Məhkəmə qərarları › İş №2-1(112)-7784/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7784/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7784/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Qeydiyyat Şöbəsinin arxivindən 13 oktyabr 1976-cı il tarixli 3064-№-li akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinin və ya dublikatının verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayonun Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün 5 saylı Asan Xidmətə müraciət etdiyi zaman ondan doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Lakin iddiaçı doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. Ərizə ilə doğum haqqında şəhadətnamənin surəti və ya dublikatının təqdim olunması barədə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Xətai rayon Qeydiyyat şöbəsi imtina məktubu ilə cavab verərək doğum haqqında şəhadətnamənin surətinin və dublikatının təqdim edilməsinin qeyri-mümkün olması qeyd olunaraq məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Cavabdehin 12.02.2021-ci il tarixli 05/15-242 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “doğumunuz haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edirik ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnamənizi təqdim edə bilmədiyinizi, eləcə də şəxsiyyəti təsdiq edən sənədiniz olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənizi təmin edilməsi mümkün deyil. Hal-hazırda şəxsiyyət vəsiqənizin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət görülür”. - Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Başçısının Buzovna qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 2661 saylı 07.11.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı A.Musayev küçəsi sahə evdə qeydiyyatsız yaşayır. - Cavabdeh tərəfindən verilmiş 12.04.2011-ci il tarixli arayışdan görünür ki, İddiaçı doğumu haqqında 13.10.1976-cı il tarixli 3064 №-li akt qeydi saxlanılır. İddiaçı 23.09.1976-cı il tarixdə Bakı şəhərində atası X5 və X1 olmaqla doğulmuşdur. - 13.10.1976-cı il tarixli 3064 saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı 23.09.1976-cı il tarixdə Azərbaycanda Respublikasında Bakı şəhərində Bakı şəhərində atası X5 və X2 olmaqla doğulmuşdur. Milliyyəti azərbaycanlıdır. 266278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16.10.2019-cu il tarixli ******* saylı “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarından görünür ki, 23.09.1976-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Xəzər rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin 08.11.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı ünvan 1 ünvanına qeydiyyat alınması məqsədəmüvafiq hesab edilmişdir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı doğum faktı 13.10.1976-cı il tarixli 3064 saylı doğum haqqında akt qeydində qeyd edilmişdir. Həmin qeyddən müəyyən edilmişdir ki, İddiaçı 23.09.1976-cı il tarixdə Azərbaycanda Respublikası Bakı şəhərində atası X5 və X2 olmaqla doğulmuş, milliyyəti azərbaycanlıdır. Bu barədə 266278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itdiyi üçün təkrar şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Halbuki, İddiaçı doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparıldığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar