Məhkəmə qərarları › İş №2-1(112)-779/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-779/2020

27.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-779/2020 27.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Turan” İnformasiya Agentliyinin direktoru X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “informasiyanın tədqim edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı “Turan” İnformasiya Agentliyinin direktoru X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun üzərinə 21 iyun 2019-cu il tarixli informasiya sorğusu vasitəsilə istənilən informasiyaları “Turan” İnformasiya Agentliyinə təqdim etməyi bir vəzifə kimi qoyan qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-779/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddiaçının hazırki iddia tələbinin məzmunu kifayət qədər aydın, anlaşıqlı məzmunda deyil, formal xətalara yol verilməklə ifadə edildiyindən 27 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olarkən iddia tələbində yol verilmiş formal qüsurlar iddiaçı tərəfin diqqətinə çatdırılmaqla həmin xətaların aradan qaldırılması üçün 03 dekabr 2019-cu tarixli məktub iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına göndərilmiş, həmin məktubla əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş ərizədə iddia tələbi yenə də ilkin məzmunda olduğu kimi ifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfin eyni məzmunlu tələblə çıxış etdiyi digər inzibati iş də Bakı İnzibati Məhkəməsinin icraatındadır. Nümayəndə bu halda hazırkı iddia ərizəsinə məhkəmə tərəfindən lazımi və müvafiq hüquqi qiymət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə yol verilmiş formal qüsurların aradan qaldırılması ilə əlaqədar lazımi prosessual hərəkətlər edilmiş, lakin həmin xətalar aradan qaldırılmamışdır. Beləliklə, iddiaçı tərəfə izah edilir ki, hazırkı iddia ərizəsində yol verilmiş və məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılmış formal xətalar aradan qaldırıldıqdan sonra yenidən səlahiyyətli məhkəməyə müraciət edə bilər. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar