Məhkəmə qərarları › İş №2-1(112)-779/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-779/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-779/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil X5 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (baş hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu ii tarixli **********191783 saylı qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 18.018.28 manat vergi məbləği hesablanmış və 11.134.52 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı qeyd olunanlarla razı deyil və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********198459 saylı “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında" Qərar qəbul edilmiş, lakin həmin Qərar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid malumat reyestrində qeydiyyata alınmamışdır. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********97173 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə" Qərar qəbul edilmiş, lakin həmin Qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunlardan da aydın olur ki, aktı tərtib etmiş vəzifəli şəxslərin adları Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatan tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yanmbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 10, 11 və 17-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması zamanı aparılmış bütün hesablamalar düzgün və dəqiq olmalıdır. Belə ki, vergi orqanının Aktda qevd etdiyi və dövriyyədən gizlədildiyini (“yoxa çıxdığıbı") iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatıq malın siyahısını həmin Aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin Akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/Eqaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Qeyd olunanlarla yanaşı yoxlama zamanı 2016-ci il üçün Mənfəət Vergisi üzrə 2444.49 manat büdcəyə əlavə vergi hesablanmışdır. Bu dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və bu dövr üzrə maliyyə sanksiyası tətbiq oluna bilməz. Belə ki. Vergi Məcəlləsinin 56-cı, 83.3-cü, 85.4-cü maddələri vergi orqanlarına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasını qadağan edir. Eyni zamanda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı lıiiquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Beləliklə 2016-ci il üçün Mənfəət Vergisinin hesablanması, həmçinin hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün müəyyən edilmiş müddət müvafiq olaraq, 2020-ci ilin 31 mart tarixində başa çatmışdır. Bu səbəbdən də həmin dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və maliyyə sanksiyası tətbiq oluna bilməz. Yoxlama zamanı 2017-ci mənfəət vergisi hesablanarkən həmin ilə aid yeganə YGB-nin dəyəri sənədin üzərindəki məbləğdən az götürülmüş və təkzib olunmaz hüquqi qüvvəsi olan sənədlərə istinad edən digər 16000 xərc də nəzərə alınmamışdır. 16000 manatlıq xərci təqsdiq edən Müqavilə, qaimə və digər sənədlər mövcuddur. Vergi orqanı əsassız olaraq 16000 manatlıq və YGB-dəki xərci nəzərə almamışdır. Yoxlama zamanı 2018-ci il üçün şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş hüquqi əsas olmamışdır. Belə ki, 2018-ci il üzrə bütün gəlir və xərclər hüqüqi qüvvəsi olan sənədlərə istinad edir və heç bir mübahisəli xərc mövcud deyil. Həmçinin Aktda, vergi ödəyicisi tərəfindən 2018-ci il üçün Mənfəət Vergisi bəyannaməsinin boş təqdim olunduğu və ya təqdim olunmadığı qeyd olunub. Bu tamamilə əsassızdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üçün vergi orqanı tərəfindən Kameral Hesablama ilə vergi hesablanmış və vergi ödəyicisi bununla razılaşmayaraq şikayət etmiş, Şikayət Vergilər Nazirliyinin Apelyasiya şurası tərəfindən təmin edilmişdir (xx.xx.2019-cu il tarixli qərar) və vergi ödəyicisinin 2018ci ili zərərlə başa vurduğu qəbul olunmuşdur. Yoxlama zamanı isə heç bir əlavə mütəxəssis, ekspert rəyi və digər əsas olmadan vergi orqanı 2018-ci il üçün əlavə vergi hesablayaraq yuxarı orqanın mövcud inzibati praktikasına zidd hərəkət etməklə etimad hüququnun qorunması prinsipini pozmuşdur. Yoxlama zamanı, vergi orqanının Aktda qeyd etdiyi və guya dövriyyədən gizlədildi) ini (“yoxa çıxdığını") iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatlıq malın siyahısını həmin Aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin Akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/E-qaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə ) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Yoxlama zamanı hesablanmış ƏDV-nin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyi ilə əsaslandırılmamışdır. Vergi Orqanın və guya dövriyyədən gizlədildiyini (“yoxa çıxdığını") iddia etdiyi 41203.65 manatlıq məbləğ tamamilə əsassız və böhtandır və VHF, Eqaimə. Alqı-satqı müqaviləsi sənədləri ilə bu malların satıldığını açıq aşkar görünür. Həmin dövr üçün cəmi, 2500 manat civarında mal qalığı mövcüddur. Aktda təqdim olunan cədvəldə 2017-ci ilin ƏDV vergisi üçün kənarlaşma göstərmədiyi halda, həmin Aktın mətnində vergi orqanın 2017-ci ildə alınan malın da dövriyyədən gizlədildiyini bildirir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarların hazırki iş üzrə mübahisələndirilən hissələrdə əsassız olduğu müəyyən edilir ki, bu da öz növbəsində həmin aktın və qərarın həmin hissələrdə ləğv edilməli olması qənaətinə gəlmək üçün məhkəməyə kifayət qədər əsas verir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektinin uçotunu aparmaq vergi ödəyıcisının vəzifələrindən biridir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənəaıərı habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicılərındən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Cavabdeh bildirir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191783 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti (yoxlanılan dövr: xx.xx.2016-xx.xx.2019) üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisı faktiki olaraq sənaye avadanlıqlarının idxalı və topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin yoxlama ilə əhatə edilən dövrdə təsərrüfat subyekti olmamışdır. İddiaçının yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaları tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi və yoxlayıcı X9 barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassızdır. Səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın tələblərinə əməl olunmuşdur. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş yoxlama xx.xx.2019-cu ıl tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY191395489; xx.xx.2019-cu il), yoxlamanın keçirilməsi haqqında Qərar, bildiriş və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2019-cu il tarixdə cəmiyyətin direktoru X6 alınmasını təsdiq edən üsulla təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiy dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar, eyni zamanda yoxlayıcı X9 barədə məlumat da reyestrə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri qeyd olunmuşdur. Yoxlamanın keçirildiy dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı bəndinə əsasən reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur. Dayandırılmış (təxirə salınmış) yoxlamaların bərpa edilməsi barədə məlumatların reyestrə daxil edilməsi həmin əsasnamədə nəzərdə tutulmamışdır. Cavabdeh bildirir ki, Vergi Məcəlləsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na əsasən səyyar vergi yoxlamasının obyektiv və tam keçirilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********192702 nömrəli tələbnamə vergi ödəyicisınə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması ilə bağlı tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-cı maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194908 nömrəli qərar çıxanlmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyalann verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə isə vergi ödəyicisi tərəfindən sənədlərin bir hissəsi təqdim edildiyindən xx.xx.2020ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib olunmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ünvan 3 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesablan üzrə hərəkəti barədə hesablann yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə xx.xx.2016-cı il tarixli **********106 nömrəli yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən (444,42-429,58=14,84) 14,84 manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ƏDV-yə cəlb olunan dövriyyənin 2018ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olunmuşdu. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olundu. Əlavə olaraqda vergi ödəyicisi tərəfindən əldə olunmuş HU987563 nömrəli EVHF-sı üzrə Vergi Məcəlləsinin 175-ci madaəsinin tələbləri pozulmaqla ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş və yoxlama tərəfindən qeyd olunan faktura 2018-ci ilin oktyabr ayında təqaim edilmiş ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017-ci, 2018-ci və 2019-cu illər ərzində cəmi 113353,12 manat mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manat mallar alınmışdır. Lakin yoxlama ilə qeyd olunan dövrlərdə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vegi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (117702,12- 76498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203 65*18%) əlavə vergi hesablanmışdır. Beləliklə, yoxlama ilə əlavə dəyər vergisinin 1413,63 manat aıuq 8445 33 manat isə azaldılması aşkar edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illəı üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla 2004,54 manat mənfəət vergisi hesablanmışdır. Qeyd etmək lazımdır ki, 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə apanlmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal iş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı resurslarının idarə edilməsinin planlaşdırılması və.s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X2 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə həmin maddədə (58.7-1.1-58.7-1.8) göstərilən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilmişdir ki, yoxlama zamanı müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10%-i miqdarında yəni 2800 (28000*10%) manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yuxanda qeyd olunanlardan göründüyü kimi yoxlama zamanı İddiaçı MMC tərəfindən mənfəət vergisinin 10667,79 manat, ƏDV-nin 8445,33 manat azaldılması və ƏDV- nin 1413,64 manat artıq hesablanması və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********193343 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə ümumilikdə 17700,00 manat əlavə vergi hesablanmış və 11134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildiririk ki,İddiaçı MMC-nin rəhbəri R.Məlikovun cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-cı il tarixli **********464800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə "İNNOTEK” MMC-nin rəhbəri R.Məlikovun inzibatı şikayətləri təmin edilməmiş, xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, İddiaçı MMC-nin rəhbəri R.Məlikovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********464800 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi barədə inzibati şikayətinə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında cəmiyyətin rəhbəri Rasim Məlikovun və nümayəndəsi Nadir Məlikovun işitrakı ilə baxılmış və xx.xx.2021-ci il tarixli 19 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********464800 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi "İNNOTEK” MMC-nin rəhbəri R.Məlikovun səyyar vergi yoxlamasının nəticəsi üzrə hesablanmış vergilərdən narazı olması barədə şikayətlərinə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində və Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan zaman hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslı olması tam sübuta yetirilmişdir....Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qurunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı uçun aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtio edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh bildirir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X8 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyun 2020-ci il tarixli, **********193343 saylı səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesabanması, utulması və Ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2016 - xx.xx.2019-ci illəri əhatə edən xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktında olan Mənfəət vergisinin müqayisəli cədvəli və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına ğörə məsuliyyətə cəlb edilməsi haqqında” əsasən yoxlamanın nəticəsi üzrə Mənfəət vergisi, ƏDV və nağdsziz hesablaşmalar üzrə təkliflər verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətdə azaldılması əsası ilə, azaldılmış və ya yayındırılmış 10669.59 manat vergi məbləğinin 50 faizi miqdannda, yəni 5334.79 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, yoxlama ilə əlavə dəyər vergisinin 1413.63 manat artıq, 8415.33 manat isə azaldılma aşkar edilmiş, nəticədə büdcəyə əlavə olaraq 6961.66 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındınlınış 8445.33 manat vergi məbləğinin 50 faizi miqdannda, yəni 4222.66 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilərək Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən məcəllənin 58.7.1-ci məddəsinə uyğun olaraq artıq xərclənmiş vəsaitin 10%-i miqdarında, yəni 2800 manat maliyyə banksiyasının tətbiq edilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********138804 saylı, 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələi haqqında 18 iyun 2020-ci il tarixli, **********193343 saylı səyyar vergi yoxlaması aktına və xx.xx.2020-ci il tarixli, **********284500 nömrəli sənədə baxaraq ümumilikdə 18.018.28 manat vergi məbləği hesablanmış və 11.134,52 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı cavabdehin səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi **********138804 saylı, 07 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması dövründə mübahisənin ədalətli həlli baxımından iddiaçı barəsində qəbul edilmiş qərar üzrə hesablanmış əlavə vergi borcunun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sözügedən qərarda göstərilən mənfəət, əlavə dəyər vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğin düzgün müəyyən edilib-edilmədiyi, həmin vergilər üzrə tətbiq edilən maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi, “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğlərinin nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi məbləğinin müəyyən edilməsi, gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərcinin müəyyən edilib-edilmədiyi, gəlirin əldəedilməsi ilə bağlı MMC-nin hər hansı xərcinin öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-lmadığı barədə sualları qoyulmuşdur. Məhkəmə qərarının icrası ilə bağlı məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8083 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılan əməliyyatlara görə vergi odəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin müəyyən olunmadığı, iddiaçının xərc sənədlərinə müvafiq olaraq həmin sənədlərin hər birinin növünün, adının, rekvizitlərinin və nömrəsinin təqdim edildiyi və işmateriallarında öz əksini tapdığı, o cümlədən həmin sənədlərin ciddi hesabat sənədləri olduğu və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərclərinin nəzərə alınmaqla vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ekspert rəyində göstərilənlərlə razılaşaraq hesab edir ki, iddiaçının iddia tələbi ekspert rəyi üzrə müəyyən edilənlər əsasında qismən təmin edilməlidir. Belə ki, mübahisələndirilən qərar üzrə nəticəyə gələrkən aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş aktda yoxlama nəticəsində müəssisə tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin azaldılması və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmasının müəyyən edildiyini göstərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3., 56., 72., 83.3 və 85.4-cü maddələrində aşağıdakılar göstərilmişdir. 36.3. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər; 56.1.Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 72.3. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır; 72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə, o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır; 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbiəği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği-faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər; 72.6. Vergi orqanı təpəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir; 72.6.1. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda; 72.6.4 vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 72.6.5. vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda; 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1—72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir; 83.3.Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövri qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İlk öncə məhkəmə qeyd etməyi zəruru hesab edir ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-ci il, tərtib olunma tarixi 18 iyun 2020-cu il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il yoxlama ilə əhatə olunan dövr isə sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olmuşdur. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli **********193343 saylı aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunmuşdur. Belə ki, müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-cu il, tərtib olunma tarixi xx.xx.2020-ci il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə də dair hesablanma aparılmış və həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlanma ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 2444,09 manat məbləğində möənfəət vergisi hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203.65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416.65 manat (41203.65*.18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir. Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu təqdirdə, o da aparılmamışdır. Göstərilənlərdən əlavə qeyd edilir ki, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manatlıq, 2018-ci il üzrə isə 88000 manatlıq müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Həmçinin aktda yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istinad olunan müqavilələrin 1-ci bəndlərində səyyar vergi yoxlamasıaktında göstərilən xidmətlərlə yanaşı (yəni şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) konsultantın xidmətləri, şirkətin strateji inkişaf planı, bazar araşdırılması, təchizatçıların seçilməsi və təchizat zəncirinin planlaşdırılması, hüquqi məsləhət və rəy verilməsi, şirkətin fəaliyyətinin vergi qanunvericiliyə uyğun təşkilini, vergi hesabatlarının hazırlanmasını, vergi uçotunun və vergi karguzarlığın aparılması, marketinq strategiyasının hazırlanması, maliyyə planlaması sahələrini, sənədlərin və müqavilələrin tərtibi və şirkətin bütün digər biznes proseslərini əhatə etdiyi göstərilmişdir.Bundan başqa yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında göründüyü kimi "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə uyğun olaraq təchizat zəncirinin- planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alınmışdır ki, bu da iş materialları əsasında müəyyən edilməkdədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000) artıq 7000 az, dekabr ayında isə 21000 azn vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergilər Məcələsinin 58.7-1-ci maddəsinə uyğun olaraq 10%, yəni 2800 azn maliyyə sanksiyası tətbiq edilməsi əsaslı olmuşdur. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış vergilərin məbləğlərinin düzgünlüyü müəyyən olunmamış, o cümlədən aparılan ekspertiza tədqiqatında da vergi odəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin olması müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı ekspert qarşısında gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci öz təsdiqini tapırmı (həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, tarixi, seriyası və nömrəsi göstərilməklə), gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu və gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi sualı qoyulmuşdur. Bununla bağlı müəyyən edilmişdir ki, təqdim edilmiş iş materiallarında iddiaçının xərci sənədləri mövcuddur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, tarixi, seriyası və nömrəsi təqdim edilmiş işmateriallarında öz əksini tapmışdır.Eyni zamanda qeyd edilir ki, həmin sənədlər ciddi hesabat sənədləridir və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundur. Lakin iş materialları ilə cavabdehin səyyar vergi yoxlaması aktının mənfəət və əlavə dəyər vergisi üzrə hissəsində əlavə hesablanmış vergilərin əsası və Vergi Məcəlləsinin hansı maddəsinin tələblərinə əsasən və hansı dövrlər üzrə hesablanması öz əksini tapmamışdır. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla yoxlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış vergi və maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd xərclərin limitdən artıq xərcləndiyinə əsasən tətbiq edilmiş 2800 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə qərar əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edın hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2003cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli **********138804 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MMC-nə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8083 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Həmin pul vəsaiti ödənilmiş tələblərə münasib olaraq 70 (yetmiş) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli **********138804 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MMC-nə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğinin 70 (yetmiş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi, 30 (otuz) manat hissəsi isə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar