Məhkəmə qərarları › İş №2-1(112)-7789/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7789/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7789/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hesablanmış vergi borcunun silinməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hesablanmış vergi borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. İddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq (poçt rabitəsi vasitəsilə göndərilmiş məhkəmə bildirişləri isə “ünvan düzgün deyil” və “bu ünvanda yoxdur” qeydləri ilə məhkəməyə geri qaytarılmışdır), məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə bildirişlərində iddiaçıya məhkəmənin tələbinə baxmayaraq 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı halda, iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilə biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən və qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar