeyd etməyi zəruri hesab edir.
17. Belə ki, tibbi reabilitasiya anlayışına nəzərə yetirsək aydın olur ki, tibbi reabilitasiya xəstəlik və ya zədə nəticəsində pozulmuş və ya tamamilə itirilən insan orqanizminin normal psixi və fizioloji funksiyalarının (ehtiyaclarının) maksimum mümkün bərpasına və ya kompensasiyasına yönəlmiş tibbi, pedaqoji, psixoloji və digər növ tədbirlər kompleksidir. (Ehtiyac nümunələri: sağlam olmaq, fiziki fəaliyyət, hərəkət azadlığı, fəaliyyət müstəqilliyi, insanlarla ünsiyyət, lazımi məlumatları əldə etmək, iş və digər fəaliyyətlər vasitəsilə özünü həyata keçirmək) Yəni faktiki olaraq tibbi reabilitasiya itirilmiş funksiyaların bərpası deməkdir.
18. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, hər nə qədər cavabdeh iddiaçıya əlilliyin təyinatına əsas olan xəstəlik üzrə patoloji dəyişikliyin olmadığına və ağırlaşma hallarının müəyyən olunmadığına istinad etsə də, o, iddiaçıda həmin xəstəliyin hal-hazırda davam etməsini nəzərə almamış və “tam reabilitasiya” anlayışını səhv təhrif edərək ona əlilliyin təyinindən imtina etmişdir.
19. Halbuki, həmin xəstəliyin iddiaçıda davam etməsi forma 088 arayışı ilə yanaşı həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur.
20. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspert rəyindən görünür ki, Q.M. Qədimovun tibbi sənədlərinə əsasən o, 16.11-xx.xx.2022-ci il tarixlərdə V.Y.Axundov adına X2 İnstitutu” PHŞ-də müayinə və müalicədə olduğu “T75.2- Vibrasiya xəstəliyi İİ mər.-G56- Yuxarı ətrafların miofassiti və vegetativ sensor polineyropatiyası, H60-Qayıqvari sümüklərin enostozu, İİ, İİİ, İV barmaqların daraq falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. M42-Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9,L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10-Hipertoniya xəstəliyi İİ mər. İ67.4-Hipertonik ensefalopatiya. Xroniki hepatoxolisistit. F48.0-Asteno-nevrotik sindrom” xəstəliklərdən hazırda əziyyət çəkir.
21. Göründüyü kimi bu sahədə xüsusi biliyə malik olan şəxs, məhkəmə tibbi eksperti, forma 088 arayışında əks olunan və ilkin əlilliyin təyinatına əsas olan xəstəliyin davam etməsini müvafiq ekspert rəyi ilə təsdiq etmişdir. Həmin ekspert rəyi hazırki iş üzrə obyektiv arqument qismində çıxış edir.
22. Məhkəmə, ekspert rəyinin əsaslığı ilə bağlı “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunda göstərilənləri əsas hesab edir. Həmin icmal məktubunda qeyd olunmuşdur ki: “40. “Məhkəmə Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi (bundan sonra-Birlik) ekspertizanın keçirilməsində cavabdehin iştirakının “zərurət” olduğunu bildirərək, bu zərurəti onunla əlaqələndirir ki, əlilliyin müəyyən edilməsi yalnız Dövlət Tibbi Sosial Ekspert Komissiyasının müstəsna səlahiyyətinə aid edildiyindən, Birliyin bu suallar üzrə tədqiqat aparıb cavablandırmaq səlahiyyəti istisna edilir. 41. Halbuki, qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir. 42. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir. 43. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.”
23. Məhkəmə qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların şübhə doğurması halı, həmçinin ekspert rəyinin cavabdehin iştirakı ilə tərtib olunması müəyyən olunmadığından, ekspert rəyi əhəmiyyətli sübut qismində qiymətləndirilmişdir ki, nəticə etibarı ilə bu ekspert rəyi faktiki olaraq iddiaçıda əlilliyin təyinatına əsas verən xəstəliyin mövcud olduğuna, ən əsası isə cavabdehin də istinad etdiyi kimi “tam reabilitasiya” halının aşkar olunmadığına dəlalət edir.
24. Beləliklə, ekspert rəyi ilə də təsdiq olunur ki, göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə üçüncü dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur.
25. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2016-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
26. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
27. Belə olan halda, 2016-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
28. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir.
29. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur.
30. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi T75.2 diaqnozu birbaşa öz əksini tapmasaydı belə, ən azından onun ağırlaşması kimi G62, M50.1 diaqnozunda olan xəstəliklər Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir.
31. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.
32. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir.
33. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
37. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova